Haqq dinlər, təməldə eyni inanc və əxlaqi modeli insanlara təqdim etmişlər. Hamısı, Allahın varlığı, birliyi, insanın və bütün varlıqların yaradılış məqsədləri, Allahın bəyəndiyi ideal rəftar və həyat formasının necə olması lazım olduğu, yaxşı, pis, doğru, səhv anlayışlarının nələr olduqları, sonsuz həyat üçün nələr etməsi lazım olduğu kimi mövzularda eyni inanc əsaslarına malikdir.
Xristianlığın təməli olan Əhdi-Cədiddə, yəhudiliyin təməli olan Tövrata və İslamın təməli olan Qurana baxdığımızda, qarşılıqlı əlaqələrdə ən gözəl söz və davranışların tövsiyə edildiyini görərik. İnananların digər insanlara qarşı mənimsəmələri lazım olan davranış forması İncildə belə izah edilər:
Bir-biriniz və bütün insanlar üçün hər vaxt yaxşılığı məqsəd hesab edin. (1 Saloniklilərə, 5/15)
Quranda isə Rəbbimiz, bir çox ayəsində gözəl əxlaqın, yaxşılığın, pisliyə yaxşılıqla cavab vermənin əhəmiyyətini bildirmiş, yəhudilərə və xristianlara, yəni Kitab Əhlinə qarşı da, müsəlmanların şəfqətlə yaxınlaşmalarını buyurmuşdur.
Quranda Əhli Kitabın, yəni xristianlar və yəhudilərin, müşriklərə (yəni bütpərəst və ya dinsizlərə) görə, müsəlmanlara daha yaxın olduqları açıq şəkildə bildirilmişdir. Əhli Kitab, təməli Allahın vəhyinə söykənən əxlaqi meyarlara, haram və halal anlayışlarına malikdir. Bunun üçün Kitab Əhlindən kəslərin bişirdiyi bir yemək, müsəlmanlar üçün halal qılınmışdır. Eyni şəkildə müsəlman kişilərə Kitab Əhlindən qadınlarla evlənmə icazəsi verilmişdir. Bunlar yaxın insani əlaqələr və dinc ortaq həyat qurulmasını təmin edəcək əsaslardır. Quranda bu mülayim və şəfqətli dünyagörüşü tövsiyə edilərkən, müsəlmanların əksinə bir fikirdə olması düşünülə bilməz.
Allah, müsəlmanlara Quranda, Kitab Əhlinə qarşı gözəl söz söyləmələrini bildirmişdir. Kitab Əhli ilə möminlər arasındakı ən əhəmiyyətli ortaq istiqamət, heç şübhəsiz bir olan Allaha imandır:
“
…Kitab əhli ilə ən gözəl tərzdə müzakirə edin və deyin: “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana iman gətirdik. Bizim də məbudumuz, sizin də məbudunuz birdir. Biz yalnız Ona itaət edirik”. (Ənkəbut surəsi, 46)
“
De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. (Ali İmran surəsi, 64)
Müsəlmanlar İsa Peyğəmbərə böyük sevgiylə bağlıdırlar übarək kitabımız Quranı Kərimdə İsa Peyğəmbər haqqında bir çox məlumat Mverilməkdə, İsa Peyğəmbərin, Allahın, Məryəmə göndərdiyi Cəbrayılın müjdələməsiylə atasız olaraq dünyaya gəldiyi, doğulduqdan dərhal sonra insanlarla danışdığı, Allahın ilhamıyla körpə yaşında möcüzələr göstərdiyi izah edilməkdədir. Yenə Qurana görə İsa Peyğəmbər həyatı boyunca Allahın nümunəvi qulu və elçisi olmuş, Tövratı təsdiqləyən, yol göstərici və öyüd olan İncili təbliğ etmiş və insanları Allaha səmimiyyətlə qul olmağa dəvət etmişdir.
Xristianlıq və İslam arasındakı əhəmiyyətli qaynaşdırıcı ünsür hər iki dinin mənsubların tərəfindən paylaşılan İsa Peyğəmbər sevgisidir.
Quranda, bütün peyğəmbərlərin eyni İlahi mesajları insanlara çatdırdıqları, onları müjdələdikləri və xəbərdar etdikləri, eyni zamanda cəmiyyətlərinə ən gözəl şəkildə nümunə olduqları izah edilər. Məhz bu səbəblə müsəlmanlar, peyğəmbərlərin hamısına iman edərlər, onlar arasında ayrım etməzlər.
Müsəlmanlar, Məhəmməd Peyğəmbər kimi, İsa Peyğəmbərə da iman edər, ona qarşı böyük sevgi və hörmət edərlər. İsa Peyğəmbər, Quranda, “Allahın elçisi və sözü” (Nisa surəsi, 171) olaraq tanıdılar; onun insanlığa bir “ayə (əlamət)” qılındığı (Ənbiya surəsi, 91) bildirilər; mübarizəsi, möcüzələri, həyatı haqqında çox əhəmiyyətli məlumatlar verilər. İsa Məsih bir Quran ayəsində belə təriflənməkdədir:
“
O zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə ilə müjdələyir. O, bu dünyada və axirətdə şanşöhrətli və Allaha yaxınlaşdırılmışlardan olacaqdır…” (Ali İmran surəsi, 45)
Müsəlmanlar, İncilin Allah Qatından endirilmiş İlahi kitab olduğuna (sonradan insanlar tərəfindən təhrif edilmişdir, ancaq içindəki haqq hökmlərin bəziləri dövrümüzə qədər qorunmuşdur) inanarlar. İncilin xristianlara, Allah tərəfindən yol göstərici, doğrunu səhvdən, halalı haramdan ayıran xüsusiyyətlərlə endirildiyini bilərlər. Lakin İsa Peyğəmbərə verilən İncilin xüsusiyyətləri bir Quran ayəsində belə açıqlanar:
“
Onların ardınca Məryəm oğlu İsanı özündən əvvəlki Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içərisində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiqləyən, müttəqilər üçün doğru yol göstəricisi və öyüd-nəsihət olan İncili verdik.
İslam mədəniyyəti və Qərb mədəniyyəti arasında bir qarşıdurma ola bilməz, çünki Qərb mədəniyyətinin təməllərini meydana gətirən yəhudi-xristian inancı, İslamla qarşıdurma Tarix müsəlmanlar ilə Kitab əhli arasındakı dostluğun nümunələriylə doludur arixdə, İslam idarəsi altındakı xristian və yəhudilərin mövqeyini tərəfsiz gözlə Taraşdıran hər kəs açıq həqiqətlə qarşılaşacaq: Kitab Əhli, İslam idarəsi altında hər zaman hüzur və təhlükəsizlik içində yaşamışdır. Hətta, bəzən başqa başçıların altında zülm görərək, İslam torpaqlarına sığınmışlar və axtardıqları etibarı müsəlman ölkələrdə tapmışlar.
Xristianların digər inanclı cəmiyyətlərlə müqayisədə müsəlmanlarla xüsusi dostluq içində olacaqlarına da Quranda diqqət çəkilmişdir. Müsəlmanlara ən yaxın insanların xristianlar olduqları və bunun səbəbi bir ayədə belə ifadə edilmişdir:
“
…dostluq baxımından iman gətirənlərə ən yaxın olduğunu görəcəksən. Çünki onların arasında keşişlər və rahiblər vardır və onlar təkəbbürlük göstərmirlər.
Bu ayədə bildirilən yaxınlığın və isti əlaqələrin ilk nümunələri, peyğəmbərimiz Məhəmmədin zamanında yaşanmışdı. Zülm görən bəzi müsəlmanlar, Məhəmməd Peyğəmbərin istiqamətləndirməsiylə, xristian kral Nəcaşi rəhbərliyindəki Həbəşistana hicrət etdilər; orada təhlükəsizlik və hüzur içində yaşadılar. İslamın ilk illərində müsəlmanlar ilə xristianlar arasında tolerantlıq, sülh, hörmət, əməkdaşlıq, yardımlaşma, din, inanc və ibadət azadlığı əsaslarına söykənən yaxşı əlaqələr quruldu. Yenə bu dövrdə evlilik, ticarət, qonşuluq kimi ictimai həyatın ünsürləri, bütün müsəlmanlar və xristianlara nümunə olacaq şəkildə tətbiq olundu.

