… Birlikdə Allaha belə səsləndilər: “Ey Əfəndimiz! Yeri göyü, dənizi və onların içindəkilərin hamısını yaradan Sənsən”. (Həvarilərin İşləri, 4:24)
Dünyanı və içindəkilərin hamısını yaradan, yerin və göyün Rəbbi olan Allah… (Həvarilərin İşləri, 17:24)
Hər evin bir yaradıcısı vardır, halbuki hər şeyin yaradanı Allahdır. (İbranilərə, 3:4)
Dünyanı və içindəkilərin hamısını yaradan, yerin və göyün Rəbbi olan Allah… Hər kəsə həyat, nəfəs və hər şeyi verən Özü olduğuna görə… Allah, bütün xalqları tək insandan yaratdı və onları yer üzünün hər tərəfinə yerləşdirdi. (Həvarilərin İşləri, 17:24-25)
… Sizi bu boş şeylərdən imtina etməyə, göyü, yeri, dənizi və bunların içindəkilərin hamısını yaradan… Allaha dönməyə çağırırıq… [Allah] sizə lütf edir. Göydən yağış yağdırır, müxtəlif məhsullarıyla mövsümləri təşkil edir, sizi yeməklə doyurub ürəklərinizi sevinclə doldurur. (Həvarilərin İşləri, 14:15-17)
Allahdan qorxun! Onu ucaldın! Çünki Onun mühakimə etmə saatı gəldi. Göyü, yeri, dənizi və su mənbələrini Yaradana qulluq edin! (Vəhy, 14:7)
Yenə deyir ki, “Ya Rəbb, başlanğıcda yerin təməllərini Sən atdın. Göylər də Sənin əllərinin əsəridir.” [Allahın hər şeyi yoxdan var etdiyi, hər şeyi yaradanın Allah olduğu təşbeh edilərək izah edilmişdir.] (İbranilərə, 1:10)
Hər şeyin qaynağı Odur; hər şey Onunla və Onun üçün var oldu. Sonsuza qədər Ona ucalıq olsun. Amin. (Romalılara 11:36)
… Biz Allahın əsəriyik, Onun əvvəldən hazırladığı yaxşı işləri etmək üzrə… yaradıldıq. (Efeslilərə, 2:10)
O… bizi, Öz istəyinə uyğun olaraq… həyata qovuşdurdu. (Yaqub, 1:18)
… Belə deyirlər: “Rəbbimiz və Allahımız! Ucalığı, hörməti, gücü almağa layiqsən. Çünki hər şeyi Sən yaratdın; hamısı Sənin istəyinlə yaradılıb var oldu” (Vəhy, 4:9-11)
… Yerdə və göydə, görünən və görünməyən hər şey -taxtlar, hakimiyyətlər, rəhbərliklər, hökmranlıqlar- Onda yaradıldı. Hər şey Onun tərəfindən və Onun üçün yaradıldı. Hər şeydən əvvəl var olan Odur və hər şey varlığını Onda davam etdirir. (Kolosselilərə, 1:16-17)
O [Allah] hər şeyin qaynağıdır, bizlər Onun üçün yaşayırıq. Tək bir Rəbb var… Hər şey Onun tərəfindən yaradıldı, biz də Onun diləməsiylə yaşayırıq. (1 Korinflilərə, 8:6) (Kolosselilərə, 1:17)
Ölümsüzlük yalnız Ona [Allaha] aiddir… Onu nə görən olmuşdur, nə də kimsə görə bilər… (1 Timoteyə, 6:16)
Qürur və ucalıq sonsuzlara qədər ölümsüz, görünməz tək Allahın olsun… (1 Timoteyə, 1:17)
… Başlanğıcdan bəri mövcud olanı [Allahı] tanıyırsınız. (1 Yəhya, 2:14) Gerçək… [Haqq olan Allah] sonsuza qədər bizimlə olacaq. (2 Yəhya, 1:2)
… İyirmi dörd qoca üzü üstə yerə əyildi. Allaha tapınaraq belə dedilər: “Hər şeyə gücü çatan, [hər zaman] mövcud olan, var olan Rəbb Allah! Sənə şükür edirik…” (Vəhy, 11:16-17)
… Gecə gündüz dincəlmədən belə deyirlər: “Müqəddəs, müqəddəs, müqəddəsdir, Hər şeyə gücü çatan Rəbb Allah, [hər zaman] var olmuş, var olan və gələcəkdə də var olacaq olan.” (Vəhy, 4:8)
Hər şeyin qaynağı Odur [Allahdır]; hər şey Onun tərəfindən və Onun üçün yarandı.
Sonsuza qədər Ona ucalıq olsun. (Romalılara, 11:36)
Ölümsüz Allahın ucalığı… (Romalılara, 1:23)
Allahın hər şeyi görən, eşidən və bilən olması
Siz onlara bənzəməyin! Çünki Allahınız nələrə ehtiyac duyduğunuzu siz daha Ondan diləmədən əvvəl bilər. (Matta, 6:8)
Allahın görmədiyi heç bir varlıq yoxdur. Özünə hesab verəcəyimiz Allahın gözləri qarşısında hər şey çılpaq və açıqdır. (İbranilərə, 4:13)
Harada iki ya da üç nəfər Mənim adımla toplansa, Mən də orada onların arasındayam. (Matta, 18:20)
Beş sərçə iki qara pula satılmırmı? Amma bunların biri belə Allah Qatında unudulmur. Necə ki, başınızdakı saçlar belə tək-tək sailıdır… (Luka, 12:6-7)
İnsanların şahidliyini qəbul edirik, halbuki Allahın şahidliyi ən üstündür. (1 Yəhya, 5:9)
O günü və saatı [qiyamət günü və saatını], nə göydəki mələklər nə də elçi bilər; Allahdan başqa kimsə bilməz. (Matta, 24:36)
Allahın zənginliyi, müdrikliyi və məlumatı nə dərindir!… (Romalılara, 11:33)
Allahın hər şeyin daxilindən, gizli tərəflərindən xəbərdar olması
… O [Allah], qaranlığın gizlədiklərini aydınlığa çıxaracaq, ürəklərdəki niyyətləri aşkar edəcək. O zaman hər kəs Allahdan payına düşən tərifi alacaq. (1 Korinflilərə, 4:5)
[Allah Qatında] Müəyyən olmayacaq gizli heç bir şey yoxdur, bilinməyəcək və Allahın sözü diri və təsirlidir… Canla ruhu, iliklə oynaqları bir-birindən ayıracaq qədər dərinlərə işləyər; ürəyin düşüncələrini və məqsədlərini mühakimə edər. (İbranilərə, 4:12)
O da onlara belə dedi: “Siz insanlar qarşısında özünüzü təmizə çıxarırsınız, amma Allah ürəyinizi bilir. İnsanların qürurlandıqları nə varsa, Allah bəyənməz.” (Luka, 16:15)
Amma siz dua edəcəyiniz zaman otağınıza çəkilib qapını örtün və gizlidə olan Allaha dua edin. Gizlilik içində ediləni görən Allah sizi mükafatlandıracaq. (Matta, 6:6)
Allahın sonsuz güc və qüdrət sahibi olması
İsa onlara baxaraq, “İnsanlar üçün bu qeyri-mümkündür, amma Allah üçün hər şey mümkün” dedi. (Matta, 19:26)
… O, hər şeyin üzərində hökm sürən, sonsuza qədər təriflənəcək Allahdır. (Romalılara, 9:5)
İki sərçə bir qara pula satılmırmı? Amma Allahın icazəsi olmadan bunlardan biri belə yerə düşməz. (Matta, 10:29)
… Hökmranlıq, güc və ucalıq sonsuzlara qədər Sənindir!… (Matta, 6:13)
… Gücü hər şeyə çatan Rəbb Allah, sənin işlərin böyük və heyrətlənəcək işlərdir… (Vəhy, 15:3)
…Qurtuluş, ucalıq və güc Allahımıza aiddir. Çünki Onun mühakimələri doğru və ədalətlidir… Çünki gücü hər şeyə çatan Rəbb Allahımız hökmranlıq edir. (Vəhy, 19:1-6)
Hər şeyi Öz istəyi istiqamətində təşkil edən Allahın məqsədinə uyğun olaraq əvvəldən təyin olunub… seçildik. (Efeslilərə, 1:11)
Allahın edə bilməyəcəyi heç bir şey yoxdur. (Luka, 1:37)… Allahdan [Allaha aid] olmayan rəhbərlik yoxdur. Var olanları Allah qurmuşdur. (Romalılara, 13:1)
… Rəbb belə deyir: “Varlığım haqqı üçün hər diz önümdə çökəcək və hər dil Allah olduğumu açıqca söyləyəcək.” (Romalılara, 14:11)
Mübarək və tək Hökmdar… ölümsüzlüyün tək sahibi… heç bir insanın görmədiyi və görə bilməyəcəyi Allah, Məsihi təyin olunan zamanda ortaya çıxaracaq. Qürur və qüdrət sonsuza qədər Onun [Allahın] olsun. (1 Timoteyə, 6:15-16)
Allahın qulu Musanın nəğməsini və Quzunun nəğməsini oxuyaraq söyləyirdilər: “Hər şeyə gücü çatan Rəbb Allah Sənin işlərin böyük və möcüzəvi işlərdir. Ey xalqların Hökmdarı, Sənin yolların doğru və ədalətlidir. Ya Rəbb, Səndən kim qorxmaz, adını kim ucaltmaz? Çünki müqəddəs olan tək Sənsən. Bütün xalqlar gəlib Sənə qulluq edəcəklər…” (Vəhy, 15:3-4)
Hər şeyin qaynağı Odur; hər şey Onun tərəfindən və Onun üçün var oldu. Sonsuza qədər Ona ucalıq olsun. (Romalılara, 11:36)
Allah bizdə təsirli olan qüdrətiylə, dilədiyimiz ya da düşündüyümüz hər şeydən… Hər şey Allahdandır. (1 Korinflilərə, 11:12)
Allahın tək güc və iradə sahibi olması
Əgər özünə… [Allahdan] verilməzsə, heç kim özbaşına bir şey ala bilməz. (Yəhya, 3:27)
… İsa, Rəbbin gücü sayəsində xəstələri yaxşılaşdırırdı. (Luka, 5:17)
İsa onlara, “Hər kəs bu sözü qəbul edə bilməz, ancaq Allahın güc verdiyi kəslər qəbul edə bilər” dedi. (Matta, 19:11)
İki sərçə bir qara pula satılmırmı? Amma Allahın icazəsi olmadan bunlardan biri belə yerə düşməz. (Matta, 10:29)
İman yoluyla, lütflə xilas oldunuz. Bu sizin müvəffəqiyyətiniz deyil, Allahın hədiyyəsidir. Kimsənin öyünməməsi üçün yaxşı işlərin mükafatı deyil. Çünki biz Allahın əsəriyik, Onun əvvəldən hazırladığı yaxşı işləri etmək üçün… yaradıldıq. (Efeslilərə, 2:8-10)
Dinləyin indi, “Bu gün, ya da sabah filan şəhərə gedəcəyik, orada bir il qalıb ticarət edəcəyik və pul qazanacağıq” deyən sizlər, sabah nə olacağını bilmirsiniz. Həyatınız nədir ki? Qısa bir müddət görünən və sonra itən buxar kimisiniz. Bunun yerinə, “Rəbb dilərsə yaşayacağıq, bunu onu edəcəyik” deməlisiniz. (Yaqub, 4:13-15)
Çünki Güclü Olan [Allah], mənim üçün böyük işlər etdi. Onun adı müqəddəsdir. (Luka, 1:49)
… Göydən çörəyi Musa vermədi. Sizə göydən gerçək çörəyi verən Rəbbimdir. (Yəhya, 6:32)
Çünki “Yer üzü və içindəki hər şey Rəbbindir.” (1 Korinflilərə, 10:26) “Bu səbəblə məhsulun sahibi Rəbbə yalvarın, məhsulunu qaldıracaq işçilər göndərsin.” (Matta, 9:38)
Sizləri məhkəməyə verdikləri zaman, nəyi necə söyləyəcəyinizi düşünərək narahat olmayın. Nə söyləyəcəyiniz o anda sizə bildiriləcək. Çünki danışan siz olmayacaqsınız, Rəbbinizin Ruhu sizin vasitəçiliyinizlə danışacaq. (Matta, 10:19-20)
Tək xilaskarımız Allah, sizi düşməkdən saxlayacaq, Öz uca hüzuruna böyük sevinc içində ləkəsiz olaraq çıxaracaq gücdədir… (Yəhuda, 24-25)
Halbuki tək Qanun qoyan, tək Hakim vardır; xilas etməyə də, məhv etməyə də gücü çatan Odur [Allahdır]. (Yaqub, 4:12)
Əhəmiyyətli olan, əkən ya da sulayan deyil, əkiləni böyüdən Allahdır… (1 Korinflilərə, 3:7) Hər hansı bir şeyi öz müvəffəqiyyətimiz olaraq saymağa yetərliyik demək istəmirəm; bizi yetərli edən Allahdır. (2 Korinflilərə, 3:5)
… Allahı tərifləyərək, “Ən ucalarda Allaha ucalıq olsun, yer üzündə Onun məmnun qaldığı insanlara sağlamlıq olsun!” dedilər. (Luka, 2:13-14)
… O hər şeyin üzərində hökm verən, sonsuza qədər təriflənəcək Allahdır! Amin. (Romalılara, 9:5)
Halbuki Allah sonsuza qədər təriflənməyə layiqdir! Amin. (Romalılara, 1:25)
Çobanlar, eşidib gördüklərinin hamısı üçün Allahı ucaldıb tərifləyərək geri döndülər. Hər şeyi, özlərinə izah edildiyi kimi tapmışdılar. (Luka, 2:20)
Tərif, ucalıq və müdriklik, təşəkkür və hörmət, güc və qüdrət sonsuzlara qədər Allahımızın olsun. (Vəhy, 7:12)
Dilimizlə Rəbbi tərifləyərik… (Yaqub, 3:9)
… O biri xalqlar mərhəməti üçün Allahı ucaltsın. Yazıldığı kimi: “Bunun üçün xalqlar arasında Sənə şükür edəcəyəm, Adını ilahilərlə tərifləyəcəyəm.” Yenə deyilir ki, “Ey xalqlar, Onun xalqıyla birlikdə sevinin!” və “Ey bütün xalqlar, Rəbbə təriflər söyləyin! Ey bütün xalqlar, Onu ucaldın!” (Romalılara, 15:9-11)
… Allaha təriflər olsun. (Efeslilərə, 1:3)
… Mərhəmətli Allaha… təriflər olsun! (2 Korinflilərə, 1:3)
Öldürən və dirildən Allahdır
… Amma bu, özümüzə deyil, ölüləri dirildən Allaha güvənməyimiz üçün oldu. (2 Korinflilərə, 1:9)
Sizlər, Allahın ölüləri diriltməsini niyə “inanılmaz” görürsünüz? (Həvarilərin İşləri, 26:8)
Bədəni öldürə bilən, amma canı öldürə bilməyənlərdən qorxmayın. Canı da, bədəni də cəhənnəmdə məhvə uğradan Allahdan qorxun. (Matta, 10:28)
Hər varlığa həyat verən Allahın… hüzurunda sənə buyururam. (1 Timoteyə, 6:13)… Allah içinizdə yaşayan Ruhuyla ölümlü bədənlərinizə də həyat verəcək. (Romalılara, 8:11)
“Səni bir çox xalqın atası etdim” deyə yazıldığı kimi İbrahim, iman etdiyi Allahın -ölülərə həyat verən, var olmayanı əmriylə var edən Allahın- Qatında hamımızın atasıdır. (Romalılara, 4:17)
Dünyanı və içindəkilərin hamısını yaradan, yerin və göyün Rəbbi olan Allah… Hər kəsə həyat, nəfəs və hər şeyi verən Özü olduğuna görə… (Həvarilərin İşləri, 17:24-25)
Allah necə ölüləri dirildib onlara həyat verirsə… (Yəhya 5:21)
… Göydən çörəyi Musa vermədi. Sizə göydən gerçək çörəyi verən Rəbbimdir. (Yəhya, 6:32)
“Bu səbəblə sizə bunu söyləyirəm: “Nə yeyib nə içirik?” deyə canınız üçün, “Nə geyəcəyik?” deyə bədəniniz üçün narahat olmayın. Can yeməkdən, bədən də geyimdən daha əhəmiyyətli deyilmi? Göydə uçan quşlara baxın! Nə əkər, nə biçər, nə də anbarlarda yemək yığarlar. Allah yenə də onları doyurar. Siz onlardan daha qiymətli deyilsinizmi? (Matta, 6:25-26)
[Allah] sizə lütf edir. Göydən yağış yağdırır, müxtəlif məhsullarıyla mövsümləri təşkil edir, sizi yeməklə doyurub ürəklərinizi sevinclə doldurur. (Həvarilərin İşləri, 14:17)
[Allah] nəsillər boyunca Özündən qorxanlara mərhəmət edər… Ac olanları yaxşılıqlarla doyurdu, zənginləri isə əlləri boş çevirdi. (Luka, 1:50-53)
İsa şagirdlərinə belə dedi: “Bu səbəblə sizə bunu söyləyirəm: “Nə yeyəcəyik?” deyə canınız üçün, “Nə geyəcəyik?” deyə bədəniniz üçün narahat olmayın… Qarğalara baxın! Nə əkər, nə biçərlər; nə anbarları vardır. Allah yenə də onları doyurar. (Luka, 12:22-24)
Allahın sevən, lütfkarlığı bol olan, mərhəmət edən olması
Nəsildən nəslə [Allah] Ondan qorxanlara mərhəmət edər. (Luka, 1:50)… Rəbbin çox acıyan və mehribanlıqla davranan olduğunu bildiniz. (Yaqub, 5:11) Çünki Allahımız mərhəmət doludur. Onun mərhəməti sayəsində, ucalardan doğan Günəş, qaranlıqda və ölümün kölgəsində yaşayanlara işıq saçmaq və ayaqlarımızı sağlamlıq yoluna yönəltmək üzrə köməyimizə gələcəkdir. (Luka, 1:78-79)
Amma mərhəməti bol olan Allah bizi çox sevdiyi üçün… həyata qovuşdurdu. Onun lütfüylə xilas oldunuz. (Efeslilərə, 2:4-5)
Çətinliyə qatlana bilənləri xoşbəxt sayarıq. Əyyubun necə dözdüyünü eşitdiniz. Rəbbin ən sonunda onun üçün nələr etdiyini bilirsiniz. Rəbb çox şəfqətli və mərhəmətlidir. (Yaqub, 5:11)
Tam bir müdriklik və anlayışla üzərimizə yağdırdığı lütfünün zənginliyi sayəsində… qurtuluşa, günahlarımızın bağışlanmasına qovuşduq. (Efeslilərə, 1:7-8)
Biz bilirik ki, hər şey birlikdə Allahı sevənlərin, Onun məqsədinə görə çağırılanların xeyrinə işləyir. (Romalılara, 8:28)
Amma xilaskarımız Allah yaxşılığını və insana olan sevgisini açıqca göstərərək bizi xilas etdi. Bunu düzgün etdiyimiz işlərdən ötrü deyil, Öz mərhəmətiylə… etdi. (Titə, 3:4-6)
Allahın sizə bağışladığı fövqəladə lütfdən ötrü sizlər üçün dua edir, sizin üçün darıxırlar. Sözlə izah edilə bilməyən hədiyyəsi üçün Allaha şükürlər olsun! (2 Korinflilərə, 9:14-15)
İman yoluyla, lütflə xilas oldunuz. Bu sizin müvəffəqiyyətiniz deyil, Allahın hədiyyəsidir. Kimsənin öyünməməsi üçün yaxşı işlərin mükafatı deyil. Çünki biz Allahın əsəriyik, Onun əvvəldən hazırladığı yaxşı işləri etmək üzrə… yaradıldıq. (Efeslilərə, 2:8-10)
Allahın sərhədsiz yaxşılığını, tolerantlığını, səbirini xormu görürsən? [Allahı tənzih edirik.] Onun yaxşılığının səni tövbəyə yönəltdiyini bilmirsənmi? (Romalılara, 2:4)
Hər kəsin qarşılaşdığı sınaqlardan başqa sınaqlarla qarşılaşmadınız. Allah etibarlıdır, gücünüzü aşan şəkildə sınanmanıza icazə verməz. Qatlana bilməniz üçün sınaqla birlikdə çıxış yolunu da təmin edəcək. (1 Korinflilərə, 10:13)
Sevimli qardaşlarım, Allah bizi bu qədər çox sevdiyinə görə biz də birbirimizi sevməyə borcluyuq. (1 Yəhya, 4:11)
Sevimli qardaşlarım, aldanmayın! Hər nemət, hər mükəmməl hədiyyə… Allahdan gəlir. (Yaqub, 1:16-17)
Ey gənclər, siz də qocalara qarşı mərhəmətli olun. Hamınız bir-birinizə qarşı təvazökarlıqla davranın. Çünki “Allah qürurlulara qarşıdır, amma təvazökarlara lütf edər.” (1 Peter, 5:5)
… Bütün lütfün qaynağı olan Allahın Özü qısa bir müddət acı çəkmənizdən sonra sizi yetkinləşdirib gücləndirəcək, gücləndirib təməlləndirəcək. Qüdrət sonsuzlara qədər Onun olsun! Amin. (1 Peter, 5:10-11)
Sağlamlıq qaynağı olan Allahın Özü sizi tamamilə mübarək etsin. Ruhunuz, canınız və bədəniniz… İsa Məsihin gəlişində əksiksiz və qüsursuz olmaq üzrə qorunsun. (1 Saloniklilərə, 5:23)
Sağlamlıq qaynağı olan Rəbbin Özü sizə hər zaman, hər vəziyyətdə sağlamlıq versin. Rəbb hamınızla birlikdə olsun. (2 Saloniklilərə, 3:16)
Allahın qullarına nəzarət edən və qoruyan olması
Amma Rəbb etibarlıdır. O sizi gücləndirəcək, pis olandan qoruyacaq. (2 Saloniklilərə, 3:3)
Siz onlara bənzəməyin! Çünki Allahımız nələrə ehtiyac duyduğunu siz daha Ondan diləmədən əvvəl bilir. (Matta, 6:8)
Bunun üçün, Allahın istəyinə uyğun olaraq acı çəkənlər, yaxşılıq edərək canlarını etibarlı Yaradana əmanət etsinlər. (1 Peter, 4:19)
Zaman sona çatarkən ortaya çıxarılmağa hazır olan qurtuluşa qovuşasınız deyə iman sayəsində Allahın gücüylə qorunursunuz. (1 Peter, 1:5)
Bu gün var olub, sabah ocağa atılacaq olan çöl otunu belə geydirən Allahın sizi də geydirəcəyi daha qəti deyilmi, ey qıt imanlılar? (Matta, 6:30)
Göydə uçan quşlara baxın! Nə əkər, nə biçər, nə də anbarlarda yemək yığarlar. Allah yenə də onları doyurar. Siz onlardan daha qiymətli deyilsinizmi? (Matta, 6:26)
“Elə isə, “Nə yeyəcəyik?” “Nə içəcəyik?” ya da “Nə geyəcəyik?” deyərək narahat olmayın. Xalqlar həmişə bu şeylərin arxasınca qaçar. Halbuki Allah bütün bunlara ehtiyac O günah işləmədi, ağzından hiyləli söz çıxmadı. Ona söyüldüyündə söyüşlə cavab vermədi, acı çəkdiyində kimsəni təhdid etmədi; davasını, ədalətlə mühakimə edən Allaha buraxdı. (1 Peter, 2:22-23)
Allahın doğru yola yönəldən, mənəvi çirklərdən təmizləyən olması
İnsanlar… Allahın lütfüylə, qarşılıqsız olaraq təmizlənərlər. (Romalılara, 3:24)
… [Allah] iman etmələri üzərinə ürəklərini təmizlədi. (Həvarilərin İşləri, 15:9)
Allahın insanı təmizlədiyi, Müjdədə açıqlanar. Təmizlənmə yalnız imanla olur.
Yazıldığı kimi, “İmanla təmizlənən yaşayacaq. (Romalılara, 1:17)
Allahın seçdiklərini kim günahlandıracaq? Onları təmizləyən Allahdır. (Romalılara, 8:33)
Belə ki, Onun [Allahın] lütfüylə təmizlənmiş olaraq ümid içində sonsuz həyatın varisləri olaq. (Titə, 3:7)
… Tək Allah, sizi düşməkdən saxlayacaq, Öz uca hüzuruna böyük sevinc içində ləkəsiz olaraq çıxaracaq gücdədir… (Yəhuda, 1:24-25)
… Qurtuluş, ucalıq və güc Allahımıza aiddir. Çünki Onun mühakimələri doğru və ədalətlidir… Çünki gücü hər şeyə çatan Rəbb Allahımız hökmranlıq edir. (Vəhy, 19:1-6)
O [Allah]… bizi, Öz istəyinə uyğun olaraq… həyata qovuşdurdu. (Yaqub, 1:18)
… Sizi qaranlıqdan heyrətləndirici işığına çağıran Allahın fəzilətlərini eşitdirmək üçün seçildiniz… Bir zamanlar mərhəmətə çatmamışdınız, indiysə mərhəmətə çatdınız. (1 Peter, 2:9)
Demək ki, seçilmək, insanın istəyinə ya da səyinə deyil, Allahın mərhəmətinə bağlıdır…
Demək ki, Allah istədiyinə mərhəmət edər, istədiyinin ürəyini qatılaşdırar. (Romalılara, 9:16-18)
Allahın tövbələri qəbul edən, günahları bağışlayan olması
… [Allahın] lütfünün zənginliyi sayəsində… qurtuluşa, günahlarımızın bağışlanmasına qovuşduq. (Efeslilərə, 1:7-8)
Bunları dinlədikdən sonra sakitləşdilər. Allahı ucaldaraq belə dedilər: “Demək ki, Allah tövbə etmə və həyata qovuşma fürsətini o biri xalqlara da vermişdir.” (Həvarilərin İşləri, 11:18)
O [Allah] bizi qaranlığın hökmranlığından qurtar[masıyla]… qurtuluşa, günahlarımızın bağışlanmasına sahibik. (Kolosselilərə, 1:13-14)
Amma günahlarımızı etiraf etsək, etibarlı və ədalətli olan Allah günahlarımızı bağışlayıb İmanla edilən dua xəstəni yaxşılaşdıracaq və Rəbb onu ayağa qaldıracaq. Əgər xəstə günah işləmişsə, günahları bağışlanacaq. (Yaqub, 5:15)
“Bizə qarşı cinayət törədənləri bağışladığımız kimi, Sən də bizim günahlarımızı bağışla. Aldanmağımıza icazə vermə. Bizi pis olandan qurtar. Çünki hökmranlıq, güc və ucalıq sonsuzlara qədər Sənindir! Amin.” Başqalarının günahlarını bağışlasanız, Allah da sizin günahlarınızı bağışlayar. Amma siz başqalarının günahlarını bağışlamasanız, Allah da sizin günahlarınızı bağışlamaz. (Matta, 6:12-15)
İsa onlara, “Dua edərkən belə söyləyin” dedi: “Allah, Adın müqəddəs qılınsın… Günahlarımızı bağışla. Çünki biz də bizə qarşı günah işləyən hər kəsi bağışlayırıq. Yanılmağımıza icazə vermə.” (Luka, 11:2-4)
Başqasını mühakimə etməyin, siz də mühakimə olunmazsınız. Günahkar çıxarmayın, siz də günahkar çıxarılmazsınız. Başqasını bağışlayın, siz də bağışlanarsınız. Verin, sizə veriləcək. Yaxşı şəkildə basdırılmış, silkələnmiş və daşmış, dolu bir ölçü ilə qucağınıza boşaldılacaq. Hansı ölçüdə versəniz, eyni ölçüdə götürəcəksiniz. (Luka, 6:37-38)
Elə isə günahlarınızın silinməsi üçün tövbə edin və Allaha dönün. Belə ki, Rəbb sizə yenilənmə fürsətləri versin… (Həvarilərin İşləri, 3:19-20)
Bu pisliyindən ötrü tövbə et və Rəbbə yalvar, ürəyindəki bu düşüncə, bəlkə, bağışlanar. (Həvarilərin İşləri, 8:22)
Allahın hökm verənlərin ən xeyirlisi, sonsuz ədalət sahibi olması
Haqsızlıq edən etdiyi haqsızlığın qarşılığını alacaq, heç bir ayrı-seçkilik edilməyəcək. (Kolosselilərə, 3:25)
Çünki istər kölə, istər azad olsun, hər kəsin etdiyi hər yaxşılığın qarşılığını Rəbdən alacağını bilirsiniz. Ey ağalar, siz də kölələrinizə eyni şəkildə davranın. Artıq onları təhdid etməyin. Onların da, sizin də ağanızın… olduğunu və insanlar arasında ayrı-seçkilik etmədiyini bilirsiniz. (Efeslilərə, 6:8-9)
[Allah] pislik edən hər kəsə… çətinlik və əzab verəcək; yaxşılıq edən hər kəsə… ucalıq, hörmət, sağlamlıq verəcək. Çünki Allah insanlar arasında ayrı-seçkilik etməz. (Romalılara, 2:9-11)
Haqsızlıq edən etdiyi haqsızlığın qarşılığını alacaq, heç bir ayrı-seçkilik edilməyəcək. (Kolosselilərə, 3:25)
Allah “hər kəsə, etdiklərinin qarşılığını verəcək.” Daima yaxşılıq edərək ucalıq, hörmət, ölümsüzlük axtaranlara sonsuz həyat verəcək. Eqoistlərin, həqiqətə uymayıb haqsızlıq arxasınca gedənlərin üzərinə isə qəzəb və kin yağdıracaq. (Romalılara, 2:6-8)
Hər kəsin etdiyi iş müəyyən olacaq, mühakimə günü ortaya çıxacaq… (1 Korinflilərə, 3:13)
Onlar, ölüləri də, diriləri də mühakimə etməyə hazır olan Allaha hesab Kimsəni fərqləndirmədən, insanın etdiklərinə baxaraq mühakimə edən Allah…
Qürbəti xatırladan bu dünyadakı zamanınızı Allah qorxusuyla keçirin. (1 Peter, 1:17)
Allah ədalətsiz deyil. [Allahı tənzih edirik.] Əməyinizi və müqəddəslərə xidmət etmiş olaraq və etməyə davam edərək Onun adına göstərdiyiniz sevgini unutmaz. (İbranilərə, 6:10)
Əlbəttə ki, Rəbb möminləri sınaqdan necə qurtarmağı, haqsızları isə qiyamət gününə kimi cəza altında necə saxlamağı bilir. O, xüsusilə, cismani murdar ehtirasına uyaraq ağalığa xor baxanları belə saxlayır…. (2 Peter, 2:9-10)
Allahın zənginliyi nə böyük, müdrikliyi və məlumatı nə dərindir! Onun mühakimələri nə cür ağlasığmaz, yolları nə cür aydın deyil! (Romalılara, 11:33)

