İncildən gözəl sözlər

12 / 21 · 14 dəq oxu

İncildə Qurana uyğun əmr və qadağalar

Başlanğıcdan bəri eşitdiyiniz buyruq budur: Bir-birimizi sevək. Şeytana aid olub qardaşını öldürən Qabil kimi olmayaq. Qabil qardaşını niyə öldürdü? Öz etdikləri pis, qardaşının etdikləri doğru olduğu üçün öldürdü… Heç bir qatilin sonsuz həyata [cənnətə] sahib olmadığını bilirsiniz. (1 Yəhya, 3:11-15)

Atalarımıza, “Adam öldürməyəcəksən. Öldürən mühakimə olunacaq” deyildiyini eşitdiniz. (Matta, 5:21)

İsa ona, “Mənə niyə yaxşı deyirsən?” dedi. “Yaxşı olan tək biri var, O da Allahdır. Onun buyruqlarını bilirsən: “Adam öldürmə, zina etmə, oğurluq etmə, yalan yerə şahidlik etmə, kimsənin haqqını yemə, anana, atana hörmət göstər.’“ (Mark, 10:18-19; Luka, 18:19-20)

“Zina etməyəcəksən, adam öldürməyəcəksən, oğurlamayacaqsan, başqasının malına göz dikməyəcəksən” buyruqları və bundan başqa nə buyruq varsa, bu kəlamda yekunlaşdırılmışdır: “Qonşunu özün kimi sevəcəksən.” (Romalılara, 13:9)

Çünki Qanunun hər dediyini yerinə yetirsə də tək mövzuda ondan azan adam bütün Qanuna qarşı günahkar olar. Necə ki, “Zina etməyəcəksən” deyən, eyni zamanda “Adam öldürməyəcəksən” demişdir. Zina etməz, amma adam öldürsən, Qanunu yenə də tapdalamış olarsan. (Yaqub, 2:10-11)

… İnsanı kirlədən də budur. Çünki pis düşüncələr, cinayət, zina, fahişəlik, oğurluq, yalan yerə şahidlik və böhtan həmişə ürəkdən qaynaqlanar. İnsanı kirlədən bunlardır… (Matta, 15:18-20)

İsa belə davam etdi: “İnsanı kirlədən, insanın içindən çıxandır. Çünki pis düşüncələr, fahişəlik, oğurluq, cinayət, zina, acgözlük, pislik, hiylə, pozğunluq, qısqanclıq, böhtan, qürur və ağılsızlıq daxildən, insanın ürəyindən qaynaqlanar. Bu pisliklərin hamısı daxildən qaynaqlanar və insanı kirləndirər.” (Mark, 7:20-23)

Adam öldürməkdən, cadu, fahişəlik, oğurluq etməkdən də tövbə etmədilər. (Vəhy, 9:21)

Allahı tanımaqda fayda görmədikləri üçün [Allahı tənzih edərik], Allah onları faydasız düşüncələrə, yaramaz davranışlara təslim etdi. Hər cür haqsızlıq, pislik, acgözlük və kinlə doldular. Qısqanclıq, öldürmə ehtirası, çəkişmə, hiylə, pis niyyətlə doludurlar. Dedi-qodu edən, böhtan atan, Allaha nifrət edən [Allahı tənzih edərik], həyasız, təkəbbürlü, lovğa, pislik çıxaran, ana-ata sözü dinləməyən, anlayışsız, sözündə durmayan, sevgidən məhrum, mərhəmətsiz insanlardır. Hərçənd ki belə işlərlə məşğul olanların ölümə layiq olduğu barədə Allahın ədalətli hökmünü bilirlər, amma yenə də bu işləri görürlər, hətta belə işlər görən başqalarını da alqışlayırlar. (Romalılara, 1:28-32)

Aranızdakı döyüşlərin, çəkişmələrin qaynağı nədir? Bədəninizin üzvlərində döyüşən ehtiraslarınız deyilmi? Bir şey arzu edir, əldə edə bilməyincə adam öldürürsünüz.

Qısqanırsınız, istəyinizə çata bilməyincə çəkişib döyüşürsünüz. Əldə edə bilmirsiniz, çünki Allahdan diləmirsiniz. Dilədiyiniz zaman da diləyinizə qovuşa bilmirsiniz. Çünki pis məqsəd, ehtiraslarınız uğrunda istifadə etmək üçün diləyirsiniz. Ey vəfasızlar, dünyayla dostluğun Allaha düşmən olduğunu bilmirsinizmi? Dünyayla dost olmaq istəyən, özünü Allaha düşmən edər. [Allahı tənzih edirik.] (Yaqub, 4:1-4)

Oğurluq etməmək

Oğurluq edən artıq oğurluq etməsin. Tərsinə, öz əlləriylə yaxşı olanı edərək əmək versin; beləcə ehtiyacı olanla paylaşacaq bir şeyi olsun. (Efeslilərə, 4:28)

[İsa Peyğəmbər:] “Onun buyruqlarını bilirsən: “Zina etməyəcəksən, adam öldürməyəcəksən, oğurlamayacaqsan, yalan yerə şahidlik etməyəcəksən, anana, atana hörmət göstərəcəksən.” “Bunların hamısını gəncliyimdən bəri yerinə yetirirəm” dedi adam. (Luka, 18:20-21, Matta, 19:17-19)

“Zina etməyəcəksən, adam öldürməyəcəksən, oğurlamayacaqsan, başqasının malına göz dikməyəcəksən” buyruqları və bundan başqa nə buyruq varsa, bu kəlamda yekunlaşdırılmışdır: “Qonşunu özün kimi sevəcəksən.” Sevən adam qonşusuna pislik etməz. Bu səbəblə sevmək Müqəddəs Qanunu [Allahın əmrlərini] yerinə yetirməkdir. (Romalılara, 13:9-10)

Heç biriniz qatil, oğru, pislik edən ya da başqalarının işinə qarışan biri olaraq acı çəkməsin. Amma Məsihə inanan olduğu üçün acı çəkən, bundan utanc duymasın. Daşıdığı bu adla Allahı ucaltsın. (1 Peter, 4:15-16)

Müqəddəs Qanunda məlumatın və həqiqətin özünə qovuşmuş olaraq korların bələdçisi, qaranlıqda qalanların işığı, ağılsızların təlimatçısı, uşaqların müəllimi olduğuna inanmısan. Elə isə başqasına öyrədərkən, özünə də öyrətmirsənmi? Oğurlamamağı nəsihət edərkən, oğurlayarsanmı? (Romalılara, 2:19-21)

Adam öldürməkdən, cadu, fahişəlik, oğurluq etməkdən də tövbə etmədilər. (Vəhy, 9:21)

[İsa Peyğəmbər:] “Onun buyruqlarını bilirsən: “Adam öldürməyəcəksən, zina etməyəcəksən, oğurlamayacaqsan, yalan yerə şahidlik etməyəcəksən, kimsənin haqqını yeməyəcəksən, anana, atana hörmət göstərəcəksən.’“ (Mark, 10:19)

Zina və fahişəlik etməmək

Hər kəs evliliyə hörmət göstərsin… günahla ləkələnməsin. Çünki Allah cinsi əxlaqsızlıqda olan və zina edənləri mühakimə edəcək. (İbranilərə, 13:4)

Onun buyruqlarını bilirsən: “Adam öldürməyəcəksən, zina etməyəcəksən, oğurlamayacaqsan, yalan yerə şahidlik etməyəcəksən, kimsənin haqqını yeməyəcəksən, anana atana hörmət göstərəcəksən.” (Mark, 10:19)

“Zina etməyəcəksən” deyildiyini eşitdiniz. (Matta, 5:27)

Sodom, Homorra və ətraflarındakı şəhərlər də bənzər şəkildə özlərini fahişəlik və pozğunluğa təslim etdilər. Sonsuza qədər atəşdə yanma cəzasını çəkən bu şəhərlər dərs alınacaq bir nümunədir. (Yəhuda, 1:7)

Fahişəlikdən çəkinin… (1 Korinflilərə, 6:18)

Aranızda fahişəlik, murdarlıq ya da acgözlük xatırlanmasın belə. Kimsə fahişəlik etməsin… müqəddəs dəyərlərə hörmətsizlik etməsin. (İbranilərə, 12:16)

Müqəddəslərə [özünü Allaha həsr etmişlərə] yaraşmaz bu. Aranızda açıqsaçıqlıq, axmaqca danışıqlar, bayağı zarafatlar da olmasın. Bunlar sizə yaraşmaz. Bunun yerinə şükür edin. Bunu qəti olaraq bilin ki, fahişəlik edənin, pisliyə düşkün olanın ya da bütpərəst olan acgöz adamın… Allahın dərgahında [cənnətdə] mirası yoxdur. Heç kim sizi boş sözlərlə aldatmasın. Bu şeylərdən ötrü Allahın qəzəbi söz dinləməyənlərin üzərinə gəlir. Onun üçün belələriylə oturub-durmayın. (Efeslilərə, 5:3-7)

İnsanı kirlədən, insanın içindən çıxandır… cinsi əxlaqsızlıq, oğurluq, cinayət, zina, acgözlük, murdarlıq, hiylə, pozğunluq, qısqanclıq, böhtan, təkəbbür və ağılsızlıq daxildən, insanın ürəyindən qaynaqlanar. Bu pisliklərin hamısı daxildən qaynaqlanar və insanı kirləndirər. (Mark, 7:20-22)

“Mənə hər şey sərbəstdir” deyirsiniz, amma hər şey faydalı deyil. “Mənə hər şey sərbəstdir” deyirsiniz, amma heç bir şeyin məhbusu olmayacağam. “Yemək mədə üçün, mədə də yemək üçündür” deyirsiniz, amma Allah həm mədəni, həm də yeməyi ortadan qaldıracaq.

Bədən fahişəlik üçün deyil, Rəbb üçündür [Allahın əmr və qadağalarına uyması üçündür]… Fahişəlikdən çəkinin. İnsanın işlədiyi bütün o biri günahlar bədənin xaricindədir; amma fahişəlik edən, öz bədəninə qarşı günah işləyər. (1 Korinflilərə, 6:12-13)

Ancaq bütlərə təqdim edilib murdar hala gələn ətlərdən, fahişəlikdən, boğularaq öldürülən heyvanların ətindən və qandan çəkinmələri lazım olduğunu onlara yazmalıyıq. Çünki çox köhnə zamanlardan bəri Musanın sözləri hər şəhərdə eşitdirilir, hər Şənbə Günü sinaqoqlarda oxunur. (Həvarilərin İşləri, 15:20-21)

… Lazımlı olan bu qaydaların xaricində sizə hər hansı bir şey yükləməməyi uyğun hesab etdik: Bütlərə təqdim edilən qurbanların ətindən, qandan, boğularaq öldürülən heyvanların ətindən və fahişəlikdən çəkinməlisiniz. Bunlardan çəkinsəniz, yaxşı edərsiniz. Salamat qalın. (Həvarilərin İşləri 15:28-29)

O biri xalqlardan olan imanlılara gəlincə, biz onlara, bütlərə təqdim edilən qurbanların ətindən, qandan, boğularaq öldürülən heyvanlardan və fahişəlikdən çəkinmələrini nəzərdə tutan qərarımızı yazmışdıq. (Həvarilərin İşləri, 21:25)

Çünki pis düşüncələr, cinayət, zina, fahişəlik, oğurluq, yalan yerə şahidlik və böhtan həmişə ürəkdən qaynaqlanar. İnsanı kirlədən bunlardır… (Matta, 15:19-20)

İsa, “Məndən niyə yaxşılıq haqqında soruşursan?” dedi. “Yaxşı olan tək biri var. Həyata qovuşmaq istəyirsənsə, Onun [Allahın] buyruqlarını yerinə yetir.” “Hansı buyruqları?” deyə soruşdu adam. İsa bu qarşılığı verdi: “’Adam öldürməyəcəksən, zina etməyəcəksən, oğurlamayacaqsan, yalan yerə şahidlik etməyəcəksən, anana-atana hörmət göstərəcəksən” və “qonşunu özün kimi sevəcəksən.” (Matta, 19:17-19, Luka, 18:18-20)

“Zina etməyəcəksən, adam öldürməyəcəksən, oğurlamayacaqsan, başqasının malına göz dikməyəcəksən” buyruqları və bundan başqa nə buyruq varsa, bu kəlamda yekunlaşdırılmışdır: “Qonşunu özün kimi sevəcəksən.” (Romalılara, 13:9)

Qalib gələn bunları miras götürəcək… Amma qorxaq, imansız, iyrənc, adam öldürən, fahişəlik edən, cadu edən, bütpərəst və bütün yalançılara gəlincə, onların yeri, kükürdlə yanan atəş gölüdür [cəhənnəmdir]. İkinci ölüm budur.” (Vəhy, 21:7-8)

… Fahişəlik edənlər, adam öldürənlər, bütpərəstlər, yalanı sevib hiylə edənlərin hamısı çöldə [cənnətin xaricində] qalacaqlar. (Vəhy, 22:15)

Günahkarların, Allahın dərgahını [cənnəti] miras almayacağını bilmirsinizmi? Aldanmayın!

Nə fahişəlik edənlər Allahın dərgahını miras alacaq, nə bütə tapınanlar, nə zina edənlər… nə oğrular, nə acgözlər, nə əyyaşlar, nə söyənlər, nə də soyğunçular. (1 Korinflilərə, 6:9-10)

Çünki Qanunun hər dediyini yerinə yetirsə də tək mövzuda ondan azan adam bütün Qanuna qarşı günahkar olar. Necə ki, “Zina etməyəcəksən” deyən, eyni zamanda “Adam öldürməyəcəksən” demişdir… (Yaqub, 2:10-11)

Aranızda fahişəlik olduğu deyilir, üstəlik bütpərəstlər arasında belə rast gəlinməyən növdən bir fahişəlik! Biri atasının arvadını almış… Halbuki… bu işi edəni aranızdan atmağınız lazım deyildimi?… Məktubumda sizə fahişəlik edənlərlə yoldaşlıq etməməyinizi yazdım… Qardaş deyə bilinərkən fahişəlik edən, acgöz, bütpərəst, söyən, əyyaş ya da soyğunçu olanla yoldaşlıq etməyin, belə biriylə yemək belə yeməyin. (1 Korinflilərə, 5:1-12)

Bu səbəblə bədənin dünyəvi meyillərini -fahişəliyi, pisliyi, şəhvəti, pis arzuları və bütpərəstliklə bərabər olan acgözlüyü- öldürün. (Kolosselilərə, 3:5)

Mənliyin [nəfsin] işləri müəyyəndir. Bunlar fahişəlik, pislik, pozğunluq, bütpərəstlik, cadugərlik, düşmənçilik, çəkişmə, qısqanclıq, qəzəb, eqoist ehtiraslar, ayrılıqlar, bölünmələr, paxıllıq, sərxoşluq, dəlisov əyləncələr və bənzər şeylərdir. Sizi daha əvvəl xəbərdar etdiyim kimi yenə xəbərdar edirəm, belə davrananlar Allahın Lütfünü [cənnəti] miras ala bilməyəcəklər. (Qalatiyalılara, 5:19-21)

Adam öldürməkdən, cadu, fahişəlik, oğurluq etməkdən də tövbə etmədilər. (Vəhy, 9:21)

… Bu qadın təlimiylə qullarımı sapdırıb fahişəlik etməyə, bütlərə təqdim edilən qurbanların ətini yeməyə yönəldir. Tövbə etməsi üçün ona bir müddət verdim, amma fahişəlik etməkdən tövbə etmək istəmir. Bax, onu yatağa salacağam; onun etdiklərindən tövbə etməzlərsə, onunla zina edənləri də böyük çətinliklərin içinə atacağam… Hər birinizə etdiklərinizin qarşılığını verəcəyəm. (Vəhy, 2:20-23)

İsa belə davam etdi: “İnsanı kirlədən, insanın içindən çıxandır. Çünki pis düşüncələr, fahişəlik, oğurluq, cinayət, zina, acgözlük, pislik, hiylə, pozğunluq, qısqanclıq, böhtan, təkəbbür və ağılsızlıq daxildən, insanın ürəyindən qaynaqlanar. Bu pisliklərin hamısı içdən qaynaqlanar və insanı kirləndirər.” (Mark, 7:20-23)

Bu adamlarsa sanki dərrakəsiz, qeyri-iradi surətdə aparılan heyvanlardır ki, tutulub kəsilmək üçün doğulublar. Etdikləri haqsızlığa qarşılıq zərər görəcəklər. Gündüz zövq aləmlərinə dalmağı əyləncə sayarlar. Ləkə və üz qarasıdırlar. Sizinlə yeyib içərkən öz hiylələrindən zövq alarlar. Gözləri zinayla doludur, günahdan doymazlar. Qərarsız kəsləri aldadarlar. Ürəyi

Homoseksuallığın və azğın əlaqələrin qadağan olması

… Allah, bir-birlərinin bədənlərini alçaltsınlar deyə, onları ürəklərinin ehtirasları içində əxlaqsızlığa təslim etdi. Allahla bağlı gerçəyin yerinə yalanı qoydular… Beləcə, Allah onları utancverici ehtiraslara təslim etdi. Qadınları belə normal əlaqə yerinə normal olmayanı üstün tutdular. Eyni şəkildə kişilər də qadınla təbii əlaqələrini buraxıb bir-birləri üçün şəhvətlə yanıb alovlandılar. Kişilər kişilərlə utancverici əlaqələrə girdilər və öz bədənlərində pozğunluqlarına yaraşan qarşılığı aldılar. Allahı tanımaqda fayda görmədikləri üçün [Allahı tənzih edirik], Allah onları faydasız düşüncələrə, pis davranışlara təslim etdi. (Romalılara 1:24-28)

Günahkarların, Allahın hökmranlığını [cənnəti] miras almayacağını bilmirsinizmi? Aldanmayın! Nə fahişəlik edənlər Allahın hökmranlığını [cənnəti] miras alacaq, nə bütə tapınanlar, nə zina edənlər, nə homoseksuallar, nə oğrular, nə acgözlər, nə əyyaşlar, nə söyüş söyənlər, nə də soyğunçular. (1 Korinflilərə, 6:9-10)

[Allah] Sodom və Homorra şəhərlərini yandırıb yaxaraq mühakimə etdi. Beləcə, Allahsızların başına gələcəklərə bir nümunə verdi. Amma qanun tanımayan kəslərin səfeh yaşayışından əzab duyan doğru adam Lutu qurtardı. Çünki onların arasında yaşayan bu doğru adam, görüb eşitdiyi qanun tanımaz davranışlar üzündən doğru ürəyində hər gün iztirab çəkərdi. Görünür ki, Rəbb Öz yolunda gedənləri qarşılaşdıqları sınaqlardan necə qurtaracağını bilir. Doğru olmayanları, xüsusilə, mənliyin korlanmış ehtirasları ardınca gedən və səlahiyyətini xor görənləri cəzalandıraraq hesab gününə qədər necə saxlayacağını da bilir. (2 Peter, 2:6-10)

Çünki Allahımızın lütfünü pozğunluğa vasitə edən… bəzi Allahsızlar gizlicə aranıza sızdılar. Onların mühakimə olunacaqları çoxdan yazılmışdır. Bütün bunları bildiyiniz halda, sizə xatırlatmaq istəyirəm ki, ilk və son dəfə xalqı Misirdən qurtaran Rəbb iman etməyənləri daha sonra yox etdi… Sodom, Homorra və ətraflarındakı şəhərlər də bənzər şəkildə özlərini fahişəlik və pozğunluğa təslim etdilər. Sonsuza qədər atəşdə yanma cəzasını çəkən bu şəhərlər dərs alınacaq bir nümunədir. Aranıza sızan bu kəslər də onlar kimi gördükləri xülyalara qapılaraq öz bədənlərini kirlədir, Rəbbin səlahiyyətini heçə sayır, uca varlıqları söyürlər… Digər tərəfdən, ağıldan məhrum heyvanlar kimi instinktləriylə anladıqları nə varsa, onları məhvə aparır. (Yəhuda, 1:4-10)

Çünki bilirik ki, qanun doğrular üçün deyil, qanun tanımayanlarla üsyankarlar, Allahsızlarla günahkarlar, müqəddəslikdən məhrumlarla müqəddəsata qarşı hörmətsiz olanlar, ana ya da atasını öldürənlər, qatillər, fahişəlik edənlər, homoseksuallar, kölə tacirləri, yalançılar, yalan yerə and içənlər və möhkəm təlimin əleyinə olan başqa nə varsa onlar üçün qoyulmuşdur. (1 Timoteyə, 1:9-10)

Yalan danışmamaq

Yenə atalarımıza, “Yalan yerə and içməyəcəksən, amma Rəbbin hüzurunda içdiyin Onun [Allahın] buyruqlarını bilirsən: “Adam öldürməyəcəksən, zina etməyəcəksən, oğurlamayacaqsan, yalan yerə şahidlik etməyəcəksən, kimsənin haqqını yeməyəcəksən, anana-atana hörmət göstərəcəksən.” (Mark, 10:19)

İsa, “Məndən niyə yaxşılıq haqqında sual soruşursan?” dedi. “Yaxşı olan tək biri var. Həyata qovuşmaq istəyirsənsə, Onun buyruqlarını yerinə yetir.” “Hansı buyruqları?” deyə soruşdu adam. İsa bu qarşılığı verdi:” “Adam öldürməyəcəksən, zina etməyəcəksən, oğurlamayacaqsan, yalan yerə şahidlik etməyəcəksən, anana-atana hörmət göstərəcəksən” və “Qonşunu özün kimi sevəcəksən.”“ (Matta, 19:17-19; Mark, 10:18-19; Luka, 18:18-20)

Bir-birinizə yalan deməyin, çünki köhnə mənliyinizi və onun əməllərini üzərinizdən çıxarıb yeni mənliyə büründünüz. Yeni mənliyiniz onu Yaradanın surətinə bənzər şəkildə təzələnir ki, biliyiniz tam olsun.. (Kolosselilərə, 3:9-10)

[İsa Peyğəmbər:] “… Pis düşüncələr… yalan yerə şahidlik və böhtan həmişə ürəkdən qaynaqlanar. İnsanı kirlədən bunlardır…” (Matta, 15:19-20; Mark, 7:20-23)

Amma indi qəzəb, hirs, pis niyyət daxil, hamısını üzərinizdən sıyırıb atın. Ağzınızdan heç bir böhtan… çıxmasın. (Kolosselilərə, 3:8)

Ey Timote, sənə əmanət ediləni qoru! Müqəddəslikdən məhrum, boş sözlərdən, yalan yerə “məlumat” deyilən düşüncələrin ziddiyyətlərindən çəkin. Bəziləri bu saxta məlumata sahib olduqlarını irəli sürərək imandan azdılar. (1 Timoteyə, 6:20-21)

Xananya adında bir adam, arvadı Sapfiranın razılığı ilə bir mülk satdı, pulun bir qismini özünə saxlayaraq qalanını gətirib həvarilərin ixtiyarına verdi. Arvadının da olub-keçənlərdən xəbəri vardı. Peter ona, “Xananya, necə oldu da şeytana uydun… yalan danışıb mülkün pulunun bir qismini özünə saxladın?” dedi. “Mülk satılmadan əvvəl sənə aid deyildimi? Sən onu satdıqdan sonra da pulu dilədiyin kimi istifadə edə bilməzdin? Niyə ürəyində belə bir hiylə qurdun? Sən insanlara deyil, Allaha yalan danışmış oldun.” Xananya bu sözləri eşidincə yerə yıxılıb can verdi. Olanları eşidən hər kəsi böyük bir qorxu bürüdü… (Həvarilərin İşləri, 5:1-6)

Hiylə etməmək

Bu səbəblə hər pisliyi, hiyləni, ikiüzlülüyü, qısqanclığı və bütün böhtanları üzərinizdən sıyırıb atın. Yeni doğulmuş körpələr kimi, hiyləsiz südü xatırladan Allah sözünü istəyin ki, bununla bəslənib böyüyərək qurtuluşa çatasınız. Çünki Rəbbin yaxşılığını daddınız [Allahın rəhmətini gördünüz]. (1 Peter, 2:1-3)

Bu xidməti Allahın mərhəmətiylə boynumuza götürdüyümüz üçün cəsarətimizi itirmərik.

Utancverici gizli yolları rədd etdik. Hiyləyə üz tutmarıq, Allahın sözünü də təhrif etmərik. Həqiqəti ortaya qoyaraq özümüzü Allahın hüzurunda hər insanın vicdanına tövsiyə edərik. (2 Korinflilərə, 4:1-2)

İtlər, cadugərlər, fahişəlik edənlər, adam öldürənlər, bütpərəstlər, yalanı sevib hiylə İsa belə davam etdi: “İnsanı kirlədən, insanın içindən çıxandır. Çünki pis düşüncələr, fahişəlik, oğurluq, cinayət, zina, acgözlük, pislik, hiylə, pozğunluq, qısqanclıq, böhtan, qürur və ağılsızlıq daxildən, insanın ürəyindən qaynaqlanır. Bu pisliklərin hamısı daxildən qaynaqlanır və insanı kirləndirir.” (Mark, 7:20-23)

Allahı tanımaqda fayda görmədikləri üçün Allah onları faydasız düşüncələrə, pis davranışlara təslim etdi. Hər cür haqsızlıq, pislik, acgözlük və kinlə doldular. Qısqanclıq, öldürmə ehtirası, çəkişmə, hiylə, pis niyyətlə doludurlar. Dedi-qodu edən, böhtan atan, Allahdan nifrət edən, həyasız, təkəbbürlü, lovğa, pislik edən, ana-ata sözü dinləməyən, anlayışsız, sözündə durmayan, sevgidən məhrum, mərhəmətsiz insanlardır. Belə davrananların ölümə [cəhənnəmi] layiq olduğuna bağlı olaraq Allah buyruğunu bildikləri halda, bunları etməklə qalmaz, edənləri də dəstəkləyərlər. (Romalılara, 1:28-32)

Son olaraq Rəbdə [Allahın rizasına uymaqda], Onun üstün gücüylə güclənin. İblisin hiylələrinə qarşı dayana bilmək üçün Allahın verdiyi bütün [mənəvi] silahlara bürünün. Çünki savaşımız insanlara qarşı deyil… bu qaranlıq dünyanın güclərinə, pisliyin… mənəvi ordularına qarşıdır. Bu səbəblə, pis gündə dözə bilmək, lazımlı hər şeyi etdikdən sonra yerinizdə dayana bilmək üçün Allahın bütün [mənəvi] silahlarına bürünün. (Efeslilərə, 6:10-13)

Natanael Filipə, “Nazaretdən yaxşı bir şey çıxa bilərmi?” deyə soruşdu. Filip, “Gəl özün bax” dedi. İsa, Natanaelin özünə doğru gəldiyini görüncə onun üçün, “Budur içində hiylə olmayan həqiqi bir israilli!” dedi. (Yəhya, 1:46-47)

… Şaul, yəni Paul, gözlərini Elimaya dikərək, “Ey iblisin oğlu!” dedi. “Ürəyin hər cür hiylə və saxtakarlıqla dolu; doğru olan hər şeyin düşmənisən. Rəbbin düz yollarını təhrif etməkdən imtina etməyəcəksənmi? İndi Rəbbin əli sənə qarşı qalxdı [Allahın əzabından qarşılıq alacaqsan]. Kor olacaqsan, bir müddət gün işığını görə bilməyəcəksən.” (Həvarilərin İşləri, 13:9-11)

… Sizinlə yeyib içərkən öz hiylələrindən zövq alarlar. Gözləri zinayla doludur, günahdan doymazlar. Qərarsız kəsləri aldadırlar. Ürəyi acgözlüyə alışdırılmış lənətli insanlardır. Haqsızlıqla əldə etdiyi qazancı sevən Beor oğlu Bilamın yolunu tutaraq doğru yolu buraxıb azdılar. (2 Peter, 2:13-15)

Cadu kimi işlərlə məşğul olmamaq

Adam öldürməkdən, cadu, fahişəlik, oğurluq etməkdən də tövbə etmədilər. (Vəhy, 9:21) Qalib gələn bunları miras alacaq… Amma qorxaq, imansız, iyrənc, adam öldürən, fahişəlik edən, cadugər, bütpərəst və bütün yalançılara gəlincə, onların yeri, kükürdlə yanan atəş gölüdür [cəhənnəmdir]. İkinci ölüm budur.” (Vəhy, 21:7-8)

… Cadugərlər, fahişəlik edənlər, adam öldürənlər, bütpərəstlər, yalanı sevib hiylə edənlərin hamısı kənarda [cənnətin xaricində] qalacaqlar. (Vəhy, 22:15)

… Orada cadugər və saxta peyğəmbər Baryeşu adında bir Yəhudiylə qarşılaşdılar. Baryeşu, vali Sergi Paula yaxın biriydi. Ağıllı bir adam olan vali, Barnabayla Saulu çağırtdırıb Allahın sözünü dinləmək istədi. Nə var ki, Baryeşu -cadugər mənasını verən o biri adıyla Elima- onlara etiraz edərək valini iman etməkdən daşındırmağa çalışdı. Amma Allahın Ruhuyla [Allaha imanla] dolan Saul, yəni Paul, gözlərini Elimaya dikərək: “Ey iblisin oğlu!”,—dedi, —”Ürəyin hər cür hiylə və saxtakarlıqla dolu; doğru olan hər şeyin düşmənisən. Rəbbin düz yollarını təhrif etməkdən imtina etməyəcəksənmi?” (Həvarilərin İşləri, 13:6-10)

Qanın haram olması

Ancaq bütlərə verilib murdar olan ətlərdən, fahişəlikdən, boğularaq öldürülən heyvanların ətindən və qandan çəkinmələri lazım olduğunu onlara yazmalıyıq. Çünki çox köhnə zamanlardan bəri Musanın sözləri hər şəhərdə eşitdirilir, hər Şənbə günü sinaqoqlarda oxunurdu. (Həvarilərin İşləri, 15:20-21)

… Lazımlı olan bu qaydalardan başqa sizə hər hansı bir şey yükləməməyi uyğun gördük: Bütlərə təqdim edilən qurbanların ətindən, qandan, boğularaq öldürülən heyvanların ətindən və fahişəlikdən çəkinməlisiniz. Bunlardan çəkinsəniz, yaxşı edərsiniz. Salamat qalın. (Həvarilərin İşləri 15:28-29)

Digər xalqlardan olan imanlılara gəlincə, biz onlara bütlərə təqdim edilən qurbanların ətindən, qandan, boğularaq öldürülən heyvanlardan və fahişəlikdən çəkinmələrini nəzərdə tutan qərarımızı yazmışdıq. (Həvarilərin İşləri, 21:25)

Boğularaq öldürülən heyvan ətinin haram olması

Ancaq bütlərə verilib murdar olan ətlərdən, fahişəlikdən, boğularaq öldürülən heyvanların ətindən və qandan çəkinmələri lazım olduğunu onlara yazmalıyıq. Çünki çox köhnə zamanlardan bəri Musanın sözləri hər şəhərdə eşitdirilir, hər Şənbə Günü sinaqoqlarda oxunurdu. (Həvarilərin İşləri, 15:20-21)

… Lazımlı olan bu qaydalardan başqa sizə hər hansı bir şey yükləməməyi uyğun gördük: Bütlərə verilən qurbanların ətindən, qandan, boğularaq öldürülən heyvanların ətindən və fahişəlikdən çəkinməlisiniz. Bunlardan çəkinsəniz, yaxşı edərsiniz. Salamat qalın. (Həvarilərin İşləri 15:28-29)

Digər xalqlardan olan imanlılara gəlincə, biz onlara, bütlərə təqdim edilən qurbanların ətindən, qandan, boğularaq öldürülən heyvanlardan və fahişəlikdən çəkinmələrini nəzərdə tutan qərarımızı yazmışdıq. (Həvarilərin İşləri, 21:25)

Allahdan başqası adına kəsilən ətin yeyilməməsi

… Lazımlı olan bu qaydalardan başqa sizə hər hansı bir şey yükləməməyi uyğun gördük: Bütlərə verilən qurbanların ətindən, qandan, boğularaq öldürülən heyvanların ətindən və fahişəlikdən çəkinməlisiniz. Bunlardan çəkinsəniz, yaxşı edərsiniz. Salamat qalın. (Həvarilərin İşləri, 15:28-29)

Ancaq bütlərə verilib murdar olan ətlərdən, fahişəlikdən, boğularaq öldürülən heyvanların ətindən və qandan çəkinmələri lazım olduğunu onlara yazmalıyıq. Çünki çox köhnə zamanlardan bəri Musanın sözləri hər şəhərdə eşitdirilir, hər Şənbə günü sinaqoqlarda Digər xalqlardan olan imanlılara gəlincə, biz onlara, bütlərə təqdim edilən qurbanların ətindən, qandan, boğularaq öldürülən heyvanlardan və fahişəlikdən çəkinmələrini nəzərdə tutan qərarımızı yazmışdıq. (Həvarilərin İşləri, 21:25)

İndi bütlərə təqdim edilən qurbanların ətinə gələk. “Hamımızın məlumatı var” deyirsiniz, bunu bilirik. Bilik insanı lovğalandırar, sevgi isə inkişaf etdirər. Bir şey bildiyini sanan, hələ bilməli olduğu kimi bilmir. Amma Allahı sevəni Allah bilər. Bütlərə verilən qurban ətinin yeyilməsinə gəlincə, bilirik ki, “Dünyada büt bir heçdir” və “Birdən çox ilah yoxdur”… Bizim üçün tək Allah vardır. O hər şeyin qaynağıdır, bizlər Onun üçün yaşayırıq… Nə var ki, hər kəs bu məlumata sahib deyil. Hələ bütpərəst vərdişlərinin təsirində qalan bəziləri, yedikləri ətin bütə verildiyini düşünürlər. Vicdanları zəif olduğu üçün ləkələnir. (1 Korinflilərə, 8:1-7)

Nə var ki, bir neçə mövzuda sənə qarşıyam: Aranızda Bilamın təliminə bağlı olanlar var. Bütlərə təqdim edilən qurbanların ətini yemələri, fahişəlik etmələri üçün İsrailoğullarını aldatmağı Balaqa öyrədən Bilam idi. (Vəhy, 2:14)

Şərab içməmək

… Ağılsız olmayın, Rəbbin istəyinin nə olduğunu anlayın. Şərabla sərxoş olmayın, bu sizi pozğunluğa aparar… (Efeslilərə, 5:17-18)

Yəhya gəldiyi zaman oruc tutub şərabdan çəkindi… (Luka, 7:33) Mələk, “Qorxma, Zəkəriyya” dedi, “Duan qəbul edildi. Arvadın Elizabet sənə bir oğul doğacaq, adını Yəhya qoyacaqsan. Sevinib coşacaqsan. Bir çoxları da onun doğumuna sevinəcək. O, Rəbbin gözündə böyük olacaq. Heç şərab və içki içməyəcək… İsrailoğullarından bir çoxunu, Allahları Rəbbə döndərəcək. Atalarının ürəklərini uşaqlarına döndərmək, söz dinləməyənləri doğru kəslərin anlayışına yönəltmək üzrə… gedəcək.” (Luka, 1:13-17)

Birliyin xaricindəkilər tərəfindən də yaxşı bir insan olaraq tanınmalıdır. Belə ki, qınanılacaq vəziyyətə və iblisin tələsinə düşməsin. Eyni şəkildə kilsə vəzifəliləri, özü sözü ayrı, şərab düşkünü, haqsız qazanc arxasınca qaçan kəslər deyil, ciddi kəslər olmalı. Təmiz vicdanla imanın sirrinə sarılmalıdırlar. (1 Timoteyə, 3:7-9)

Amma o kölə pis olar da… o biri kölələri döyməyə başlayarsa, sərxoşlarla birlikdə yeyib içərsə… [Allahın əzabı] onun gözləmədiyi gündə, ümid etmədiyi saatda gələcək, onu şiddətlə cəzalandırıb ikiüzlülərlə bir tutacaq. Orada ağlaşma və diş qıcırtısı olacaq. (Matta, 24:48-51; Luka, 12:43-47)

Budur etibarlı söz: Kimsə nəzarətçi olmağı könüldən istəyirsə, yaxşı bir vəzifə arzu etmiş olar. Ancaq nəzarət qınanılacaq bir tərəfi olmayan… ölçülü, sağlamfikirli, hörmətli, qonaqpərvər, öyrətməyə qabiliyyətli biri olmalı. Şərab düşkünü, dikbaş olmamalı; itaətli, döyüşdən və pul sevgisindən uzaq olmalı. (1 Timoteyə, 3:1-3)

Ağsaqqal seçiləcək adam tənqid olunacaq tərəfi olmayan… biri olsun. Uşaqları imanlı olmalı, pozğunluqla günahlandırılan ya da üsyankar uşaqlar olmamalı. Nəzarətçi, Allah evinin [məscidinin] gözətçisi olduğuna görə, tənqid olunacaq istiqaməti olmamalı. Tərs, tez hirslənən, şərab düşkünü, dikbaş, haqsız qazanc arxasında qaçan biri olmamalı. Əksinə, qonaqpərvər, xeyirxah, sağlamfikirli, ədalətli, pak, özünə nəzarət edə bilən biri olmalı. (Titə, Sənə gəlincə, möhkəm təlimə uyğun olanı öyrət. Yaşlı kişilərə ölçülü, ciddi, sağlamfikirli olmalarını buyur. İmanda, sevgidə və səbirdə möhkəm olsunlar. Eyni şəkildə yaşlı qadınlar hörmətli bir həyat sürməli. Böhtan atan, şəraba həris olmamalı; yaxşı olanı öyrətməli. (Titə, 2:1-3)