… Bütün məzarda yatanların Onun səsini eşidəcəyi vaxt gəlir… Yaxşılıq edənlər yaşamaq üçün, pislik edənlərsə mühakimə olunmaq üçün diriləcəklər. (Yəhya, 5:28-29)
İsa onu yeməyə çağırmış olana da belə dedi: “… Ziyafət verdiyin zaman yoxsulları, iflicləri, şikəstləri, korları çağır. Beləcə, xoşbəxt olarsan. Çünki bunlar sənə cavab verəcək vəziyyətdə deyildirlər. Qarşılığı sənə… [cənnətdə] veriləcək.” (Luka, 14:12-14)
Ağıllanıb özünüzə gəlin, artıq günah işləməyin. Bəziləriniz Allahı heç tanımır. Utanasınız deyə söyləyirəm bunları. Amma biri çıxıb, “Ölülər necə diriləcək? Necə bir bədənlə gələcəklər?” deyə soruşa bilər. Nə ağılsızca bir sual!… Ölülərin dirilişi də belədir. Bədən çürüməyə məhkum olaraq basdırılar, çürüməz olaraq dirildilər. Düşkün olaraq basdırılar, görkəmli olaraq dirildilər. Zəif olaraq basdırılar, güclü olaraq dirildilər. (1 Korinflilərə, 15:34-36, 42-43)
Ölülərin dirilməsi mövzusuna gəlincə, Allahın sizə bildirdiyi bu sözü oxumadınızmı?… (Matta, 22:31)
Eynilə bu adamların qəbul etdiyi kimi, həm doğru kəslərin, həm doğru olmayanların ölümdən diriləcəyinə dair Allaha ümid bağladım. Bu səbəblə mən… Allahın… hüzurunda vicdanımı təmiz tutmağa hər zaman diqqət göstərirəm. (Həvarilərin İşləri, 24: 15-16)
Qardaşlar, bunu demək istəyirəm… Çürüyən də çürüməzliyi miras götürə bilməz. Sizə bir sirr açıqlayıram… Son şeypur çalınınca hamımız bir anda, göz açıb bağlayana qədər dəyişdiriləcəyik. Bəli, şeypur çalınınca, ölülər çürüməz olaraq diriləcək və biz də dəyişdiriləcəyik [yeni bir yaradılışla yaradılacağıq]. (1 Korinflilərə, 15:50-52)
Hesab gününə iman
Allahın görmədiyi heç bir varlıq yoxdur. Özünə hesab verəcəyimiz Allahın nəzərində hər şey çılpaq və açıqdır. (İbranilərə, 4:13)
Allah, hər kəsə, etdiklərinin qarşılığını verəcək. Dayanmadan yaxşılıq edərək ucalıq, hörmət və ölümsüzlüyü axtaranlara sonsuz həyatı [cənnəti] verəcək. Amma eqoist olanların, həqiqətə uymayıb haqsızlığın arxasınca gedənlərin üzərinə qəzəb və kin yağdıracaq. (Romalılara, 2:6-8)
Sizə bunu söyləyim, insanlar söylədikləri hər boş söz üçün hesab günü mühakimə olunacaqlar. Öz sözlərinizlə təmizlənəcək, yenə öz sözlərinizlə günahkar çıxarılacaqsınız. (Matta, 12:36-37)
Yüksək səslə belə deyirdi: “Allahdan qorxun! Onu ucaldın! Çünki Onun hesab saatı gəldi. Göyü, yeri, dənizi, su mənbələrini Yaradana qulluq edin!” (Vəhy, 14:7)
Hər kəsin etdiyi iş müəyyən olacaq, hesab günü ortaya çıxacaq. Hər kəsin işi odla aşkar ediləcək. Atəş hər işin xüsusiyyətini sınayacaq. (1 Korinflilərə, 3:13)
Allahın mühakimə kürsüsü önünə hamımız çıxacağıq. Yazıldığı kimi: “Rəbb belə deyir: Varlığım haqqı üçün hər diz önümdə çökəcək və hər dil Allah olduğumu açıqca söyləyəcək.” Beləcə, hər birimiz öz adımıza Allaha hesab verəcək. (Romalılara, 14:10-12)
Görülür ki, Rəbb Öz yolunda gedənləri qarşılaşdıqları sınaqlardan necə qurtaracağını bilir. Doğru olmayanları, xüsusilə, mənliyin korlanmış ehtirasları ardınca gedən və hakimiyyətini xor görənləri [Allahı tənzih edərik] cəzalandıraraq mühakimə gününə qədər necə saxlayacağını da bilir. (2 Peter, 2:9-10)
Aldanmayın… İnsan nə əkərsə, onu biçər. Öz təbii mənliyi üçün əkən [nəfsinə uyan], mənlikdən ölüm biçəcək… [Allah üçün] əkən… sonsuz həyat biçəcək. (Qalatiyalılara, 6:7-8)
Müqəddəs Qanunda deyilənlərin [Allahın hökmlərinin]… bütün dünya Allaha hesab versin deyə, Qanunun rəhbərliyi altındakılara [Allahın əmrlərinə uymaqla məsul olanlara] deyildiyini bilirik. (Romalılara, 3:19)
Hər kəs öz işini sınasın. O zaman başqasının etdikləriylə deyil, tək öz etdikləriylə öyünə bilər. Hər kəs özünə düşən yükü daşımalıdır. (Qalatiyalılara 6:4-5)
Bu səbəblə, bu buyruqların ən kiçiyindən birini kim tapdalayar və başqalarına elə öyrətsə, Allahın hökmündə [axirətdə] ən kiçik sailacaq. Amma bu buyruqları kim yerinə yetirər və başqalarına öyrətsə, Allahın hökmündə [axirətdə] böyük sailacaq. (Matta, 5:19)
Atalarımıza,”Adam öldürməyəcəksən. Öldürən mühakimə olunacaq” deyildiyini eşitdiniz. Amma mən sizə deyirəm ki, qardaşına qəzəblənən hər kəs mühakimə olunacaq. Kim qardaşına alçaldıcı bir söz söyləsə… mühakimə olunacaq. (Matta, 5:21-22)
Sizə doğrusunu söyləyim, hesab günü o şəhərin halı Sodomla Homorra bölgəsinin halından betər olacaq. (Matta, 10:15)
Ya sən, ey Kefarnahum, göyəmi çıxarılacaqsan? Xeyr, ölülər diyarına [cəhənnəmə] endiriləcəksən!… Sənə bunu söyləyim, hesab günü sənin halın Sodom bölgəsinin halından betər olacaq! (Matta, 11:23-24)
Sizə bunu söyləyim, mühakimə günü o şəhərin halı Sodom şəhərinin halından betər olacaq. “Vay halına, ey Horazin! Vay halına, ey Beytsayda! Sizlərdə edilən möcüzələr Sur və Saydada edilsəydi, çoxdan çula bürünüb kül içində oturaraq tövbə etmiş olardılar. Amma mühakimə günü sizin halınız Sur və Saydanın halından betər olacaq.” (Luka, 10:12-14)
Məni rədd edən və sözlərimi qəbul etməyən adamı mühakimə edəcək [Allah] var. O adamı son gündə mühakimə edəcək olan… (Yəhya, 12:48)
Bu səbəblə sən, ey başqasını mühakimə edən insan, kim olsan ol, üzrün yoxdur. Başqasını mühakimə etdiyin mövzuda özünü məhkum edirsən. Çünki ey mühakimə edən sən, eyni şeyləri edirsən. Belə davrananları Allahın haqlı olaraq mühakimə etdiyini bilirik.
Bu kimi şeyləri edənləri mühakimə edən, amma eynisini edən ey insan, Allahın mühakiməsindən qaça biləcəyinimi sanırsan? (Romalılara, 2:1-3)
İnadkarlığın və tövbəsiz ürəyin üzündən Allahın ədalətli mühakiməsinin açıqlanacağı qəzəb günü üçün özünə qarşı qəzəb yığırsan. Allah hər kəsə, Yeşaya, İsrail üçün belə səslənir: “İsrailoğullarının sayı dənizin qumu qədər çox olsa da, ancaq çox azı xilas olacaq. Çünki Rəbb yer üzündəki mühakimə etmə işini tez Sizin tərəfinizdən ya da adi bir məhkəmə tərəfindən mühakimə olunsam heç fikir vermərəm. Öz-özümü də mühakimə etmirəm. Özümdə bir qüsur görmürəm. Amma bu məni yanıltmaz. Məni mühakimə edən Rəbdir. (1 Korinflilərə, 4:3-4)
Onlar, ölüləri də, diriləri də mühakimə etməyə hazır olan Allaha hesab verəcəklər. (1 Peter, 4:5)
Çünki mühakimənin… başlayacağı an gəlmişdir… (1 Peter, 4:17) Mühakimə günündə cəsarətimiz olsun deyə, [iman edənlər üçün] sevgi, beləliklə, içimizdə məskunlaşmışdır… (1 Yəhya, 4:17)
Xilaskarımız tək Allah, sizi düşməkdən saxlayacaq, böyük sevinc içində ləkəsiz olaraq Uca hüzuruna çıxaracaq gücdədir. Ucalıq, ululuq, güc və səlahiyyət… bütün çağlardan əvvəl, indi və bütün çağlar boyunca Allahın olsun! Amin. (Yəhuda, 1:24-25)
Qiyamət gününə iman
Özünüzə diqqət yetirin! Ürəkləriniz pozğunluq, sərxoşluq və bu həyatın qayğılarıyla ağırlaşmasın. O gün, üzərinizə bir tələ kimi birdən enməsin. Çünki o gün bütün yer üzündə yaşayan hər kəsin üzərinə gələcəkdir. Hər an ayıq olun, reallaşmaq üzrə olan bütün bu hadisələrdən xilas ola bilmək… üçün dua edin. (Luka, 21:34-36)
Amma o günlərdə, o çətinlikdən sonra, “Günəş qaralacaq, Ay işığını verməyəcək, ulduzlar göydən düşəcək”… (Mark, 13:24-25)
Amma Rəbbin günü, oğru kimi [birdən] gələcək. O gün göylər böyük bir gurultu ilə ortadan qalxacaq, maddi elementlər yanaraq yox olacaq, yer və yer üzündə hazırlanmış olan hər şey yanıb bitəcək… O gün göylər yanaraq yox olacaq, maddi elementlər şiddətli atəşdə əriyəcək. (2 Peter, 3:10-12)
O günü və o saatı nə göydəki mələklər, nə də İsa bilər; Allahdan başqa kimsə bilməz… Diqqət yetirin, ayıq olun, dua edin. Çünki o anın nə vaxt gələcəyini bilə bilməzsiniz. (Mark, 13:32-33)
O günü və saatı, nə göydəki mələklər, nə də İsa bilər; Allahdan başqa kimsə bilməz. (Mark, 24:36)
O günlərdə hamilə olan, uşaq əmizdirən qadınların vay halına!… O günlərdə elə bir çətinlik olacaq ki, Allahın var etdiyi yaradılışın başlanğıcından bəri beləsi olmamış, bundan sonra da olmayacaq. (Mark, 13:17-19)
… Onun gözləmədiyi bir gündə, ümid etmədiyi bir saatda gələcək, onu şiddətlə cəzalandıracaq və ikiüzlülərlə bir tutacaq. Orada ağlama və diş qıcırtısı olacaq. (Matta, 24:50-51)
Haqsızlıqla həqiqətə mane olan insanların bütün Allahsızlıq və haqsızlığına qarşı Allahın qəzəbi göydən açıqca göstərilər… Allah hamısını gözlərinin önünə sərdi. (Romalılara, 1:18-19)
Dinləyin indi, ey zənginlər, başınıza gələcək fəlakətlərə görə fəryad edərək ağlayın. Sərvətiniz çürümüş, geyiminizi güvə yemişdir. Qızıllarınız, gümüşləriniz paslanmışdır. Bunların pası sizə qarşı şahidlik edəcək, ətinizi atəş kimi yeyəcəkdir. Son günlərdə sərvətinizə sərvət qatdınız. Baxın, əkinlərinizi biçmiş olan işçilərin haqsızca saxladığınız ödənişləri sizə qarşı üsyan edir… Yer üzündə zövq və bolluq içində yaşadınız. Savaş günü [əzab günü] üçün özünüzü kökəldirsiniz. (Yaqub, 5:1-5)
Cənnətə iman
Elçiliyim, yalan danışmayan Allahın zamanın başlanğıcından əvvəl vəd etdiyi sonsuz həyat [cənnət] ümidinə əsaslanır. (Titə, 1:2)
İsa yəhudilərə belə cavab verdi:.. “Sizə doğrusunu söyləyim, sözümü eşidib məni Göndərənə [Allaha] iman edənin [cənnətdə] sonsuz həyatı vardır…” (Yəhya, 5:19-24)
Rəbb məni hər pislikdən xilas edib təhlükəsizlik içində Allahın hökmranlğına [cənnətə] çatdıracaq. Sonsuzlara qədər Ona ucalıq olsun! Amin. (2 Timoteyə, 4:18)
Keçici yemək üçün deyil, [cənnətdəki] sonsuz həyat boyunca qalıcı yemək üçün çalışın… (Yəhya, 6:27)
Sizə doğrusunu söyləyim, iman edənin [cənnətdə] sonsuz həyatı vardır. (Yəhya, 6:47)
Yer üzündə özünüzə xəzinələr yığmayın. Burada güvə və pas onları yeyib bitirər, oğrular da girib oğurlayarlar. Bunun yerinə özünüzə göydə [cənnətdə] xəzinələr yığın. Orada nə güvə, nə pas onları yeyib bitirər, nə də oğrular girib oğurlayar. Xəzinəniz haradadırsa, ürəyiniz də orada olacaq. (Matta, 6:19-21)
Allahın Özünü sevənlər üçün hazırladıqlarını heç bir göz görmədi, heç bir qulaq eşitmədi, heç bir insan ürəyi qavramadı. (1 Korinflilərə, 2:9)
Doğru kəslər, o zaman Allahın hökmranlığında [cənnətdə] Günəş kimi parlayacaqlar. Qulağı olan eşitsin!… Çağın sonunda da belə olacaq. Mələklər gələcək, pis kəsləri doğruların arasından ayırıb qızğın sobaya atacaqlar. Orada ağlama və diş qıcırtısı olacaq. İsa “Bütün bunları anladınızmı?” deyə soruşdu. “Bəli” cavabını verdilər. (Matta, 13:43-51)
O gündən sonra İsa bu çağırışı etdi: “Tövbə edin! Çünki Allahın hökmranlığı [axirət həyatı] yaxınlaşdı.” (Matta, 4:17)
İsa danışmağa başlayıb onlara bunları öyrətdi: “… Allahın hakimiyyəti [cənnət] onlarındır… Onlar təsəlli ediləcəklər. Mülayim olanlar nə xoşbəxtdir! Çünki onlar yer üzünü miras alacaqlar. Doğruluğa acıb susayanlara eşq olsun! Çünki onlar doyurulacaqlar. Mərhəmətli olanlar necə də xoşbəxtdir! Çünki onlar mərhəmət tapacaqlar. Ürəyi təmiz olanlar necə də xoşbəxtdir. Çünki onlar Allahı görəcəklər. [Saleh möminlərin cənnət neməti olaraq Allahın Uca Zatının təcəllisini görmələri nəzərdə tutulur.] Sülhü təmin edənlər necə xoşbəxtdir!… Nə xoşbəxtdir düzgünlük uğrunda zülm görənlər! Çünki Allahın hakimiyyəti [cənnət] onlarındır. Mənə görə insanlar sizi söyüb zülm etdikləri, yalan yerə sizə qarşı hər cür pis sözü söylədikləri zaman nə xoşbəxt sizə! Sevinin, sevinclə coşun! Çünki göylərdəki [cənnətdəki] mükafatınız böyükdür. Sizdən əvvəl yaşayan peyğəmbərlərə də belə zülm etdilər.” (Matta, Bu əsnada şagirdləri İsaya yaxınlaşıb, “Allahın hökmranlığında [axirətdə] ən böyük kimdir?” deyə soruşdular. İsa, yanına kiçik bir uşaq çağırdı, onu orta yerə qoyub belə dedi: “Sizə doğrusunu söyləyim, [pis olan] yolunuzdan dönüb kiçik uşaqlar kimi olmasanız, Allahın Hökmranlığına [cənnətə] əsla girə bilməzsiniz. Kim bu uşaq kimi təvazökar olsa, Allahın hökmranlığında [axirətdə] ən böyük odur.” (Matta, 18:1-4)
Onun [Allahın] buyruğunun sonsuz həyat [cənnət] qazandırdığını bilirəm.
Bunun üçün nə söyləyirəmsə, Allahın mənə söylədiyi kimi söyləyirəm. (Yəhya, 12:50)
İman uğrunda uca mübarizəni davam etdir. [cənnətdə] sonsuz həyata möhkəm sarıl. Bunun üçün çağırıldın və bir çox şahid qarşısında uca inancı açıq şəkildə mənimsədin. (1 Timoteyə, 6:12)
Allahın hüzur diyarına [cənnətə] girmə vədi hələ keçərli ikən, hər hansı birinizin buna çatmamış sailmasından qorxaq. Çünki biz də onlar kimi yaxşı xəbəri aldıq. Amma onlar eşitdikləri sözü imanla birləşdirmədiklərindən ötrü, bunun özlərinə bir faydası olmadı. Biz inanmış olanlar hüzur diyarına [cənnətə] girərik. Necə ki, Allah belə demişdir: “Qəzəbə gəldiyimdə and içdiyim kimi, onlar hüzur diyarıma [cənnətə] əsla girməyəcəklər.” (İbranilərə, 4:1-3)
Demək ki, bəzilərinin hüzur diyarına [cənnətə] girəcəyi qətidir. Daha əvvəl yaxşı xəbəri alanlar söz dinləmədikləri üçün o diyara girə bilmədilər. (İbranilərə, 4:6)
Bu səbəblə, hər hansı birimizin eyni xətanı—söz dinləməzliyinə görə cənnəti itirməməsi üçün o hüzur diyarına [cənnətə] girməyə cəhd göstərək. (İbranilərə, 4:11)
Bu mövzuda yenə deyir ki, “Onlar hüzur diyarıma [cənnətə] əsla girməyəcəklər. (İbranilərə, 4:5)
… Hüzur diyarına [cənnətə] kimlərin girməyəcəyinə dair and içdi. Görürük ki, imansızlıqlarından ötrü oraya [cənnətə] girə bilmədilər. (İbranilərə, 3:18-19)
… Ey pislik edənlər! “İbrahimi, İshaqı, Yaqubu və bütün peyğəmbərləri Allahın hökmranlığında [cənnətdə], özünüzü isə çölə atılmış gördüyünüz zaman, aranızda ağlama və diş qıcırtısı olacaq.” (Luka, 13:27-28)
Allah hər kəsə etdiklərinin qarşılığını verəcək. Dayanmadan yaxşılıq edərək ucalıq, hörmət… axtaranlara sonsuz həyatı [cənnəti] verəcək… (Romalılara, 2:6-7)
… Bunlar [pislər] sonsuz əzaba [cəhənnəmə], doğrular isə sonsuz həyata [cənnətə] gedəcəklər. (Matta, 25:46)
Biz Allahın vədinə görə, doğruluğun sığınacağı yeni göyləri və yeni yer üzünü gözləyirik. Bunun üçün sevimli qardaşlarım, madam ki, bunları gözləyirsiniz, Allahın qarşısında ləkəsiz, qüsursuz və sülh içində olmağa cəhd göstərin. (2 Peter, 3:13-14)
Allahın insanı təmizlədiyi, Müjdədə açıqlanır. Təmizlənmə yalnız imanla olar. Yazılmış olduğu kimi, “İmanla təmizlənən insan [cənnətdə] yaşayacaq.” (Romalılara, 1:17)
… Ona [Allaha] iman edənlərin heç biri məhv olmasın, amma hamısı sonsuz həyata [cənnətə] qovuşsun. (Yəhya, 3:16)
“Sizə doğrusunu söyləyim” dedi İsa, “[Allah rizası üçün] mənim və Müjdənin uğruna evini, bacı-qardaşlarını, ana ya da atasını, uşaqlarını ya da torpaqlarını buraxıb indi, bu çağda çəkəcəyi zülmlərlə birlikdə yüz qat daha çox evə, bacı-qardaşa, anaya, uşağa, torpağa və gələcək çağda sonsuz həyata [cənnətə] qovuşmayacaq heç kim yoxdur. Necə ki, birincilərin bir çoxu sonuncu, sonuncuların bir çoxu da birinci olacaq.” (Mark, 10:29-31)
Cəhənnəmə iman
Kimdən qorxmanız lazım olduğunu sizə açıqlayım: Adamı öldürdükdən sonra cəhənnəmə atma səlahiyyətinə sahib olan Allahdan qorxun. Bəli, sizə söyləyirəm, Ondan qorxun. (Luka, 12:5)
Orada [cəhənnəmdə] ağlama və diş qıcırtısı olacaq… (Matta, 22:13)
Dəlicələr (yabanı ağaclar) necə toplanıb atəşdə yandırılırsa, çağın sonunda da belə olacaq… [Allah] mələklərini göndərəcək, onlar da insanları günaha salan hər şeyi, pislik edən hər kəsi… yığıb qızğın sobaya atacaqlar. Orada ağlama və diş qıcırtısı olacaq… Çağın sonunda da belə olacaq. Mələklər gələcək, pis kəsləri doğruların arasından ayırıb qızğın sobaya atacaqlar. Orada ağlama və diş qıcırtısı olacaq… [Axirət sorğusu] dənizə atılan və hər cür ovu bir yerə yığan balıqçı şəbəkəsinə bənzəyər. Yaxşıca dolduğunda onu sahilə çəkərlər, oturub işə yarayanları qablara toplayarlar, yaramayanları isə kənara atarlar. Çağın sonunda vəziyyət bu olacaq. Mələklər çıxıb pisləri doğrular arasından ayıracaq və yanan ocağa atacaqlar. Orada [cəhənnəmdə] ağlama və diş qıcırtısı olacaq. (Matta, 13:40-50)
… [Allahın əzabı] onun gözləmədiyi bir gündə, ümid etmədiyi bir saatda gələcək, onu şiddətlə cəzalandıracaq və ikiüzlülərlə bir tutacaq. Orada [cəhənnəmdə] ağlama və diş qıcırtısı olacaq. (Matta, 24:50-51)
Ya sən, ey Kefarnahum, göyəmi çıxarılacaqsan? Xeyr, ölülər diyarına [cəhənnəmə] endiriləcəksən! Çünki səndə edilən möcüzələr Sodomda edilmiş olsaydı, bu günə qədər ayaqda qalardı. Sənə bunu söyləyim, hesab günü sənin halın Sodom bölgəsinin halından betər olacaq! (Matta, 11:23-24)
… Bunlar [pislər] sonsuz əzaba [cəhənnəmə], doğrular isə sonsuz həyata [cənnətə] gedəcəklər. (Matta, 25:46)
… Ey pislik edənlər! “İbrahimi, İshaqı, Yaqubu və bütün peyğəmbərləri Allahın hökmranlığında [cənnətdə], özünüzü isə çölə atılmış gördüyünüz zaman, aranızda ağlama və diş qıcırtısı olacaq.” (Luka, 13:27-28)
Ya sən, ey Kefarnahum, göyəmi çıxarılacaqsan? Xeyr, ölülər diyarına [cəhənnəmə] endiriləcəksən!… Sənə bunu söyləyim, hesab günü sənin halın Sodom bölgəsinin halından betər olacaq! (Matta, 11:23-24)
Bir gün yoxsul adam öldü… Sonra zəngin adam da öldü və basdırıldı. Ölülər diyarında [cəhənnəmdə] iztirab çəkən zəngin adam başını qaldırıb uzaqda İbrahimi və onun yanında Lazarı gördü. “Ey atamız İbrahim, acı mənə!” deyə səsləndi. “Lazarı göndər ki, barmağının ucunu suya batırıb dilimi sərinlətsin. Bu alovların içində əzab çəkirəm.” İbrahim, “Oğlum” dedi, “Həyatın boyunca sənin yaxşılıq payını, Lazarın da pislik payını aldığını unutma. İndi isə o burada təsəlli edilir, sən də əzab çəkirsən. Üstəlik, aramıza elə bir uçurum qoyuldu ki, nə buradan sizə gəlmək istəyənlər gələ bilər, nə də oradan [cəhənnəmdən] kimsə bizə [cənnətə]
Sizi ilanlar, gürzələr soyu! Cəhənnəm cəzasından necə qaçacaqsınız? Məhz bunun üçün sizə peyğəmbərlər, müdrik kəslər və din alimləri göndərirəm. Bunlardan kimini öldürəcək…

