Elə isə ürəklərimiz pis vicdandan təmizlənmiş və bədənimiz təmiz su ilə yuyunmuş olaraq, imanın verdiyi tam zəmanətlə, ürəkdən, səmimiyyətlə Allaha yaxınlaşaq. (İbranilərə, 10:22)
Fariseylər, İsanın sadukeyləri susdurduğunu eşidincə bir yerə toplandılar. Onlardan biri… ondan [İsa Peyğəmbərdən] bunu soruşdu: “Müəllimim, Müqəddəs Qanunda [Allahın vəhyi olan buyruqları arasında] ən əhəmiyyətli buyruq hansıdır?” İsa ona bu qarşılığı verdi: “’Allahın olan Rəbbi bütün ürəyinlə, bütün canınla və bütün ağlınla sev.” Məhz ilk və ən əhəmiyyətli buyruq budur.” (Matta, 22:34-38)
Bunun üçün Allaha tabe olun. İblisə qarşı müqavimət göstərin, sizdən qaçacaqdır. Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaqdır. Ey günahkarlar, əllərinizi günahdan təmizləyin. Ey qərarsızlar, ürəklərinizi pak edin… (Yaqub, 4:7-8)
İman olmadan Allahı məmnun etmək qeyri-mümkündür. Allaha yaxınlaşan, Onun var olduğuna və Onu axtaranları mükafatlandıracağına iman etməlidir. İman sayəsində Nuh, hələ baş verməmiş hadisələrlə əlaqədar olaraq Allah tərəfindən xəbərdar edildiyində, Allah qorxusuyla ev xalqının qurtuluşu üçün bir gəmi düzəltdi… İmana əsaslanan doğruluğun varisi oldu. (İbranilərə, 11:6-7)
Harada iki ya da üç adam Mənim adımla toplansa, Mən də orada onların arasındayam. (Matta, 18:20)
Dünyanı və içindəkiləri yaradan, yerin və göyün Rəbbi olan Allah… Hər kəsə həyat, nəfəs və hər şeyi verən Özü olduğuna görə… Allah, bütün xalqları tək insandan törətdi və onları yer üzünün hər tərəfinə yerləşdirdi. Xalqların var olacağı müəyyən prosesləri və yerləşəcəkləri bölgələrin sərhədlərini əvvəldən təyin etdi. Bunu, Özünü axtarsınlar və… tapa bilsinlər deyə etdi. Əslində Allah heç birimizdən uzaq deyil. Necə ki, Onda yaşayır [yalnız Allahın razılığı üçün yaşayır] və hərəkət edirik, Onda [Allahın lütfüylə] varıq… (Həvarilərin İşləri, 17:24-28)
Sevimli qardaşım, sənə yad olduqları halda, qardaşlar üçün etdiyin hər şeyi səmimi bağlılıqla edirsən. Onlar kilsə qarşısında sevginə şahidlik etdilər. Onları Allaha yaraşar şəkildə [Allahın razı olacağı şəkildə] köməyinlə birlikdə yola salarsansa, yaxşı edərsən. Çünki inanmayanlardan heç bir kömək almadan, [Allah rizası üçün] Məsihin adı uğruna yola çıxdılar. (3 Yəhya, 1:5-7)
… “Bundan belə Rəbbə aid olaraq [Allahın razılığını axtararaq yaşayarkən] ölənlər nə xoşbəxtdir!… Cəhdlərdə istirahət edəcəklər. Çünki etdikləri onları izləyəcək [etdiklərinin qarşılığını axirətdə alacaqlar ].” (Vəhy, 14:13)
Allahın buyruqlarını yerinə yetirən Allahda yaşayar [Allahın razılığına uyğun yaşayar], Allah da o adamda yaşayar [Allah o adama rəhmət edər]… (1 Yəhya, 3:24)
Məhz bu səbəblə hər cür səyi göstərərək imanınıza alicənablığı, alicənablığınıza elmi, elminizə nəfsə hakim olmanı, nəfsə hakim olmanıza dözüm gücünü, dözüm gücünüzə Allah yoluna bağlılığı, bağlılığınıza qardaşlıq sevgisini, qardaşlıq sevgisinə məhəbbəti əlavə Beləliklə, səmimiliyi sübut edilən imanınız… sizə tərif, ucalıq, qürur qazandıracaq. İmanınız, odla təmizlənildiyi halda yox olub gedən qızıldan daha qiymətlidir. (1 Peter, 1:7)
… Bunu [Allahın buyruqlarına itaəti], yalnız insanları məmnun etmək istəyənlər kimi gözə xoş görünən xidmətlə deyil, saf ürəklə, Rəbb qorxusuyla edin. Rəbdən miras [cənnət] mükafatını alacağınızı bilərək, hər nə etsəniz, insanlar üçün deyil, Rəbb üçün qəlbən edin… (Kolosselilərə, 3:22-24)
Dünyaya və xüsusilə sizə, insan müdrikliyiylə deyil, Allahın lütfüylə, Allahdan gələn saf və səmimiyyətlə davrandığımıza vicdanımız şahiddir. Və biz bununla öyünürük. (2 Korinflilərə, 1:12)
… İnsan ürəkdən iman edərək təmizlənər… (Romalılara, 10:10)
Bu buyruğun məqsədi, pak ürəkdən, təmiz vicdandan, səmimi imandan doğan sevgini oyandırmaqdır. (1 Timoteyə, 1:5)
Təmiz vicdanla imanın sirrinə sarılmalıdırlar. (1 Timoteyə, 3:9)
Allahın sizə verdiyi topluluğu qoruyun [məsuliyyətinizdəki möminlərə yol göstərin]. Məcburi kimi deyil, Allahın istədiyi kimi könüllü köməklik edin. Pul ehtirasıyla deyil, könül razılığıyla, sizə əmanət edilənlərə hökmranlıq göstərmədən, topluma nümunə olaraq vəzifənizi yerinə yetirin… (1 Peter, 5:2-3)
… İnsanları məmnun etmək istəyənlər kimi gözə xoş görünmək üçün etməyin… Allahın istəyini qəlbən yerinə yetirin. İnsanlara deyil, Rəbbə xidmət edər kimi könüldən xidmət edin. Çünki istər kölə, istər azad olsun, hər kəsin etdiyi hər yaxşılığın qarşılığını Rəbdən alacağını bilirsiniz. (Efeslilərə, 6:6-8)
… İmanınız insan müdrikliyinə deyil, Allah gücünə əsaslansın. (1 Korinflilərə, 2:5) Yaxşı torpağa düşənlər isə, sözü eşidincə onu yaxşı və sağlam bir ürəkdə saxlayanlardır. Bunlar səbirlə dözərək məhsul verərlər. (Luka, 8:15)
… İmanla dolu, yaxşı bir adam olan Barnaba, Antakyaya çatıb Allahın lütfünün meyvələrini görüncə sevindi. Hər kəsi, qəlbən və səmimi olaraq Rəbbə bağlı qalmağa etina etdirdi. Nəticə olaraq Rəbbə [iman edən] daha bir çox adam qazanıldı. (Həvarilərin İşləri, 11:23-24)
İncildə iman coşğusu, şövqü və sevinci
Səyiniz azalmasın. Ruhda şövqlü olun. Rəbbə qulluq edin. (Romalılara, 12:11)
Qardaşlarım, müxtəlif sınaqlarla üz-üzə gəldiyinizdə bunu böyük sevinclə qarşılayın. Çünki bilirsiniz ki, imanınızın sınanması dözmə gücünü yaradar. Dözmə gücü də, heç bir əskiyi olmayan, yetkin, kamil kəslər olmanızı təmin etsin. (Yaqub, 1:2-4)
Daxili varlığımda Allahın Qanunundan [Allahın hökmlərindən] zövq alıram. (Romalılara, 7:22)
Bu səbəblə, sevimli qardaşlarım, Rəbb yolunda verdiyiniz əməyin boşa getməyəcəyini bilərək möhkəmlik göstərin, sarsılmayın, Rəbbin işində [Allah yolunda etdiyiniz xidmətdə]
Zaman sona çatarkən ortaya çıxarılmağa hazır olan qurtuluşa qovuşasınız deyə iman sayəsində Allahın gücüylə qorunursunuz. Bu səbəblə indi qısa bir müddət müxtəlif sınaqlar nəticəsində acı çəkməyiniz lazımdırsa da, sevinclə coşursunuz. Beləliklə, səmimiliyi sübut edilən imanınız… sizə tərif, ucalıq, qürur qazandıracaq. İmanınız, odla təmizlənildiyi halda yox olub gedən qızıldan daha qiymətlidir. Məsihi görməsəniz də [Allah rizası üçün] onu sevirsiniz. Bu anda onu görmədiyiniz halda ona [Allahın bir Peyğəmbəri olaraq] iman edir, sözlə izah edilməz uca bir sevinclə coşursunuz. Çünki imanınızın nəticəsi olaraq canlarınızın qurtuluşuna çatırsınız. (1 Peter, 1:5-9)
Sözüm və bildirişlərim, insan müdrikliyinə deyil, Allahın… [vəhyinin] sübut edici gücünə əsaslanırdı. Belə ki, imanınız insan müdrikliyinə deyil, Allahın gücünə əsaslansın. (1 Korinflilərə, 2:4-5)
Qonşularıyla qohumları, Rəbbin ona nə böyük mərhəmət göstərdiyini eşidincə, onun sevincinə qatıldılar. (Luka, 1:58)
Şagirdlər isə sevinc və Allahın Ruhuyla dolu idi. (Həvarilərin İşləri, 13:52) Rəbdə [Allaha imanınızda] həmişə sevinin; yenə söyləyirəm, sevinin! (Filipililərə, 4:4)
… Səndəki səmimi imanı xatırlayıram… Allahın sənə verdiyi hədiyyəni alovlandırmağın [artırmağın] lazım olduğunu xatırladıram. (2 Timoteyə, 1:5-6)
Qardaşlar, mən özümü hələ bunu qazanmış saymıram. Ancaq bunu edirəm: geridə qalan hər şeyi [keçmişdə etdiklərimi] unudub irəlidə olanlara doğru [irəlidə edəcəklərimə yönələrək], Allahın… [vədində] nəzərdə tutulan mükafatı qazanmaq üçün hədəfə doğru qaçıram. (Filipililərə 3:13-14)
Əsla kimsə pisliyə pisliklə cavab verməsin. Bir-biriniz və bütün insanlar üçün həmişə yaxşılığı məqsəd hesab edin. Həmişə sevinin. Həmişə dua edin. Hər vəziyyətdə şükür edin. Çünki Allahın… sizin üçün istədiyi budur. (1 Saloniklilərə, 5:15-18)
Müjdəni [Allahın əmrlərini] yayıram deyə öyünməyə haqqım yoxdur. Çünki bunu etməkdə öhdəliyim var. Müjdəni [Allahın əmrlərini] yaymazsam vay halıma! Əgər Müjdəni [Allahın əmrlərini] könüldən yaysam, mükafatım olar; könülsüzcə yaysam, yalnız mənə əmanət edilən vəzifəni etmiş olaram. Yaxşı, mükafatım nədir? Müjdəni [Allahın əmrlərini] qarşılıqsız yaymaq… (1 Korinflilərə, 9:16-18)
Çünki siz Rəbbə bağlı qalsanız, biz əsl o zaman yaşayarıq. Allahımızın hüzurunda sizə görə böyük sevinc duyuruq… (1 Saloniklilərə, 3:8-9)
“Mənə görə insanlar sizi söyüb zülm etdikləri, yalan yerə sizə qarşı hər cür pis sözü söylədikləri zaman nə xoşbəxt sizə! Sevinin, sevinclə coşun! Çünki göylərdəki [axirətdəki] mükafatınız böyükdür. Sizdən əvvəl yaşayan Peyğəmbərlərə də belə zülm etdilər.” (Matta, 5:11-12)
[İsa Peyğəmbər:] “Allahın Hökmranlığı [cənnət], tarlada gizli bir xəzinəyə bənzəyər. Onu tapan yenidən saxladı, sevinclə qaçıb getdi, varını-yoxunu satıb tarlanı aldı.” (Matta, 13:44)
İman edən qadın nə xoşbəxtdir! Çünki Rəbbin ona söylədiyi sözlər reallaşacaq. Məryəm də belə dedi: “Canım Rəbbi ucaldar; ruhum, xilaskarım Allah üçün sevinclə coşar. Çünki O, sıradan biri olan quluna rəhmətini nəsib etdi. Məhz bundan belə bütün nəsillər məni xoşbəxt sayacaq. Çünki Güclü Olan [Rəbbim], mənim üçün böyük işlər etdi… Davud belə deyər: “Rəbbi hər zaman önümdə gördüm [Allahın köməyini hər zaman hiss etdim], sağımda dayandığı üçün [Allahın inayəti altında olduğum üçün] sarsılmaram. Bu səbəblə ürəyim xoşbəxt, dilim sevinclidir. Hətta bədənim də ümid içində yaşayacaq… Həyat yollarını mənə bildirdin; varlığınla məni sevinclə dolduracaqsan.” (Həvarilərin İşləri, 2:25-28)
Hər gün məsciddə toplanmağa davam edən imanlılar, öz evlərində də çörək bölüb səmimi bir sevinc və sadəliklə yemək yeyir və Allahı tərifləyirdilər. Bütün xalqın məmnuniyyətini qazanmışdılar. Rəbb də hər gün yeni xilas olanları [hidayət tapanları] birliyə qatırdı. (Həvarilərin İşləri, 2:46-47)
Çünki Allahın Hökmranlığı [cənnət], yemək-içmək problemi deyil, düzgünlük, sağlamlıq və Allahın Ruhunda sevincdir. Məsihə [Allah rizası üçün] bu yolda xidmət edən, Allahı məmnun edər, insanların da məmnuniyyətini qazanar. (Romalılara, 14:17-18)
Ümid qaynağı olan Allah… ümidlə dolub daşmanız üçün iman həyatınızda sizləri tam bir sevinc və sağlamlıqla doldursun. (Romalılara, 15:13)
Bunları sizə, sevincim sizdə olsun və sevinciniz tamamlansın deyə söylədim.
Mənim [Allah rizası üçün uymanızı istədiyim] buyruğum budur: Sizi sevdiyim kimi bir-birinizi sevin… Sizə buyurduqlarımı etsəniz, [Allah üçün] mənim dostlarım olarsınız. (Yəhya, 15:11-14)
[Allah rəhmətiylə] sizə yaxşılıq edir. Göydən yağış yağdırır, müxtəlif məhsullarıyla mövsümləri gətirir, sizi yeməklə doyurub ürəklərinizi sevinclə doldurur. (Həvarilərin İşləri, 14:16-17)
Sənin uşaqlarından bəzilərinin Allahdan aldığımız buyruğa əməl edərək həqiqətin arxasınca getdiyini görüncə çox sevindim. (2 Yəhya, 1:4)
Amma sən, ey Allah adamı, bu şeylərdən qaç! Doğruluğun, Allah yolunun, imanın, sevginin, səbirin, itaətliliyin ardınca qaç. İman uğrunda uca mübarizəni davam etdir.
Sonsuz həyata [cənnət vədinə] möhkəm sarıl. Bunun üçün çağrıldın və bir çox şahid qarşısında uca inancı açıqca mənimsədin. (1 Timoteyə, 6:11-12)
Təmiz vicdanla imanın sirrinə sarılmalıdırlar. (1 Timoteyə, 3:9)
Nəticə olaraq qardaşlarım, Rəbdə sevinin [Allaha imanla sevinin]… (Filipililərə, 3:1) Elə isə sevimli qardaşlarım… qurtuluşunuzu nəticəyə aparmaq üçün daha çox cəhd göstərin. (Filipililərə, 2:12)
Məhz bu səbəblə hər cür səyi göstərərək imanınıza fəziləti, fəzilətinizə biliyi, biliyinizə nəfsə hakim olmanı, nəfsə hakim olmağınıza dözüm gücünü, dözüm gücünüzə Allah yoluna bağlılığı, bu bağlılığınıza qardaş sevginizi, qardaş sevginizə məhəbbəti əlavə edin. (2 Peter 1:5-7)
… Ürəkdən bir sevgi və mehribanlıq varsa, eyni düşüncədə, sevgidə, ruhda və məqsəddə birləşərək sevincimi tamamlayın. (Filipililərə, 2:1-2)
Bir-birinizi ürəkləndirib bir-birinizi mənəvi cəhətdən inkişaf etdirin. (1 Saloniklilərə, 5:11)
Eyni şəkildə siz də sevinin və mənim sevincimə qatılın. (Filipililərə, 2:18)
Baxın bu acılar, Allahın istəyiylə çəkdiyiniz bu acılar [Allahın imtahanı olaraq qarşılaşdığınız çətinliklər] sizdə nə böyük ciddilik, təmizlənmək üçün nə böyük istək Ümidinizdən doğan tam zəmanətə qovuşmanız üçün hər birinizin sona qədər eyni cəhdi göstərməsini arzu edirik. Tənbəl olmamanızı, vəd edilənləri iman və səbirlə miras alanların nümunəsinə uymağınızı istəyirik. (İbranilərə, 6:11-12)
İncildə iman möhkəmliyi və dərinliyi
Yetər ki, eşitdiyiniz Müjdənin [Allahın əmrlərinin] verdiyi ümiddən qopmadan, imanda möhkəmlənmiş olaraq qalın. (Kolosselilərə, 1:23)
Sözüm və bildirişim, insan müdrikliyinin razı salıcı sözlərinə deyil, Allahın sübut edici gücünə sığındı. Belə ki, imanınız insan müdrikliyinə deyil, Allah gücünə əsaslansın. (1 Korinflilərə, 2:4-5)
… İsa varkən, açıqca mənimsədiyimiz inanca möhkəm sarılaq. (İbranilərə, 4:14) Bizə dünyaya qarşı zəfər qazandıran imanımızdır. (1 Yəhya, 5)
İsa onlara bənzətmələrlə bir çox şey izah etdi. “Baxın” dedi, “Əkinçinin biri toxum əkməyə çıxdı. Əkdiyi toxumlardan neçəsi yol kənarına düşdü. Quşlar gəlib bunları yedi. Bəzisi torpağı az, qayalıq yerlərə düşdü; torpaq dərin olmadığından dərhal cücərdi. Günəş çıxınca qovruldular, kök sala bilmədikləri üçün quruyub getdilər. Bəzisi tikanlar arasına düşdü. Tikanlar böyüdü, tumurcuqları boğdu. Bəzisi isə yaxşı torpağa düşdü. Bəzisi yüz, bəzisi altımış, bəzisi də otuz qat məhsul verdi. Qulağı olan eşitsin!… İndi əkinçiylə əlaqədar bənzətməni siz dinləyin. Kim Allahın Böyüklüyü ilə [cənnətlə] əlaqədar sözü eşidib anlamazsa, pis olan gələr, onun ürəyinə əkiləni söküb aparar. Yol kənarına əkilən toxum budur. Qayalıq yerlərə əkilən isə, eşitdiyi sözü dərhal sevinclə qəbul edən, amma kök sala bilmədiyi üçün ancaq bir müddət dayanan adamdır. Belə biri Allah sözündən [Allahın əmrlərinə uymasından] ötrü çətinlik ya da zülmə uğrayınca dərhal səndələyib yıxılar. Tikanlar arasında əkilən də budur: Sözü eşidər, amma dünyəvi qayğılar və zənginliyin hiyləsi sözü boğar və məhsul verməsinə mane olar. Yaxşı torpağa əkilən toxum isə, sözü eşidib anlayan birinə bənzəyər. Beləsi, əlbəttə, məhsul verər, bəzisi yüz, bəzisi altımış, bəzisi də otuz qat.” (Matta, 13:3-9; 18-23)
… Sevinməniz üçün sizinlə birlikdə çalışırıq. Çünki imanda möhkəm dayanırsınız. (2 Korinflilərə, 1:24)
İçinizdən birinin müdriklikdə əskikliyi varsa, hər kəsə səxavətli olan… Allahdan istəsin; ona veriləcək. Yalnız heç şübhə etmədən, imanla istəsin. Çünki şübhə edən adam küləyin sovurduğu dəniz dalğasına bənzəyər. Hər baxımdan dəyişən, qərarsız olan adam Rəbdən bir şey alacağını ümid etməsin. (Yaqub, 1:5-8)
… [İsa Peyğəmbər:] “Mən gələnə qədər sizdə olana [imanınıza] möhkəm sarılın.
Üzərinizə bundan başqa bir yük qoymuram.” (Vəhy, 2:24-25)
Bunun üçün, ey qardaşlar… [imanınızı] dərinləşdirməyə daha çox cəhd göstərin.
Bunları etsəniz, heç bir zaman büdrəməzsiniz. (2 Peter, 1:10) getməyəcəyini bilərək möhkəm olun, sarsılmayın, Rəbbin işində həmişə çalışqan Amma siz, sevimli qardaşlarım, özünüzü bütünlüklə müqəddəs olan imanınızın təməli üzərində inkişaf etdirin… dua edin… [Allahın] sizi sonsuz həyata qovuşduracaq olan mərhəmətini gözləyərkən özünüzü Allahın sevgisində qoruyun. (Yəhuda, 1:20-21)
Çəkdiyin çətinliklərdən qorxma! Bax, sınanasınız deyə iblis içinizdən bəzilərini yaxında zindana atacaq. On gün çətinlik çəkəcəksiniz. Ölüm bahasına da olsa sadiq qal, sənə həyat tacını [cənnəti] verəcəyəm. (Vəhy, 2:10)
Ayıq və diribaş olun. Düşməniniz iblis kükrəyən aslan kimi udacaq birini axtara-axtara gəzir. Dünyanın hər yerindəki qardaşlarınızın da eyni acıları çəkdiyini bilərək imanda sarsılmadan iblisə qarşı müqavimət göstərin… Bütün lütfün qaynağı olan Allahın Özü qısa bir müddət acı çəkmənizdən sonra sizi mükəmməlləşdirib gücləndirəcək, gücləndirib təməlləndirəcək. Qüdrət sonsuzlara qədər Onun olsun! Amin. (1 Peter, 5:8-11)
Yaxşılıq etməkdə çalışqan olsanız, sizə kim pislik edəcək? Düzgünlük uğrunda acı çəksəniz belə, nə xoşbəxt sizə! İnsanların “qorxduğundan qorxmayın, ürkməyin.” (1 Peter, 3:13-14)
Bu səbəblə zehinlərinizi fəaliyyətə hazırlayıb ayıq qalaraq ümidinizi tamamilə… sizə təmin ediləcək lütfə [axirətə] bağlayın. Söz dinləyən uşaqlar kimi, məlumatsız olduğunuz keçmiş zamandakı ehtiraslarınıza uymayın. Sizi çağıran Allah müqəddəs olduğuna görə, siz də hər davranışınızda müqəddəs olun. Necə ki, belə yazılmışdır: “Müqəddəs olun, çünki Mən müqəddəsəm.” (1 Peter, 1:13-16)
İman sayəsində Nuh, hələ olmamış hadisələrlə əlaqədar olaraq Allah tərəfindən xəbərdarlıq alınca, Allah qorxusuyla ev xalqının qurtuluşu üçün bir gəmi düzəltdi. Bununla dünyanı mühakimə etdi və imana əsaslanan doğruluğun varisi oldu. İman sayəsində İbrahim miras alacağı yerə getməsi üçün çağrılınca, Allahın sözünü dinlədi və hara gedəcəyini bilmədən yola çıxdı. İman sayəsində bir yad olaraq vəd edilən ölkəyə yerləşdi. Eyni vədin ortaq varisləri olan İshaq və Yaqubla birlikdə çadırlarda yaşadı. Çünki memarı və qurucusu Allah olan təməlli şəhəri gözləyirdi. İbrahim, yaşı keçmiş və arvadı Sara sonsuz olduğu halda, imanı sayəsində Vəd Edənə inandığından uşaq sahibi olmaq üçün güc tapdı. Beləcə, tək bir adamdan, üstəlik ölüdən fərqi olmayan birindən göydəki ulduzlar, dəniz sahilindəki qum qədər çox nəvə törədi. Bu kəslərin hamısı imanlı olaraq öldü. Vəd edilənlərə qovuşa bilməsələr də bunları uzaqdan görüb salamladılar, yer üzündə yad və qonaq olduqlarını açıqca qəbul etdilər. (İbranilərə, 11:7-13)
Açıq şəkildə mənimsədiyimiz ümidə möhkəm sarılaq. Çünki vəd edən Allah etibarlıdır. (İbranilərə, 10:23)
Allah… əməyinizi və müqəddəslərə [özünü Allaha həsr etmişlərə] xidmət etmiş olaraq və etməyə davam edərək Onun adına göstərdiyiniz sevgini unutmaz. Ümidinizdən doğan tam zəmanətə qovuşmağınız üçün hər birinizin sona qədər eyni səyi göstərməsini diləyirik. Tənbəl olmamağınızı, vəd edilənləri iman və səbir vasitəsilə miras alanların nümunəsinə uymağınızı istəyirik. (İbranilərə, 6:10-12)
Yetər ki, eşitdiyiniz Müjdənin [Allahın vəhyinin] verdiyi ümiddən qopmadan, imanda təməllənib yerləşmiş olaraq qalın. Mən Paul… bu Müjdənin [Allahın vəhyini Gənclik arzularından qaç. Təmiz ürəklə Rəbbə yalvaranlarla birlikdə doğruluğun, Bədəni öyrətməyin bir az faydası var; amma indiki və gələcək həyatın vədini ehtiva edən Allah yolunda getmək hər cəhətdən faydalıdır. Bu etibarlı bir sözdür. Bunun üçün əmək verir, mübarizə aparırıq. Çünki ümidimizi bütün insanların, xüsusilə, iman edənlərin Xilaskarı olan diri Allaha bağladıq. (1 Timoteyə, 4:8-10)
… Səndə olan mənəvi hədiyyənə [Allahın lütfü olan imanına] laqeyd yanaşma. Bu mövzuların üzərində dayan, özünü bunlara həsr et ki, irəlilədiyini hər kəs görsün. Özünə və təliminə diqqət yetir, bu yolda getməyə davam et. Çünki bunu etməklə həm özünü, həm səni dinləyənləri qurtaracaqsan. (1 Timoteyə, 4:14-16)
… Peyğəmbərlik sözlərini kiçik hesab etməyin. Hər şeyi sınayın, yaxşı olana möhkəm sarılın. Hər növ pislikdən çəkinin. Sağlamlıq qaynağı olan Allahın Özü sizi tamamilə müqəddəs etsin. Ruhunuz, canınız və bədəniniz… İsa Məsihin gəlişində əksiksiz və qüsursuz olmaq üzrə qorunsun. (1 Saloniklilərə, 5:19-23)
Çünki bu ümidlə xilas olduq. Amma görülən ümid, ümid deyil. Gördüyü şeyə kim ümid edər? Amma hələ görmədiyimizə ümid bağlamışsaq, səbirlə gözləyə bilərik. (Romalılara, 8:24-25)
Bu səbəblə cəsarətimizi itirmərik. Hər nə qədər zahiri varlığımız xarab olursa da, daxili varlığımız gündən günə yenilənir. (2 Korinflilərə, 4:16)
İsa ona, “Bacarırsansa nə sözdür? İman edən biri üçün hər şey mümkündür!” dedi. (Mark, 9:23)
Bunu eşidən şagirdlər tamamilə çaşdılar, “Elə isə kim xilas ola bilər?” deyə soruşdular.
İsa onlara baxaraq, “İnsanlar üçün bu qeyri-mümkündür, amma Allah üçün hər şey mümkündür” dedi. (Matta, 19:25-26; Luka, 18:26-27)
Sonra şagirdlər tək başlarına İsaya yaxınlaşıb, “Biz cini niyə qova bilmədik?” deyə soruşdular. İsa, “İmanınız az olduğu üçün” qarşılığını verdi. “Sizə doğrusunu söyləyim, bir xardal dənəsi qədər imanınız olsa bu dağa, “Buradan oraya köç” desəniz, köçər; sizin üçün qeyrimümkün bir şey olmayacaq.” (Matta, 17:19-21; Luka, 17:6-?)
İsa onlara belə cavab verdi: “Allaha iman edin. Sizə doğrusunu söyləyim, kim bu dağa, “Qalx, dənizə atıl!” deyər və ürəyində şübhə etmədən dediyinin olacağına inansa, diləyi yerinə yetəcəkdir.” (Mark, 11:22-23)
Sonra İsa yüzbaşıya, “Get, inandığın kimi olsun” dedi. Və xidmətçi o anda yaxşılaşdı.” (Matta, 8:13)
İman olmadan Allahı məmnun etmək qeyri-mümkündür. Allaha yaxınlaşan, Onun var olduğuna və Onu axtaranları mükafatlandıracağına iman etməlidir. (İbranilərə, 11:6)
Allahın Öz ucalığının zənginliyi uyğun olaraq… sizi daxili varlığınızda qüdrətlə gücləndirməsini… diləyirəm. Belə ki, Allahın bütövlüyündə [kamil imanla] dolmanız üçün, sevgidə dərinləşmiş və təməllənmiş olaraq bütün müqəddəslərlə [Allaha özünü həsr etmişlərlə] birlikdə Məsihin sevgisinin nə cür geniş və uzun, yüksək və dərin olduğunu anlamağa, hər dərrakədən üstün olan bu sevgini qavramağa gücünüz çatsın. (Efeslilərə, 3:16-19)
Bu səbəblə… gerçəyi rədd edənlərin buyruqlarına qulaq asmayıb möhkəm imana sahib Məryəm isə bütün bu sözləri dərin-dərin düşünərək ürəyində saxlayırdı. (Luka, 2:19)
Dediklərimi yaxşı düşün. Rəbb sənə hər mövzuda anlayış verəcək. (2 Timoteyə, 2:7) Qardaşlarım, aldığınız çağırışı düşünün… (1 Korinflilərə, 1:26)… O biriləri deyilənləri yaxşıca düşünüb-daşınsın. (1 Korinflilərə, 14:29) Qardaşlar, uşaq kimi düşünməyin. Pislik mövzusunda uşaqlar kimi, amma düşünməkdə yetkinlər kimi olun. (1 Korinflilərə, 14:20)
… Düşünmürsünüzmü? Anlamırsınızmı? Ürəyiniz eləmi qatılaşdı? (Mark, 8:17)
Nəticə olaraq, qardaşlarım, həqiqi, hörmətli, doğru, pak, sevimli, heyranlıq oyandıran, fəzilətli və təriflənməyə dəyər nə varsa, onu düşünün. (Filipililərə, 4:8)
Bir-birimizi sevgi və yaxşı işlər üçün necə şövqləndirəcəyimizi düşünək.
Bəzilərinin alışdığı kimi, bir yerə gəlməkdən imtina etməyək; o günün yaxınlaşdığını gördükcə bir-birimizi daha da çox ürəkləndirək. (İbranilərə, 10:24-25)
… Göydəki dəyərlərin [Allahın Qatında qiymətli olan şeylərin] ardınca gedin…. Yer üzündəki deyil, göydəki [Allahın Qatındakı] dəyərləri düşünün… (Kolosselilərə, 3:1-2)
Yorulub cəsarətinizi itirməmək üçün, günahkarların bu qədər etiraz etməsinə qatlanmış olanı [İsa Peyğəmbərin nümunə imanını] düşünün. (İbranilərə, 12:3)
… Sözləriylə səhv etməyən kimsə, bütün bədənini də nizamlaya bilən yetkin biridir. Bizə boyun əymələri üçün atların ağzına yüyən vurarıq, beləcə bütün bədənlərini istiqamətləndirərik. Düşünün, gəmilər də o qədər böyük olduğu, güclü küləklər tərəfindən hərəkət etdirildiyi halda, kapitanın könlü hara istəsə sükanın döndərilməsi ilə o istiqamətə çevrilərlər. Bunun kimi, dil də bədənin kiçik bir üzvüdür, amma böyük işlərlə öyünər. Düşünün, kiçik bir qığılcım böyük bir meşəni alovlandıra bilər. Dil də [Allahın rizasına uyğun danışılmadığında] bir atəş, bədənimizin üzvləri arasında bir pislik dünyasıdır. Bütün varlığımızı çirkləndirər. (Yaqub, 3:2-7)
İncildə Allahın batin (gizli, görünməyən) elmi ilə bağlı izahlar
“Bunu mənim üçün edən Rəbdir” dedi… (Luka, 1:25)… Allahdan olmayan rəhbərlik yoxdur. Var olanlar Allah tərəfindən qurulmuşdur. (Romalılara, 13:1)
Harada iki ya da üç adam Mənim adımla toplansa, Mən də orada onların arasındayam. (Matta, 18:20)
Bunu, özünü axtarsınlar və əl alışqanlığı ilə də olsa tapa bilsinlər deyə etdi. Əslində Allah heç birimizdən uzaq deyil. Necə ki, “Onda yaşayır və hərəkət edirik; Onda varıq.”… (Həvarilərin İşləri, 17:27-28)
Bunu, Onu axtarsınlar və… tapa bilsinlər deyə etdi. Əslində Allah heç birimizdən uzaq deyil. Necə ki, Onda yaşayır və hərəkət edirik, Onda varıq [Allah hər yeri əhatə edəndir, hər şey Allahın icazəsiylə olar.]… (Həvarilərin İşləri, 17:27)
Oraya çatdıqlarında inananlar birliyini bir yerə toplayıb, Allahın onlar vasitəsilə nələr etdiyini [onları necə vəsilə etdiyini], digər xalqlara iman qapısını necə açdığını izah etdilər. (Həvarilərin İşləri, 14:27)
Qüdsə gəldiklərində inananlar birliyi, elçilər və qocalar tərəfindən yaxşı qarşılandılar.
Allahın onlar vasitəsilə [onları necə vəsilə edərək] etdiyi hər şeyi izah etdilər. (Həvarilərin İşləri, 15:4)
Ürəyindəki gizli düşüncələr ortaya çıxacaq və “Allah, həqiqətən, aranızdadır!”
[Allah hər yeri əhatə edən, hər an hər kəsə şahid olandır] deyərək üzü üstə yerə çöküb Allaha ibadət edəcək. (1 Korinflilərə, 14:25)
Bu səbəblə İsa belə dedi: “… Mənim özümdən heç bir şey etmədiyimi, amma eynilə Allahın mənə öyrətdiyi kimi danışdığımı anlayacaqsınız.” (Yəhya, 8:28)
“Çünki mən özümdən danışmadım. Məni Göndərən Allahın Özü nə söyləməli və nə danışmalı olduğumu mənə buyurdu. Onun buyruğunun sonsuz həyat [cənnət] olduğunu bilirəm. Bunun üçün nə söyləyirəmsə, Allahın mənə söylədiyi kimi söyləyirəm.” (Yəhya, 12:49-50)
“Məni Göndərən mənimlədir, O məni tək buraxmadı. Çünki mən hər zaman Onu məmnun edəni edərəm.” Bu sözlərdən sonra bir çoxları Ona [Allaha] iman etdi. (Yəhya, 8:29-30)
Nə var ki, əvvəl Müjdənin [Allahın əmrlərinin] bütün xalqlara eşitdirilməsi lazımdır. Sizi həbs edib məhkəməyə verdiklərində, “Nə söyləyəcəyik?” deyə əvvəldən narahat olmayın. O anda sizə nə ilham edilsə onu söyləyin. Çünki danışan siz deyil, Allahın Ruhu olacaq. (Mark, 13:10-11)
Sizləri məhkəməyə verdikləri zaman, nəyi necə söyləyəcəyinizi düşünərək narahat olmayın. Nə söyləyəcəyiniz o anda sizə bildiriləcək. Çünki danışacaq olan siz olmayacaqsınız, Rəbbinizin Ruhu sizin vasitəçiliyinizlə danışacaq. (Matta, 10:19-20)
İman, ümid edilənlərə güvənmək, görünməyən şeylərin varlığından əmin olmaqdır. Atalarımız bununla Allahın təqdirini qazandılar. Kainatın Allahın buyruğuyla yaradıldığını, beləcə görünənlərin görünməyənlərdən meydana gəldiyini iman sayəsində anlayırıq. (İbranilərə, 11:1-3)
İncildə dünya həyatının keçiciliyi ilə bağlı izahlar
Keçici yemək üçün deyil, sonsuz həyat boyunca qalıcı yemək üçün çalışın… (Yəhya, 6:27)
… Qürbəti xatırladan bu dünyadakı zamanınızı Allah qorxusuyla keçirin. Bilirsiniz ki, atalarınızdan qalma boş yaşayışınızdan qızıl ya da gümüş kimi keçici şeylərlə [xilas ola bilməzsiniz]… (1 Peter, 1:17-18)
İnsan bütün dünyanı qazanıb canını itirsə, canından olsa, bunun özünə nə İnsan bütün dünyanı qazanıb canından olsa, bunun özünə nə faydası olar?
… Zəngin adam çöl çiçəyi kimi solub gedəcək. Günəş yandırıcı istisiylə doğular və otu qurudar. Otun çiçəyi düşər, görünüşünün gözəlliyi yox olar. Zəngin də bunun kimi öz cəhdləri içində itib gedəcək. (Yaqub, 1:9-11)
… Çünki dünyanın indiki halı keçicidir. (1 Korinflilərə, 7:31)
Nuhun gəmiyə mindiyi günə qədər insanlar yeyib içir, evlənib evləndirilirdilər.
Sonra tufan gəlib hamısını yox etdi. Lutun günlərində də vəziyyət eyni idi. İnsanlar yeyib içir, alıb satır, toxum əkir, ev tikirdilər. Amma Lutun Sodomdan ayrıldığı gün göydən odla kükürd yağdı və hamısını yox etdi. (Luka, 17:27-29)
İndiki dövrdə zəngin olanlara qürurlanmamalarını, gəlib keçici zənginliyə ümid bağlamamalarını buyur. Zövq almağımız üçün bizə hər şeyi bol-bol verən Allaha ümid bağlasınlar. Yaxşılıq etmələrini, yaxşılıqdan yana zəngin, əliaçıq və paylaşmağa istəkli olmalarını buyur. Beləliklə, həqiqi həyata qovuşmaqla, gələcək üçün özlərinə möhkəm təməl olacaq xəzinə yığmış olarlar. (1 Timoteyə, 6:17-19)
Gözlərimizi görünən şeylərə [dünyəvi qazanca] deyil, görünməyənlərə [axirətdəki qazanca] çeviririk. Çünki görünənlər keçicidir, görünməyənlərsə sonsuza qədər qalıcıdır. (1 Korinflilərə, 4:15-18)
Qardaşlar, bunu demək istəyirəm: Zaman daralmışdır. Bundan belə… mal alanlar malları yoxmuş kimi… olsun. Çünki dünyanın indiki halı keçicidir. (1 Korinflilərə, 7:29-32)
Ən kiçik işdə etibarlı olan şəxs, böyük işdə də etibarlı olar. Ən kiçik işdə dürüst olmayan adam, böyük işdə də dürüst olmaz. Dünyanın aldadıcı sərvəti mövzusunda etibarlı deyilsinizsə, həqiqi sərvəti sizə kim əmanət edər? Başqasının malı mövzusunda etibarlı deyilsinizsə, öz malınız olmaqla sizə kim bir şey verər? (Luka, 16:10-14)
Hərçənd yetkin kəslər arasında müdrik sözlər söyləyirik; amma bu müdriklik nə indiki dövrün, nə də bu dövrün gəlib-keçən öndərlərinin müdrikliyidir. (1 Korinflilərə, 2:6)
Bilirik ki, sığındığımız bu dünyəvi çadır yıxılsa, cənnətdə Allahın bizə təmin etdiyi bir iqamətgah… sonsuza qədər qalacaq bir evimiz vardır… Dünya çadırında yaşayan biz ağır bir yük altında inləyirik… Belə ki, ölümlü olan, həyat tərəfindən udulsun. Bizləri tam bu məqsəd üçün hazırlayan…Allahdır. (2 Korinflilərə, 5:1-5)
Bəli, şeypur çalınacaq, ölülər çürüməz olaraq diriləcək və biz də dəyişdiriləcəyik. Çünki bu çürüyən bədən çürüməzliyi, bu ölümlü bədən ölümsüzlüyü geyinməlidir. Çürüyən və ölümlü bədən çürüməzliyi və ölümsüzlüyü geyinincə… vəd yerinə yetəcəkdir. (1 Korinflilərə, 15:53-54)
Yer üzündəki deyil, göydəki [axirətdəki] dəyərləri düşünün. (Kolosselilərə, 3:2)
Yenə deyir ki, “Ya Rəbb, başlanğıcda dünyanın təməllərini Sən atdın. Göylər də Sənin… əsərindir. Onlar yox olacaq, amma Sən qalıcısan. Hamısı bir geyim kimi köhnələcək.
Onları bir xalat kimi bükəcəksən və bir geyim kimi dəyişdiriləcəklər. Amma Sən həmişə eynisən…” (İbranilərə, 1:10-12)
Necə ki, “İnsan soyu bir ota bənzəyər. Bütün ucalığı da çöl çiçəyi kimidir. Ot quruyar, çiçəyi düşər. Amma Rəbbin sözü sonsuza qədər qalıcıdır.” Məhz sizə müjdələnmiş Dünyanı və dünyaya aid şeyləri sevməyin. Dünyanı sevənin Allaha sevgisi yoxdur. Çünki dünyaya aid olan hər şey, cismani ehtiraslar, acgözlük və dünya malına görə təkəbbür Allahdan deyil, dünyadandır. Dünya və dünyəvi ehtiraslar keçər, amma Allahın istəyini yerinə yetirən sonsuza qədər yaşayar. (1 Yəhya, 2:15-17)
Özünüzə diqqət yetirin. Zövq-səfayla, sərxoşluqla, həyatın qayğılarıyla ürəkləriniz qatılaşmasın. Və o gün sizə bir tələ kimi qəflətən gəlməsin. Çünki bu, yer üzündə oturanların hamısına gələcəkdir. Həmişə ayıq olun, dua edin… (Luka, 21:34-36)
Yenə bəziləri tikanlar arasında əkilən toxumlara bənzəyərlər. Bunlar sözü eşidərlər, amma dünyəvi qayğılar, var-dövlətin aldadıcılığı və daha başqa ehtiraslar araya girib kəlamı boğar və məhsul verməsinə mane olar. Yaxşı torpağa əkilənlər isə, sözü eşidən, onu mənimsəyən, bəzisi otuz, bəzisi altımış, bəzisi də yüz qat məhsul verən kəslərdir. (Mark, 4:18-20)
Lakin hər kəs öz ehtirası ilə aparılıb yoldan çıxarılaraq sınağa çəkilir. Sonra ehtiras boylu qalıb günah doğurur. Günah da yetişəndə ölüm [cəhənnəm əzabı] gətirir. Sevimli qardaşlarım, aldanmayın! (Yaqub, 1:14-16)
… Sizdən kim varını-yoxunu gözdən çıxarmazsa, şagirdim ola bilməz. Duz faydalıdır. Amma duz dadını itirsə, bir daha necə o dadı qazana bilər? Nə torpağa, nə də gübrəyə fayda verər; onu zibilliyə atarlar. Eşidəcək qulağı olan eşitsin. (Luka, 14:33-35)
Allaha bağlı olun. Aranızdakı savaş və çəkişmələrin qaynağı nədir? Bədənlərinizin üzvlərində savaşan ehtiraslarınız deyilmi? Bir şey arzu edirsiniz, amma əldə edə bilməyincə adam öldürürsünüz. Qısqanırsınız, amma istəyinizə çata bilməyincə dalaşır və döyüşürsünüz. Əldə edə bilmirsiniz, çünki Allahdan diləmirsiniz. Dilədiyiniz zaman da diləyinizə qovuşa bilmirsiniz. Çünki pis məqsədlə, ehtiraslarınız uğrunda istifadə etmək üçün diləyirsiniz. Siz, ey vəfasızlar, dünya ilə dostluğun Allaha düşmənlik olduğunu bilmirsinizmi? Dünya ilə dost olmaq istəyən, özünü Allaha düşmən edər. (Yaqub, 4:1-4)
İndi hər şeyi aynadakı solğun görünüş kimi görürük, amma o zaman [axirətdə] üz-üzə görüşəcəyik. İndi məlumatım məhduddur, amma o zaman bilindiyim kimi tam biləcəyəm. (1 Korinflilərə, 13:12)
Zəngin bir adam vardı… bolluq içində hər gün əylənərdi. Hər tərəfi yara içində olan Lazar adında yoxsul bir adam bu zənginin qapısının önünə gətirilmişdi; zənginin süfrəsindən düşən qırıntılarla qarnını doyurmağa can atardı… Bir gün yoxsul adam öldü, mələklər onu götürüb İbrahimin yanına apardılar. Sonra zəngin adam da öldü və basdırıldı. Ölülər diyarında [cəhənnəmdə] iztirab çəkən zəngin adam başını qaldırıb uzaqda İbrahimi və onun yanında Lazarı gördü… “İbrahim, “Oğlum” dedi, “Həyatın boyunca sənin yaxşılıq payını, Lazarın da pislik payını aldığını unutma. İndiysə o burada təsəlli edilir, sən də əzab çəkirsən. (Luka, 16:19-25)
“Yer üzündə özünüzə xəzinələr yığmayın. Burada güvə və pas onları yeyib bitirər, oğrular da girib oğurlayarlar. Bunun yerinə özünüzə göydə [axirətdə] xəzinələr yığın. Orada nə güvə, nə pas onları yeyib bitirər, nə də oğrular girib oğurlayar. Xəzinəniz hardadırsa, ürəyiniz də orada olacaq. (Matta, 6:19-21)
Sevimli qardaşlar… mənliyin [nəfsin] ehtiraslarından çəkinin. Çünki bu dünyada yad və qonaqsınız. İnanmayanlar arasında pozitiv bir həyat sürün. (1 Peter, 2:11-12)
Gözlərimizi görünən şeylərə deyil, görünməyənlərə çeviririk. Çünki görünənlər keçicidir, görünməyənlərsə sonsuza qədər qalıcıdır. (2 Korinflilərə, 4:18)
Çünki dünyaya nə bir şey gətirdik, nə də ondan bir şey apara bilərik.
Yeməyimiz, geyəcəyimiz varsa bunlarla kifayətlənərik. Zəngin olmaq istəyənlər büdrəyib tələyə düşərlər, insanı çöküşə və məhvə [cəhənnəm əzabına] aparan bir çox axmaq və zərərli arzulara qapılarlar. Çünki hər cür pisliyin kökü də pul sevgisidir. Bəziləri zəngin olma həvəsiylə imandan azdılar, öz-özlərinə çox acı çəkdirdilər. Amma sən, ey Allah adamı, bu şeylərdən qaç! Doğruluğun, Allah yolunun, imanın, sevginin, səbirin, itaətliliyin ardınca qaç. İman uğrunda uca mübarizəni davam etdir. Sonsuz həyata [cənnətə] möhkəm sarıl. (1 Timoteyə, 6:7-12)
Varlı bir adamın tarlaları bol məhsul verdi. Adam içində, “Nə edəcəyəm mən?” deyirdi, “Çünki məhsullarımı qoyacaq yerim yox!” Sonra, “Nə edəcəyimi bilirəm” dedi, “Anbarlarımı yıxıb daha böyüklərini quracağam. Buğdamın hamısını və başqa hər şeyimi də oraya qoyacağam. Canıma da deyəcəyəm ki, ey can, illərcə çatacaq qədər bol malın var. Rahatlığına bax. Ye, iç, xoşbəxt ol!” Amma Allah ona, “Ey ağılsız adam, canın bu gecə səndən istənir” dedi. “Yığdıqların kimin olacaq?” Öz faydasına mal yığan, amma Allah Qatında zəngin olmayan insanın vəziyyəti budur. (Luka, 12:16-21)

