İsa Zeytun Dağından aşağı enən yola yaxınlaşdığı əsnada, şagirdlərindən ibarət olan kütlənin hamısı, gördükləri bütün möcüzələrdən ötrü, sevinc içində yüksək səslə Allahı tərifləməyə başladılar. (Luka, 19:37)
Adam o anda yenidən görməyə başladı və Allahı ucaldaraq İsanın ardınca getdi.
Bunu görən bütün xalq Allaha təriflər söylədi. (Luka, 18:43)
Daim məsciddə olur, Allahı tərifləyirdilər. (Luka, 24:53) Hər gün məsciddə toplanmağa davam edən imanlılar, öz evlərində də çörək bölüb səmimi bir sevinc və sadəliklə yemək yeyir və Allahı tərifləyirdilər. (Həvarilərin İşləri, 2:46)
Çobanlar, eşidib gördüklərinin hamısı üçün Allahı ucaldıb tərifləyərək geri döndülər. Hər şey, özlərinə izah edildiyi kimi idi. (Luka, 2:20)
O anda Zəkəriyya… Allahı tərifləyərək danışmağa başladı. (Luka, 1:64) Dilimizlə Allahı tərifləyərik… (Yaqub, 3:9)
… O biri xalqlar mərhəməti üçün Allahı ucaltsın. Yazıldığı kimi: “Bunun üçün xalqlar arasında Sənə şükür edəcəyəm, Adını ilahilərlə tərifləyəcəyəm.” Yenə deyilir ki, “Ey xalqlar, Onun xalqıyla [qullarıyla] birlikdə sevinin!” Və, “Ey xalqlar, Rəbbə təriflər təqdim edin! Ey bütün xalqlar, Onu ucaldın!” (Romalılara, 15:8-11)
On səkkiz ildir içində xəstəlik ruhu olan bir qadın da orada idi. İkiqat olmuş, belini heç düzəldə bilmirdi. İsa onu görüncə yanına çağırdı. “Qadın” dedi, “Xəstəliyindən xilas oldun.” Əllərini qadının üzərinə qoydu. Qadın dərhal düzəldi və Allahı ucaltmağa başladı. (Luka, 13:11-13)
Onlardan biri, yaxşılaşdığını görüncə yüksək səslə Allahı ucaldaraq geri döndü… (Luka, 17:15-16)
Xalq bunu görüncə qorxuya düşdü. İnsana belə bir səlahiyyət verən Allahı ucaltdılar. (Matta, 9:8)
Çünki onların, bilmədikləri dillərlə danışıb Allahı ucaltdıqlarını eşidirdilər. (Həvarilərin İşləri, 10:46-47)
Adam onların gözü qarşısında dərhal ayağa qalxdı, üzərində yatdığı yatağı yığdı və Allahı ucaldaraq evinə getdi. Hər kəs təəccüb içində idi. Allahı ucaldır, böyük qorxu içində, “Bu gün təəccübbləndirəcək işlər gördük!” deyirdilər. (Luka, 5:25-26)
Hər kəsi bir qorxu bürümüşdü. “Aramızda böyük bir peyğəmbər ortaya çıxdı!”… deyərək Məryəm də belə dedi: “Canım Rəbbi ucaldar; ruhum, xilaskarım Allah sayəsində sevinclə coşar. Çünki O, adi quluyla maraqlandı. Məhz bundan belə bütün nəsillər məni xoşbəxt sayacaq. Çünki Güclü Olan, mənim üçün böyük işlər etdi. Onun adı müqəddəsdir. Nəsillər boyunca Özündən qorxanlara mərhəmət edər.” (Luka, 1:46-50)
Uşağın atası Zəkəriyya…: “… Rəbbə təriflər olsun! Çünki xalqının [qullarının] köməyinə gəlib onları qurtardı…” (Luka, 1:67-68)
Bunları dinlədikdən sonra sakitləşdilər. Allahı ucaldaraq belə dedilər… (Həvarilərin İşləri, 11:18)
Olanları görən yüzbaşı, “Bu adam, həqiqətən, doğru biriydi” deyərək Allahı ucaltmağa başladı. (Luka, 23:47)
Gecə yarısına doğru Paulla Sila dua edir, Allahı ilahilərlə ucaldırdılar. O biri məhbuslar da onları dinləyirdi. (Həvarilərin İşləri, 16:25)
… İsa Məsihin Allahını… birlik içində həmişə bir ağızdan ucaldasınız. Bu səbəblə, Məsih sizi qəbul etdiyi kimi, Allahın ucalığı üçün bir-birinizi qəbul edin. (Romalılara, 15:6-7)
Ali Şuranın üzvləri onları bir daha təhdid etdikdən sonra sərbəst buraxdılar; onları cəzalandırmaq üçün heç bir səbəb tapa bilməmişdilər. Çünki bütün xalq, olub bitənlər üçün Allahı ucaldırdı. (Həvarilərin İşləri, 4:21)
[İsa Peyğəmbər:] “Adını qardaşlarıma eşitdirəcəyəm, birliyin ortasında Səni ilahilərlə tərifləyəcəyəm” deyir. (İbranilərə, 2:12)
İmansızlıq edib Allahın vədindən şübhələnmədi; əksinə, imanı gücləndi və Allahı ucaltdı. (Romalılara, 4:20)
Bunları eşidincə Allahı ucaltdılar. Paula, “Görürsən, qardaş, yəhudilər arasında minlərlə imanlı var və hamısı Müqəddəs Qanunun [Allahın əmrlərinin] candan müdafiəçisidir” dedilər. (Həvarilərin İşləri, 21:20)
Amma Məsih imanlısı olduğu üçün [İsa Peyğəmbərə Allahın peyğəmbəri olaraq iman etdiyi üçün] acı çəkən, bundan utanc duymasın. Daşıdığı bu adla Allahı ucaltsın. (1 Peter, 4:16)
Yüksək səslə belə deyirdi: “Allahdan qorxun! Onu ucaldın! Çünki Onun mühakimə etmə saatı gəldi. Göyü, yeri, dənizi, su mənbələrini yaradana qulluq edin!” (Vəhy, 14:7)
Adam qalxdı, dərhal döşəkcəsini yığdı, hamısının gözü qarşısında çıxıb getdi. Hər kəs çaşıb qalmışdı. Allahı tərifləyirlər, “Beləsini heç görməmişdik” deyirdilər. (Mark, 2:12)
… Allahı tərifləyərək, “Ən ucalarda Allaha ucalıq olsun, yer üzündə Onun məmnun qaldığı insanlara əmin-amanlıq olsun!” dedilər. (Luka, 2:13-14)
… Şimon onu qucağına aldı, Allahı tərifləyərək belə dedi… (Luka, 2:28) Sıçrayıb ayağa qalxdı, getməyə başladı. Yürüyüb sıçrayaraq, Allahı tərifləyərək onlarla birlikdə məscidə girdi. Bütün xalq, onun gedib Allahı təriflədiyini gördü. Onun… oturub pul dilənən adam olduğunu anlayınca ondakı dəyişiklik qarşısında böyük bir heyrət və qarışıqlığa düşdülər. (Həvarilərin İşləri, 3:8-10)
Üstəlik bu qardaş, Rəbbi ucaltmaq və köməyə hazır olduğumuzu göstərmək üçün icra etdiyimiz bu xeyirli xidmətdə yol yoldaşımız olmaq üzrə kilsələr tərəfindən seçildi. (2 Korinflilərə, Onlar səmimiliyinizi sübut edən bu xidmətdən ötrü, açıqca mənimsədiyiniz Məsih Müjdəsinə [İsa Peyğəmbərə vəhy edilən Allahın əmrlərinə] uyaraq özləriylə və hər kəslə malınızı səxavətlə paylaşdığınız üçün Allahı ucaldırlar. (2 Korinflilərə, 9:13)
Xalq, dilsizlərin danışdığını, çolaqların yaxşılaşdığını, korların gördüyünü, ifliclərin gəzdiyini görüncə təəccübləndi və Allahı ucaltdı. (Matta, 15:31)
Tam o saatda şiddətli bir zəlzələ oldu, şəhərin onda biri yıxıldı. Zəlzələdə yeddi min adam can verdi. Geriyə qalanlar dəhşətə qapılıb… Allahı ucaltdılar. (Vəhy, 11:13)
Pis sözdən çəkinmək, gözəl sözlü olmaq
Ağzınızdan heç bir pis söz çıxmasın. Eşidənlər faydalansın deyə, ehtiyaca görə, başqalarının inkişafına yarayacaq olanı söyləyin. (Efeslilərə, 4:29)
Sözünüz duzla tərbiyə edilmiş kimi həmişə lütflə dolu olsun. Beləcə hər kəsə necə cavab vermək lazım olduğunu biləcəksiniz. (Kolosselilərə, 4: 6)
Hər kəs İsanı tərifləyir, ağzından çıxan lütfkar sözlərə heyran qalırdı… (Luka, 4:22)
Nəticə olaraq hamınız eyni düşüncədə birləşin. Başqalarının duyğularını paylaşın. Birbirinizi qardaşca sevin. Şəfqətli, təvazökar olun. Pisliyə pisliklə, söyüşə söyüşlə deyil, əksinə, müqəddəslik diləyərək cavab verin. Çünki müqəddəs qılınmağı miras almaq üçün çağırıldınız. (1 Peter, 3:8-9)
… Həyatdan zövq almaq və yaxşı günlər görmək istəyən, dilini pislikdən, dodaqlarını hiyləli sözlərdən uzaq tutsun. Pislikdən çəkinsin və yaxşılıq etsin. Əminamanlığı axtarıb onun ardınca getsin. Çünki Rəbbin gözləri [inayəti] doğru kəslərin üzərindədir… Amma Rəbb pislik edənlərə qarşı durar. (1 Peter, 3:10-12)
Amma indi hirs, qəzəb, pis niyyət daxil, hamısını üzərinizdən sıyırıb atın. Ağzınızdan heç bir böhtan ya da, nalayiq söz çıxmasın. (Kolosselilərə, 3:8)
Özünü dindar sanıb da dilini düzəltməyən adam özünü aldadar… (Yaqub, 1:26) Amma mən sizə deyirəm ki, qardaşına hirslənən hər kəs mühakimə olunacaq. Kim qardaşına alçaldıcı bir söz söyləsə… mühakimə olunacaq [axirətdə qarşılığını alacaq]… (Matta, 5:22)
[Axirətdə] öz sözlərinizlə təmizlənəcək, yenə öz sözlərinizlə günahkar çıxarılacaqsınız. (Matta, 12:37)
… Allah tərəfindən Müjdəni [Allahın vəhyini] əmanət götürməyə layiq görüldüyümüz üçün, insanları deyil, ürəklərimizi sınayan Allahı məmnun edəcək şəkildə danışırıq. (1 Saloniklilərə, 2:3-4)
Qardaşlar… bir-birinizə qarşı deyinməyin. (Yaqub, 4:9)
… [Allah rizası üçün istifadə edilməyən] dil, öldürücü zəhərlə dolu, dayanmayan bir pislikdir. Dilimizlə Rəbbi… tərifləyərik. Yenə dilimizlə… yaradılmış olan insanları söyərik. Tərif və söyüş eyni ağızdan çıxar. Qardaşlarım, bu belə olmamalı. Bir mənbə eyni gözdən şirin və acı su axıdarmı? Qardaşlarım, əncir ağacı, zeytun, ya da üzüm əncir verə bilərmi? Eyni şəkildə, duzlu su qaynağı şirin su verə bilməz.
Amma anlamadıqları mövzularda söyən bu kəslər, instinktləriylə yaşayan, tutulub boğazlanılmaq üçün doğan, ağıldan məhrum heyvanlar kimidir. Heyvanlar kimi onlar da məhvə Amma bu kəslər anlamadıqları hər şeyi söyürlər. Digər tərəfdən, ağıldan məhrum heyvanlar kimi instinktləriylə anladıqları nə varsa, onları məhvə aparır. (Yəhuda, 1:10)
Baxın, gəmilər də o qədər böyük olduğu və güclü küləklər tərəfindən süründürüldüyü halda, sükançının könlü hara istəsə, kiçik bir sükanla o istiqamətə çevrilərlər. Bunun kimi, dil də bədənin kiçik bir üzvüdür, amma böyük işlərlə öyünər. Baxın, kiçik bir qığılcım nə qədər böyük bir meşəni alovlandıra bilər! Dil də [Allah rizasına uyğun istifadə edilmədiyində] bir atəş, bədənimizin üzvləri arasında bir pislik dünyasıdır. Bütün varlığımızı kirlədər… (Yaqub, 3:4-6)
… Əgər bir kimsə sözləriylə heç səhv etməzsə, bütün bədənini də tərbiyələndirə bilən kamil bir adamdır. Bizə boyun əymələri üçün atların ağızlarına yüyən vursaq, onların bütün bədənlərini də istiqamətləndirə bilərik. (Yaqub, 3:2-3)
Listra və Konyadakı qardaşlar ondan təriflə danışırdılar. (Həvarilərin İşləri, 16:2)
İmanlılar, məktubdakı ürəkləndirici sözləri oxuyunca sevindilər. (Həvarilərin İşləri, 15:31)
Bunun kimi, hər yaxşı ağac yaxşı meyvə verər, pis ağac isə pis meyvə verər. Yaxşı ağac pis meyvə, pis ağac da yaxşı meyvə verə bilməz. (Matta, 7:17-18)
Acgözlüklərindən ötrü uydurma sözlərlə sizi istismar edəcəklər. Onlar üçün çoxdan bəri verilmiş mühakimə gecikməz. Onları gözləyən məhv də mürgüləməz. (2 Peter, 2:3)
İsa, xalqı yanına çağırıb onlara, “Dinləyin və bunu əzbərləyin” dedi. “Ağızdan girən şey insanı kirlətməz. İnsanı kirlədən ağızdan çıxandır… ağızdan çıxan, ürəkdən qaynaqlanar. İnsanı kirlədən də budur. Çünki pis düşüncələr, cinayət, zina, fahişəlik, oğurluq, yalan yerə şahidlik və böhtan həmişə [çirkli] ürəkdən qaynaqlanar. İnsanı kirlədən bunlardır…” (Matta, 15:10-20)
… Ağız ürəkdən daşanı söyləyər. (Matta, 12:34)
Mübahisə üslubundan çəkinmək
Gənclik arzularından qaç. Təmiz ürəklə Rəbbə yalvaranlarla birlikdə doğruluğun, imanın, sevginin və əmin-amanlığın ardınca qaç. Axmaq, cahilcə mübahisələrə girməyi rədd et.
Bunların dava yaratdığını bilirsən. Rəbbin qulu davakar olmamalı. Əksinə, hər kəsə şəfqətlə davranmalı, öyrətmə qabiliyyəti olmalı, haqsızlıqlara səbirlə dözməlidir. Özünə qarşı olanları həlim xasiyyətlə yola gətirməli. Həqiqəti anlamaları üçün Allah, bəlkə, onlara bir tövbə yolu açar. (2 Timoteyə, 2:22-26)
Ağılsız mübahisələrdən, soyla bağlı didişmələrindən, Müqəddəs Qanunla [Allahın əmrləriylə] əlaqədar çəkişmə və davalardan çəkin. Bunlar [çəkişmə və mübahisə] faydasız və boş şeylərdir. Birinci və ikinci xəbərdarlıqdan sonra bölücü adamla əlaqəni kəs. Belə birinin azmış olduğundan və günah işlədiyindən əmin ola bilərsən… (Titə, Özümüzü… çəkişməyə və qısqanclığa salmayaq. Gün işığında olduğu kimi, hörmətli bir… İsa, “Çörəyiniz yox deyə nə üçün mübahisə edirsiniz?” dedi. “Hələ düşünə bilmir, anlamırsınızmı? Zehniniz korlandımı? Gözləriniz olduğu halda görmürsünüzmü? Qulaqlarınız olduğu halda eşitmirsinizmi? Xatırlamırsınızmı, beş çörəyi beş min adam arasında bölüşdürdüyümdə neçə səbət dolusu yemək yığdınız?” “On iki” dedilər. (Mark, 8:17-19; Matta, 16:8-11)
… İsa onlara, “Yolda nəyi mübahisə edirdiniz?” deyə soruşdu. Heç birindən səs çıxmadı. Çünki yolda aralarında kimin ən böyük olduğunu mübahisə etmişdilər. İsa oturub On ikiləri yanına çağırdı. Onlara belə dedi: “Birinci olmaq istəyən ən sonuncu olsun, hər kəsin xidmətçisi olsun.” (Mark, 9:33-35)
… Bəzi kəslərin fərqli təlimlər yaymamasını, nağıllarla və sonu gəlməyən soylarıyla məşğul olmamasını nəsihət et. Bu şeylər, imana əsaslanan Allahın məmnun olduğu nizama xidmət etməkdən çox, mübahisəyə gətirib çıxarar. (1 Timoteyə, 1:3-4)
Əgər biri fərqli təlimlər yayar, doğru sözləri… İsa Məsihin sözlərini və Allah yoluna əsaslanan təlimi təsdiqləməzsə, özünü bəyənmiş, məlumatsız bir adamdır. Belə biri mübahisə və söz güləşdirməyi xəstəlik dərəcəsində sevər. Bu şeylər qısqanclığa, çəkişməyə, böhtana, pis şübhələrə, düşüncələri korlanmış və gerçəyi itirmiş kəslərin dayanmadan toqquşmasına gətirib çıxarar. Onlar Allah yolunu qazanc yolu sanırlar. (1 Timoteyə, 6:3-5)
Çünki hələ cismani təbiətə [nəfsə] uyursunuz. Aranızda qısqanclıq və çəkişmə olması, cismani təbiətə [nəfsinizə] uymanızı, o biri insanlar kimi yaşadığınızı göstərmirmi?… Əhəmiyyətli olan, əkən ya da sulayan deyil, əkiləni böyüdən Allahdır. (1 Korinflilərə, 3:3, 7)
Hər şeyi deyinmədən və çəkişmədən edin ki, həyat sözünə möhkəm sarılaraq aralarında kainatdakı ulduzlar kimi parladığınız bu yanlış və azğın nəslin ortasında qüsursuz və saf, Allahın ləkəsiz qulları olasınız… (Filipililərə, 2:14-16)
Buna görə, kişilərin hirslənib çəkişmədən, hər yerdə pak əllər yüksəldərək dua etmələrini istəyərəm. (1 Timoteyə, 2:8)
Aranızdakı döyüşlərin, çəkişmələrin qaynağı nədir? Bədəninizin üzvlərində döyüşən ehtiraslarınız deyilmi? (Yaqub, 4:1)
Bir şey arzu edir, əldə edə bilməyincə adam öldürürsünüz. Qısqanırsınız, istəyinizə çata bilməyincə çəkişib döyüşürsünüz. Əldə edə bilmirsiniz, çünki Allahdan diləmirsiniz. (Yaqub, 4:2)
Boş söz söyləməkdən çəkinmək
Sizə bunu söyləyim, insanlar söylədikləri hər boş söz üçün mühakimə günü hesab verəcəklər. (Matta, 12:36)
Bayağı, boş sözlərdən çəkin. Çünki bunlara qapananlar Allahsızlıqda daha da irəli… Aranızda açıq-saçıqlıq, axmaq danışıqlar, bayağı zarafatlar da olmasın. Bunlar sizə yaraşmaz. Bunun yerinə şükür edin… Heç kim sizi boş sözlərlə aldatmasın. Bu şeylərdən ötrü Allahın qəzəbi söz dinləməyənlərin üzərinə gəlir. Onun üçün belələriylə oturub durmayın. (Efeslilərə, 5:3-7)
Çünki boş və lovğa sözlər söyləyərək səhv yolla gedənlərin arasından çətinliklə qaçanları cismani ehtiraslarla və əxlaqsızlıqla yoldan azdırırlar. (2 Peter, 2:18)
Ey Timote, sənə əmanət ediləni qoru. Bayağı və boş sözlərdən, yalan yerə “məlumat” deyilən düşüncələrin ziddiyyətlərindən çəkin. Bu sözdə bilgiyə sahib olma iddiasında olan bəziləri imandan azdılar. Allahın lütfü sizlərlə birlikdə olsun. (1 Timoteyə, 6:20-21)
Diqqətli olun!… İnsanların ənənəsinə, dünyanın təməl qanunlarına əsaslanan [dinsiz] fəlsəfəylə, boş və aldadıcı sözlərlə kimsə sizi məhbus etməsin. (Kolosselilərə, 2:8)
Yaxşı olanı edərək hər mövzuda onlara nümunə ol. Öyrədərkən dürüst və ciddi ol, kimsənin qınaya bilməyəcəyi doğru sözlər söylə. Belə ki, bizə qarşı gələn, haqqımızda söyləyəcək pis bir söz tapa bilməyib utansın. (Titə, 2:7-8)
Amma indi hirs, qəzəb, pis niyyət daxil, hamısını üzərinizdən sıyırıb atın. Ağzınızdan heç bir böhtan ya da nalayiq söz çıxmasın. (Kolosselilərə, 3:8)
Məndən eşitdiyin doğru sözləri nümunə götürərək imanla və [Allah rizası üçün]
Məsih İsada olan sevgiylə bunlara bağlı qal. (2 Timoteyə, 1:13)
Əgər biri fərqli təlimlər yayar, doğru sözləri… İsa Məsihin sözlərini və Allah yoluna əsaslanan təlimi təsdiqləməzsə, özünü bəyənmiş, məlumatsız bir adamdır. (1 Timoteyə, 6:3-4)
O [İsa Peyğəmbər] günah işləmədi, ağzından hiyləli söz çıxmadı. (1 Peter, 2:22)
Ağızlarından heç yalan çıxmamışdır… (Vəhy, 14:5)
Çünki pis düşüncələr, cinayət, zina, fahişəlik, oğurluq, yalan yerə şahidlik və böhtan həmişə [çirkin] ürəkdən qaynaqlanar. İnsanı kirlədən bunlardır… (Matta, 15:19-20;
Mark, 7:21-23)
Bu səbəblə hər pisliyi, hiyləni, ikiüzlülüyü, qısqanclığı və bütün böhtanları üzərinizdən sıyırıb atın. (1 Peter, 2:1)
Allahın əmrlərini və haqq dini təbliğ etmək
Qardaşların çoxu da zəncirə vuruluşumdan ötrü Rəbbə güvənərək Allahın sözünü qorxusuzca söyləməkdə daha da cəsur davranırlar. (Filipililərə, 1:14)
Getdiyiniz hər yerdə Allahın Hökmranlğının [axirət həyatının] yaxınlaşdığını yayın… Qarşılıqsız aldınız, qarşılıqsız verin. (Matta, 10:7-8)
Danışan, Allahın sözlərini [Allahdan gələn vəhyi] çatdıran kimi danışsın.
Başqalarına xidmət edən, Allahın verdiyi güclə xidmət etsin… (1 Peter, 4:11)
[İsa Peyğəmbər:] “Ədalətli Allah, dünya Səni tanımır, amma mən Səni tanıyıram… Sənin adını onlara bildirdim və bildirməyə davam edəcəyəm.” (Yəhya, 17:25-26)
Orada olan xəstələri yaxşılaşdırın və onlara, “Allahın Hökmranlığı [axirət həyatı] sizə yaxınlaşdı” deyin. (Luka, 10:9)
Eyni zamanda bizim üçün də dua edin ki, Allah, sözünü yaymağımız və uğrunda həbs olunduğum Məsih sirrini [İsa Peyğəmbərə enən vəhyi] açıqlamağımız üçün bizə bir qapı açsın. (Kolosselilərə, 4:3)
Yerusəlimdən başlayıb İllirikum bölgəsinə qədər gəzərək Məsihin Müjdəsini [Allahın İsa Peyğəmbərə vəhyini] əskiksiz eşitdirdim. (Romalılara, 15:18-19)
İndi qardaşlarım, yanına gəlib dillərlə danışsam, amma sizə bir vəhy, bir məlumat, bir peyğəmbərlik sözü ya da bir təlim gətirməsəm, sizə nə faydam olar? Qaval ya da lira kimi səs verən cansız obyektlər belə dəyişik səslər çıxarmasa, qavalmı, liramı çalındığını kim anlayar? Şeypur diqqətə çarpan bir səs çıxarmasa, kim döyüşə hazırlanar? Bunun kimi, siz də aydın olan bir dil danışmasanız, söylədikləriniz necə aydın olar?… (1 Korinflilərə,… Allahın sözünü eşitdir. Zaman uyğun olsun olmasın, bu vəzifəni davam etdir. İnsanları tam bir səbirlə öyrədərək razı sal, xəbərdar et, istəkləndir. Çünki elə bir zaman gələcək ki, möhkəm təlimə dözə bilməyəcəklər. Qulaqlarını oxşayan sözlər dinləyə bilmək üçün ətraflarına, öz arzularına uyğun müəllimlər yığacaqlar. Qulaqlarını gerçəyin səsinə tıxayacaq, dönüb əfsanələrə dalacaqlar. Amma sən hər vəziyyətdə ayıq ol, çətinliyə sinə gər, müjdəçi olaraq çalış, vəzifəni tamamla. (2 Timoteyə, 4:1-5)
Allahın sözünü [Allahdan gələn vəhyi] sizə çatdırmış öndərlərinizi xatırlayın.
Yaşayışlarının nəticəsinə baxaraq onların imanını nümunə götürün. (İbranilərə, 13:7)
Ağzınızdan heç pis söz çıxmasın. Eşidənlər faydalansın deyə, ehtiyaca görə, başqalarının inkişafına yarayacaq olanı söyləyin. (Efeslilərə, 4:29)
Elə isə nə deyək, qardaşlar? Toplandığınızda hər birinizin bir ilahisi, öyrədəcək bir mövzusu… bilmədiyi dildə söyləyəcək bir sözü ya da bir tərcüməsi vardır. Hər şey birliyin inkişafı üçün olsun. (1 Korinflilərə, 14:26)
Yaşlı adamı danlama, belə birinə atanmış kimi öyüd ver. Gənc kişilərə qardaşlarınmış kimi, yaşlı qadınlara ananmış kimi, gənc qadınlara da tam bir ürək təmizliyiylə bacılarınmış kimi öyüd ver. Həqiqətən, kimsəsiz olan dul qadınlara hörmət göstər. (1 Timoteyə, 5:1-3)
İmanda, söz söyləməkdə [Allahın dinini təbliğdə], bilikdə, hər növ səydə, bizə bəslədiyiniz sevgidə, hər şeydə üstün olduğunuz kimi, bu xeyirli işdə də üstün olmağa baxın. (2 Korinflilərə, 8:7)
Dedi-qodudan çəkinmək
Çünki gəldiyimdə sizi istədiyim vəziyyətdə tapa bilməyəcəyimdən qorxuram. Sizlər də məni istədiyiniz vəziyyətdə tapmaya bilərsiniz. Aranızda çəkişmə, qısqanclıq, qəzəb, eqoist ehtiraslar, böhtan, dedi-qodu, lovğalanma, qarışıqlıq olmasından qorxuram. (2 Korinflilərə, 12:20)

