Gəlin birləşək

1 / 5 · 3 dəq oxu

Bir olan Allaha iman edənlər tezliklə ittifaq qurmalıdır

Bu gün dünya üzərində iki qütb vardır. Ancaq bu iki qütbün tərəfləri müsəlmanlar və yəhudilər, xristianlar deyil. Bu iki qütbün bir tərəfində, Allahın varlığına və birliyinə iman edənlər, digər tərəfində isə inkarçılar, digər bir ifadəylə bir tərəfində din əxlaqını müdafiə edənlər, digər tərəfində də din əxlaqına qarşı olan ideologiyaları müdafiə edənlər iştirak etməkdədir.

Xristianların və müsəlmanların ortaq inanc əsaslarına, ortaq ibadətlərə, ortaq əxlaqi dəyərlərə, ortaq düşmənlərə sahib olduqları hər üç İlahi dinin də müqəddəs kitablarında izah edilməkdədir. İnanclı, səmimi, vicdanlı xristianlara, yəhudilərə və müsəlmanlara düşən, pisliklərə və pislərə qarşı ortaq mübarizə icra etmək, köməkləşmək, birlik və bərabərlik içində çalışmaqdır. Bu birlik, sevgi, hörmət, anlayış, uyğunlaşma və əməkdaşlıq prinsipləri təməl alınaraq inşa edilməlidir. Vəziyyətin nə qədər təcili olduğu göz qarşısında saxlanılmalı, çəkişmə, mübahisə və ayrılığa gətirib çıxaracaq ünsürlərdən şiddətlə qaçınmalıdır.

Keçmişdə bu dinlərin mənsubları arasında müxtəlif anlaşılmazlıqlar olmuş ola bilər; bu tarixi həqiqətdir. Ancaq bunlar, Xristianlıq, Yəhudilik və İslamın özündən deyil, dövlətlərin, birliklərin və fərdlərin səhv qərar və düşüncələrindən, çox vaxt iqtisadi və ya siyasi mənfəət və gözləntilərindən qaynaqlanmışdır. Yoxsa, hər üç ilahi dinin ortaq məqsədlərindən biri, bütün insanların sülh, hüzur, təhlükəsizlik və xoşbəxtlik içində yaşamalarıdır və buna zidd qarşıdurma üç dinə görə də səhvdir.

Fərqli dinlərə mənsub inananlar hansı səbəbə birlik olub birləşməlidir? eç şübhə yoxdur ki, dünyanın sülhə, dostluğa və qardaşlığa bəlkə də ən çox ehtiyac Hduyduğu dövrlərdən birini yaşayırıq. 20-ci əsrə damğasını vuran qarşıdurmalar və müharibələr, yeni əsrdə də bütün sürətiylə davam edir, dünyanın dörd bir tərəfindəki günahsız insanlar bu müharibələrə görə böyük maddi və mənəvi itkiyə məruz qalırlar.

Ancaq bəzi kütlələr israrla dünyanın iki böyük və köklü mədəniyyəti arasındakı qarşıdurmanı qızışdırırlar. Halbuki açıq şəkildə görülməkdədir ki, bu kəslərin zorakı mədəniyyətlər qarşıdurması bütün insanlığı böyük fəlakətə aparmaqdadır. Belə bir fəlakətin maneə törədilməsinin ən əhəmiyyətli yollarından biri, mədəniyyətlər arasında dialoqun və əməkdaşlığın gücləndirilməsidir.

Radikalizm təhlükəsi, yaxşılar pisliyə qarşı birləşməlidir ərərli və dağıdıcı hərəkət olmasına baxmayaraq radikalizmin tərəfdar toplaya Zbilməsinin təməlində cəhalət yatmaqdadır. Gərəyi kimi məlumatlandırılmayan, ya da səhv və ya tək tərəfli məlumatlandırılan kütlələr həddindən artıq axınların təsiri altına girə bilməkdə, bu axınların qarşıya qoyduğu fikirləri mühakimə etmədən qəbul edə bilməkdədirlər.

Üç İlahi dinin mənsublarının əməkdaşlığı ilə icra edəcəkləri fikri mübarizələr, radikalizmə zəmin hazırlayan şərtlərin ortadan qaldırılmasına vasitəçi olacaq.

Müsəlmanların Kitab Əhlinə hörmət, sevgi və anlayış ilə yaxınlaşmaları və onlara Quranın “ortaq bir sözdə birləşmə” çağırışını ən gözəl şəkildə çatdırmaları lazımdır. Müsəlmanlıq ilə xristianlığın və yəhudiliyin ittifaqının sirri bu çağırışdadır:

“

De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!” (Al İmran surəsi, 64)

Bu çağırışın məqsədi inanclı bütün insanları, ortaq məqsədlər istiqamətində birləşməyə; ateizmə, din düşmənliyinə və ictimai və əxlaqi degenerasiyaya qarşı birlikdə mübarizəyə, əl-ələ verərək gözəl əxlaqı yer üzünə yaymağa dəvət etməkdədir. Bu çağırış səmimi, vicdanlı, tolerant, kömək sevər, sağlamfikirli, gözəl əxlaqlı, sülh və ədalət tərəfdarı bütün yəhudi, xristian və müsəlmanlara edilməkdədir.

Birlikdə yaradılış həqiqətini insanlara izah edək əflət içindəki insanların, hər gün ətraflarında olub bitən lakin fərqinə varmadıqları Qbir çox yaradılış dəlilini, mükəmməllikləri bütün detallarıyla onların gözləri önünə sərmək, bu kəslərin qəflətlərinin dağılmasında son dərəcə təsirli olar. İllərdir hər kəsin görməyə alışdığı və bir çox kimsənin üzərində düşünmədiyi bir çox iman həqiqəti vardır. İnsanın yalnız öz bədəni belə başlı başına böyük yaradılış dəlilidir. Sahib olduğumuz gözlər dünyanın ən inkişaf etmiş kameralarından daha kompleks və üstündür. Bədənimizdəki hər sistem, böyük uyğunluq və tarazlıq içində işləməkdə, nəhəng laboratoriyalarda ancaq reallaşdırıla biləcək olan kimyəvi əməliyyatlar, daxili orqanlarımız tərəfindən daha mükəmməl bir şəkildə edilməkdədir. Bu qəflət mədəniyyətini ortadan qaldırmaq və yerinə Allaha şükür və itaət təməlində qurulmuş bir mədəniyyət yerləşdirmək üçün, yəhudi, xristian və müsəlmanların əl-ələ verməsi lazımlıdır.

Quranın bir çox ayəsində də insanlar yuxarıda saydığımız həqiqətlər üzərində düşünməyə, Allahın varlığını və böyüklüyünü göstərən bu dəlilləri görməyə və qavramağa dəvət edilmişlər. Bu mövzudakı yüzlərlə ayədən bir neçəsi belədir:

“

Məgər Allahın yeddi göyü təbəqə-təbəqə necə yaratdığını görmürsünüz? Ayı bir nur, günəşi də çıraq etmişdir. Allah sizi torpaqdan bir bitki kimi bitirmişdir. Sonra O sizi ora qaytaracaq və yenidən çıxardacaqdır. Allah yeri sizin üçün xalı təki döşədi. Elə etdi ki, orada geniş yollarla hərəkət edəsiniz” (Nuh surəsi, 15-20)

Bütün kainat bunlar kimi saysız detallarla doludur. Lakin yuxarıda ifadə etdiyimiz kimi insanların çoxu gündəlik həyatlarında bunları düşünməzlər. Bu səbəblə yaradılış dəlillərini insanların heç düşünmədikləri istiqamətləri ilə izah edərək edilən bir təbliğ qarşı tərəfi düşünməyə sövq edəcək, Allahın gücünü və qüdrətini tanıyıb təqdir etməsində də təsirli olacaq.

Səmimi iman edən hər xristian, hər yəhudi, hər müsəlman bu istiqamətdə əlindən gələn bütün səyi göstərməklə mükəlləfdir. Tək bir Allaha iman edən, Onun razılığını qazanmağa çalışan, Ona tam bir təslimiyyətlə təslim olmuş, Ona ürəkdən bağlı, Onu ucaldan, təməldə eyni dəyərləri müdafiə edən yəhudi, xristian və müsəlmanların ortaq hərəkət etmələri ən doğrusudur.