İncildən gözəl sözlər

8 / 21 · 3 dəq oxu

İncildə zamansızlıq və qədərə iman

İman yoluyla, lütflə [Allahın lütfüylə] xilas oldunuz. Bu sizin müvəffəqiyyətiniz deyil, Allahın hədiyyəsidir. Kimsənin öyünməməsi üçün yaxşı işlərin mükafatı deyil. Çünki biz Allahın əsəriyik, Onun əvvəldən hazırladığı yaxşı işləri etmək üzrə… yaradıldıq. (Efeslilərə, 2:8-10)

Belə ki, geriyə qalan insanlar… bütün xalqlar Rəbbi axtarsınlar. Bunları da başlanğıcdan bildirən Rəbb belə deyir. (Həvarilərin İşləri, 15:18)

… Allah nələrə ehtiyac duyduğumuzu siz daha Ondan diləmədən əvvəl bilir. (Matta, 6:8)

… Ona İsa adı verildi. Bu, onun ana rəhminə düşməsindən əvvəl [Allahın icazəsiylə] mələyin ona verdiyi ad idi. (Luka, 2:21)

Allahım, mənə verdiklərinin də olduğum yerdə mənimlə birlikdə olmalarını… istəyirəm. Çünki dünyanın quruluşundan əvvəl Sən məni sevdin. Ədalətli Allah, dünya Səni tanımır, amma mən Səni tanıyıram. Bunlar da məni Sənin göndərdiyini bilirlər. (Yəhya, 17:24-25)

Dünyanın quruluşundan əvvəl bilinən Məsih, dövrlərin sonunda sizin faydanız üçün ortaya çıxdı… [Allaha] iman edirsiniz. Beləcə, imanınız və ümidiniz Allahdadır. (1 Peter, 1:20-21)

Ona… iman etməyən isə onsuz da mühakimə olunmuşdur… (Yəhya, 3:18) Sevimli qardaşlarım, bunu unutmayın ki, Rəbbin Qatında bir gün min il və min il bir gün kimidir. (2 Peter, 3:8)

O [Allah] Öz hüzurunda sevgidə müqəddəs və qüsursuz olmağımız üçün dünyanın quruluşundan əvvəl bizi… seçdi. Öz istəyi və yaxşı məqsədinə uyğun olaraq… Özünə… [qul] olaq deyə bizi əvvəldən təyin etdi. (Efeslilərə, 1:4-5)

Allah bizi etdiklərimizə görə deyil, Öz məqsədinə və lütfünə görə qurtarıb müqəddəs bir həyata çağırdı. Bu lütf bizə zamanın başlanğıcından əvvəl Məsih İsada [İsa Peyğəmbərə Allah rizası üçün uymağımızla] bağışlanmış, indi də onun gəlişiylə ortaya çıxarılmışdır… (Timoteyə, 1:9-10)

Bəzi kəslərin günahları müəyyəndir, mühakimə kürsüsünə özlərindən əvvəl çatar… yaxşı işlər də müəyyəndir… (1 Timoteyə, 5:24-25)

Allahın sevdiyi qardaşlarım, sizləri Onun [iman edən qullar olaraq] seçdiyini bilirik. (1 Saloniklilərə, 1:4)

Zamanın başlanğıcından əvvəl Allahın bizim ucalığımız üçün təyin etdiyi bu müdrikliyi, bu çağın öndərlərindən heç biri anlamadı… Yazıldığı kimi, “Allahın Özünü sevənlər üçün hazırladıqlarını, heç bir göz görmədi, heç bir qulaq eşitmədi, heç bir insan ürəyi qavramadı.” (1 Korinflilərə, 2:7-9)

Bunun üzərinə onu [İsa Peyğəmbəri] tutmaq istədilər, amma kimsə ona əl vura bilmədi.

Çünki onun saatı hələ gəlməmişdi. (Yəhya, 7:30)

İsa bu sözləri məsciddə öyrədərkən, hədiyyə toplanan yerdə söylədi. Kimsə onu tutmadı.

… Allahın köhnə çağlardan bəri müqəddəs peyğəmbərlərinin ağzından bildirdiyi kimi, hər şeyin yenidən təşkil ediləcəyi zamana qədər İsanın göydə [Allah Qatında]

… Mübarək qulun İsaya qarşı bir yerə gəldilər. Sənin Öz gücün və istəyinlə əvvəldən qərarlaşdırdığın hər şeyi reallaşdırdılar. (Həvarilərin İşləri, 4:27-28)

İman edən qadın necə xoşbəxtdir! Çünki Rəbbin ona söylədiyi sözlər reallaşacaq. (Luka, 1:45)

Allah… İsa Məsihlə əlaqədar bu Müjdəni peyğəmbərləri vasitəsilə Müqəddəs Yazılarda əvvəldən vəd etdi. (Romalılara, 1:2)

“Hamınız üçün söyləmirəm, mən [Allahın icazəsiylə] seçdiklərimi bilirəm. Amma “Çörəyimi yeyən mənə xəyanət etdi” deyən Müqəddəs Yazının yerinə gəlməsi üçün belə olacaq. Sizə indidən, bunlar olmadan əvvəl [Allahın icazəsiylə] söyləyirəm ki, bunlar olunca, mənim o olduğuma inanasınız.” (Yəhya, 13:18-19)

Allahın, Özünü sevənlər, məqsədinə uyğun [imana] çağrılanlar üçün hər vəziyyətdə yaxşılıq təmin etdiyini bilirik… Allah əvvəldən təyin etdiyi kəsləri çağırdı, çağırdıqlarını təmizə çıxardı və onları ucaltdı. (Romalılara, 8:28-30)

Ucaltmaq üçün əvvəldən hazırlayıb mərhəmət etdiklərinə, ucalığının zənginliyini göstərmək üçün bunu etdisə, nə deyək? Təkcə yəhudilər arasından deyil, o biri xalqlar arasından da çağırdığı bu insanlar bizik. (Romalılara, 9:23-24)

Allahın seçdiyi kəslərin iman etmələri, Allah yoluna uyğun həqiqəti anlamaları üçün Allahın qulu və İsa Məsihin elçisi təyin edilən mən Pauldan salam! Elçiliyim… Allahın zamanın başlanğıcından əvvəl vəd etdiyi [cənnətdəki] sonsuz həyat ümidinə əsaslanır.

Xilaskarımız Allahın buyruğuyla mənə əmanət edilən məlumatda Allah Öz sözünü uyğun zamanda açıqlamışdır. (Titə, 1:1-3)

Göyü və göydəkiləri, yeri və yerdəkiləri, dənizi və dənizdəkiləri yaradanın, sonsuzluqlar boyunca yaşayanın haqqı üçün and içib dedi ki, “… Allahın vədi tamamlanacaq. Necə ki, Allah bunu, qulları peyğəmbərlərə müjdələmişdi.” (Vəhy, 10:6-7)

Amma biz, ey Rəbbin sevdiyi qardaşlar, sizlər üçün hər zaman Allaha təşəkkür borcluyuq.

Çünki Allah… gerçəyə inanaraq xilas olmanız üçün sizi də başlanğıcdan seçdi [qədərdə mömin olaraq yaratdı]. (2 Saloniklilərə, 2:13)

İsa onlara, “Allahın Öz səlahiyyətiylə təyin etdiyi zamanları və tarixləri sizin bilmənizə icazə yoxdur” qarşılığını verdi. (Həvarilərin İşləri, 1:7)

O biri xalqlardan olanlar bunu eşidincə sevindilər və Rəbbin sözünü ucaltdılar. Sonsuz həyat [cənnət] üçün təyin olanların hamısı iman etdi. (Həvarilərin İşləri, 13:48)

Bu çətinliklərdən ötrü kimsə sarsılmasın deyə sizi imanda gücləndirib ürəkləndirməsini istədik. Çətinliklərdən keçmək üçün təyin olunduğumuzu siz də bilirsiniz. (1 Saloniklilərə, 3:3)

… İmansızlar Allahın sözünü dinləmədikləri üçün büdrəyərlər. Onsuz da büdrəmək üçün təyin olunmuşlar [qədərdə müvəffəqiyyətsiz olacaqları şəkildə yaradılmışlar]. (1 Peter, 2:8)

… Allah Məsihi təyin olunan zamanda ortaya çıxaracaq. Qürur və qüdrət sonsuza İnsanoğlu [İsa Peyğəmbər], təyin olunmuş yoldan gedir… (Luka, 22:22)