İncildən gözəl sözlər

9 / 21 · 5 dəq oxu

İncildə mələklərə iman

Mələk ona belə cavab verdi: “Mən Allahın hüzurunda dayanan Cəbrailam. Səninlə danışmaq və bu müjdəni sənə bildirmək üçün göndərildim.” (Luka, 1:19)

Çünki belə yazılmışdır: “Allah səni qorumaları üçün mələklərinə buyruq verəcək.” Ayağın bir daşa dəyməsin deyə səni əlləri üzərində daşıyacaqlar.” [İsa Peyğəmbərə zərər gəlməsin deyə qoruyacaqlar.] (Luka, 4:10-11)

… Allah mələk Cəbrailı… bir qıza göndərdi. Qızın adı Məryəm idi. Onun yanına girən mələk, “Ey Allahın lütfünə çatan qız, salam! Rəbb səninlədir” dedi. Deyilənlərə çox təəccüblənən Məryəm, bu salamın nə anlama gələ biləcəyini düşünməyə başladı. Amma mələk ona, “Qorxma Məryəm” dedi, “sən Allahın lütfünə çatdın. Bax, hamilə qalıb bir oğul doğacaqsan, adını İsa qoyacaqsan. O böyük olacaq…” Məryəm mələyə, “Bu necə olar? Mənə kişi toxunmadı ki” dedi. Mələk ona belə cavab verdi: “… Allahın edə bilməyəcəyi heç bir şey yoxdur.” “Mən Rəbbin quluyam” dedi Məryəm, “mənə dediyin kimi olsun.” Bundan sonra mələk onun yanından ayrıldı. (Luka, 1:26-38)

Rəbbin bir mələyi onlara göründü… Böyük bir qorxuya qapıldılar. Mələk isə onlara, “Qorxmayın!” dedi. “Sizə, bütün xalq üçün böyük sevinc qaynağı olacaq bir müjdə gətirirəm…” (Luka, 2:9-11)

İsa ona belə cavab verdi: “Çəkil get, Şeytan! “Allahın olan Rəbbə tapın, yalnız Ona qulluq et” deyə yazılmışdır.” Bunun üzərinə iblis İsanı buraxıb getdi. Mələklər də gəlib İsaya xidmət etdilər. (Matta, 4:10-11)

“Dəlicələr [yabanı ağaclar] necə toplanıb atəşdə yandırılırsa, çağın sonunda da belə olacaq… [Allah] mələklərini göndərəcək, onlar da insanları günaha salan hər şeyi, pislik edən hər kəsi… yığıb qızğın sobaya [cəhənnəmə] atacaqlar. (Matta, 13:40-42)

Çağın sonunda da belə olacaq. Mələklər gəlib pis kəsləri doğruların arasından ayıracaqlar və onları qızğın sobaya [cəhənnəmə] atacaqlar. Orada ağlama və diş qıcırtısı olacaq. “Bütün bunları anladınızmı?” deyə soruşdu İsa. (Matta, 13:49-50)

… [Allah] mələklərini göndərəcək və onlar, Onun seçdiklərini, göylərin bir ucundan o biri ucuna qədər dörd yeldən götürüb bir yerə yığacaqlar. (Matta, 24:30-31; Mark, 13:26-27)

O günü və saatı, nə göydəki mələklər, nə də İsa bilər; Allahdan başqa kimsə bilməz. (Matta, 24:36)

O zaman İsa ona, “… Allahımdan… istəsəm, dərhal indi mənə on iki legiondan çox mələk göndərər.” (Matta, 26:52-53; Mark, 13:32)

… Rəbbin bir mələyi göydən endi… Görünüşü şimşək kimi, geyimləri isə qar kimi dümağ idi. Növbətçilər qorxudan titrəməyə başladılar, sonra ölü kimi yerə yıxıldılar. Mələk qadınlara belə səsləndi: “Qorxmayın!…” (Matta, 28:2-5)

Amma belə düşünməsi üzərinə Rəbbin bir mələyi ona yuxuda görünərək belə dedi: “… Qorxma… Məryəm bir oğul doğacaq. Adını İsa qoyacaqsan…” (Matta, 1:20-21)

Yusif oyanınca Rəbbin mələyinin özünə buyurduğu kimi etdi… (Matta, 1:24)

… Rəbbin bir mələyi Yusifə yuxuda göründü. Ona, “Qalx!” dedi. “Uşağı və anasını götür və Misirə get. Mən sənə xəbər verənə qədər orada qal. Çünki Hirod uşağı öldürmək Hirod öldükdən sonra, Rəbbin bir mələyi Misirdə Yusifə yuxuda görünərək, “Qalx!” dedi. “Uşağı və anasını götür, İsrail diyarına dön. Çünki uşağı öldürmək istəyənlər öldü.” (Matta, 2:19-20)

… Bütün xalq birliyi çöldə dua edirdi. Bu sırada, Rəbbin bir mələyi… Zəkəriyyaya göründü. Zəkəriyya onu görüncə təəccübləndi, qorxuya qapıldı. Mələk ona, “Qorxma, Zəkəriyya” dedi, “duan qəbul edildi. Arvadın Elizabet sənə bir oğul doğacaq, onun adını Yəhya qoyacaqsan. Sevinib coşacaqsan. Bir çoxları da onun doğumuna sevinəcək. O, Rəbbin gözündə böyük olacaq. Heç şərab və içki içməyəcək; hətta anasının rəhmindəykən Allahın Ruhuyla dolacaq [Allahın razılığını qazanan bir əxlaqa sahib olacaq]. İsrailoğullarından bir çoxunu, Allahları olan Rəbbə döndürəcək…” Zəkəriyya mələyə, “Bundan necə əmin ola bilərəm?” dedi. “Çünki mən yaşlandım, arvadımın da yaşı artdı.” Mələk ona belə cavab verdi: “Mən Allahın hüzurunda dayanan Cəbrailam. Səninlə danışmaq və bu müjdəni sənə bildirmək üçün göndərildim… Bunların reallaşacağı günə qədər danışa bilməyəcəksən.” (Luka, 1:10-20)

Birdən-birə Rəbbin bir mələyi göründü və hücrədə bir işıq parladı. Mələk Peterun sinəsinə toxunub onu oyandırdı. “Tez, qalx!” dedi. O anda zəncirlər Peterun biləklərindən düşdü. Mələk ona, “Qurşağını bağla, çarıqlarını gey” dedi. Peter da deyiləni etdi. “Əbanı gey, məni izlə” dedi mələk. Peter onu izləyərək çölə çıxdı. Amma mələyin etdiyinin gerçək olduğunu anlamır, bir xəyal gördüyünü sanırdı. O zaman özünə gələn Peter, “Rəbbin mənə mələyini göndərdiyini indi həqiqətən anlayıram” dedi. “O məni Hirodin əlindən və yəhudi xalqının uğrayacağamı ümid etdiyi bütün bəlalardan qurtardı.” (Həvarilərin İşləri, 12:7-11)

Bundan sonra göyün ortasında uçan başqa bir mələk gördüm. Bu mələk, yer üzündə yaşayanlara hər millətə və hər qəbiləyə, hər dilə və hər xalqa çatdırmaq üçün sonsuza qədər qalacaq müjdəni gətirirdi [Allahın vəhyini çatdırırdı]. Yüksək səslə belə deyirdi: “Allahdan qorxun! Onu ucaldın! Çünki Onun mühakimə etmə saatı gəldi. Göyü, yeri, dənizi və su mənbələrini yaradana tapının!” (Vəhy, 14:6-7)

… Mələklər, iqtidar sahibləri və güclər Ona [Allaha] tabedir. (1 Peter, 3:22)

Bütün mələklər, qurtuluşu miras götürənlərə xidmət etmək üçün göndərilən vəzifəli ruhlar deyilmi? (İbranilərə, 1:14)

Amma gecə Rəbbin bir mələyi zindanın qapılarını açıb onları çölə çıxartdı.

“Gedin! Məscidə girib bu yeni həyatla əlaqədar sözlərin hamısını xalqa elan edin” dedi. (Həvarilərin İşləri, 5:19-20)

… Mələklər vasitəsilə buyurulan Qanunu [Allahın vəhyi olan əmr və qadağalarını] alıb buna uymayan sizlər, indi də ədalətli olana xəyanət etdiniz… (Həvarilərin İşləri, 7:52)

Bu vaxt Rəbbin bir mələyi Filipə belə səsləndi: “Qalx, cənuba doğru, Yerusəlimdən Qəzzəyə enən yola, səhra yoluna get.” Filip də qalxıb getdi… (Həvarilərin İşləri, 8:26-27)

Bir gün saat üç radələrində, bir görüntüdə Allahın bir mələyinin özünə gəldiyini açıqca gördü. Mələk ona, “Korneli” deyə səsləndi. (Həvarilərin İşləri, 10:3)

… Sonra gəldilər… İsanın yaşadığını bildirən mələklər gördüklərini söylədilər.

… Müqəddəs bir mələk ona, səni evinə çağırıb sənin söyləyəcəklərini dinləməsini buyurdu. (Həvarilərin İşləri, 10:22)

Adam bizə, evində meydana çıxan mələyi necə gördüyünü izah etdi. Mələk ona belə demiş: “Yafoya adam göndər, Peter deyə tanınan Şimonu çağırtdır. O sənə, səninlə bütün ev xalqının qurtuluş tapacağı sözlər söyləyəcək.” (Həvarilərin İşləri, 11:13-14)

Təyin olunan gündə krallıq geyimlərini geymiş Hirod taxtına oturaraq xalqla danışdı.

Xalq… qışqırırdı. O anda Rəbbin bir mələyi Hiroui vurdu [canını aldı]. Çünki Allaha aid olan ucalığı özünə aid etmişdi. İçi qurdlar tərəfindən yeyilərək can verdi. (Həvarilərin İşləri, 12:21-23)

Fikrimcə Allah biz elçiləri, ölüm hökmlüləri kimi ən geridən gələnlər olaraq nümayiş etdirdi. Həm mələklər, həm insanlar üçün, bütün kainat üçün seyrlik olduq. (1 Korinflilərə, 4:9)

Əgər insanların və mələklərin dilləriylə danışsam, amma sevgim olmasa, səs çıxaran mis ya da zingildəyən zəngdən fərqim olmaz. (1 Korinflilərə, 13:1)

… İsa… güclü mələkləriylə göydən gəlib [Allah Qatından nüzul edib] göründüyü zaman olacaq. (2 Saloniklilərə, 1:7-8)

… O [İsa Peyğəmbər], bədəndə göründü… mələklər tərəfindən göründü, xalqlara tanıdıldı, dünyada ona iman edildi, ucalıq içində yuxarı [Allah Qatına] alındı. (1 Timoteyə, 3:16)

Bu söylədiklərimi tərəf tutmadan və heç kimi qorumadan yerinə yetirməyin üçün səni Allahın, Məsih İsanın və seçilmiş mələklərin qarşısında xəbərdar edirəm. Birinin üzərinə əllərini qoymaqda tələskən davranma, başqalarının günahlarına ortaq olma. Özünü təmiz tut. (1 Timoteyə, 5:21-22)

Çünki mələklər vasitəsilə bildirilmiş söz keçərli oldusa, hər günah və hər söz dinləməzlik layiq olduğu qarşılığı aldısa, bu qədər böyük qurtuluşu görməzlikdən gələrsək necə xilas ola bilərik? (İbranilərə, 2:2-3)

… Mələklər belə güc və qüdrətdə daha üstün olduqları halda bu varlıqları Rəbbin qarşısında söyərək mühakimə etməzlər. (2 Peter, 2:11)

… Mikail belə… onu mühakimə etməyə cəhd etmədi. (Yəhya, 9)… [Allah] göndərdiyi mələyi vasitəsilə bunu qulu Yəhyaya çatdırdı. (Vəhy, 1:1) Yüksək səslə, “Tumarın möhürlərini qırmağa və onu açmağa kim layiqdir?” deyə səslənən güclü bir mələk də gördüm. Amma nə göydə, nə yer üzündə, nə də yer altında tumarı açıb içinə baxa biləcək kimsə yox idi. (Vəhy, 5:2-3)

Sonra, göydən enən başqa bir güclü mələk gördüm… (Vəhy, 10:1)

Səkkizinci gün… ona İsa adı verildi. Bu, onun ana rəhminə düşməsindən əvvəl mələyin ona verdiyi ad idi. (Luka, 2:21)