Onların müzakirələrini dinləyən və İsanın onlara gözəl cavab verdiyini görən bir din alimi yaxınlaşıb ona: “Buyruqların ən əhəmiyyətlisi hansıdır?”—deyə soruşdu. İsa belə cavab verdi: “[Allahın buyruqlarının] ən əhəmiyyətlisi budur: “Dinlə, ey İsrail! Allahımız Rəbb tək Rəbdir… Din alimi İsaya, “Yaxşı söylədin, müəllimim” dedi. “Allah təkdir və Ondan başqası yoxdur” deməklə doğrunu söylədin.” (Mark, 12:28-32)
… Allah birdir. (Qalatiyalılara, 3:20)… Rəbb birdir. Müxtəlif fəaliyyətlər vardır, amma hər kəsdə hamısını təsirli edən eyni Allahdır. (1 Korinflilərə, 12:5-6)
Tək bir Allah vardır… (1 Timoteyə, 2:5)
İsa ona belə cavab verdi: “… Allahın Rəbbə tapınacaq, yalnız Ona qulluq edəcəksən” deyə yazılmışdır. (Matta, 4:10)
Xilaskarımız Tək Allaha ucalıq olsun… (Yəhuda, 1:24) Sən Allahın bir olduğuna inanırsan, yaxşı edirsən. Cinlər belə buna inanır və [Allah qorxusuyla] titrəyirlər! (Yaqub, 2:19)
Sonsuz çağların Hökmranı, ölümsüz, gözə görünməz tək Allaha çağlar çağı qürur və ucalıq olsun. (1 Timoteyə, 1:17)
Bir-birinizi ucaldan və tək olan Allahdan gələn ucalığı axtarmayan sizlər, mənə necə iman edə bilərsiniz? (Yəhya, 5:44)
İsa yola çıxarkən, biri qaçaraq yanına gəldi. Qarşısında diz çöküb ona: “Yaxşı müəllimim, sonsuz həyata qovuşmaq üçün nə etməliyəm?” deyə soruşdu. İsa ona, “… yaxşı olan tək biri var, O da Allahdır.” (Mark, 10:17-18)
… Bilirik ki, büt dünyada həqiqətdə mövcud olmayan bir şeydir və birdən çox ilah yoxdur…
Bizim üçün tək Allah vardır: Hər şeyin Ondan meydana gəldiyi Allah. Bizlər də Onun üçün yaşayırıq… (1 Korinflilərə, 8:4-6)
… Bir tək Allahınız var… (Matta, 23:9) İsa, “Mənə niyə yaxşılıq haqqında sual verirsən?” dedi. “Yaxşı olan tək biri var. Həyata qovuşmaq istəyirsənsə, Onun [Allahın] buyruqlarını yerinə yetir”. (Matta, 19:17)
Yerdə ya da göydə ilah deyə adlandırılanlar varsa da… [Allahı tənzih edərik] bizim üçün tək bir Allah vardır. O hər şeyin qaynağıdır, bizlər Onun üçün yaşayırıq. (1 Korinflilərə, 8:5)
… Rəbb bir, iman bir… Hər şeydən üstün, hər şeylə və hər şeydə olan hər kəsin Allahı… birdir. (Efeslilərə, 4:4-6)
Hər evin bir yaradıcısı vardır, hər şeyin yaradıcısı isə Allahdır. (İbranilərə, 3:4)

