İslam və Xristianlıq

8 / 13 · 11 dəq oxu

İncildəki həqiqi xristianlıq

İncildə üçləmə (təslis) etiqadına əsaslanmayan, əksinə, Allaha bir və tək olaraq iman gətirməyi əsas götürən tövhid inamını müdafiə edən çoxlu açıqlamalar var. Həmçinin üçləmə inamını qəbul etməyən qruplar da tarix boyunca bu məsələyə diqqəti cəlb edərək üçləməni müdafiə edənlərin dəlilsiz olduqlarını ifadə ediblər.

Üçləmə etiqadı İsa Peyğəmbərə Allahla eyni status verdiyi halda (bundan Allaha sığınırıq) İncil açıqlamalarında Allahın birliyi, Onun hər şeyin üzərində sonsuz hakimiyyətinin olması çox ətraflı şəkildə tərif edilir. Həm İsa Peyğəmbərin xalqı və tələbələri arasında apardığı təbliğdə, həm də həvarilərin sözlərində insanlar həmişə tövhid inamına çağırılırlar.

İsa Peyğəmbər hər etdiyini həqiqətən Allahın sonsuz güc və qüdrəti ilə etdiyini, hər söylədiyinin Allahın ona söylətdiyini, möcüzələri Allahın istəyi ilə həyata keçirdiyini davamlı olaraq dilə gətirir, özünü öyüb yüksəldən insanları Allahı öyüb yüksəltməyə, Allahın sonsuz gücünü xatırlamağa və Ona təslim olmağa dəvət edir. Bu mövzudan sonrakı səhifələrdə ətraflı bəhs edəcəyik.

İsa Peyğəmbərin necə təbliğat apardığını göstərən çoxlu Qur’an ayəsi var. “Maidə” surəsində bu məsələ ilə bağlı belə buyrulur:

“Xatırla ki, o zaman Allah belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!” - demişdin?” (İsa cavabında) deyəcək: “Sən pak və müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin zatında olanı bilmirəm. Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən! Mən onlara yalnız Sənin mənə etdiyin əmri çatdırıb belə demişəm: “Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin!” Nə qədər ki, onların arasında idim, onlara şahid mən idim. Sən məni qəbul etdikdən sonra onlara nəzarətçi Özün oldun. Yalnız Sən hər şeyə şahid sən! Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət, hikmət sahibisən!“” (“Maidə” surəsi, 116-118).

Ayələrdə də bildirildiyi kimi, İsa Peyğəmbər insanları yalnız Allaha iman gətirib Onun üçün yaşamağa dəvət etmişdir. Tövhid inamı eynilə İslam dinində olduğu kimi “həqiqi xristianlığ”ın da əsasını təşkil edir (Buradakı hissədə İncildən sitat verəcəyimiz ifadələrdə “ata” sözü “Allah” və ya “Rəbb”, “oğul” ifadəsi “peyğəmbər-elçi”, İsa Peyğəmbər üçün işlədilən “Rəbb” sifəti isə “müəllim” şəklində dəyişdirilib).

Əhdi-Ətiqdə tövhid etiqadı

İsa Peyğəmbərin Allah dərgahına yüksəldilməsindən 30-40 il sonra ortaya çıxan batil “Allahın oğlu” ifadəsi zaman ötdükcə insanlar arasında geniş yayıldı. Ancaq bu məfhumun nəyi ifadə etməsi uzun müddət qeyri-müəyyən olaraq qaldı. Bəziləri bu ifadəni İsa Peyğəmbərin sadəcə Allah dərgahındakı mötəbər yerini ifadə edən məcazi ifadə kimi izah etdilər və Allahın birliyinə inanmağa çağırdılar. Digərləri isə bu ifadəyə əsaslanaraq İsa Peyğəmbəri “tanrılaşdırdılar” və onu özlərinə “Oğul Tanrı” saydılar.

Məlum olduğu kimi, İsa Peyğəmbər İsrail oğulları nəslindəndir və təbliğini də İsrail oğullarına çatdırdı. İsrail oğulları, yəni yəhudilər İsa Peyğəmbər gələndə iki min il idi ki, bir və tək olan Allaha iman gətirən bir xalq idi. Rəbbimiz Öz vəhyini yəhudilərə İbrahim Peyğəmbərlə başlayan və sonra da bir-birinin ardınca gələn çox sayda peyğəmbərlər vasitəsilə çatdırmışdı. Elçiləri onları bu vəhyə qüsursuz şəkildə tabe olmaları üçün xəbərdar etmişdilər. Yəhudilər Allahın Qur’anda bildirilən ifadə ilə desək, “Onda haqq yol və nur vardır” deyə göndərdiyi Tövratı (“Maidə” surəsi, 44) Musa Peyğəmbərdən bu yana tanıyıb bilirdilər.

İsa Peyğəmbər isə xristianların da qəbul etdiyi kimi, Tövratı təsdiq edən peyğəmbər olaraq gəlmişdi. Tövratda və Əhdi- Ətiqin başqa kitablarında İsa Peyğəmbərin gələcəyinə işarə edən müYdəli xəbərlər vardı.

Bu həqiqət İznik məclisində səs çoxluğu ilə qəbul edilən üçləmə etiqadının nə qədər böyük bir səhv olduğunu ortaya qoyurdu. Çünki haqqında danışılan üçləmə inancından nə Tövratın, nə də Əhdi-Ətiqi təşkil edən başqa kitabların hər hansı bir yerində bəhs edilmirdi. İsrail peyğəmbərləri xalqlarını iki min il boyunca bir və tək olan Allaha iman gətirməyə dəvət etmişlər, amma onların üçləmə etiqadına işarə edən çox kiçik bir açıqlamaları da olmayıb. Nə İbrahim Peyğəmbərdən, nə Musa Peyğəmbərdən, nə də başqa peyğəmbərdən belə bir açıqlama eşidilməyib. Onların hamısının öyrətdiyi dinin bir əsası vardı: Allahı bir olaraq tanımaq və Ondan başqa Tanrı qəbul etməmək. Yəhudilərin ən çox təkrar etdikləri Tövrat cümlələrində belə deyilirdi: “Qulaq as, ey İsrail! Allahımız Rəbb bir olan Rəbbdir” (“Təsniyə”, 6/4).

Əhdi-Ətiqin başqa ayələrində də eyni həqiqət vurğulanır: “Rəbb Özü Allahdır, Ondan başqası yoxdur… Bu gün bil və ürəyinə qoy ki, yuxarıda göylərdə və aşağıda yerdə Rəbb O Allahdır, başqa yoxdur” (“Təsniyə”, 4/35-39).

“…Məndən əvvəl Allah olmadı və Məndən sonra da olmayacaq. Mən Rəbbəm və Məndən başqa xilaskar yoxdur…” (“İşaya”, 43/10-11).

“Çünki göyləri yaradan Rəbb dünyaya şəkil verən və onu yaradan, onu gücləndirən və onu əbəs yerə yaratmayan, üstündə yaşamağı əlverişli hala gətirən Allah belə deyir: “Rəbb Mənəm və başqası yoxdur”” (“İşaya”, 45/18).

“Və Məndən başqa Allah, haqq Allah və Xilaskar yoxdur. Məndən başqası yoxdur” (“İşaya”, 45/22).

“…Allahımız Rəbb bir olan Rəbbdir və Allahın Rəbbi bütün ürəyinlə, bütün canınla və bütün gücünlə sevəcəksən” (“Təsniyə”, 6/4-5).

Yuxarıdakı Tövrat cümlələrindən də göründüyü kimi, Rəbbimizin sonsuz gücü və qüdrəti, Onun bütün kainatın yeganə sahibi olması yəhudiliyini təməl həqiqətidir.

Əhdi-Ətiqi oxuyan hər bir adam oradakı bütün kitablarda bir olan Tanrıdan, aləmlərin Rəbbi olan Allahdan bəhs edildiyini aydın şəkildə görür. Əhdi-Ətiqdə üçləmədən bircə dəfə də olsa bəhs edilməməsi çox böyük mənaya malikdir. Bu mənanın aşkar nəticəsi üçləmənin səmavi dinə sonradan daxil olmuş batil bir etiqad olmasıdır.

İncildə “Allaha bir və tək olaraq iman gətirmək” əsasdır

Qur’anda İsa Peyğəmbərin yəhudilərə bu cür təbliğat apardığı bildirilir:

“…Ey İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin…” (“Maidə” surəsi, 72).

İsa Peyğəmbərin insanları tövhidə çağıran ifadələri təhrifə məruz qalan Əhdi-Cədidin İncillərində hazırda da mövcuddur. Məsələn, Mark İncilinə görə, İsa Peyğəmbər onun yanına gələrək “Bütün əmrlərin ən əhəmiyyətlisi hansıdır?” deyə soruşan yəhudi din aliminə belə cavab verib:

“Əmrlərin ən birincisi: “Dinlə, ey İsrail! Allahımız Rəbb bir olan Rəbdir. Və Allahın olan Rəbbi bütün ürəyinlə, bütün canınla, bütün düşüncənlə və bütün qüvvətinlə sev”” (“Mark İncili”, 12/29-30).

Yenə Mark İncilində yer alan aşağıdakı ayədə isə İsa Peyğəmbərin onun tanrılaşdırılması hələ bir tərəfə dursun, hətta təriflənməsinə də mane olduğunu göstərir:

“İsa yola çıxarkən bir nəfər onun yanına qaçdı və qarşısında diz çöküb Ondan soruşdu: “Yaxşı müəllim, əbədi həyatı miras almaq üçün nə etməliyəm?” İsa da ona dedi: “Nə üçün məni yaxşı adlandırırsan? Allahdan başqa kimsə yaxşı deyildir”” (“Mark İncili”, 10/17-18).

Əslində təkcə bu ayə üçləmənin həqiqi xristianlığa zidd bir inam olduğunu göstərməyə kifayət edir. İsa Peyğəmbər özünün təriflənməsini qəbul etməyərək tərifə layiq olanın yalnız Allah olduğunu vurğulayır və özünün Allahın bir bəndəsi olduğunu çox aydın şəkildə ifadə edir.

İsa Peyğəmbərin İsrail oğullarına çatdırdığı həqiqət bəşər tarixinin başlanğıcından etibarən bütün peyğəmbərlərin izah etdiyi həqiqətdir: Rəbbimiz hər şeyi yoxdan ərsəyə gətirən, onları ən gözəl şəkildə və qüsursuz surətdə yaradan, çox böyük və üstün olan, hər şeyin daxilində olanları və gizli tərəflərini bilən, əzəli və əbədi olan, doğmayan və doğulmayan, hər cür qüsurlardan uzaq, şanı böyük olan, hökm edən, kərəmi bol olan, mərhəmətli və bağışlayan Uca Allahdır. Göylərdə və yerdə olanların hamısı yalnız Allaha təslim olub.

Həmçinin Əhdi-Cədiddə də “Allahın bir olması” imanın çox vacib şərti kimi qeyd edilib. Hər cür çoxtanrılı, üçtanrılı etiqadlar yaxud da hər cür bütpərəstlik Tövratda olduğu kimi İncildə də - həm dörd İncildə, həm də elçilərin yazı və məktublarında - sərt şəkildə tənqid edilib qınanır. Əksər Allahdan başqa tanrıları qəbul edənlər bir çox İncil ayələrində tövhid inamına dəvət edilirlər. Bu açıqlamalardan bəziləri belədir: “İsa ona dedi: “Allahımız Rəbb bir olan Rəbdir”… Din alimi ona dedi: “Lap yaxşı, Müəllim! Doğru dedin ki, Allah birdir, Ondan başqası yoxdur”” (“Mark İncili”, 12/29-32). “…Allah birdir” (“Qalatiyalılara məktub”, 3/20). “Və fani olmayan Allahın izzətini, fani olan insana, quşlara, dördayaqlılara və yerdə sürünənlərə bənzəyən bütlərlə əvəz etdilər… Onlar Allahın həqiqətini yalanla dəyişdirdilər və Yaradanın əvəzinə yaradılana pərəstiş və ibadət etdilər. Halbuki Allah sonsuza kimi təriflənməyə layiqdir” (“Pavelin romalılara məktubu”, 1/23-25).

“…Bizim tək bir Allahımız vardır. Hər şey Ondandır və biz Onun üçün yaşayırıq…” (“Korinflilərə I məktub”, 8/6).

“…Bilirik ki, büt dünyada əslində heç bir şeydir və bir olan Allahdan başqası yoxdur” (“Korinflilərə I məktub”, 8/4). “Sonsuz əsrlərin hökmdarı, ölməz, görünməz və bir olan Allaha əbədi olaraq hörmət və izzət olsun” (“Timoteyə I məktub”, 1/17). “Tək bir Allah var…” (“Timoteyə I məktub”, 2/5).

“İman edirsənmi ki, Allah birdir? Yaxşı edirsən…” (“Yaqubun məktubu”, 2/19).

“Xilaskarımız tək bir Allaha izzət olsun…” (“Yəhudanın məktubu”, 24). “Siz bir-birinizdən izzət qəbul edib bir olan Allahdan gələn izzəti axtarmadığınız bir halda, necə iman edə bilərsiniz?” (“Yəhya İncili”, 5/44).

“Allahın yanında qeyri-mümkün bir şey yoxdur”

(“Luka İncili”, 1/37). Burada İncildən qısaca şəkildə qeyd etdiyimiz ayələrdən başqa da Allahı bir və tək olaraq tərif edən çoxsaylı açıqlamalar mövcuddur. Bu məsələ ilə bağlı başqa bir nümunə isə İsa Peyğəmbərin tələbələrinin apardığı təbliğatdır. İsa Peyğəmbərin Allah dərgahına yüksədilməsindən sonra xristianlar kəndbəkənd, qəsəbə-qəsəbə gəzərək insanlara İsa Peyğəmbərin sözlərini çatdırıb və onları Allaha təslim olmağa dəvət etmişlər. Onların təbliğat apardıqları insanları Allaha bir və tək olaraq iman gətirən xristianlar olmağa çağırmaları İncildə belə bildirilir:

“Lakin həvarilər Barnaba və Pavel bunu eşitdikdə paltarlarını cırdılar və xalqın ortasına atılıb qışqıraraq dedilər: “Ərlər! Bunları niyə edirsiniz? Biz də, fitrətləri sizə bənzəyən insanlarıq və sizə müYdə gətirdik ki, siz bu boş şeylərdən…göyü, yeri, dənizi və onların içindəki hər şeyi yaradan Allaha tərəf dönəsiniz. Bununla bərabər göydən bizə yağmurlar və səmərəli mövsümlər verərək, ürəklərimizi qida və sevinclə doldurub, yaxşılıq edərək Özünü şahidsiz qoymamışdır”” (“Həvarilərin işləri”, 14/14-17). “Dünyanı və onun içində olan bütün şeyləri yaradan Allah, göy və yerin Rəbbi olduğundan, əl ilə tikilmiş məbədlərdə yaşamaz. Madam ki, hamıya həyat, nəfəs və hər şeyi verən Özüdür, bir şeyə möhtac imiş kimi, insanların əlləri ilə Ona xidmət oluna bilməz. O, bütün xalqlardan olan insanları bir insandan yaratdı ki, bütün yer üzündə yaşasınlar. Onların qabaqcadan müəyyən edilmiş vaxtlarını və yaşadıqları yerlərin sərhədlərini təyin etdi ki, Allahı axtarsınlar… O heç birimizdən uzaq deyil. Çünki biz Onunla yaşayırıq, hərəkət edirik və varıq…” (“Həvarilərin işləri”, 17/24-28).

Allah sonsuz güc və qüdrət sahibidir

Təslis inancına görə, İsa Peyğəmbər yaradılmayıb, o, əzəldən bəri mövcuddur və Allahla eyni gücə, səlahiyyətə malikdir (bu ifadədən Allaha sığınırıq). Halbuki bu, çox böyük bir səhvdir. Hal-hazırda üçləməyə inananlar İsa Peyğəmbərin onları xilas edib qurtaracağına, dualarını qəbul edəcəyinə, onun sayəsində bütün günahlarından xilas olduqlarına inanırlar (Kəffarə məsələsi ilə bağlı yanlışlıq sonrakı səhifələrdə ətraflı şəkildə araşdırılacaq). Bu səhv inam Qur’an ayələrində bildirilən çox böyük yanlışlıqdır. Həmçinin İncildə də bu inam heç cürə dəstəklənmir, əksinə, təkzib edilir.

Ancaq İncildən bəzi ayələr bu səhv inanca dəlil kimi təqdim edilir. Bu dəlillərin başında isə İsa Peyğəmbərin göstərdiyi möcüzələr gəlir. Halbuki İsa Peyğəmbərin insanlara çoxlu möcüzə göstərməsi onu tanrılaşdıran etiqada dəlil ola bilməz. Bu möcüzələr Qur’anda da bildirilən aşkar bir həqiqətdir. İsa Peyğəmbərin dünyaya atasız gəlməsi, beşikdə olarkən danışması, korları, cüzam xəstələrini sağaltması kimi həyatı boyunca göstərdiyi çoxlu möcüzəsi olub. Ancaq bu möcüzələr sonsuz güc və qüdrət sahibi olan, bütün kainatın hakimi olan Rəbbimizin mərhəməti ilə həyata keçib. Allah İsa Peyğəmbərdən başqa Musa Peyğəmbərə, Süleyman Peyğəmbərə, İbrahim Peyğəmbərə, Zəkəriyya Peyğəmbərə, Peyğəmbərimiz Muhəmmədə və daha bir çox peyğəmbərə də möcüzələrlə kömək edib. Ancaq üçləmə etiqadının tərəfdarları bu möcüzələri dəlil kimi göstərərək İsa Peyğəmbərin “tanrı” olduğunu iddia edirlər. Halbuki digərləri kimi bu fikir də İncildə mövcud olan fikirlərlə ziddiyyət təşkil edən iddiadır.

Sonrakı hissələrdə daha ətraflı şəkildə qeyd edəcəyimiz kimi, İsa Peyğəmbər öz çıxışlarında Allahın şanını həmişə ucaldıb, “Allah mənə necə əmr edirsə, elə də icra edirəm” (“Yəhya”, 14/31); “Mən sizə söylədiyim sözləri özümdən söyləmirəm” (“Yəhya”, 14/10) və “Sizə doğrusunu, doğrusunu deyirəm: elçi özündən bir şey edə bilməz” (“Yəhya”, 5/19) kimi ifadələrlə bütün gücün Allaha məxsus olduğunu bildirib.

Allahın sonsuz güc və qüdrətinin ifadə edildiyi bəzi İncil ayələri isə belədir:

“Çünki hər şey Ondan, Onun vasitəsi ilə və Onun üçün davam edir. Ona əbədi izzət olsun!” (“Pavelin romalılara məktubu”, 11/36). “Məgər beş sərçə iki assariyə satılmırmı? Və Allahın yanında onların heç biri unudulmamışdır? Sizin başınızdakı saçların hamısı da belə sayılmışdır…” (“Luka İncili”, 12/6-7). “İsa onlara baxıb, dedi: “İnsanlar üçün bu qeyri-müm- kündür, Allah üçün isə hər şey mümkündür”” (“Matta İncili”, 19/26).

“…O hər şeyin üzərində əbədi olaraq təriflənəcək mübarək Allahdır” (“Pavelin romalılara məktubu”, 9/5).

“Allahın zənginliyi, hikməti və elmi nə dərindir…” (“Pavelin romalılara məktubu”, 11/33).

“Allahdan qorxun! Ona izzət verin! Çünki Onun hökmünün vaxtı gəldi. Göyü, yeri, dənizi və su bulaqlarını Yaradana səcdə edin” (“Vəhy”, 14/7). “…Gücü hər şeyə çatan Rəbb Allah, Sənin məllərin böyük və xariqüladədir. Ey millətlərin Hökmdarı. Sənin yolların doğru və həqiqidir. Ya Rəbb! Kim Səndən qorxmayacaq və Sənin adını izzətləndirməyəcəkdir? Çünki yalnız Sən müqəddəssən. Bütün xalqlar gələcək və Sənin önündə səcdə edəcəklər. Çünki Sənin adil işlərin izhar olundu” (“Vəhy”, 15/3- 4). “…Hər şey Allahdandır” (“Pavelin korinflilərə I məktub”, 11/12).

“…Xilas, izzət, hörmət və qüdrət Allahımızındır! Çünki Onun hökmləri həqiqi və adildir… Çünki gücü hər şeyə çatan Rəbb Tanrımız səltənət sürür” (“Vəhy”, 19/1-6).

“…Allah tərəfindən olmayan hakimiyyət yoxdur, mövcud olanlar da Allah tərəfindən qurulmuşdur” (“Pavelin romalılara məktubu”, 13/1).

“Mübarək və tək Hökmdar, şahların Şahı və rəblərin Rəbbi, ölməzliyə yeganə malik olan, əlçatmaz nurda yaşayan, insanlardan kimsənin görmədiyi və görməyə qadir olmadığı Allah Məsihin zühurunu vaxtında gerrçəkləşdirəcəkdir. Allaha hörmət və əbədi qüdrət olsun” (“Pavelin Timoteyə I məktubu”, 6/15-16). “Ehtiyatlı olun, insanlara özünüzü göstərmək üçün yaxşılıq etməyin; yoxsa göylərdəki Rəbbinizdən mükafat almazsınız….Sən isə dua etdiyin zaman öz otağına gir və qapını bağlayaraq, gizlində olan Rəbbinə dua et, gizlini görən Rəbbiniz sizi mükafatlandıracaqdır. Dua etdiyiniz zaman bütpərəstlər kimi boş sözlər söyləməyin; zira onlar sanırlar ki, çox danışmaqla eşidiləcəklər. Onlara bənzəməyin; çünki Rəbbiniz sizin nələrə ehtiyacınız olduğunu siz Ondan diləməzdən əvvəl bilir….Və bizi imtahana çəkmə. Lakin bizi şərdən (yaxud, şeytandan) xilas et. Çünki səltənət, qüd- rət və izzət əbədi olaraq Sənindir” (“Matta İncili”, 6/5- 8, 13). İncildə bildirilən bu həqiqətlər Qur’anda bəhs edilənlərlə uzlaşır. Bunlar bəşər tarixindən etibarən bütün peyğəmbərlərin öyrətdiyi mütləq həqiqətlərdir: zamanı, məkanı, insanı, bütün aləmləri və varlıqları Allah yaradıb. Rəbbimiz hər cür qüsur və nöqsandan uzaqdır. O, Uca və Üstün olandır. Hər bir hadisə Rəbbimizin icazəsi və təqdiri ilə həyata keçir. Qur’anda bildirilən ifadə ilə desək, Allah istəməsə yer üzündə bircə yarpaq da budaqdan düşməz, heç bir dişi canlı hamilə qalmaz və heç bir canlı Ondan xəbərsiz doğa bilməz. Allah gizli olanı da, aşkar olanı da biləndir və hər şeyə gücü çatandır. Allah istədiyini etməyə qadirdir, sonsuz güc və qüdrət sahibidir. Bir şeyin olmasını istəyəndə ona ancaq “Ol!” deməsi kifayət edir. Onun dərgahında heç bir şey imkansız deyil. Kainatdakı bütün iqtidar və qüdrətin yeganə sahibi Allahdır.

Allahın bütün kainatdakı mütləq hakimiyyəti İncildə çox aydın ifadələrlə qeyd edilib. İnsanlara bütün güc və səlahiyyətləri verən gücün aləmlərin Rəbbi olan Allah olduğu müxtəlif nümunələrlə açıqlanıb. Yer üzündəki bütün hadisələri meydana gətirən, bütün varlıqlara həyat verən güc sahibi də Uca Rəbbimizdir.

“Bədəni öldürüb canı öldürə bilməyənlərdən də qorxmayın; ancaq daha artıq cəhənnəmdə həm bədəni, həm canı həlak etməyə qadir Olandan (yəni, Allahdan) qorxun. Məgər iki sərçə bir assariyə (xırda pul) satılmırmı? Və Rəbbinizin hökmü olmadıqda, onlardan heç biri yerə düşməz” (“Matta İncili”, 10/28- 29) “İnsan özünə göydən verilmədiyi halda, heç bir şey ala bilməz” (“Yəhya İncili”, 3/27). “…Sizə göydən çörəyi Musa vermədi, sizə göydən həqiqi çörəyi verən Rəbbimdir” (“Yəhya İncili”, 6/32). “Onlar sizi ələ verdikləri zaman, necə və ya nə deyəcəyinizin qayğısına qalmayın; çünki nə söyləyəcəyiniz o anda sizə bildiriləcəkdir. Çünki söyləyən siz olmaya- caqsınız, Rəbbinizin Ruhu sizin vasitənizlə danışacaqdır” (“Matta İncili”, 10/19-20).

“Xilaskarımız Allah sizi büdrəməkdən qorumağa, Öz izzətinin hüzuruna böyük sevinclə ləkəsiz çıxarmağa qadirdir…” (“Yəhudanın məktubu”, 24-25). “Həmin günü və saatı, nə göydəki mələklər, nə də elçi bilir. Allahdan başqa heç kim bilməz” (“Matta İncili”, 24/36).

“Ölməzliyə yeganə malik olan Odur… İnsanlardan kimsə nə Onu görən olmuşdur, nə də görə bilər…” (“Timoteyə I məktub”, 6/16).

“Biz daxilən ölüm hökmünü hiss etdik ki, özümüzə deyil, ölüləri dirildən Allaha bel bağlayaq” (“Korinflilərə II məktub”, 1/9). Bütün bu Əhdi-Cədid ayələri həqiqi xristianlıqda Allaha səmimi və daxildən gələn bir imanın olmasını aydın şəkildə göstərir. Ancaq bu doğru inancların yanına üçləmə kimi batil bir etiqad əlavə edilib və bu da xristianlığın təhrif olunmasına gətirib çıxarıb.