Ey gənclər… hamınız bir-birinizə qarşı təvazökar olun. Çünki “Allah təkəbbürlülərə qarşıdır, amma təvazökarlara lütf edər.” (1 Peter, 5:5)
Hər baxımdan təvazökar, mülayim, səbirli olun, sevgiylə bir-birinizə səbir edin. (Efeslilərə, 4:2)
Aranızda ən üstün olan, o birilərin xidmətçisi olsun. Özünü ucaldan alçaldılacaq, özünü alçaldan ucaldılacaq. (Matta, 23:11-12)
Heç bir şeyi eqoist ehtiraslarla ya da boş öyünməklə etməyin. Hər biriniz təvazökarlıqla digərini özündən üstün saysın. (Filipililərə, 2:3)
İsa onlara, “Millətlərin padşahları onların üzərində hökm edir və bu hakimiyyətdə olanlar himayədar adlanır. “Amma siz belə olmayacaqsınız. Aranızda ən böyük olan, ən kiçik kimi olsun; idarə edən, xidmət edən kimi olsun. Hansı daha böyük, süfrədə oturanmı, xidmət edənmi? Süfrədə oturan deyilmi? Halbuki mən aranızda xidmət edən biri kimi oldum. Sınandığım zamanlar mənimlə birlikdə dözmüş olanlar sizlərsiniz…” (Luka, 22:25-28; Matta, 20:25-26)
Bilirsiniz ki, millətlərin padşahları sailanlar, onları hökmranlıq ehtirasıyla idarə edərlər, qabaqcılları da onlara böyüklüklərini hiss etdirərlər. Sizin aranızda belə olmayacaq. Aranızda böyük olmaq istəyən, digərlərinin xidmətçisi olsun. Aranızda birinci olmaq istəyən, hamınıza xidmət etsin. Çünki İnsanoğlu [İsa Peyğəmbər] belə xidmət edilməyə deyil, xidmət etməyə… gəldi. (Mark, 10:41-45)
Bu sırada şagirdləri İsaya yaxınlaşıb, “Allahın Hökmranlığında [axirətdə] ən böyük kimdir?” deyə soruşdular. İsa, yanına kiçik bir uşaq çağırdı, onu ortada otuzdurub belə dedi: “Sizə doğrusunu söyləyim, yolunuzdan dönüb kiçik uşaqlar kimi olmasanız, Allahın Hökmranlığına [cənnətə] əsla girə bilməzsiniz. Kim bu uşaq kimi təvazökar olsa, Allahın Hökmranlığında [axirətdə] ən böyük odur.” (Matta, 18:1-4)
… [İsa Peyğəmbər:] onlara belə dedi: “Birinci olmaq istəyən ən sonuncu olsun, hər kəsin xidmətçisi olsun.” (Mark, 9:35)
“Bu kiçiklərdən birini belə xor görməkdən çəkinin!…” (Matta, 18:10-11)
Şagirdlər, aralarında kimin ən böyük olduğunu müzakirə etməyə başladılar. Ağıllarından keçəni bilən İsa… onlara belə dedi: “… Aranızda ən kiçik kim isə, məhz ən böyük odur.” (Luka, 9:46-48)
Yeməyə çağırılanların yuxarı başları seçdiyini fərq edən İsa, onlara bu bənzətməni izah etdi: “Biri səni toya çağırdığı zaman baş tərəfə keçmə. Bəlkə, səndən daha hörmətli birini də çağırmışdır. İkinizi də çağıran gəlib, “Yerini bu adama ver” deyə bilər. O zaman utancla qalxıb ən arxaya keçərsən. Bir yerə çağırıldığın zaman get, ən arxada otur. Belə ki, səni çağıran gəlincə, “Yoldaşım, daha önə buyurmazsanmı?” desin. O zaman səninlə birlikdə süfrədə oturan hər kəsin qarşısında şərəfləndirilmiş olarsan. Özünü ucaldan hər kəs alçaldılacaq, özünü Öz doğrularına güvənib başqalarına yüksəkdən baxan bəzi kəslərə İsa bu bənzətməni izah etdi… “Sizə bunu söyləyim… Özünü ucaldan hər kəs alçaldılacaq, özünü alçaldan isə ucaldılacaq.” (Luka, 18:9, 14)
Bir-birinizlə eyni düşüncədə olun. Lovğalanmayın; əksinə, xor görülənlərlə yoldaşlıq edin. Çoxbilmişlik etməyin. Pisliyə pisliklə cavab verməyin. Hər kəsin gözündə yaxşı olanı etməyə diqqət yetirin. Mümkünsə, əlinizdən gəldiyincə hər kəslə sülh içində yaşayın. (Romalılara, 12:16-18)
… “Allah təkəbbürlülərə qarşıdır, amma təvazökarlara lütf edər.” Bunun üçün Allaha tabe olun. İblisə qarşı müqavimət göstərin, o da sizdən qaçacaq. (Yaqub, 4:6-8)
[İsa Peyğəmbər:] “Ey bütün yorğunlar və yükü ağır olanlar! Mənə gəlin, mən sizə rahatlıq verərəm. Boyunduruğumu üzərinizə götürün, məndən öyrənin. Çünki mən mülayim, təvazökaram. Beləcə canlarınız rahatlığa qovuşar. Boyunduruğumu daşımaq asan, yüküm yüngüldür.” (Matta, 11:28-30)
Bilik insanı lovğalandırar, sevgi isə təkmilləşdirər. Bir şey bildiyini sanan, lazımi kimi bilmir… (1 Korinflilərə, 8:1-3)
Rəbbin hüzurunda özünüzü alçaldın… (Yaqub, 4:10)
Nəticə olaraq hamınız eyni düşüncədə birləşin. Başqalarının duyğularını paylaşın. Birbirinizi qardaşca sevin. Şəfqətli, təvazökar olun. Pisliyə pisliklə, söyüşə söyüşlə deyil, əksinə, müqəddəs sayaraq cavab verin. Çünki müqəddəs hesab edilməyi [mübarək qılınmağı] miras almaq üçün çağırıldınız. (1 Peter, 3:8-9)
Siz də beləcə, sizə verilən buyruqların hamısını yerinə yetirdikdən sonra, “Biz dəyərsiz qullarıq; yalnız etməli olduğumuzu etdik” deyin.” (Luka, 17:10)
… Təkəbbürlənməməyi, gəlib keçici zənginliyə ümid bağlamamalarını buyur. Zövq almağımız üçün bizə hər şeyi bol-bol verən Allaha ümid bağlasınlar. (1 Timoteyə, 6:17)
Qardaşlarım, aldığınız çağırışı düşünün. Bir çoxunuz insan ölçülərinə görə müdrik, güclü ya da soylu kəslər deyildiniz. Nə var ki, Allah müdrikləri utandırmaq üçün dünyanın axmaq saydıqlarını, güclüləri utandırmaq üçün də dünyanın zəif saydıqlarını seçdi. Dünyanın əhəmiyyətli gördüklərini heçə endirmək üçün dünyanın əhəmiyyətsiz, soysuz, dəyərsiz gördüklərini seçdi. Belə ki, Allahın qarşısında heç kim öyünməsin… Bunun üçün yazıldığı kimi, “Öyünən, Allah ilə öyünsün.” (1 Korinflilərə, 1:26-31)
Öyünməniz yersizdir. Azca mayanın bütün xəmiri qabartdığını bilmirsinizmi? Yeni bir xəmir ola bilmək üçün köhnə mayadan təmizlənin… Bunun üçün köhnə mayayla -kin və pislik mayasıyla- deyil, səmimiliyin və dürüstlüyün mayasız çörəyiylə bayram edək. (1 Korinflilərə, 5:6-8)
Uyğun zamanda sizi ucaltması üçün, özünüzü Allahın qüdrətli əli altında [Allahın qüdrəti, gücü hüzurunda] alçaldın. (1 Peter 5:6)
O da onlara belə dedi: “Siz insanlar qarşısında özünüzü təmizə çıxarırsınız, amma Allah ürəyinizi bilir. İnsanların təkəbbürləndikləri nə varsa, Allah Qatında bəyənilməz.” (Luka, Sevgi səbirlidir, sevgi şəfqətlidir. Sevgi [Allah rizası üçün sevən, gerçək sevgini Amma zeytun ağacının bəzi budaqları kəsildisə və sən yabanı bir zeytun toxumuykən onların yerinə calaq edilib ağacın kökünə ortaq oldunsa, o budaqlara qarşı öyünmə. Əgər öyünürsənsə, unutma ki, sən kökü daşımırsan, kök səni daşıyır. O zaman, “Mən calaq edək deyə budaqlar kəsildi” deyəcəksən. Doğru, onlar imansızlıq üzündən kəsildilər. Sənsə imanla yerində dayanırsan. Lovğalanma, [Allahdan] qorx! (Romalılara, 11:18-20)
Özlərini tövsiyə edən bəziləriylə özümüzü bir tutmağa, ya da müqayisə etməyə, əlbəttə, cəsarət edə bilmərik! Onlar özlərini özləriylə ölçüb müqayisə etməklə, ağılsızlıq, edirlər. Amma biz həddimizi aşıb çox öyünmərik; öyünməyimiz, Allahın bizim üçün təyin etdiyi, sizlərə qədər də uzanan sahənin sərhədləri içində qalar. (2 Korinflilərə, 10:12-13)
Öyünmək istəsəm belə ağılsız olmayacağam. Çünki gerçəyi söyləmiş olacağam. Amma kimsə məni gördüyündən, ya da eşitdiyindən daha üstün görməsin deyə öyünməkdən çəkinirəm. (2 Korinflilərə, 12:6)
Boş yerə öyünən, bir-birinə meydan oxuyan, bir-birini qısqanan kəslər olmayaq. (Qalatiyalılara, 5:26)
Aranızda müdrik və anlayışlı olan kimdir? Yaxşı yaşayışıyla, müdriklikdən doğan təvazökarlıqla yaxşı hərəkətlərini göstərsin. Amma ürəyinizdə kin, qısqanclıq, eqoizm varsa öyünməyin, gerçəyi yadırğamayın… Çünki harada qısqanclıq, eqoizm varsa, orada qarışıqlıq və hər növ pislik vardır. Amma göydən enən [Allah rizasına uyan] müdriklik hər şeydən əvvəl pakdır, sonra sülhsevərdir, mülayimdir, itaətkardir. Mərhəmət və yaxşı meyvələrlə doludur. Tərəfkeşliyi, ikiüzlülüyü yoxdur. (Yaqub, 3:13-17)
Səxavətli olmaq, xəsislikdən çəkinmək
İndiki çağda zəngin olanlara qürurlanmamalarını, gəlib-keçici zənginliyə ümid bağlamamalarını buyur. Zövq almağımız üçün bizə hər şeyi bol-bol verən Allaha ümid bağlasınlar. Onlara, yaxşılıq etmələrini, yaxşılıq üçün zəngin olmalarını, səxavətli və paylaşmağa meyilli olmalarını buyur. Beləliklə, gerçək həyata [cənnətə] qovuşmaqla gələcək üçün özlərinə möhkəm təməl olacaq bir xəzinə yığmış olarlar. (1 Timoteyə, 6:16-19)
Öyüd verən, öyüddə olsun. Hədiyyə edən, bunu səxavətlə etsin. İdarə edən, səylə idarə etsin. Mərhəmət edən, bunu gülər üzlə etsin. (Romalılara, 12:8)
Mən də… [Allah rizası üçün] malımı da, özümü də sevərək xərcləyəcəyəm… (2 Korinflilərə, 12:15)
[İsa Peyğəmbər:] “Amma məni dinləyən sizlərə bunu söyləyirəm:… Əbanızı alandan çuxanızı da əsirgəməyin. Sizdən bir şey diləyən hər kəsə verin, malınızı alandan onu geri istəməyin. İnsanların sizə necə davranmasını istəyirsinizsə, siz də onlara elə davranın… Sizə yaxşılıq edənlərə yaxşılıq etsəniz, bu sizə nə tərif qazandırar? Günahkarlar da belə edər. Geri alacağınızı ümid etdiyiniz kəslərə borc versəniz, bu sizə nə tərif qazandırar? Günahkarlar belə verdiklərini geri almaq şərtiylə günahkarlara borc verərlər. Amma siz düşmənlərinizi sevin, yaxşılıq edin, heç bir qarşılıq gözləmədən borc verin. Alacağınız mükafat Hər vəziyyətdə səxavətli olmanız üçün hər baxımdan zənginləşdirilirsiniz.
Səxavətiniz… Allaha təşəkkür səbəbi olur… Onlar səmimiliyinizi sübut edən bu xidmətə görə açıqca mənimsədiyiniz Məsih Müjdəsinə [Allahın İsa Peyğəmbərə vəhyinə] uyaraq özləriylə və hər kəslə malınızı səxavətlə paylaşdığınız üçün Allahı ucaldırlar. (2 Korinflilərə, 9:11-13)
Bu səbəblə əvvəl yanınıza gəlmələri və səxavətlə verməyi vəd etdiyiniz hədiyyələri hazırlamaları üçün qardaşlardan xahiş etməyi vacib bildim. Belə ki, hədiyyəniz xəsislik deyil, səxavət nümunəsi olaraq hazır olsun. Bunu unutmayın: Az əkən az biçər, çox əkən çox biçər. Hər kəs ürəyində niyyət etdiyi kimi versin; istəksizcə ya da məcbur edilmiş kimi deyil. Çünki Allah sevinclə verəni sevər. Həmişə hər cəhətdən, hər şeyə kafi ölçüdə sahib olaraq hər yaxşı işə səxavətlə qatıla bilməniz üçün, Allah hər neməti sizə bol-bol təmin edəcək gücdədir. (2 Korinflilərə, 9:5-8)
… Böyük çətinliklərlə sınandıqlarında, coşqun sevincləri və həddindən artıq yoxsulluqları tam bir səxavətə çevrildi. Əllərindən gəldiyi qədərini, hətta daha çoxunu öz istəkləriylə verdiklərinə şahidlik edirəm. Müqəddəslərə [özünü Allaha həsr etmişlərə] edilən köməkdə yer alma imtiyazının onlara verilməsi üçün bizə yalvarıb yaxardılar. (2 Korinflilərə, 8:1-4)
Varlı bir adamın tarlaları bol məhsul verdi. Adam ürəyində, “Nə edəcəyəm mən?” deyirdi, “Çünki məhsullarımı qoyacaq yerim yox!” Sonra, “Nə edəcəyimi bilirəm” dedi, “Anbarlarımı yıxıb daha böyüklərini quracağam. Buğdamın hamısını və başqa hər şeyimi də oraya qoyacağam. Canıma da deyəcəyəm ki, ey can, illərcə çatacaq qədər bol malın var. Rahatına bax. Ye, iç, xoşbəxt ol!” Amma Allah ona, “Ey ağılsız adam, canın bu gecə səndən istənir” dedi. “Yığdıqların kimin olacaq?” Öz faydası üçün mal yığan, amma Allah Qatında zəngin olmayan insanın vəziyyəti budur. (Luka, 12:16-21)
Yəhya onlara, “İki çuxası olan birini çuxası olmayana versin; yeməyi olan yeməyi olmayanla paylaşsın” cavabını verdi. (Luka, 3:11)
Getdiyiniz hər yerdə Allahın Hökmranlığının [cənnət vədinin] yaxınlaşdığını elan edin. Xəstələri yaxşılaşdırın… cüzamlıları təmiz qılın… Qarşılıqsız aldınız, qarşılıqsız verin. Qurşağınıza qızıl, gümüş ya da mis pul qoymayın. (Matta, 10:7-9)
… Allahın böyük lütfü hamısının [iman edənlər] üzərində idi. Aralarında yoxsul olan yox idi.
Çünki torpaq ya da ev sahibi olanlar bunları satar, satdıqlarının əvəzini gətirib elçilərin buyruğuna verərdilər; bu da hər kəsə ehtiyacına görə paylanardı. (Həvarilərin İşləri, 4:33-35)
İmanlıların hamısı bir yerdə idi, hər şeyi ortaq şəkildə istifadə edirdilər. Mallarını, mülklərini satır və bunun pulunu hər kəsə ehtiyacına görə paylayırdılar.
Hər gün məsciddə toplanmağa davam edən imanlılar, öz evlərində də çörək bölüb səmimi bir sevinc və sadəliklə yemək yeyir və Allahı tərifləyirdilər. Bütün xalqın məmnuniyyətini qazanmışlardı. Rəbb də hər gün yeni xilas olanları [hidayətə çatanları] birliyə qatırdı. (Həvarilərin İşləri, 2:44-47)
Yaşayışınız pul sevgisindən uzaq olsun. Sahib olduqlarınızla kifayətlənin. Çünki Allah belə dedi: “Səni əsla tərk etmərəm, səni əsla buraxmaram.” (İbranilərə, 13:6)
Yer üzündə özünüzə xəzinələr yığmayın. Burada güvə və pas onları yeyib bitirər, oğrular da girib oğurlayarlar. Bunun yerinə özünüzə göydə xəzinələr yığın. Orada nə güvə, nə pas onları yeyib bitirər, nə də oğrular girib oğurlayar. Xəzinəniz haradadırsa, ürəyiniz də orada Amma ziyafət verdiyin zaman yoxsulları, iflicləri, şikəstləri, korları çağır. Beləcə, xoşbəxt olarsan. Çünki bunlar sənə cavab verəcək vəziyyətdə deyildirlər.
İsa məscidin pul qutusu qarşısında oturub cəmiyyətin qutuya pul atmasını müşahidə etdi. Bir çox varlı adam çox pul atdı. Bu vaxt yoxsul bir dul qadın yaxınlaşıb bir iki mis qara pul atdı. İsa şagirdlərini yanına çağıraraq, “Doğrusu sizə deyirəm ki” dedi, “Bu yoxsul dul qadın qutuya pul atanların hamısından daha çox pul atdı. Çünki o birilərin hamısı varlarının bolluğundan atdılar. Amma bu qadın yoxsulluğundan -nəyi varsa onu, bütün yaşayış imkanını-atdı.” (Mark, 12:41-44; Luka, 21:1-4)
Adam: “Müəllimim, bunların hamısını gəncliyimdən bəri yerinə yetirirəm” —dedi. Ona sevgiylə baxan İsa, “Bir əskiyin var” dedi. “Get nəyin varsa sat, pulunu yoxsullara ver; beləcə göydə [axirətdə] xəzinən olar. Sonra gəl, məni izlə.” (Mark, 10:20-21)
Bu söz etibarlıdır: kim cəmiyyətdə nəzarətçi olmağa can atırsa, xeyirli iş arzu edir. Nəzarətçi nöqsansız, tək arvadlı olaraq ona sadiq, ayıq, ağıllı-kamallı, ədəbli, qonaqpərvər olmalı, öyrətməyi bacarmalıdır. Şərab düşkünü olmamalı; zorakı deyil, mülayim olmalı; davakar və pulpərəst olmamalıdır. (1 Timoteyə, 3:1-3)
Sonra [İsa Peyğəmbər] onlara, “Diqqətli olun!” dedi. “Hər cür acgözlükdən çəkinin. Çünki insanın həyatı, malının çoxluğundan ibarət deyil.” (Luka, 12:15)
Etdiyim hər işdə sizlərə, belə əmək verərək gücsüzlərə kömək etməyimiz və… İsanın, “vermək, almaqdan daha böyük xoşbəxtlikdir” deyən sözünü unutmamalı olduğumuzu göstərdim. (Həvarilərin İşləri, 20:35)
Allah rizası üçün diqqət və ayıqlıq halı
Elə isə başqaları kimi yatmayaq, ayıq və diribaş olaq. Çünki yatanlar gecə yatar… Gündüzə aid olan bizlərsə, iman və sevgi zirehini geyinib başımızda dəbilqə olaraq qurtuluş ümidini geyinərək ayıq dayanaq. (1 Saloniklilərə, 5:6-8)
Ayıq və diribaş olun. Düşməniniz iblis kükrəyən aslan kimi udacaq birini axtararaq gəzir. Dünyanın hər yerindəki qardaşlarınızın da eyni acıları çəkdiyini bilərək imanda sarsılmadan iblisə qarşı müqavimət göstərin. (1 Peter, 5:8-9)
… Hər cür dua və yalvarışla, həmişə… dua edin. Bu məqsədlə, bütün müqəddəslər [özünü Allaha həsr etmişlər] üçün yalvararaq tamamilə [Allaha] həsr etməklə ayıq durun. (Efeslilərə, 6:17-18)
… [İsa Peyğəmbər:] “Burada qalın, mənimlə birlikdə ayıq durun.” (Matta, 26:38) Elə isə necə yaşadığınıza çox diqqət yetirin. Müdriklikdən məhrum olanlar kimi deyil, müdriklər kimi yaşayın. Fürsəti dəyərləndirin. Çünki yaşadığımız günlər pisdir. Bunun üçün ağılsız olmayın, Rəbbin istəyinin nə olduğunu anlayın. (Efeslilərə, 5:15-17)
Ayıq qalın, imanda dimdik durun, mərd və güclü olun. Hər şeyi sevgiylə edin. Axayyada ilk iman edən və özlərini müqəddəslərin [Allahın dininə xidmətlə vəzifəlilərin] xidmətinə həsr edən Stefananın ailəsini bilərsiniz. Qardaşlar, sizə yalvarıram, bu kimilərə və onlarla birlikdə işləyib əmək verənlərin hamısına tabe olun. (Korinflilərə, 16:13-16) qayğılarıyla ağırlaşmasın. O gün [qiyamət günü], üzərinizə tələ kimi qəflətən enməsin. Çünki o gün bütün yer üzündə yaşayan hər kəsin üzərinə gələcəkdir. Hər an ayıq qalın, reallaşmaq üzrə olan bütün bu hadisələrdən xilas ola bilmək… üçün dua edin.” (Luka, 21:34-36)
Həyatınıza diqqət edin! Qardaşınız günah işləyərsə, onu xəbərdar edin; tövbə etsə, bağışlayın. Gündə yeddi dəfə sizə qarşı günah işləyər və yeddi dəfə sizə gəlib, “Tövbə edirəm” desə, onu bağışlayın. (Luka, 17:3-4)
Pisliyə pisliklə cavab verməyin. Hər kəsin gözündə yaxşı olanı etməyə diqqət edin. (Romalılara, 12:17)
Qardaşlar, sizə yalvararam, aldığınız təlimə [Allahın əmrlərinə] qarşı gələrək ayrılıqlara və azmalara səbəb olanlara diqqət yetirin, onlardan çəkinin. (Romalılara, 16:17)
Bacardıqlarınızı itirməmək və mükafatınızı əksiksiz almaq üçün özünüzə diqqət edin. (2 Yəhya, 1:8)
… Mübarək qardaşlarım, diqqətinizi açıqca mənimsədiyimiz inancın elçisi və baş din adamı İsaya yönəldin. Musa… Allaha necə sadiq qaldısa, İsa da özünü vəzifələndirənə sadiqdir… Ey qardaşlar, hər birinizdə diri [Hayy olan] Allahı tərk edən, pis, imansız bir ürəyin olmamasına diqqət edin. (İbranilərə, 3:1-2, 12)
Diqqət edin, kimsə Allahın lütfündən məhrum qalmasın. İçinizdə sizi narahat edəcək və bir çoxlarını zəhərləyəcək acı bir kök cücərməsin. (İbranilərə, 12:15)
Bədənin işığı gözdür. Gözün sağlamdırsa, bütün bədənin də işıqlı olar. Gözün xarabdırsa, bədənin də qaranlıq olar. Elə isə diqqət et, səndəki “işıq” qaranlıq olmasın. Əgər bütün bədənin işıqlı olar və heç bir yanı qaranlıq qalmazsa, şamın səni şüalarıyla işıqlandırdığı zamankı kimi, bədənin bütünlüklə işıqlı olar. (Luka, 11:34-36)
“Bunun üçün ayıq qalın… Bunu bilin ki, ev sahibi, oğrunun gecə hansı saatda gələcəyini bilsə, ayıq qalar, evinin soyulmasına fürsət verməz. Bunun üçün siz də hazır olun! Çünki İnsanoğlu [İsa Peyğəmbər] gözləmədiyiniz saatda gələcəkdir. (Matta, 24:42-44)
Allahın mənə lütf etdiyi vəzifəyə uyğun olaraq müdrik bir memar kimi təməl atdım, başqaları da bu təməl üzərində inşa edir. Hər kəs necə inşa etdiyinə diqqət etsin. Çünki heç kim atılan təməldən, yəni İsa Məsihdən başqa bir təməl ata bilməz. Bu təməl üzərində bəzisi qızıl, gümüş ya da qiymətli daşlarla, bəzisi də taxta, ot ya da qamışla tikəcək. Hər kəsin etdiyi iş müəyyən olacaq, mühakimə günü ortaya çıxacaq. Hər kəsin işi odla aşkar ediləcək. Atəş hər işin xüsusiyyətini sınayacaq. (1 Korinflilərə, 3:10-13)
Bu hadisələr başqalarına dərs olsun deyə onların başına gəldi; çağların sonuna çatmış olan bizləri xəbərdar etmək üçün yazıya keçirildi. Onun üçün, ayaqda möhkəm dayandığını sanan diqqət yetirsin, düşməsin! Hər kəsin qarşılaşdığı sınaqlardan başqa sınaqlarla qarşılaşmadınız. Allah etibarlıdır, gücünüzü aşan şəkildə sınanmanıza icazə verməz. Dözə bilməniz üçün sınaqla birlikdə çıxış yolunu da təmin edəcək. (1 Korinflilərə, 10:11-13)
Hətta şagirdləri öz arxalarından aparmaq üçün sizin aranızdan da azğın sözlər söyləyən kəslər çıxacaq. Bunun üçün ayıq olun. Üç il boyunca, fasiləsiz, gecə-gündüz demədən… hər birinizi necə xəbərdar etdiyimi xatırlayın. İndi sizi Allaha və Onun lütfünü bildirən sözə [Allahın vəhyi olan əmrlərinə] əmanət edirəm. Bu söz, sizi mənəvi cəhətdən inkişaf etdirəcək və müqəddəs qılınmış olan bütün insanlar arasında mirasa qovuşduracaq gücdədir. (Həvarilərin “Bu səbəblə ayıq qalın. Çünki o günü [qiyamət gününü] və o saatı bilə bilməzsiniz.”
Şagirdlərin yanına döndüyündə onları yatmış gördü. Peterə, “Demək ki, mənimlə birlikdə bir saat ayıq qala bilmədiniz!” dedi. “Ayıq qalıb dua edin ki, doğru yoldan azdırılmayasınız. Ruh istəklidir, amma bədən gücsüzdür.” (Matta, 26:40-41; Mark, 14:37-41)
İsa belə davam etdi: “Eşitdiklərinizə diqqət edin! Hansı ölçü ilə versəniz, eyni ölçü ilə alacaqsınız. Hətta sizə daha çoxu veriləcək. Çünki kimdə varsa, ona daha çox veriləcək. Amma kimdə yoxsa, əlindəki də alınacaq.” (Mark, 4:24-25)
Çünki ortaya çıxarılmayacaq gizli heç bir şey yoxdur; bilinməyəcək, aydınlığa çıxmayacaq gizli heç bir şey yoxdur. Bunun üçün, [Allahın əmrlərini] necə dinlədiyinizə diqqət yetirin. Kimdə varsa, ona daha çox veriləcək. Amma kimdə yoxdursa, özündə var sandığı belə əlindən alınacaq. (Luka, 8:17-18)
Bunları söyləyəni rədd etməməyə diqqət yetirin. Çünki yer üzündə özlərini xəbərdar edəni rədd edənlər xilas ola bilmədilərsə, göylərdən bizi xəbərdar edəndən [Allahın göndərdiyi elçisi İsa Peyğəmbərdən] üz çevirsək, bizim də xilas ola bilməyəcəyimiz daha çox qətidir. O zaman Onun səsi yeri sarsıtmışdı. Amma indi, “Bir dəfə daha təkcə yeri deyil, göyü də sarsıdacağam” deyə söz vermişdir. “Bir dəfə daha” sözü, sarsılanların, yəni yaradılmış olan şeylərin ortadan qaldırılacağını, beləliklə, sarsılmayanların qalacağını izah edir. Beləcə sarsılmaz bir cənnətə qovuşduğumuz üçün minnətdar olaq. Belə ki, Allahı məmnun edəcək şəkildə hörmət və qorxuyla ibadət edək. (İbranilərə, 12:25-28)
Amma siz özünüzə diqqət yetirin! İnsanlar sizi məhkəmələrə verəcək, sinaqoqlarda döyəcəklər. Məndən ötrü valilərin, kralların önünə çıxarılacaq, beləcə onlara şahidlik edəcəksiniz. Nə var ki, əvvəl Müjdə [Allahın əmrləri] bütün xalqlara eşitdirilməlidir. Sizi həbs edib məhkəməyə verdiklərində, “Nə söyləyəcəyik?” deyə əvvəldən narahat olmayın. O anda sizə nə vəhy olunsa onu söyləyin. Çünki danışan siz deyil, Allahın Ruhu olacaq. (Mark, 13:9-11)
O günü və o saatı nə göydəki mələklər, nə də İsa bilər; Allahdan başqa kimsə bilməz… Diqqət yetirin, ayıq olun, dua edin. Çünki o anın nə vaxt gələcəyini bilə bilməzsiniz. Bu, səfərə çıxan bir adamın vəziyyətinə bənzəyər. Evindən ayrılarkən kölələrinə səlahiyyət və vəzifə verər, qapıdakı növbətçiyə də oyaq qalmasını buyurar. Siz də oyaq qalın. Çünki ev sahibi nə vaxt gələcək, axşammı, gecə yarısımı, xoruz banladığındamı, səhərə doğrumu, bilməzsiniz.
Qəflətən gəlib sizi yuxuda tapmasın! Sizə söylədiklərimi hər kəsə söyləyirəm; oyaq qalın!” (Mark, 13:32-37)
İzdihamın içindən biri İsaya, “Müəllimim, qardaşıma söylə mirası mənimlə paylaşsın” dedi. İsa ona belə dedi: “Ey adam! Kim məni üzərinizdə hakim etdi?” Sonra onlara: “Diqqətli olun!” dedi. “Hər cür acgözlükdən çəkinin. Çünki insanın həyatı, malının çoxluğuna bağlı deyil.” İsa onlara bu bənzətməni izah etdi: “Zəngin bir adamın torpaqları bol məhsul verdi. Adam özözünə, “Nə edəcəyəm? Məhsullarımı qoyacaq yerim yox” deyə düşündü. Sonra, “Belə edəcəyəm” dedi. “Anbarlarımı söküb daha böyüklərini tikəcəyəm, bütün taxıllarımı və mallarımı oraya yığacağam. Özümə, ey canım, illərcə çatacaq qədər bol malın var. Rahatına bax, ye, iç, həyatın dadını çıxar deyəcəyəm.” Amma Allah ona, “Ey ağılsız!” dedi. “Bu gecə canın səndən istəniləcək. Yığdığın bu şeylər kimə qalacaq?” Özü üçün sərvət yığan, amma Allah Qatında zəngin olmayan adamın sonu belə olar.” (Luka, 12:13-21)
“Qurşaqlarınız belinizdə bağlı və şamlarınız yanar vəziyyətdə hazır olun. Toy şənliyindən dönəcək ağalarının gəlib qapını döydüyü an qapını açmaq üçün hazır gözləyən kölələr kimi olun. Ağaları gəldiyində oyaq olan kölələr nə xoşbəxtdir! Sizə doğrusunu söyləyim, ağaları belinə qurşağını bağlayacaq, kölələrini süfrəyə oturdacaq və gəlib onlara xidmət edəcək. Ağaları gecənin istər ikinci, istər üçüncü növbəsində gəlsin, oyaq görəcəyi kölələr nə xoşbəxtdir! Amma bunu bilin ki, ev sahibi, oğrunun hansı saatda gələcəyini bilsə, evinin soyulmasına fürsət verməz. Siz də hazır olun. Çünki İnsanoğlu [İsa Peyğəmbər] gözləmədiyiniz saatda gələcəkdir.” (Luka, 12:35-40; Matta, 24:42-51; Mark, 13:34-36)
Doğru və dürüst olmaq
Bunlar gəlib İsaya, “Müəllimimiz” dedilər, “Sənin dürüst biri olduğunu, kimsəni ayırmadan, insanlar arasında ayrı-seçkilik etmədən Allah yolunu dürüstcə öyrətdiyini bilirik…” (Mark, 12:14; Matta, 22:16; Luka, 20:21-22)
[İsa Peyğəmbər:] “Ən kiçik işdə etibarlı olan adam, böyük işdə də etibarlı olar. Ən kiçik işdə dürüst olmayan adam, böyük işdə də dürüst olmaz. Dünyanın aldadıcı sərvəti mövzusunda etibarlı deyilsinizsə, həqiqi sərvəti sizə kim əmanət edər? Başqasının malı mövzusunda etibarlı deyilsinizsə, öz malınız olmaq üçün sizə kim bir şey verər?” (Luka, 16:10-12)
Yaxşı olanı edərək hər mövzuda onlara nümunə ol. Öyrətməyində dürüst və ciddi ol, kimsənin qınaya bilməyəcəyi doğru sözlər söylə. Belə ki, bizə qarşı gələn, haqqımızda söyləyəcək pis bir söz tapa bilməyib utansın. (Titə, 2:7-8)
Nə xoşbəxt doğruluğa acıb susayanlara! Çünki onlar doyurulacaqlar. (Matta, 5:6)
Nə xoşbəxt düzgünlük uğrunda zülm görənlərə! Çünki Allahın Vədi [cənnət] onlarındır. (Matta, 5:10)
[Allah İsa Peyğəmbər üçün:] “Doğruluğu sevdin, pislikdən nifrət etdin.” (İbranilərə, 1:9) Əvvəlki yaşayışınıza aid olub aldadıcı ehtiraslarla cılızlaşan köhnə yaradılışı üzərinizdən sıyırıb atmağı, düşüncədə və ruhda yenilənməyi, gerçək düzgünlük və müqəddəslikdə… yeni yaradılışı geyinməyi öyrəndiniz. Bunun üçün yalanı üzərinizdən sıyırıb ataraq hər biriniz qonşusuna həqiqəti söyləsin. Çünki hamımız eyni bədənin üzvləriyik… Günah işləməyin… İblisə də fürsət verməyin. (Efeslilərə, 4:22-27)
Siz əvvəlcə Onun Hökmranlığının [Allahın razılığının] və doğruluğunun ardınca gedin, o zaman sizə bütün bunlar da veriləcək. (Matta, 6:33)
Bəzi vergi vəzifəliləri də… “Müəllimimiz, biz nə edək?” dedilər. Yəhya, “Sizə buyrulandan çox vergi almayın” dedi. Bəzi əsgərlər də, “Bəs biz nə edək?” deyə soruşdular. O da, “Kobudluqla ya da yalan günahlandırmalarla kimsədən pul qoparmayın” dedi, “Ödənişinizlə kifayətlənin.” (Luka, 3:12-14)
Pislik edən hər kəs işıqdan nifrət edər və etdikləri ortaya çıxmasın deyə işığa yaxınlaşmaz. Amma gerçəyi tətbiq edən adam etdiklərini, Allaha əsaslanaraq etdiyini göstərmək üçün işığa gələr. (Yəhya, 3:20-21)
Bu səbəblə bədənin ehtiraslarına uymamaq üçün günahın ölümlü bədənlərinizdə hökmranlıq etməsinə icazə verməyin. Bədəninizin üzvlərini haqsızlığa vasitə edərək günaha təqdim etməyin. Ölümdən dirilənlər kimi özünüzü Allaha həsr edin; bədəninizin üzvlərini düzgünlük vasitələri olaraq Allaha təqdim edin. Günah sizə hökmran olmayacaq. Çünki… Allahın lütfü altındasınız. (Romalılara, 6:12-14)
İman sayəsində Nuh, hələ olmamış hadisələrlə əlaqədar olaraq Allah tərəfindən xəbərdar edilincə, Allah qorxusuyla ailəsinin qurtuluşu üçün bir gəmi düzəltdi. Bununla… imana Söz dinləyən kölələr kimi özünüzü kimə təslim etsəniz, sözünü dinlədiyiniz adamın kölələri olduğunuzu bilməzsinizmi? Ya ölümə aparan günahın ya da doğruluğa aparan söz dinləməyin kölələrisiniz. Amma şükürlər olsun Allaha! Əvvəl günahın kölələri olan sizlər, həsr edildiyiniz təlimə ürəkdən bağlandınız. Günahdan azad qılınaraq doğruluğun kölələri oldunuz. (Romalılara, 6:16-18)
Onlarla bağlı şahidlik edərəm ki, Allah üçün çalışqandırlar; amma bu şüurlu bir səy deyil.
Allahın nəzərdə tutduğu doğruluğu anlamadıqları və öz düzgünlüklərini yerləşdirməyə çalışdıqları üçün Allahın nəzərdə tutduğu doğruluğa boyun əymədilər. (Romalılara, 10:2-3)
Tərsinə, Allahın xidmətçiləri olaraq fövqəladə dözümdə, çətinlik və əzablarda, dayaq, həbs, qarışıqlıq, əmək, yuxusuzluq və aclıqda; pak yaşayışda, bilik, səbir, yaxşılıq… və səmimi sevgidə; gerçəyin elanında və Allahın gücündə; sağ və sol əllərimizdə doğruluğun silahlarıyla… yaxşı adda və pis adda, özümüzü hər vəziyyətdə nümunə göstəririk. Aldadanlar sailırıqsa da dürüst kəslərik. (2 Korinflilərə, 6:4-8)
Amma sən, ey Allah adamı, bu şeylərdən qaç! Doğruluğun, Allah yolunun, imanın, sevginin, səbirin, itaətliliyin ardınca qaç. İman uğrunda uca mübarizəni davam etdir. Sonsuz həyata möhkəm sarıl. Bunun üçün çağırıldın və bir çox şahid qarşısında uca inancı [Allaha imanı] açıqca mənimsədin. (1 Timoteyə, 6:11-12)
Gənclik arzularından qaç. Təmiz ürəklə Rəbbə yalvaranlarla birlikdə doğruluğun, imanın, sevginin və əmin-amanlığın ardınca qaç. (2 Timoteyə, 2:22)
Bu səbəblə, pis gündə dözə bilmək, lazımlı hər şeyi etdikdən sonra yerinizdə dayana bilmək üçün Allahın bütün silahlarını [Allaha imandan gələn mənəvi gücünüzü] istifadə edin.
Beləcə, belinizi gerçəklə əhatə etmiş, sinənizə düzgünlük zirehini taxmış və ayaqlarınıza əmin-amanlıq Müjdəsini [Allahın əmrlərini] yayma hazırlığını geymiş olaraq yerinizdə durun. Bunların hamısına əlavə olaraq, şeytanın bütün atəşli oxlarını söndürə biləcəyiniz iman qalxanını alın. Qurtuluş dəbilqəsini və ruhun qılıncını, yəni Allah sözünü alın. (Efeslilərə, 6:13-17)
Əkinçiyə toxum və yemək təmin edən Allah, sizin də əkəcəyinizi təmin edib çoxaldacaq, doğruluğunuzun məhsullarını artıracaq. (2 Korinflilərə, 9:10)
Amma siz Allahın sayəsində Məsih İsadasınız [İsa Peyğəmbər ilə birlikdə iman etdiniz]. O bizim üçün Allahdan gələn müdriklik, düzgünlük, müqəddəslik və qurtuluş [vəsiləsi] oldu. (1 Korinflilərə, 1:30)
Bir zamanlar qaranlıq idiniz, amma indi Rəbdə işıqsınız [Allahın nuru üzərinizdə təcəlli edir]… İşığın meyvəsi hər yaxşılıqda, düzgünlükdə və gerçəkdə görülər. Rəbbi nəyin məmnun etdiyini ayırd edin. Qaranlığın meyvəsiz işlərinə qatılmayın. Tərsinə, onları ortaya çıxarın. (Efeslilərə, 5:8-11)
Duam budur ki, sevginiz, bilik və hər növ duyğu ilə dayanmadan artsın. Belə ki, üstün dəyərləri ayırd edə biləsiniz və beləcə Allahın ucaldılıb təriflənməsi üçün İsa Məsih vasitəsilə gələn düzgünlük meyvəsiylə dolaraq… saf və qüsursuz olasınız. (Filipililərə, Müqəddəs Yazıların [Allahın vəhyi olan Müqəddəs Kitabların] hamısı Allah vəhyidir və öyrətmək, xəbərdar etmək, yola gətirmək, düzgünlük mövzusunda təhsil vermək üçün faydalıdır. Bunların sayəsində Allah adamı hər yaxşı iş üçün təchiz edilmiş olaraq yetkin olar. (2 Timoteyə, 3:16-17)
Allah… bizi öz faydamıza tərbiyə edir. Tərbiyə edilmək başlanğıcda heç şirin gəlməz, acı gələr. Nə var ki, belə öyrədilənlər üçün bu sonradan əmin-amanlıq verən doğruluğu çıxarar. Bunun üçün sallanan əllərinizi qaldırın, bükük dizlərinizi uzadın, ayaqlarınız üçün düz yollar tapın. Belə ki, iflic olan parça oynaqdan çıxmasın, əksinə şəfa tapsın. (İbranilərə, 12:11-13)
Çünki harada qısqanclıq, eqoizm varsa, orada qarışıqlıq və hər növ pislik vardır. Amma göydən enən [Allah Qatından gələn] müdriklik hər şeydən əvvəl pakdır, sonra sülhsevərdir, həlimdir, itaətlidir. Mərhəmət və yaxşı meyvələrlə doludur. Tərəfkeşliyi, ikiüzlülüyü yoxdur. Sülh içində əkən sülh quruluşçuları düzgünlük məhsulunu biçərlər. (Yaqub, 3:16-18)
Yaxşılıq etməkdə çalışqan olsanız, sizə kim pislik edəcək? Düzgünlük uğrunda acı çəksəniz belə, nə xoşbəxt sizə! İnsanların “qorxduğundan qorxmayın, ürkməyin.”… İçinizdəki ümidin səbəbini soruşan hər kəsə uyğun bir cavab verməyə hər zaman hazır olun. Yalnız bunu həlim xasiyyətlə, hörmətlə edin. Vicdanınızı təmiz tutun. Belə ki, Məsihə bağlı olaraq davam etdirdiyiniz yaxşı həyatı qınayanlar sizə etdikləri böhtandan utansınlar. Yaxşılıq edib acı çəkmək -əgər Allahın istəyi budursa- pislik edib acı çəkməkdən daha yaxşıdır. (1 Peter, 3:13-17)
Başınızın üzərinə də and içməyin. Çünki saçınızın tək telini yaş ya da quru edə bilməzsiniz. “Bəliniz bəli, xeyriniz xeyr” olsun. Bundan çoxu şeytandandır. (Matta, 5:36-37)
Qardaşlarım, əvvəlcə bunu söyləyim, nə göy üzərinə, nə yer üzərinə, nə də başqa bir şey üzərinə and için. “Bəli”niz bəli, “xeyr”iniz xeyr olsun ki, mühakiməyə [hesab günündə əzaba] uğramayasınız.”“ (Yaqub, 4:12)
Sizə görə yaxşı olanın pislənməsinə fürsət verməyin. Çünki Allahın Hökmranlığı [axirət hesabı], yemək içki problemi deyil, düzgünlük, əmin-amanlıq və… sevincdir. Məsihə bu yolda xidmət edən, Allahı məmnun edər, insanların da məmnuniyyətini qazanar. Elə isə özümüzü əmin-amanlıq gətirən və qarşılıqlı inkişafımızı təmin edən işlərə verək. (Romalılara, 14:16-19)
Şəfqətli və mərhəmətli olmaq
Nə xoşbəxt mərhəmətli olanlara! Çünki onlar mərhəmət tapacaqlar. (Matta, 5:7)
Bəzi qərarsızlara mərhəmət edin. Bəzilərini atəşdən çəkib qurtarın. Bəzilərinə də qorxuyla mərhəmət edin. Amma günahlı bədənin ləkələdiyi geyimdən belə uzaq durun. (Yəhuda, 1:22-23)
Gənclik arzularından qaç. Təmiz ürəklə Rəbbə yalvaranlarla birlikdə doğruluğun, imanın, sevginin və əmin-amanlığın ardınca qaç. Axmaq, cahilcə mübahisələrə girməyi rədd et. Bunların dava yaratdığını bilirsən. Rəbbin qulu davakar olmamalı. Əksinə, hər kəsə şəfqətlə davranmalı, öyrətmə qabiliyyəti olmalı, haqsızlıqlara səbirlə dözməlidir. Özünə qarşı olanları mülayimliklə yola gətirməli. Həqiqəti anlamaları üçün Allah, bəlkə onlara tövbə yolu açar. Beləliklə, aila bilər, istəyini yerinə yetirmələri üçün onları məhbus edən şəfqətini əsirgəyən adamda Allahın sevgisi ola bilərmi? Balalarım, sözlə və dillə deyil, Sizlərsə qardaşlar, yaxşılıq etməkdən bezməyin. Əgər bu məktubdakı sözlərimizə uymayan olsa onu nəzərdə saxlayın. Etdiklərindən utanması üçün onunla əlaqənizi kəsin. Yenə də onu düşmən saymayın, bir qardaş olaraq xəbərdar edin. (2 Saloniklilərə, 3:13-15)
Vay halınıza… ikiüzlülər! Çünki siz nanə, şüyüd və zirənin onda birini verirsiniz, lakin Qanunun daha vacib işlərini, ədaləti, mərhəməti və imanı atırsınız. Amma onda biri verməklə yanaşı bunları da yerinə yetirməli idiniz. (Matta, 23:23)
[İsa Peyğəmbər:] “Özləriylə birlikdə olduğum müddətcə… onları qorudum…” (Yəhya, 17:12) İsa gəmiyə minərkən, əvvəllər cinə tutulmuş adam ona, “Səninlə gəlim” deyə yalvardı. Amma İsa adama icazə vermədi. Ona, “Evinə, yaxınlarının yanına dön” dedi. “Rəbbin sənin üçün nələr etdiyini, sənə necə mərhəmət etdiyini onlara izah et.” (Mark, 5:18-19)
… Rəhmanı müdriklik hər şeydən əvvəl pakdır, sonra sülhpərvərdir, həlimdir, itaətkardır.
Mərhəmət və yaxşı meyvələrlə doludur. Tərəfkeşliyi, ikiüzlülüyü yoxdur. Sülh içində əkən sülh quruluşçuları düzgünlük məhsulunu biçərlər. (Yaqub, 3:17-18)
… [Allaha iman ruhunun] məhsuludursa sevgi, sevinc, sağlamlıq, səbir, şəfqət, yaxşılıq, bağlılıq, mülayimlik və nəfsə hakim olmaqdır. Bu cür xüsusiyyətləri qadağan edən qanun yoxdur. (Qalatiyalılara, 5:22-23)
Bildiyiniz kimi, heç bir zaman yalan sözlərlə, ya da acgözlüyü örtən bir maskayla gəlmədik. Allah buna şahiddir. İnsanlardan -nə sizdən, nə başqalarından- gələcək tərifi də gözləmirdik. Məsihin elçiləri [nümayəndələri, şagirdləri] olaraq sizə ciddiliyimizi hiss etdirə bilərdik. Amma uşaqlarını bağrına basan bir ana kimi sizə şəfqətlə davrandıq. Sizlərə elə könüldən bağlanmışdıq ki, sizinlə tək Allahın Müjdəsini [Allahın əmrlərini] deyil, [Allah rizası üçün] öz canlarımızı da paylaşmağa razıydıq. Çünki sizi o cür çox sevdik! Bəli, qardaşlar, necə əlləşib çalışdığımızı xatırlayarsınız. Heç birinizə yük olmamaq üçün gecə-gündüz çalışdıq, Allahın Müjdəsini [Allahın əmrlərini] sizə eşitdirdik. İman edən sizlərə qarşı davranışımızın nə cür müqəddəs, ədalətli, qüsursuz olduğuna siz şahidsiniz; Allah da buna şahiddir. (1 Saloniklilərə, 2:5-10)
[İsa Peyğəmbər:] “Amma siz düşmənlərinizi sevin, yaxşılıq edin, heç bir qarşılıq gözləmədən borc verin. Alacağınız mükafat böyük olacaq… O [Allah], nankor və pis kəslərə qarşı mülayimdir [Rəhimdir]. Allahınız mərhəmətli olduğu kimi, siz də mərhəmətli olun. (Luka, 6:35-36)
Bağışlayıcı olmaq
[İsa Peyğəmbər:] “Amma məni dinləyən sizlərə bunu söyləyirəm: Düşmənlərinizi sevin, sizə nifrət edənlərə yaxşılıq edin, sizə lənət edənlər üçün yaxşılıq diləyin, sizə təhqir edənlər üçün dua edin.” (Luka 6:27-28)
Qalxıb dua etdiyiniz zaman, birinə qarşı bir şikayətiniz varsa onu bağışlayın… (Mark, 11:25-26)
Başqalarının günahlarını bağışlasanız, Allah da sizin günahlarınızı bağışlayar.
Başqasını mühakimə etməyin, siz də mühakimə olunmazsınız. Günahkar çıxarmayın, siz də günahkar çıxarılmazsınız. Başqasını bağışlayın, siz də bağışlanarsınız. Sizdə olanı verin, sizə veriləcək. Yaxşıca basdırılmış, silkələnilmiş və daşmış, dolu bir ölçü ilə qucağınıza boşaldılacaq. Hansı ölçü ilə ölçsəniz, sizə də eyni ölçü tətbiq olunacaq. (Luka, 6:37-38)
“Gözə göz, dişə diş” deyildiyini eşitdiniz. Amma mən sizə deyirəm ki, pisə qarşı müqavimət göstərməyin. Sağ yanağınıza şillə vurana o biri yanağınızı da çevirin. Sizə qarşı şikayətçi olub çuxanızı almaq istəyənə, əbanızı da verin. Sizi min addım yol getməyə məcbur edənlə iki min addım gedin.” (Matta, 5:38-41)
“Elə isə, Allahın müqəddəs və sevimli seçilmişləri olaraq ürəkdən mehribanlığı, yaxşılığı, təvazökarlığı, səbiri, həlimliyi geyinin. Bir-birinizə anlayışlı davranın. Birinizin o birindən bir şikayəti varsa, Rəbbin sizi bağışladığı kimi, siz də bir-birinizi bağışlayın. Bunların hamısının üzərinə yetkin birliyin bağı olan sevgiyə bürünün.” (Kolosselilərə, 3:12-14)
Həyatınıza diqqət yetirin! Qardaşınız günah işləyərsə, onu xəbərdar edin; tövbə etsə, bağışlayın. Gündə yeddi dəfə sizə qarşı günah işlər və yeddi dəfə sizə gəlib, “Tövbə edirəm” desə, onu bağışlayın.” (Luka, 17:3-4)
Bunun üzərinə Peter İsaya gəlib… “Qardaşım mənə qarşı neçə dəfə günah işləyərsə onu bağışlamalıyam? Yeddi dəfəmi?” İsa, “Yeddi dəfə deyil” dedi. “Yetmiş yeddi dəfə deyirəm sənə.” (Matta, 18:21-22)
İsa onlara, “Dua edərkən belə söyləyin” dedi:… “[Rəbbimiz] günahlarımızı bağışla.
Çünki biz də bizə qarşı günah işləyən hər kəsi bağışlayırıq. Doğru yoldan azmağımıza icazə vermə.” (Luka, 11:2-4)
“Bizə qarşı günah işləyənləri bağışladığımız kimi, Sən də bizim günahlarımızı bağışla. Doğru yoldan azmağımıza icazə vermə. Bizi pis olandan qurtar. Çünki hökmranlıq, güc və ucalıq sonsuzlara qədər Sənindir! Amin.” (Matta, 6:12-13)
“’Qonşunu sevəcəksən, düşmənindən nifrət edəcəksən” deyildiyini eşitdiniz. Amma mən sizə deyirəm ki, düşmənlərinizi sevin, sizə zülm edənlər üçün dua edin… Çünki O [Allah], Günəşini həm pislərin, həm yaxşıların üzərinə doğurar; yağışını həm doğruların, həm əyrilərin üzərinə yağdırar. Əgər yalnız sizi sevənləri sevsəniz, nə mükafatınız olar?…” (Matta, 5:43-46)
Mülayim olmaq
Nə xoşbəxtdir mülayim olanlar! Çünki onlar yer üzünü miras alacaqlar. (Matta, 5:5)
Gizli olan daxili varlığınız, sakit və həlim bir ruhun solmayan gözəlliyiylə bəzəyiniz olsun. Bu, Allahın gözündə çox qiymətlidir. (1 Peter, 3:4)
Rəbbin qulu davakar olmamalı. Tərsinə, hər kəsə şəfqətlə davranmalı, öyrətmə qabiliyyəti olmalı, haqsızlıqlara səbirlə dözməlidir. Özünə qarşı olanları həlimliklə yola gətirməli. Həqiqəti anlamaları üçün Allah, bəlkə, onlara tövbə yolu açar. Beləliklə, aila bilər, istəyini yerinə yetirmələri üçün özlərini məhbus edən iblisin tələsindən xilas ola bilərlər. (2 Timoteyə, 2:24-26)
Qardaşlar, əgər biri günah işləyərkən yaxalansa, Allahın Ruhuna uyan sizlər, belə birini mülayim ruhla yola gətirin. Siz də doğru yoldan azmamaq üçün özünüzə nəzarət edin. Bir-birinizin yüklərini daşıyın, beləcə Məsihin qanununu [İsa Peyğəmbərə vəhy olunan Allahın əmrlərini] yerinə yetirərsiniz. (Qalatiyalılara, 6:1-2)
İmanlılara xatırlat ki, başçılar və hakimlərə tabe olub itaət etsinlər. Hər cür xeyirli iş görməyə hazır olsunlar. Kimsəni pisləməsinlər. Davakar deyil, mülayim olsunlar. Hər kəsə hər zaman həlim davransınlar. (Titə, 3:1-2)
[İsa Peyğəmbər:] “Ey bütün yorğunlar və yükü ağır olanlar! Mənə gəlin, mən sizə rahatlıq verərəm… Məndən öyrənin. Çünki mən mülayim xasiyyətli, təvazökaram. Beləcə canlarınız rahatlığa qovuşar.” (Matta, 11:28-29)
… İçinizdəki ümidin səbəbini soruşan hər kəsə uyğun bir cavab verməyə hər zaman hazır olun. Yalnız bunu həlim xasiyyətlə, hörmətlə edin. Vicdanınızı təmiz tutun. Belə ki, Məsihə aid olaraq [İsa Peyğəmbərə uyaraq] davam etdirdiyiniz yaxşı həyatı qınayanlar sizə etdikləri böhtandan utansınlar. (1 Peter, 3:15-16)
Amma göydən enən [Allah Qatından olan] müdriklik hər şeydən əvvəl pakdır, sonra sülhsevərdir, həlimdir, mülayimdir. Mərhəmət və yaxşı meyvələrlə doludur.Tərəfkeşliyi, ikiüzlülüyü yoxdur. (Yaqub, 3:17)
Hər pis niyyətlə birlikdə hər cür kin, qəzəb, hirs, bağırma və böhtan sizdən uzaq olsun. Bir-birinizə qarşı yumşaq ürəkli, şəfqətli olun. Allahın… sizi bağışladığı kimi, siz də birbirinizi bağışlayın. (Efeslilərə, 4:31-32)
Qardaşlar, aranızda çalışanların, Rəbb yolunda sizə öndərlik edib öyüd verənlərin dəyərini bilməyinizi xahiş edirik. Etdikləri işdən ötrü onlara sərhədsiz hörmət, sevgi göstərin. Bir-birinizlə sülh içində yaşayın… Qardaşlar, boş gəzənləri xəbərdar edin, ürəksizləri cəsarətləndirin, gücsüzlərə dəstək olun, hər kəsə qarşı səbirli olun. Əsla kimsə pisliyə pisliklə cavab verməsin. Bir-biriniz və bütün insanlar üçün hər zaman yaxşılığı məqsəd hesab edin. Hər zaman sevinin. (1 Saloniklilərə, 5:12-16)
Allahın Ruhunun məhsulu isə [Allah rizasına uyğun olan isə] sevgi, sevinc, əminamanlıq, səbir, şəfqət, yaxşılıq, bağlılıq, həlimlik və nəfsə hakim olmadır. Bu cür xüsusiyyətləri qadağan edən qanun yoxdur. (Qalatiyalılara, 5:22-23)
… Aldığınız çağırışa yaraşar şəkildə [sizə çatan Allahın vəhyinə görə] yaşamağınızı xahiş edirəm. Hər baxımdan təvazökar, həlim, səbirli olun. Bir-birinizə sevgiylə, anlayışla davranın. (Efeslilərə, 4:1-2)
Ancaq nəzarətçi utanılacaq bir tərəfi olmayan… ölçülü, sağlamfikirli, hörmətli, qonaqpərvər, öyrətmə qabiliyyətli biri olmalı. Şərab düşkünü, kobud olmamalı; mülayim, döyüşdən və pul sevgisindən uzaq olmalı. (1 Timoteyə, 3:2-3)
Qəzəbi boğmaq
Hər pis niyyətlə birlikdə hər cür kin, hirs, qəzəb, bağırma və böhtan sizdən uzaq olsun. Bir-birinizə qarşı yumşaq ürəkli, şəfqətli olun. Allahın… sizi bağışladığı kimi, siz də bir- Sevimli qardaşlarım, bunu ağlınızda tutun: Hər kəs dinləməkdə tez… qəzəblənməkdə də yavaş olsun. Çünki insanın qəzəbi, Allahın istədiyi doğruluğu təmin etməz. Bunun üçün hər cür murdarlığı və hər tərəfə yailmış olan pisliyi üstünüzdən sıyırıb ataraq, içinə əkilmiş və canlarınızı qurtaracaq gücdə olan sözü [Allahın əmrlərini] təvazökarlıqla qəbul edin. (Yaqub, 1:19-21)
Amma mən sizə deyirəm ki, qardaşına qəzəblənən hər kəs mühakimə olunacaq… (Matta, 5:22)
Amma indi hirs, qəzəb, pis niyyət daxil, hamısını üzərinizdən sıyırıb atın. Ağzınızdan heç bir böhtan ya da utanmaz söz çıxmasın. Bir-birinizə yalan danışmayın. Çünki köhnə yaradılışı pis vərdişləriylə birlikdə üzərinizdən çıxarıb atdınız… (Kolosselilərə, 3:8-10)
Etibarlı olmaq
Ən kiçik işdə etibarlı olan adam, böyük işdə də etibarlı olar. Ən kiçik işdə dürüst olmayan adam, böyük işdə də dürüst olmaz. Dünyanın aldadıcı sərvəti mövzusunda etibarlı deyilsinizsə, həqiqi sərvəti sizə kim əmanət edər? Başqasının malı mövzusunda etibarlı deyilsinizsə, öz malınız olmaq üzrə sizə kim bir şey verər? (Luka, 16:10-12)
Beləcə, insanlar bizi Məsihin [Allah rizası üçün] xidmətçiləri və Allahın sirlərinin xidmətçiləri saysın. Xidmətçidə axtarılan başlıca xüsusiyyət etibarlı olmasıdır. (1 Korinflilərə, 4:1-2)
… Amma Rəbbin mərhəməti sayəsində etibarlı biri olaraq düşündüklərimi söyləyirəm. (1 Korinflilərə, 7:25)
… Çünki [İsa Peyğəmbər] məni etibarlı sayaraq xidmətinə götürdü. Bir zamanlar onu söyən, zalım və həyasız biri olduğum halda, mənə mərhəmət edildi. Çünki nə etdimsə məlumatsızlıqdan və imansızlıqdan etdim. (1 Timoteyə, 1:12-13)
Eyni şəkildə qadınlar ciddi olmalı; böhtançı deyil, amma ölçülü və hər baxımdan etibarlı olmalı. (1 Timoteyə, 3:11)
… Bir çox şahid qarşısında məndən eşitdiyin sözləri, başqalarına da öyrətməyə yetərli olacaq etibarlı kəslərə əmanət et. Məsih İsanın yaxşı bir əsgəri [şagirdi, təqibçisi] olaraq mənimlə birlikdə çətinliyə sinə gər. (2 Timoteyə, 2:1-3)
… Məsihə bağlı mübarək və etibarlı qardaşlara salam! Allahdan sizlərə lütf və sağlamlıq olsun. (Kolosselilərə, 1:1-2)
Müjdəni [Allahın əmrlərini] bizim adımıza Məsihin etibarlı xidmətçisi olan sevimli əməkdaşımız Epafradan öyrəndiniz… (Kolosselilərə, 1:7-8)
Rəbb yolunda əməkdaşım və etibarlı bir xidmətçi olan sevimli qardaşımız Tixik, mənimlə əlaqədar hər şeyi sizə bildirəcək. Məhz bu məqsədlə, vəziyyətimizi çatdırması və ürəklərinizə cəsarət verməsi üçün özünü sizə göndərirəm. Onunla birlikdə, sizdən biri olan, etibarlı və sevimli qardaş Onisimi də göndərirəm. Burada olub bitən hər şeyi sizə bildirəcəklər. (Kolosselilərə, 4:7-9)
Necə olduğumu, nə etdiyimi sizin də bilməyiniz üçün sevimli qardaşımız, Rəbbin etibarlı xidmətçisi Tixik sizə hər şeyi bildirəcək. Özünü bu məqsədlə, vəziyyətimizi çatdırması və ürəklərinizə cəsarət verməsi üçün sizə göndərirəm. (Efeslilərə 6:21-22)
Etibarlı bir qardaş saydığım Sila vasitəsilə sizə qısaca yazmış oluram. Sizi ürəkləndirir və sözünü tutduğum lütfün Allahın gerçək lütfü olduğuna şahidlik edirəm. Buna bağlı qalın… Birbirinizi sevgiylə öpərək salamlayın. Sizlərə, Məsihə aid olan [Allah rizası üçün İsa Peyğəmbəri izləyənlərə] hər kəsə əmin-amanlıq olsun. (1 Peter, 5:12-14)
Ağanın, xidmətçilərinə vaxtında yemək vermək üçün başlarına təyin etdiyi etibarlı və ağıllı kölə kimdir? Ağası evə döndüyündə işinin başında tapacağı o kölə nə xoşbəxtdir! Sizə doğrusunu söyləyim, ağası onu bütün malının üzərində səlahiyyətli edəcək. (Matta, 24:45-47)
Ağası ona, “Afərin, yaxşı və etibarlı kölə!” dedi. “Sən kiçik işlərdə etibarlı olduğunu göstərdin, mən də səni böyük işlərin başına keçirəcəyəm. Gəl, ağanın şənliyinə qatıl!” (Matta, 25:21; Luka, 19:17)
… Ağanın, xidmətçilərinə vaxtında azuqə vermək üçün başlarına təyin etdiyi etibarlı və ağıllı eşikağası kimdir? Ağası evə döndüyündə işinin başında olacağı o kölə nə xoşbəxtdir! Sizə gerçəyi söyləyim, ağası onu bütün malının üzərində səlahiyyətli edəcək. (Luka, 12:42-44)
Kölələri, hər mövzuda ağalarına bağlı olmağa can atır. Ağalarını məmnun etsinlər. Tərs cavab vermədən, oğurluq etmədən, tamamilə etibarlı olduqlarını göstərsinlər… Allahın bütün insanlara qurtuluş təmin edən lütfü ortaya çıxmışdır. Bu lütf, Allahsızlığı və dünyəvi arzuları rədd edib indiki çağda sağlam fikirli, doğru, Allah yoluna yaraşan bir həyat yaşaya bilməyimiz üçün bizi öyrədir… (Titə, 2:9-13)
Bir kimsə haqsız yerə acı çəkdiyində Allah şüuruyla bu acılara səbir etsə, Allahı məmnun edər… Yaxşılıq edib acı çəkdiyinizdə səbir etsəniz, Allahı məmnun edərsiniz. (1 Peter, 2:19-20)
Siz də səbir edin. Ürəklərinizi gücləndirin. Çünki Rəbbin… [köməyi] yaxındır. Qardaşlar, mühakimə olunmamaq üçün bir-birinizə qarşı donquldanmayın… Qardaşlar, Rəbbin adıyla danışmış peyğəmbərləri çətinliklərdə səbir nümunəsi olaraq alın. Çətinliyə səbir etmiş olanları xoşbəxt sayarıq. Əyyubun necə səbir etdiyini eşitdiniz. Rəbbin ən sonunda onun üçün nələr etdiyini bilirsiniz. Rəbb çox şəfqətli və mərhəmətlidir. (Yaqub, 5:8-11)
Rəbbin qulu davakar olmamalı. Əksinə, hər kəsə qarşı mehriban və öyrətmə qabiliyyətli olmalı, haqsızlıqlara səbirlə dözməli. (2 Timoteyə, 2:24)
Amma sən, ey Allah adamı, bu şeylərdən qaç! Doğruluğun, Allah yolunun, imanın, sevginin, səbirin, mülayimliyin ardınca qaç. (1 Timoteyə, 6:11)
Beləcə, İbrahim səbirlə dözərək vədə çatdı. (İbranilərə, 6:15)
Hər baxımdan təvazökar, həlim xasiyyətli, səbirli olun. Bir-birinizə sevgiylə, anlayışla davranın. (Efeslilərə, 4:2)
… Qardaşlar, boş gəzənləri xəbərdar edin, ürəksizləri cəsarətləndirin, gücsüzlərə dəstək olun, hər kəsə qarşı səbirli olun. Əsla kimsə pisliyə pisliklə cavab verməsin. Bir-biriniz və bütün insanlar üçün hər zaman yaxşılığı məqsəd qoyun. (1 Saloniklilərə, 5:14-15)
Hər şeyə sevinclə dözüb səbir edə bilməyiniz üçün Onun [Allahın] uca gücünə sığınıb bütün qüdrətlə güclənməyinizi diləyirik. (Kolosselilərə, 1:11)
… Belə ki, dünyada pis arzuların gətirib çıxardığı korlanmadan xilas olmuş… olasınız. Məhz bu səbəblə hər cür səyi göstərərək imanınıza əzmi, əzminizə biliyi, biliyinizə nəfsə hakim olmanı, nəfsə hakim olmağınıza dözüm gücünü, dözüm gücünüzə Allah yoluna bağlılığı, bağlılığınıza qardaşsevərliyi, qardaşsevərliyinizə sevgini qatın. Çünki bu xüsusiyyətlərə artan ölçüdə sahib olsanız… İsa Məsihi tanımaqda təsirsiz və səmərəsiz olmazsınız. (2 Peter, 1:4-8)
[İsa Peyğəmbər:] “Qardaş qardaşı, ata uşağını ölümə təslim edəcək. Uşaqlar ana-ataya baş qaldırıb onları öldürdəcək. Mənim adımdan ötrü [Allah rizasına uyaraq məni izlədiyiniz üçün] hər kəs sizə nifrət edəcək. Amma sonuna qədər dözüm göstərən xilas olacaq.” (Matta, 10:21-22; Mark, 13:12-13)
[İsa Peyğəmbər:] “O zaman bir çox adam imandan azacaq, bir-birlərini ələ verəcək və birbirlərinə nifrət edəcəklər. Bir çox saxta peyğəmbər çıxacaq və bunlar bir çox adamı azdıracaq. Pisliklərin çoxalmasından ötrü bir çoxlarının sevgisi soyuyacaq. Amma sonuna qədər səbir edən xilas olacaq.” (Matta, 24:10-13)
Sənsə mənim təhsilimi, davranışımı, məqsədimi, imanımı, səbirimi, sevgimi, dözüm gücümü, çəkdiyim zülm və acıları, məsələn Antakyada, Konyada və Listrada başıma gələnləri yaxından izlədiniz. Nə zülmlərə səbir etdim! Amma Rəbb məni hamısından qurtardı… Allah yoluna yaraşan bir həyat sürmək istəyənlərin hamısı zülm görəcək.
Amma pislər və saxtakarlar, aldadaraq və aldanaraq getdikcə daha betər olacaqlar. (2 Səyiniz azalmasın… Rəbbə qulluq edin. Ümidinizlə sevinin. Çətinliyə dözümlü olun.
Məsih İsanın yaxşı bir əsgəri [tələbəsi, təqibçisi] olaraq mənimlə birlikdə çətinliyə sinə gər… Dediklərimi yaxşı düşün. Rəbb sənə hər mövzuda anlayış verəcək. Bu Müjdə [Müqəddəs Kitab] uğrunda bir günahkar kimi zəncirə vurulmağa qədər çətinliklərə səbir edirəm.
Amma Allahın sözü zəncirə vurulmuş deyil. Bunun üçündür ki, seçilmişlər [Allahın iman nəsib etdiyi qulları] uğruna hər şeyə səbir edirəm. Belə ki, onlar da… qurtuluşa qovuşsunlar. (2 Timoteyə, 2:3, 7-10)
Yaxşı torpağa düşənlər isə, sözü eşidincə onu yaxşı və möhkəm bir ürəkdə saxlayanlardır.
Bunlar səbirlə dözərək məhsul verərlər. (Luka, 8:15)
[İsa Peyğəmbər:] “Sınandığım zamanlar mənimlə birlikdə səbir etmiş olanlar sizlərsiniz.” (Luka, 22:28)
Etdiklərini, çalışqanlığını, səbirini bilirəm. Pis kəslərə dözə bilmədiyini də [büğz etdiyini] bilirəm. Elçi olmadıqları halda özlərini elçi deyə tanıdanları sınadın və onları yalançı gördün.
Bəli, səbirlisən, [Allah rizası üçün]… acılara dözdün və qorxmadın. (Vəhy, 2:2-3)
Bu səbəblə, sevimli qardaşlarım, Rəbb yolunda verdiyiniz əməyin boşa getməyəcəyini bilərək dözüm göstərin, sarsılmayın, Rəbbin yolunda hər zaman çalışqan olun. (1 Korinflilərə, 15:58)
Qısqanclıqdan çəkinmək
Sevgi səbirlidir, sevgi şəfqətlidir. Sevgi qısqanmaz, öyünməz, lovğalanmaz. (1 Korinflilərə, 13:4)
Allah sayəsində yaşayırıqsa… boş yerə öyünən, bir-birinə meydan oxuyan, bir-birini qısqanan kəslər olmayaq. (Qalatiyalılara, 5:25-26)
İsa belə davam etdi: “İnsanı kirlədən, insanın içindən çıxandır. Çünki pis düşüncələr, fahişəlik, oğurluq, cinayət, zina, acgözlük, pislik, hiylə, pozğunluq, qısqanclıq, böhtan, qürur və ağılsızlıq daxildən, insanın ürəyindən qaynaqlanar. Bu pisliklərin hamısı içdən [nəfsdən] qaynaqlanar və insanı kirləndirər.” (Mark, 7:20-23)
Cismani təbiətin [nəfsin] işləri açıqdır. Bunlar cinsi əxlaqsızlıq, pislik, pozğunluq, bütpərəstlik, cadugərlik, düşmənlik, çəkişmə, qısqanclıq, qəzəb, eqoist ehtiraslar, ayrılıqlar, bölünmələr, gözü götürməmək, sərxoşluq, dəlisov əyləncələr və bənzər şeylərdir… (Qalatiyalılara, 5:19-21)
Bu səbəblə hər pisliyi, hiyləni, ikiüzlülüyü, qısqanclığı və bütün böhtanları üzərinizdən sıyırıb atın. Yeni doğulmuş körpələr kimi, qatqısız südü xatırladan Allah sözünü dinləyin ki, bununla bəslənib böyüyərək qurtuluşa çatasınız. Çünki Rəbbin yaxşılığını daddınız. (1 Peter, 2:1-3)
Çünki hələ cismani təbiətə [nəfsinizə] uyursunuz. Aranızda qısqanclıq və çəkişmə olması, cismani təbiətə uyduğunuzu, o biri insanlar kimi yaşadığınızı göstərmirmi? (1 Korinflilərə, 3:3)
Qısqanırsınız, istəyinizə çata bilməyincə çəkişib döyüşürsünüz. Əldə edə bilmirsiniz, Aranızda müdrik və anlayışlı olan kim? Yaxşı yaşayışıyla, müdriklikdən doğan təvazökarlıqla yaxşı hərəkətlərini göstərsin. Amma ürəyinizdə kin, qısqanclıq, eqoizm varsa öyünməyin, gerçəyi yadırğamayın. Belə “müdriklik” Rəhmani deyil, dünyadan, insan təbiətindən, cinlərdən gələn müdriklikdir. Çünki harada qısqanclıq, eqoizm varsa, orada qarışıqlıq və hər növ pislik vardır. Amma göydən enən [Rəhmani olan] müdriklik hər şeydən əvvəl pakdır, sonra sülhpərvərdir, mülayimdir, həlimdir. Mərhəmət və yaxşı meyvələrlə doludur.Tərəfkeşliyi, ikiüzlülüyü yoxdur. Sülh içində əkən sülh quruluşçuları düzgünlük məhsulunu biçərlər. (Yaqub, 3:13-18)
Allahı tanımaqda fayda görmədikləri üçün, Allah onları faydasız düşüncələrə, pis davranışlara təslim etdi. Hər cür haqsızlıq, pislik, acgözlük və kinlə doldular. Qısqanclıq, öldürmə ehtirası, çəkişmə, hiylə, pis niyyətlə doludurlar. Dedi-qodu edən, böhtançı, Allaha nifrət edən [Allahı tənzih edirik], həyasız, təkəbbürlü, öyünən, pislik çıxaran, ana-ata sözü dinləməyən, anlayışsız, sözündə durmaz, sevgidən məhrum, mərhəmətsiz insanlardır. Belə davrananların ölümə [cəhənnəm əzabına] layiq olduğuna bağlı Allah buyruğunu bildikləri halda, bunları etməklə qalmaz, edənləri də dəstəkləyərlər. (Romalılara, 1:28-32)
Gecə irəlilədi, gündüz yaxınlaşdı. Bunun üçün qaranlığın işlərini üzərimizdən atıb işığın silahlarına bürünək. Özümüzü dəlisov əyləncəyə və sərxoşluğa, əxlaqsızlığa və pozğunluğa, çəkişməyə və qısqanclığa bağlamayaq. Gün işığında olduğu kimi, hörmətli bir həyat sürək… Cismani təbiətin ehtiraslarına uymağı düşünməyin. (Romalılara, 13:12-14)
… Aranızda çəkişmə, qısqanclıq, qəzəb, eqoist ehtiraslar, böhtan, dedi-qodu, lovğalanma, qarışıqlıq olmasından qorxuram. (2 Korinflilərə, 12:20)
Sülhsevər olmaq
Pisliyə pisliklə cavab verməyin. Hər kəsin gözündə yaxşı olanı etməyə diqqət yetirin. Hər kəslə sülh içində yaşamaq üçün əlinizdən gələni edin. (Romalılara, 12:17-18)
Nə xoşbəxt sülhü təmin edənlərə!… (Matta, 5: 9)
Hər kəslə sülh içində yaşamaq və müqəddəs [saleh mömin] olmaq üçün cəhd göstərin. Müqəddəsliyə sahib olmadan kimsə Rəbbi görə bilməyəcək. [Saleh möminlərin cənnət neməti olaraq Allahın Uca Şəxsinin təcəllisini görmələri nəzərdə tutulur.] Diqqət yetirin ki, kimsə Allahın lütfündən məhrum qalmasın… (İbranilərə, 12:14-15)
Buna görə, qurbangahda əhd təqdim edərkən qardaşının sənə qarşı bir şikayəti olduğunu xatırlasan, əhdini orada, qurbangahın qarşısında burax, get əvvəl qardaşınla barış; sonra gəlib əhdini təqdim et. Səndən şikayətçi olanla hələ yoldaykən tez razılaş… (Matta, 5:23-25)
Duz faydalıdır. Amma duz duzluluğunu itirsə, bir daha ona necə dad verə bilərsiniz?
İçinizdə duz olsun və bir-birinizlə sülh içində yaşayın! (Mark, 9:50)
İman etməyən ayrılırsa ayrılsın. Qardaş ya da bacı belə vəziyyətlərdə azaddır. Allah sizi sülh içində yaşamağa çağırdı. (1 Korinflilərə, 7:15)
Qardaşlar, aranızda çalışanların, Rəbb yolunda sizə öndərlik edib öyüd verənlərin dəyərini bilməyinizi xahiş edirik. Etdikləri işdən ötrü onlara çox hörmət, sevgi göstərin. Bir- Amma göydən enən [Allah Qatından olan] müdriklik hər şeydən əvvəl pakdır, sonra sülhsevərdir, həlimdir, mülayimdir. Mərhəmət və yaxşı meyvələrlə doludur. Tərəfkeşliyi, ikiüzlülüyü yoxdur. Sülh içində əkən sülh quruluşçuları düzgünlük məhsulunu biçərlər. (Yaqub, 3:17-18)
Bunun üçün, sevimli qardaşlarım, madam ki, bunları gözləyirsiniz, Allahın hüzurunda ləkəsiz, qüsursuz və sülh içində olmağa cəhd göstərin. (2 Peter, 3:14)
Sədaqət sahibi olmaq
Vay halınıza…! Çünki siz nanə, şüyüd və zirənin onda birini verirsiniz, lakin Qanunun daha vacib işlərini, ədaləti, mərhəməti və sədaqəti atırsınız. Amma onda biri verməklə yanaşı bunları da yerinə yetirməli idiniz. (Matta, 23:23)
Rəbbə sadiq olan sevimli uşağım Timoteni bu məqsədlə sizə göndərirəm. Hər yerdə, hər kilsədə öyrətdiyim və [Allah rizası üçün] Məsihdə izlədiyim yolları o sizə xatırladacaq. (1 Korinflilərə, 4:17)
… Pauldan Efesdə olan mübarəklərə, Məsih İsaya aid olan [Allah rizası üçün İsa Peyğəmbəri izləyən] sadiqlərə salam! Rəbbimiz Allahdan… sizlərə lütf və əmin-amanlıq olsun. (Efeslilərə, 1:1-2)
Musa… Allaha necə sadiq qaldısa, İsa da özünü vəzifələndirənə [Allaha] sadiqdir. (İbranilərə, 3:2)
Musa, gələcəkdə deyiləcək sözlərə şahidlik etmək üçün… [Allaha] bir xidmətçi olaraq sadiq qaldı… (İbranilərə, 3:5)
Çəkdiyin çətinliklərdən qorxma! Bax, sınanasınız deyə şeytan içinizdən bəzilərini yaxında zindana atacaq. On gün çətinlik çəkəcəksiniz. Ölüm bahasına da olsa sadiq qal, sənə həyat tacını [cənnəti] verəcəyəm. (Vəhy, 2:10)
… Onunla [İsa Peyğəmbərlə] birlikdə olanlar, çağırılmış, seçilmiş və ona [Allah rizası üçün İsa Peyğəmbərə] sadiq olanlardır. (Vəhy, 17:14)
İsa özünə iman etmiş yəhudilərə, “Əgər mənim sözümə bağlı qalsanız, həqiqətən şagirdlərim olarsınız. Gerçəyi biləcəksiniz və gerçək sizi azad edəcək” dedi. (Yəhya, 8:31-32)
… İmanla dolu, yaxşı bir adam olan Barnaba, Antakyaya çatıb Allah lütfünün meyvələrini görüncə sevindi. Hər kəsi, candan və ürəkdən Rəbbə bağlı qalmağa etina etdirdi.
Nəticə olaraq Rəbbə daha bir çox adam qazanıldı. (Həvarilərin İşləri, 11:23-24)
Xeyirxah olmaq
Hər kəs öz faydasını deyil, başqalarının faydasını güdsün. (1 Korinflilərə, 10:24)
[İsa Peyğəmbər:] “… Qarşılıqsız aldınız, qarşılıqsız verin.” (Matta, 10:8)
Yoxsullar hər zaman aranızdadır, dilədiyiniz anda onlara kömək edə bilərsiniz… (Mark, 14:7)
Ehtiyac içində olan müqəddəslərə [özünü Allaha həsr etmişlərə] kömək edin.
Qonaqpərvər olun. (Romalılara, 12:13)
… Siz də bilərsiniz ki, bu əllər həm mənim, həm də mənimlə birlikdə olanların ehtiyac duymalarını qarşılamaq üçün xidmət etmişdir. Etdiyim hər işdə sizlərə, belə əmək verərək gücsüzlərə kömək etməyimiz və… İsanın, “vermək, almaqdan daha böyük xoşbəxtlikdir” deyən sözünü unutmamağımız lazım olduğunu göstərdim.” (Həvarilərin İşləri, 20:34-35)
Amma dul qadının uşaqları ya da nəvələri varsa, bunlar əvvəlcə öz ailəsinə kömək edərək Allah yolunda yürüməyi və böyüklərinə yaxşılıq borcunu ödəməyi öyrənsinlər.
Çünki bu Allahı məmnun edər. (1 Timoteyə, 5:4)
Qeysəriyyədə Korneli adında bir adam vardı. “İtalyan” batalyonunda yüzbaşı idi. Dindar bir adam idi. Həm özü, həm də bütün külfəti Allahdan qorxardı. Xalqa çox kömək edər, Allaha daim dua edərdi. (Həvarilərin İşləri, 10:1-2)
Sevimli qardaşım, sənə yad olduqları halda, qardaşlar üçün etdiyin hər şeydə səmimi bağlılıqla davranırsan. Onlar, inananlar birliyi qarşısında sənin sevginə şahidlik etdilər. Onları Allaha yaraşan [Allahın rizasına uyğun] şəkildə yardımlarınla birlikdə yola salarsansa, yaxşı edərsən. Çünki inanmayanlardan heç bir kömək almadan, [Allah rizası üçün] Məsih adı uğruna yola çıxdılar. Bu səbəblə gerçək uğruna əməkdaşlar olmaq üçün belələrini dəstəkləməliyik. (3 Yəhya, 5-8)
… Məcdəlli adlanan Məryəm, Hirodun eşikağası Xuzanın arvadı Yoxanna, Şoşanna və daha bir çoxları İsayla birlikdə gəzirdi. Bunlar, öz imkanlarıyla İsaya və şagirdlərinə kömək edirdilər. (Luka, 8:2-3)
Yofada, İsanın şagirdi olan Tabita adında bir qadın vardı. Tabita, ceyran mənasını verir.
Bu qadın hər zaman yaxşılıq edib yoxsullara kömək edərdi. (Həvarilərin İşləri, 9:36)
Apollo Axayyaya getmək istəyincə qardaşlar onu cəsarətləndirdilər. Onu yaxşı qarşılamaları üçün oradakı şagirdlərə məktub yazdılar. Apollo Axayyaya çatınca Allahın lütfüylə iman etmiş olanlara çox kömək etdi. (Həvarilərin İşləri, 18:27)
İmanlı bir qadının dul yaxınları varsa onlara kömək etsin. İnananlar birliyi yük altına girməsin ki, həqiqətən kimsəsiz olan dullara kömək edə bilsin. (1 Timoteyə, 5:16)
Siz də bilirsiniz, ey Filipililər, Müjdə [Allahın əmrləri] yailmağa başladığında, Makedoniyadan ayrılmağımdan sonra sizdən başqa heç bir birlik qarşılıqlı köməkləşmə mövzusunda mənimlə əməkdaşlıq etmədi. Mən Salonikdəykən də, ehtiyacım olduğunda bir neçə dəfə mənə kömək etdiniz. (Filipililərə, 4:15-16)
Yanımda yalnız Luka var. Markı özünlə gətir, edəcəyim xidmətdə mənə kömək edər. (2 Timoteyə, 4:11)
… Hər hansı bir ehtiyacı olsa, ona kömək edin. Çünki o, [Allah rizası üçün] mən daxil, bir çoxlarına dəstək olmuşdur. (Romalılara, 16:2)
O biri gəmidəki ortaqlarına işarə edərək gəlib kömək etmələrini istədilər. Onlar da gəldilər və hər iki gəmini balıqla doldurdular; gəmilər az qala batırdı. (Luka, 5:7)
Allahın Rəbbi bütün ürəyinlə, bütün canınla, bütün ağlınla və bütün gücünlə sevəcəksən. (Mark, 12:30; Luka, 10:27)
Daxili varlığımda Allahın Qanunundan zövq alıram… Allaha şükürlər olsun! Nəticə olaraq mən ağlımla Allahın Qanununa… qulluq edirəm. (Romalılara, 7:22-25)
Elə isə necə yaşadığınıza çox diqqət edin. Müdriklikdən məhrum olanlar kimi deyil, müdriklər kimi yaşayın. (Efeslilərə, 5:15)
Ona görə bunu eşitdiyimiz gündən bəri sizin tam hikmət və ruhani idrakla Allahın iradəsini bütünlüklə qavramanız üçün biz də dualarımızı və yalvarışlarımızı kəsmədik. (Kolosselilərə, 1:9)
Uşaq [İsa Peyğəmbər] böyüyür, güclənir və müdriklikdə yetkinləşirdi. Allahın lütfü onun üzərində idi. (Luka, 2:40)
İsa müdriklikdə və boyda inkişaf edir, Allahın və insanların məmnuniyyətini qazanırdı. (Luka, 2:52)
İçinizdən birinin müdriklikdə əskiyi varsa, hər kəsə səxavətlə… verən Allahdan istəsin; özünə veriləcək. (Yaqub, 1:5)
Amma göydən enən [Allah Qatından olan] müdriklik hər şeydən əvvəl pakdır, sonra sülhsevərdir, həlimdir, mülayimdir. Mərhəmət və yaxşı meyvələrlə doludur… (Yaqub, 3:17)
Aranızda müdrik və anlayışlı olan kimdir? Yaxşı yaşayışıyla, müdriklikdən doğan təvazökarlıqla yaxşı hərəkətlərini göstərsin. (Yaqub, 3:13)
Bunun fərqində olan İsa, “Çörəyiniz yox deyə nə üçün mübahisə edirsiniz?” dedi. “Hələ düşünə bilmirsinizmi, anlamırsınızmı? Zehniniz korlandımı? Gözləriniz olduğu halda görmürsünüzmü? Qulaqlarınız olduğu halda eşitmirsinizmi? Xatırlamırsınızmı, beş çörəyi beş min adam arasında bölüşdürdüyümdə neçə səbət dolusu yemək artığı yığdınız?” “On iki” dedilər. “Yeddi çörəyi dörd min adam arasında bölüşdürdüyümdə neçə torba dolusu yemək yığdınız?” “Yeddi” dedilər. İsa onlara, “Hələ anlamırsınızmı?” dedi. (Mark, 8:17-21)
Məsihin sözü bütün zənginliyiylə içinizdə yaşasın. Tam bir müdrikliklə bir-birinizə öyrədin, öyüd verin, məzmurlar, ilahilər, ruhani nəğmələr söyləyərək ürəklərinizdə minnətdarlıqla Allaha nəğmələr ucaldın. (Kolosselilərə, 3:16)
… Allah Onu tanımağınız üçün sizə müdriklik… ruhunu versin deyə dua edirəm. (Efeslilərə, 1:17)
Amma anlamadıqları mövzularda söyən bu kəslər, instinktləriylə yaşayan, tutulub boğazlanılmaq üçün doğan, ağıldan məhrum heyvanlar kimidir. Heyvanlar kimi onlar da məhvə uğrayacaqlar. (2 Peter, 2:12)
… Stefanın danışığındakı müdrikliyə… qarşı gələ bilmədilər. (Həvarilərin İşləri, 6:10)
Bunun üzərinə On ikilər, bütün şagirdləri bir yerə yığıb belə dedilər: “Allahın sözünü [Allahın vəhyini] yayma işini buraxıb maddi işlərlə məşğul olmağımız doğru olmaz. Bu səbəblə, qardaşlar, aranızdan… müdrikliklə dolu, yeddi hörmətli adam seçin. Onları bu iş üçün vəzifələndirək. Biz isə özümüzü duaya və Allah sözünü yaymağa həsr edək.” (Həvarilərin İşləri, Yusifi qısqanan atalarımız, onu kölə olaraq Misirə satdılar. Amma Allah onunla idi və onu bütün çətinliklərindən qurtardı. Ona müdriklik verərək Misir Fironunun gözünə girməsini təmin etdi. Firon da onu Misir və bütün saray xalqı üzərinə idarəçi təyin etdi. (Həvarilərin İşləri, 7:9-10)
Ürəklərinin cəsarət tapmasını, sevgidə birləşmələrini diləyirəm. Belə ki, anlayışın verdiyi tam təhlükəsizliyin bütün zənginliyinə qovuşsunlar və… biliyin və müdrikliyin bütün xəzinələrinin gizli olduğu Məsihi tanısınlar. Kimsə sizi qulağa xoş gələn sözlərlə aldatmasın deyə söyləyirəm bunu. (Kolosselilərə 2:2-4)
Amma bu kəslər anlamadıqları hər şeyi söyürlər. Digər tərədən, ağıldan məhrum heyvanlar kimi instinktləriylə anladıqları nə varsa, onları məhvə aparır. (Yəhuda, 1:10)
Paul… “Gerçək və ağıla uyğun sözlər söyləyirəm.” (Həvarilərin İşləri, 26:25)

