İsa Peyğəmbərin yer üzünə yenidən gələcək olması, biz müsəlmanlar üçün çox əhəmiyyətlidir. O Allahın bir möcüzəsiylə atasız olaraq doğulmuş, İsrailoğullarını doğru yola dəvət etmiş, onlara bir çox möcüzələr göstərmiş olan bir peyğəmbərdir. Məsihdir və Qurana görə “Allahın sözü”dür (Nisa surəsi, 171). Onun yenidən yer üzünə gəlməsi ilə birlikdə isə, həqiqətdə eyni şəkildə Allaha inanan, eyni əxlaqi dəyərləri paylaşan və Qurana görə bir-birlərinə insanlar içində “sevgi tərəfindən ən yaxın olan” (Maidə surəsi, 82) xristianlar və müsəlmanlar arasındakı anlaşılmazlıqlar aradan qaldırılacaq və dünyanın bu ən böyük iki dini birliyi birləşəcək. Yer üzündəki digər İlahi dinin mənsubları, yəni yəhudilər də məsihləri olan İsa Peyğəmbərə iman edərək hidayət tapacaqlar (Nisa surəsi, 159). Beləcə üç İlahi din birləşəcək, yer üzündə Allaha iman təməli üzərinə qurulu tək bir din qalacaq. Bu din, Allahı inkar edən fəlsəfələri və bütpərəst inancları fikirlə məğlubiyyətə uğradacaq, beləcə dünya müharibələrdən, qarşıdurmalardan, irqçilikdən və etnik düşmənliklərdən, zülm və haqsızlıqlardan xilas olacaq, insanlıq sülh, xoşbəxtlik və hüzur içində “Qızıl dövr” yaşayacaq.
Bu, şübhəsiz, dünya tarixinin ən böyük hadisələrindən biridir. Üç İlahi dinin birləşəcəyi bu mühit, bütün Amerika qitəsinin, Avropanın, İslam dünyasının, Rusiyanın, İsrailin ortaq inancla ittifaq qurması mənasını verər ki, bu cür bir birlik tarixdə heç təmin edilməmişdir. Bu birliyin dünyaya gətirəcəyi sülh, hüzur, sabitlik, xoşbəxtlik heç bir dövrdə təmin edilməmiş, bununla yanaşı tayı bərabəri və bənzəri görülməmişdir.
Üstəlik, İsa Peyğəmbərin yer üzünə dönəcək olması, dünya tarixinin ən böyük möcüzələrindən biridir. Məhz, Allahın Quranda bildirdiyi işarələr, Peyğəmbərimizin hədisləri və İslam alimlərinin açıqlamaları işığında, bizlər bu mübarək dövrün çox yaxın olduğuna inanırıq. Biz müsəlmanlar olaraq, İsa Peyğəmbərin yaxında gələcək olmasından ötəri böyük həyəcan duyur, özümüzü və dünyanı bu mübarək qonağa hazırlamaq üçün əlimizdən gələni edirik.
Xristianlara çağırışımız isə, onların da bu mövzuda mümkün qədər həssas, şüurlu və şövqlü olmalarıdır.
İsa Peyğəmbərin gəlişi xristian dünyası üçün böyük müjdədir ristianlara, İsa Peyğəmbər sevgisi, tarix boyunca gözəl əxlaq qazandırmışdır. Allah XQurani Kərimdə xristianları “insanlar içində iman edənlərə sevgi baxımından ən yaxın” olanlar şəklində təsvir edər və ayənin davamında belə buyurar:
“
…onların arasında keşişlər və rahiblər vardır və onlar təkəbbürlük göstərmirlər.
Bir başqa ayədə isə xristianların müsbət əxlaqından belə bəhs edilir:
“
Sonra onların ardınca dalbadal elçilərimizi yolladıq. Sonra Məryəm oğlu İsanı göndərib ona İncil bəxş etdik. Onun ardınca gedənlərin qəlblərinə şəfqət və mərhəmət saldıq… (Hədid surəsi, 27)
Tarix boyunca xristianlar müxtəlif zülmlərə dözmüş, dünya zövqlərindən əllərini çəkərək əziyyət dolu həyatları seçmiş, böyük fədakarlıqlar etmişlər. Bütün bunlar, səmimiyyətin əhəmiyyətli bir göstəriciləridir. Ancaq İsa Peyğəmbərin qayıtmasının yaxın olduğu bu çağda, bu səmimiyyətin daha da güclü göstərilməsi lazımdır.
Xristian qaynaqlarına görə də İsa Peyğəmbər yer üzünə dönəcək. Əhdi-Cədiddə dəfələrlə İsa Peyğəmbərin yer üzünə yenidən dönəcəyi xəbər verilər.
Xristian qaynaqlarına görə də İsa Peyğəmbərin dönüşü yaxındır. Bir çox Xristian, ikinci qayıdışın çox yaxın olduğu qənaətindədir. Çünki Əhdi-Cədiddə və Əhdi-Ətiqdə Məsihin gəlişi ilə əlaqədar bildirilən əlamətlərin çoxu reallaşmışdır.
Xristian qaynaqlarına görə də İsa Peyğəmbərin dönüşü, tarixin ən böyük hadisəsi olacaq. İsa Peyğəmbər kimi Allahın üstün etdiyi müqəddəs bir peyğəmbər yaxında dünyaya gələcəyinə görə, bunun üçün hazırlıq edilməsi, bu mövzunun davamlı gündəmdə tutulması lazımdır.
İsa Peyğəmbər gəldiyində bütün inananları birləşdirəcəyindən, onsuz da yaxında heç bir mənası qalmayacaq olan xristianlar arası ayrılıqların, mübahisələrin, ədavətlərin bir kənara buraxılması lazımdır.
İsa Peyğəmbər gəldiyində, ona inanan bütün xristianlar və müsəlmanlar ortaq bir inancda birləşəcəyinə görə, xristianlar və müsəlmanlar arasındakı ön mühakimə və etibarsızlıqların aşılması üçün indidən çalışmaq lazımdır.
İncilin ən son hissəsi olan “Vəhy” kitabında belə yazar:
“…Dünyanın hakimiyyəti, Rəbbimizin və Onun Məsihinin oldu. Və O sonsuzlara qədər hakimiyyəti sürəcək.” (Vəhy, 11,15)
“
Kitab əhlindən elə kimsə yoxdur ki, ölümündən əvvəl ona iman gətirməsin… (Nisa surəsi, 159)
Quranda İsa Peyğəmbər ikinci dəfə yer üzünə gəldiyində bütün insanların ona iman edəcəyi bu ayə ilə bildirilər və bu şəkildə Axırzamanda imanın dünyaya hakim olacağına işarə edilməkdədir.
Bütün xristianların yaxınlaşan bu böyük müjdənin şüuru, həyəcanı, eşqi, şövqü içində olması lazımdır. Bu şüuru, həyəcanı, eşqi və şövqü yaşayan müsəlmanlar olaraq xristianlara səslənirik:
Gəlin, İsa Peyğəmbərin yaxınlaşan dönüşünə birlikdə hazırlanaq. İsa Peyğəmbərin bizə onsuz da ən doğrunu öyrədəcəyini bilərək, aramızdakı inanc fərqlərinə hörmət göstərək. Onun görmək istədiyi kimi, dünyanı sülh, qardaşlıq, mərhəmət və sevgi ilə doldurmağa çalışaq. Ona düşmən olan, Allahı inkar edən fəlsəfə və ideologiyalara qarşı birlikdə fikri mübarizə verək.
Gəlin, dünya tarixinin yaxınlaşan ən böyük möcüzələrindən və müjdələrindən birini birlikdə gözləyək.

