İslam və Xristianlıq

3 / 13 · 26 dəq oxu

İsa Peyğəmbərin həyatı

Tarixi mənbələrə görə, Məryəm xaosun baş alıb getdiyi, Roma imperatorluğunda zülmün davam etdiyi və yəhudilərin Məsihin gəlişini səbirsizliklə gözlədiyi bir dövrdə dünyaya gəlib. Məryəm Allahın aləmlər üzərinə seçib üstün etdiyi bir nəsildən - İmran ailəsindən gəlir (“Ali- İmran” surəsi, 3/33).

Allah İmran ailəsini aləmlərə üstün etdiyi kimi bu ailəyə mənsub olan Məryəmi də seçmiş, təmizləmiş və onu aləmlərin qadınlarına üstün etmişdir. Qur’anda belə buyrulur:

“Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən Allah səni seçmiş, təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur. Ya Məryəm, öz Rəbbinə itaət et, səcdəyə qapan və namaz qılanlarla bir yerdə namaz qıl!”” (“Ali-İmran” surəsi, 3/42-43).

İmran ailəsi Allaha iman gətirən, hər işində Onun razılığını qazanmağa çalışan və Onun cızdığı sərhədlərə tabe olan, ətrafındakı insanların da bu cür tanıdığı insanlar idi. İmranın xanımı Məryəmə hamilə qaldığını öyrənəndə dərhal Allaha dua etmiş və dünyaya gətirəcəyi körpəni Allaha nəzir demişdi. Anadan olan qız uşağına Məryəm adını verməsi də onun könüldən Allaha təslimiyyətinin bir işarəsidir. “Məryəm” sözü “abidə”, yəni “həmişə Allaha ibadət edən” mənasına gələn bir kəlmədir. Bu məsələ Qur’anda belə xəbər verilir:

“İmranın zövcəsinin: “Ey Rəbbim, bətnimdəkini sənə xidmətkar olmaq üçün nəzir edirəm. Məndən qəbul et! Əlbəttə, Sən eşidənsən, bilənsən!” - dediyini xatırla! Onu doğduğu zaman: “Ey Rəbbim! Mən qız doğdum”, - söylədi. Halbuki Allah onun nə doğduğunu və oğlanın qız kimi olmadığını yaxşı bilirdi.

“Mən onun adını Məryəm qoydum, onu və onun nəslini məlun şeytandan Sənə tapşırıram” - dedi” (“Ali-İmran” surəsi, 3/35-36).

Allah “Məryəmin anasının onu “hər cür bağlılıqdan azadlığa qovuşdurulmuş olaraq Allaha nəzir etdiyini” bildirir. Bu ifadənin ərəb dilindəki mətnində qeyd edilən “muharrərən” kəlməsi “ancaq axirət işləri ilə məşğul olan, dünya ilə əlaqəsi olmayan, həmişə Allaha ibadət edən, Allahın məbədinə xidmət edən, səmimi ibadət edən, ibadətində dünya mənfəəti güdməyən insan” mənalarına gəlir. Həqiqi mənada azadlıq insanın ancaq Allaha qulluq edib Ona təslim olması, varlıqlara və ya bəzi dəyərlərə qulluq etməkdən tamamilə uzaqlaşması ilə əldə edilə bilər. İmranın xanımı da Məryəmi ancaq Allaha qulluq edən, insanların razılığından tamamilə uzaqlaşmış bir insan olmasını Allahdan istəmişdi.

Məryəm dünyaya gələndə İmranın xanımı həm Məryəmi, həm də ondan dünyaya gələcək nəslini şeytanın şərindən qoruması üçün Allaha dua etmişdi. Allah İmranın xanımının bu səmimi yönəlişini qəbul etmiş və duasının əvəzində də dünyaya gətirdiyi uşağa üstün əxlaq vermişdir. Qur’anda Məryəmin Allahın mühafizəsi altında necə diqqətlə və həssaslıqla yetişdirildiyinə “Belə olduqda Rəbbi yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi böyütdü və Zəkəriyyəyə tapşırdı…” (“Ali-İmran” surəsi, 3/37) ayəsi ilə xüsusi olaraq diqqət yetirilir.

Allah Zəkəriyya Peyğəmbərin saleh bir bəndə olduğunu, hidayət verdiyi, aləmlərə üstün etdiyini və doğru yola yönəldib çatdırdığını bildirdiyi peyğəmbərlərdəndir. Allah Qur’anda bu müqəddəs insandan fəxrlə bəhs etmiş, gözəl əxlaqına diqqət çəkmişdir (“Ənam” surəsi, 6/85-87). Məryəmin cavabdehliyini öz üzərinə götürən Zəkəriyyə Peyğəmbər onun həyatındakı möcüzəli hadisələrə şəxsən tanış olmuş, Allahın Məryəmi xüsusi olaraq seçdiyini başa düşmüşdü. Məsələn, təkbaşına davamlı ibadət edən Məryəmin yanına gedən Zəkəriyyə Peyğəmbər onun ərzağının həmişə yanında hazır görmüşdü. Bu məsələ Qur’anda belə xəbər verilir:

“…Zəkəriyyə hər dəfə ibadət etdiyi mehraba girdikdə onun yanında bir ruzi olduğunu görərdi. Zəkəriyyə: “Ya Məryəm, bunlar sənin üçün haradandır?” dedikdə o: “Allah tərəfindəndir!” deyə cavab verərdi. Həqiqətən Allah istədiyi şəxsə hədsiz ruzi verər!” (“Ali-İmran” surəsi, 3/37).

Məryəm yaşadığı cəmiyyətdə həm ailəsinin, həm də özünün Allaha olan bağlılığı və səmimiyyəti ilə tanınan bir insan olub. Onun Qur’anda açıq şəkildə bildirilən xüsusiyyəti isə iffətidir. Bu məsələ “Təhrim” surəsində belə bildirilir:

“Həmçinin namusunu möhkəm qoruyub saxlamış İmranın qızı Məryəmi də misal çəkdi. Biz libasının yaxasından ona Öz ruhumuzdan üfürdük. Məryəm Rəbbinin sözlərini, kitablarını təsdiq etdi və itaət edənlərdən oldu” (“Təhrim” surəsi, 12).

Məryəmin Cəbraillə görüşməsi

Allah Məryəmin həyatının müxtəlif dövrlərində çox möcüzəli hadisələr yaratmışdır. Bunlardan biri də onun Cəbraillə görüşməsidir. Məryəm həyatının müəyyən bir dövründən sonra yaşadığı cəmiyyətdən və ailəsindən uzaqlaşaraq şərq tərəfdə bir yerə çəkilmişdi. Burada Cəbrail Məryəmə “kamil bir insan” şəklində görünmüşdü. Bu möcüzəli hadisə Qur’anda belə xəbər verilir:

“Kitabda Məryəmi də yad et. O zaman o, ailəsindən ayrılıb şərq tərəfində bir yerə çəkilmişdi. Və ailə üzvlərindən gizlənmək üçün pərdə tutmuşdu. Biz Öz ruhumuzu yanına göndərdik. Ona kamil bir insan qiyafəsində göründü. Məryəm dedi: “Mən səndən Rəhmana pənah aparıram. Əgər müttəqi isənsə, mənə toxunma!”” (“Məryəm” surəsi, 19/16-18).

Məryəm qarşısındakı insanın Cəbrail olduğunu əvvəlcə bilmirdi. Buna görə də tanımadığı bir insanla qarşılaşdığını fikirləşdiyi üçün tez Allaha sığınmış və özünün Allahdan qorxan, iman gətirən bir mömin olduğunu bildirmişdi. Bu sözləri Məryəmin Allah qorxusunu, namusuna münasibətdə həssaslığını və təqva sahibi bir bəndə olduğunu açıq şəkildə ortaya qoyur. Bundan sonra Cəbrail özünü tanıtmış, Allahın vəzifələndirdiyi bir elçi olduğunu və ona Allahdan bir müYdə ilə gəldiyini bildirmişdi:

“Mən sənə ancaq təmiz bir oğlan bağışlamaq üçün Rəbbinin elçisiyəm!” - dedi” (“Məryəm” surəsi, 19/19). “Mələklər dedilər: “Ya Məryəm! Həqiqətən Allah Öz tərəfindən bir kəlmə ilə sənə müYdə verir. Onun adı Məryəm oğlu İsa əl-Məsihdir ki, dünyada və axirətdə şanı uca və yaxın olanlardandır” (“Ali-İmran” surəsi, 3/45).

Bu əhəmiyyətli müYdəni eşidən Məryəm ona heç bir kişi əlinin dəymədiyi halda necə uşağı ola biləcəyini başa düşmək üçün Cəbrailə bu sualı vermişdi:

“O, dedi: “Mənim necə oğlum ola bilər ki, mənə indiyədək bir insan əli belə toxunmamışdır. Mən zinakar da deyiləm!” Dedi: “Elədir, lakin Rəbbin buyurdu ki, bu, Mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə, dərgahımızdan olan bir mərhəmət kimi edəcəyik. Bu, əzəldən təqdir olunmuş bir hökmdür!” Artıq hamilə oldu və onunla birlikdə uzaq bir yerə çəkildi” (“Məryəm” surəsi, 19/20-22).

“Ey Rəbbim! Mənə bir insan əli toxunmadığı halda necə uşağım ola bilər?” - dedikdə buyurdu: “Elədir, Allah istədiyini yaradır. O, bir işin əmələ gəlməsini qərara aldıqda ona ancaq “Ol!” deyər, o da olar” (“Ali-İmran” surəsi, 3/47).

Cəbrail isə onun bu sualının əvəzində Allahın gücünün hər şeyə çatacağını, bir işə ancaq “Ol!” deməsi ilə onun dərhal olacağını söyləmişdi. Beləliklə, Məryəm ona heç bir insan əli dəymədiyi halda Allahın istəyi ilə İsa Peyğəmbərə hamilə qalmışdı. Onun hamiləliyi dünyadakı bütün səbəblərdən fərqli və uzaq olaraq möcüzəli şəkildə baş vermişdir. Rəbbimizin bildirdiyi kimi, Cəbrailin müYdəsinin sonra Məryəm heç kimin olmadığı bir yerə çəkilmişdi. Allah bu dövrdə də Məryəmə hər cəhətdən kömək etmiş, bir qadının hamiləlik dövrü boyunca psixi və fiziki cəhətdən ehtiyac duyduğu hər cür dəstəyi və imkanı onun üçün yaratmışdı. Onu kimsəsiz bir yerə yerləşdirərkən bu vəziyyəti dərk edə bilməyəcək insanların maddi və mənəvi yöndən yarada biləcəkləri hər cür narahatlıqların da qarşısını almışdı.

İsa Peyğəmbərin anadan olması

Allah Qur’anda İsa Peyğəmbərin anadan olmasından ölümünə kimi hər məsələdə başqa insanlardan çox fərqləndiyinə diqqət çəkir. Hər şeydən əvvəl İsa Peyğəmbər məlum olan səbəblərdən fərqli bir yaradılışla doğulmuş, yəni dünyaya atasız gəlmişdir. Allah o, anadan olmamışdan əvvəl əksər xüsusiyyətini və onu insanlar üçün bir Məsih olaraq göndərdiyini mələkləri vasitəsilə anası Məryəmə bildirmişdi. İsa Peyğəmbərin bu əsas xüsusiyyətlərindən biri onun “Allahın kəlməsi” kimi səciyyələndirilməsidir:

“…Həqiqətən Məryəm oğlu İsa Məsih ancaq Allahın peyğəmbəri, Məryəmə çatdırdığı bir söz və Onun tərəfindən olan bir ruhdur…” (“Nisa” surəsi, 4/171).

“Mələklər dedilər: “Ya Məryəm! Həqiqətən Allah Öz tərəfindən bir kəlmə ilə sənə müYdə verir. Onun adı Məryəm oğlu İsa Məsihdir ki, dünyada və axirətdə şanı uca və yaxın olanlardandır…” (“Ali-İmran” surəsi, 3/45).

Qur’anda “Allahın kəlməsi” ifadəsi ancaq İsa Peyğəmbər üçün işlədilib. Allah İsa Peyğəmbər hələ dünyaya gəlməmişdən əvvəl onun adını bildirib. Allah Özündən bir kəlmə olaraq İsa Peyğəmbərə “İsa Məsih” adını verib. Bu, İsa Peyğəmbərin digər insanlardan fərqli bir yaradılışla yaradılmasının ifadələrindən biridir.

Allah hamiləliyi və İsa Peyğəmbərin anadan olması mərhələsində Məryəmi hər cəhətdən ən gözəl şəkildə dəstəkləmiş, ona yol göstərmişdi. Allah qövmündən uzaqda təkbaşına gerçəkləşən bu həyati hadisədə heç bir təcrübəsi və köməkçisi olmayan Məryəm üçün şəraiti uyğun hala gətirmiş, doğuş problemsiz şəkildə həyata keçmişdi. Məryəm Allahın köməyi ilə bu çətin işi təkbaşına gerçəkləşdirmişdi. Allah Məryəmə olan bu nemətini Qur’anda belə bildirir:

“Doğuş sancısı onu bir xurma ağacının gövdəsinə söykənməyə məcbur etdi. Dedi: “Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım və ya tamamilə unudulub getmiş olaydım!” Dərhal alt tərəfindən ona belə bir nida gəldi: “Kədərlənmə, Rəbbin sənin üçün altından bir irmaq axıtdı. Xurma ağacını özünə tərəf silkələ, üstünə təzə yetişmiş tökülsün! Ye-iç, gözün aydın olsun. Əgər bir adam görəcək olsan, belə de: “Mən Rəhman yolunda oruc tutmağı nəzir eləmişəm, ona görə də bu gün heç kəslə danışmayacağam!”” (“Məryəm” surəsi, 19/23-26).

Ayələrdən də göründüyü kimi, Allah vəhyi ilə Məryəmə köməyini çatdırmış, kədərlənməməsini, alt yanında onun üçün bir su arxı çıxardığını bildirmişdir. Ehtiyacı olduğu hər məsələdə yerinə yetirməli olduğu hər şeyi bildirərək ona kömək etmiş və doğuşun ən yaxşı şəkildə həyata keçməsini təmin etmişdir. Allahın Məryəmin üzərindəki mərhəməti və mühafizəsi doğum hadisəsində bütün açıqlığı ilə görünür (Ətraflı məlumat üçün Harun Yəhyanın Elşad Miri tərəfindən Azərbaycan dilinə tərcümə edilən “Nümunəvi müsəlman qadın: Məryəm” adlı kitabına müraciət edə bilərlər).

Məryəm qaldığı kimsəsiz yerdən İsa Peyğəmbər ilə birlikdə qövmünün yanına gələndə onlar ancaq zənnə qapılaraq Məryəmə çirkin böhtanlar atdılar. Halbuki iftira atan bu qövmün fərdləri Məryəmi tanıyır, həm onun, həm də İmran ailəsinin nə dərəcədə Allaha bağlı, dindar və namuslarına bağlı insanlar olduqlarını çox yaxşı bilirdilər. Həqiqətdə İsa Peyğəmbərin dünyaya gəlməsi forması Allahın Məryəmin qövmünə göstərdiyi böyük bir möcüzə, Allahın varlığı ilə bağlı mühüm bir dəlildir. Ancaq Məryəmin ətrafındakılar bu vəziyyəti başa düşməmiş, onun haqqında həqiqətə uyğun olmayan ittihamlarla ona çirkin böhtan atmağa çalışmışdılar:

“Uşağı götürüb öz adamlarının yanına gəldi. Onlar dedilər: “Ey Məryəm! Sən çox əcaib bir şeylə gəldin! Ey Harunun bacısı! Atan pis kişi, anan da zinakar deyildi!” (“Məryəm” surəsi, 19/27-28).

Məryəm isə əslində bu çirkin böhtan və ittihamlarla imtahan edilirdi. Allaha çox bağlı olan namuslu bir insana bu cür böhtan atılması Allahın onun üçün yaratdığı bir imtahandır. Bu vəziyyət qarşısında Məryəm tez Allaha sığınmış və onların bu böhtanlarının müqabilində Allahın ona kömək edəcəyini bilərək təvəkkül etmişdi. O, köməyi və dəstəyi ancaq Allahdan gözləmiş və hər dəfə də Allahın geniş rəhməti və mərhəməti ilə əvəz görmüşdü.

Allah çətin vəziyyətdə olan bu seçilmiş bəndəsinə yenə bir möcüzə ilə kömək göstərmiş və qövmü onunla danışmaq istəyəndə susmasını və böhtançılara İsa Peyğəmbərə işarə etməsini bildirmişdi. Allahın Məryəmə bildirdiyi bu əmr Qur’anda bu cür xəbər verilir:

“…Əgər bir adam görəcək olsan, belə de: “Mən Rəhman yolunda oruc tutmağı nəzir eləmişəm, ona görə də bu gün heç kəslə danışmayacağam”” (“Məryəm” surəsi, 19/26).

Allah Məryəmə İsa Peyğəmbərin anadan olacağını müY- dələdiyi vaxt onun hələ beşikdəki körpə ikən danışacağını da xəbər vermişdi. Həmin möcüzə belə bir çətin vəziyyətdə Məryəmə Rəbbimizdən böyük dəstək olmuşdu:

“O, beşikdə ikən də, yaşa dolduqdan sonra da insanlarla danışacaq və salehlərdən olacaqdır” (“Ali-İmran” surəsi, 3/46).

Allah Məryəmin verəcəyi açıqlamanı möcüzəli bir şəkildə İsa Peyğəmbərə etdirmişdir. Beləliklə, həm Məryəmə atılan böhtanlardan təmizləmiş, həm də bir möcüzə ilə İsa Peyğəmbərin elçiliyini İsrail oğullarına müYdələmişdi:

“Ona işarə etdi. Onlar: “Beşikdə olan uşaqla necə danışaq?” - dedilər. İsa dedi: “Mən həqiqətən Allahın quluyam. O, mənə kitab verdi, özümü də peyğəmbər etdi. O, harada oluramsa olum, məni mübarək etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. O, həmçinin məni anama qarşı olduqca itaətkar etdi, zülmkar, asi eləmədi! Doğulduğum gün də, öləcəyim gün də, diriləcəyim gün də mənə salam olsun!”” (“Məryəm” surəsi, 19/29-33).

İsa Peyğəmbər Allahın qulu olduğunu, ona kitab verildiyini və yetkin olanda insanlara təbliğ etmək vəzifəsi daşıyacaq bir peyğəmbər olduğunu, Allah üçün namaz qılıb zəkat verməli olduğunu, anası Məryəmə hörmət edib sözünə qulaq asmalı olduğunu, öləcəyi və qiyamət günü dirildiləcəyini də bilir.

Bu vəziyyət İsrail oğullarına fövqəladə bir həqiqətlə qarşı-qarşıya olduqlarını, gözlədikləri Məsihin dünyaya gəldiyini sübut etmişdi. Allah belə buyurur:

“İsmətini qoruyanı da yad et! Biz Öz ruhumuzdan ona üfürdük, onu və oğlunu aləmlərə bir möcüzə etdik” (“Ənbiya” surəsi, 21/91).

Ayələrdə İsrail oğullarına bir xəbər də verilir: onlara göstərilən bütün möcüzəli hadisələrə baxmayaraq Məryəmə böhtan atmağa davam edənlər üçün böyük bir əzab var (“Nisa” surəsi, 4/156-157).

İsa Peyğəmbərin həyatı

Tarixi mənbələrə görə, İsa Peyğəmbər bundan təxminən 2000 il əvvəl yaşayıb. O, Allahın dünyada və axirətdə seçdiyi bir elçisidir. Matta İncilində İsa Peyğəmbərin I Herod və reYim dəyişikliyi dövründə (b.e.ə. 4-cü il), Luka İncilində isə imperator Avqustun dövründə (eramızın 6-cı ili), Yəhudiyyədə əhalinin sayılması dövründə anadan olduğu bildirilir. Bu məlumatları təsdiq etmək mümkün deyil. Ancaq müxtəlif mənbələri araşdıran tədqiqatçılar İsa Peyğəmbərin b.e.ə. 7-6-cı illər arasında anadan olduğunu güman edirlər.

Allahın üstün xüsusiyyətlərlə nemətlər bəxş etdiyi, sonsuz cənnət yurdu ilə müYdələdəyi bu dəyərli elçisinin gətirdiyi haqq dinin adı bu gün yer üzündə qalsa da o, əsl həqiqətdə təhriflərə məruz qalmış və əslindən uzaqlaşdırılmışdır. Allahın İsa Peyğəmbərə vəhy etdiyi İncilin də eynilə təkcə adı qalır, əsli isə mövcud deyil. Xristian mənbələri müxtəlif dəyişikliklərə məruz qalıb və təhrif edilib. Dolayısı ilə bu gün İsa Peyğəmbər ilə bağlı həqiqi məlumatları bu mənbələrdən əldə etməyimiz mümkün deyil. İsa Peyğəmbər haqqında doğru məlumat əldə edə biləcəyimiz yeganə mənbə Allahın qiyamətə kimi qoruyacağını vəd etdiyi Qur’andır. Qur’anda İsa Peyğəmbərin anadan olması, həyatı, bu müddət ərzində qarşısına çıxan hadisələrdən nümunələr, ətrafındakı insanların vəziyyəti və daha bir çox məsələlərdən bəhs edilir. İsa Peyğəmbərin yəhudilər arasında necə təbliğat aparması da bir çox nümunə ilə xəbər verilir. “Ali-İmran” surəsində Rəbbimiz belə buyurur:

“Məndən əvvəl göndərilmiş Tövratı təsdiq edərək sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün gəldim və sizə Rəbbiniz tərəfindən bir möcüzə gətirdim. İndi Allahdan qorxun və mənə itaət edin! Şübhə yoxdur ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Budur doğru yol!” (“Ali-İmran” surəsi, 3/50-51).

Yəhudilərin əksəriyyəti İsa Peyğəmbərin bu dəvətinə cavab verməmiş, ancaq az saydakı həvari ona tabe olmuşdu. Qur’anda bu səmimi inananların varlığı belə bildirilir:

“İsa onların küfrünü hiss etdikdə: “Allah yolunda kim mənim köməkçim olacaqdır?!” - deyə soruşdu. Həvarilər dedilər: “Bizik Allahın köməkçiləri! Biz Allaha inandıq. Sən də təslim olduğumuza şahid ol!” “Ey Rəbbimiz, nazil etdiyinə iman gətirdik və peyğəmbərinə tabe olduq. Artıq bizləri şahid olanlarla bir yerdə yaz!”” (“Ali-İmran” surəsi, 3/52-53).

Əhdi-Cədidə görə, İsa Peyğəmbər yanında bu 12 tələbəsi olduğu halda Fələstinin hər tərəfini gəzib dolaşmışdı. İnsanları Allaha iman gətirməyə dəvət etmək üçün etdiyi bu səyahət zamanı Allahın icazəsi ilə müxtəlif möcüzələr göstərmişdi. Xəstə və şikəst insanları, cüzam xəstəliyinə tutulanları sağaltmış, anadangəlmə korların gözlərini açmış və ölüləri diriltmişdi. Bu möcüzələr Qur’an ayələrində belə xəbər verilir:

“…Mən həqiqətən Rəbbiniz tərəfindən möcüzə ilə sizə gəlmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzəldib ona üfürərəm, o da Allahın iznilə quş olar. Anadangəlmə korları, cüzam xəstəliyinə tutulanları sağaldar və Allahın iznilə ölüləri dirildərəm. Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər verərəm. Əgər möminsinizsə, bunda bir dəlil vardır” (“Ali-İmran” surəsi, 3/49). “Xatırla ki, o gün Allah belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənə və anana nemətimi yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən beşikdə olanda da, yetkin çağında da adamlarla danışdırdım. Sənə kitabı, hikməti, Tövratı və İncili öyrətmişdim. O zaman sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verir və Mənim iznimlə ölüləri dirildirdin. Sən İsrailoğullarının yanına açıq möcüzələrlə gəldiyin zaman Mən səndən dəf etmişdim. Onlardan küfrə batanlar isə belə demişdilər: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!”” (“Maidə” surəsi, 5/110).

İsa Peyğəmbər böyük möcüzələr göstərmiş, insanlar onun göstərdiyi bu möcüzələrdən çox təsirlənmişdilər. Ancaq İsa Peyğəmbər həmişə bu möcüzələrin Allahın icazəsi ilə gerçəkləşdiyini bildirmiş, İncil açıqlamalarında isə sağaltdığı insanlara teztez “imanın səni xilas etdi” demişdi. Matta İncilinə görə, xalq da İsa Peyğəmbərin möcüzələri qarşısında Allahı ucaltmışdı:

“İsa oradan çıxıb Qalileya gölü yaxınlığına gəldi və dağın başına çıxıb orada oturdu. Onun yanına böyük bir izdiham gəldi və aralarında topallar, korlar, dilsizlər, çolaqlar və daha başqa bir çoxları var idi. Onları İsanın ayaqlarının yanına qoydular və İsa onları sağaltdı. Dilsizi danışan, çolağı sağlam, koru görən və topalı yeriyən gördüyü zaman xalq təəccübləndi və İsrailin Allahına həmd etdi” (“Matta”, 15/29-31).

Getdikcə çoxalan maneələrə baxmayaraq xüsusilə də təzyiq və zülm altında yaşayan xalqın arasında İsa Peyğəmbərə inananların sayı artmağa başlamışdı. Bu dövrdə İsa Peyğəmbər və həvariləri bütün ətraf qəsəbə və şəhərləri gəzmişdi. Bu arada rahiblər və mirzələr (katiblər) illərdir davam etdirdikləri ənənələrinin batil yönlərini onlara bildirən, qurduqları sistemdəki səhvlərini deyən, onları ancaq Allaha iman gətirib Allah üçün yaşamağa dəvət edən İsa Peyğəmbərə qarşı tələlər qurmağa başlamışdılar (“Luka” İncili, 22/1-2; “Yəhya” İncili, 11/48).

Qur’anda İsa Peyğəmbərin Allahın dərgahına qaldırıldığı və ona oxşar bir nəfərin İsa zənn edilərək öldürüldüyü xəbər verilir. İsa Peyğəmbər bütün peyğəmbərlərin etdiyi kimi xalqını Allaha iman gətirməyə, könüldən təslim olub Allahın razılığını qazanmaq üçün yaşamağa, günahlardan və pisliklərdən çəkinməyə, yaxşı işlər görməyə dəvət etmişdi. Onlara dünya həyatının müvəqqəti olduğunu və ölümün yaxınlığını xatırlatmış, axirət günündə hər insanın bütün etdikləri ilə sorğu-suala çəkiləcəyini bildirmişdi. İnsanları ancaq Allaha ibadət etməyə və ancaq Allahdan qorxub çəkinməyə çağırmışdı. İncildə də bu məsələ ilə bağlı çoxsaylı nəsihətlərə və ibrətamiz hekayələrə rast gəlmək mümkündür. İsa Peyğəmbər İncildə qeyd edilən ifadə ilə desək, “imanı qıt olanlara” nəsihətlər verir, insanlara “Allahın hakimiyyətinin” yaxın olduğunu müYdələyir və onları Allahdan bağışlanma istəməyə dəvət edir. Bu hakimiyyət yəhudilərin Məsihin gəlməsi ilə birlikdə xilas olacaqlarına ümid etdikləri və İsrail oğullarının imanına və qurtuluşuna səbəb olmasını gözlədikləri hakimiyyətdir.

İsa Peyğəmbər Musa Peyğəmbər şəriətinə, yəni həqiqi Tövratın hökmlərinə bağlı qalmış və yəhudiləri də bu hökmlərdən uzaqlaşdıqları və ya bu hökmləri qeyri-səmimi şəkildə, özünü göstərmək məqsədi ilə tətbiq etdikləri üçün tənbeh etmişdi. Əhdi-Cədidə görə, ona qarşı gələn yəhudilərə “Musaya iman gətirsəydiniz, mənə də iman gətirərdiniz. Çünki o, mənim haqqımda yazmışdır” (“Yəhya” İncili, 5/46) demişdi. İsa Peyğəmbər insanları Tövrata qayıtmağa dəvət etmişdi. Matta İncilində İsa Peyğəmbərin “Müqəddəs Qanun”a, yəni Musa Peyğəmbərin şəriətinə tabe olmaq üçün verdiyi bir əmr belə qeyd edilir: “…Mən pozmaq üçün yox, icra etmək üçün gəldim…” (“Matta” İncili, 5/17).

“Beləliklə, bu ən kiçik əmrlərdən birini kim pozarsa və belə etməyi insanlara öyrədərsə, Səmavi Səltənətdə o, ən kiçik adlanacaqdır və onlara kim əməl edər və öyrədərsə, Səmavi Səltənətdə böyük adlanacaqdır” (“Matta” İncili, 5/19).

Qur’anda da İsa Peyğəmbər üçün belə xəbər verilir:

“Məndən əvvəl göndərilmiş Tövratı təsdiq edərək sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün gəldim və sizə Rəbbiniz tərəfindən bir möcüzə gətirdim. İndi Allahdan qorxun və mənə itaət edin!” (“Ali-İmran” surəsi, 3/50).

İsa Peyğəmbərin mübarizəsi

İsa Peyğəmbərin gəldiyi dövrdə yəhudi cəmiyyətində dini insanlara fərqli şəkillərdə çatdıran çox sayda məzhəb var idi. Allahın Musa Peyğəmbərə vəhy etdiyi haqq dindən uzaqlaşılmış, batil ənənələr və azğın inanclar meydana çıxarılmışdı. Bunlara əlavə olaraq da bütpərəst Ellin mədəniyyəti insanlar arasında yayılır və onun rəğbətlə qarşılanmasına səy edilirdi. Bu mədəniyyətin təsiri altındakı bəzi yəhudi məzhəbləri isə sahib olduqları tövhid inancının yerinə bu azğın anlayışın rəmzlərini, heykəllərini qoymağa başlamışdılar.

Xaos və qarmaqarışıqlıq içindəki cəmiyyətə hidayət rəhbəri olaraq göndərilən İsa Peyğəmbər onların aralarında olduğu müddət ərzində çox müxtəlif cəmiyyətlərlə mübarizə aparmışdı. Qur’an ayələrindən İsa Peyğəmbərin dinləri məsələsində ixtilaf edənlərə yol göstərdiyi aydın olur. İncildə qeyd edilən bəzi ifadələrdən də İsa Peyğəmbərin xüsusilə saxta din adamlarını, Allaha şərik qoşan müşrik qrupları, dindar kimi görünərək xalqı aldadanları əməllərindən əl çəkməyə, səmimi şəkildə Allaha iman gətirməyə dəvət etdiyi aydın olur. İncildə teztez bəhs edilən iki qrupu - fəriseyləri və saddukiləri buna misal göstərə bilərik. Müxtəlif məsələlərdə dərin ixtilafda olan bu iki qrupun bəzi mənsublarının müştərək cəhətləri isə Allahın İsa Peyğəmbərin vasiləsilə insanlara göndərdiyi vəhydən möhkəmcə narahat olmalarıdır. Çünki İsa Peyğəmbərin təbliğ etdiyi haqq dinə görə, həm maddiyyatçı bir dünyagörüşünə sahib olan saddukilər, həm də səmimiyyətini itirərək üzdə görünənlərə və xurafatlara yönələn fəriseylər səhv yolda idi. Bu qruplar içində olduqları vəziyyəti başa düşəndə İsa Peyğəmbərə qarşı cəbhə açmışdılar. Allah Qur’anda belə bildirir:

“İsa aşkar möcüzələrlə gəldiyi zaman dedi: “Həqiqətən mən sizə hikmətlə, həm də ixtilafda olduğunuz bəzi şeyləri izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin!” (“Zuxruf” surəsi, 63).

Həm fəriseylər, həm də saddukilər mövcud sistemdən mənfəət götürür, buna görə də İsa Peyğəmbərə itaət etmirdilər. Onlar yəhudi cəmiyyətində böyük bir nüfuz sahibi sayılır, din adamı kimi hər kəsdən böyük hörmət görürdülər. Yaratdıqları saxta din onlara status, hətta pul qazandıran bir qurum halına gəlmişdi. Ölkəni idarə edən Roma valisi ilə də sıx əməkdaşlıq edirdilər. Xüsusilə də saddukilər Roma ilə İsrail xalqı arasındakı mənfi münasibətləri aradan qaldırır və bunun əvəzində Romanın onlara göstərdiyi ayrı-seçkilikdən istifadə edirdilər. Bu şərtlər nəzərə alınanda İsa Peyğəmbərin təbliğinin bu din adamlarını niyə narahat etdiyini başa düşmək çox asandır. Çünki İsa Peyğəmbər bütün peyğəmbərlər kimi pozulan, hər cür əxlaqsızlığı halal qəbul edən “mövcud sistem”i hədəf seçmişdi. İsa Peyğəmbər onların yol verdiyi bütün ədalətsizliklərdən, haqsızlıqlardan, əxlaqsızlıqlardan və bütpərəst dinlərindən əl çəkməsini, ancaq Allah üçün yaşamasını istəyirdi. O, insanlara Allah qorxusunu, Allahı sevməyi, Allaha təslim olmağı nəsihət edirdi. Düzgün olmayan qaydalardan, mənfi əməllərdən uzaqlaşmalarının, ancaq Allaha ibadət edib hər işdə Allaha yönəlmələrinin vacibliyini bildirirdi. Göstərdiyi möcüzələr onun Allahın seçib bəyəndiyi, elm və qüvvət kimi dəstəklədiyi çox qiymətli bir peyğəmbər olduğunu açıq şəkildə ortaya qoyurdu. Onun iman dərinliyi, yüksək əxlaqı, üstün qavrayışı və hikmətli açıqlamaları insanlarda böyük heyranlıq yaradırdı.

Əhdi-Cədidə görə, İsa Peyğəmbər təbliğat apararkən bir tərəfdən də ağır zülmə məruz qalan xalqa qurtuluşun yaxınlaşdığını, yaxında Allahın hakimiyyətinin qurulacağını söyləyərək onların içindəki inancı canlandırmışdı. Bu zaman İsa Peyğəmbərin Davud Peyğəmbərin nəslindən gəldiyi xəbəri də xalq arasında geniş yayılmış və onun gözlənilən Məsih olduğu inancı dalğa-dalğa yayılmışdı (Matta İncili, 9/28-35). Bütün bunlar da mövcud sistemdən mənfəət götürən saxtakar din adamlarını və Romanın gətirdiyi bütpərəst mədəniyyəti qəbul edənləri narahat edirdi.

Əhdi-Cədidə görə, bu dairələr İsa Peyğəmbərin təbliğini təsirsiz hala gətirə bilmək üçün hər fürsəti dəyərləndirmiş, ancaq hər dəfə məğlub olmuşdular. İsa Peyğəmbərin onların iddialarını tamamilə darmadağın edən cavablar və hikmətli izahlar verməsi din adamlarını çox narahat etmişdi. Onları tələ qurmağa vadar edən səbəblərdən biri də İsa Peyğəmbərin onlar haqqında bəhs etdikləri olmuşdu. Luka İncilinə görə, İsa Peyğəmbər xalqın qarşısında onların saxtakarlıqlarını bu cür açıqlamışdı:

“Din alimlərindən özünüzü gözləyin! Onlar uzun paltarlarda gəzməyi, meydanlarda salam almağı, sinaqoqlarda baş kürsüləri və ziyafətlərdə yuxarı yerləri tutmağı sevirlər. Onlar dul qadınların evlərini talayar və riyakarcasına uzun-uzadı dualar edərlər. Bunlar daha ağır məhkumiyyətə uğrayacaqlar” (“Luka” İncili, 20/46-47).

Bəzi yəhudi din adamları Tövrat hökmlərini dəyişdirmiş, şəxsi mənfəətlərinə uyğun yeni hökmlər əlavə etmişdilər. İsa Peyğəmbər yəhudi xalqına verdiyi nəsihətlərlə bu saxta hökmləri aradan qaldırırdı. İsa Peyğəmbərin təmizləməyə çalışdığı şey Musa Peyğəmbərin gətirdiyi qadağaların üstünü örtən batil ənənələr, xurafatlar, insanların ortaya atdığı qadağalar idi. Mark İncilinə görə, İsa Peyğəmbər fəriseylərlə danışarkən onları xüsusilə bu yöndən tənbeh etmişdi:

“İsa onlara (fəriseylərə və din adamlarına) belə cavab verdi:…Siz Allahın əmrini atıb insan ənənəsinə riayət edirsiniz… Beləliklə, siz nəsildən-nəslə keçən öz ənənənizlə Allahın sözünü təsirsiz edir və buna oxşar çox şeylər edirsiniz” (“Mark” İncili, 7/6-13).

Fəriseylər qazanclarının onda bir hissəsini Allaha nəzir verməli olduqlarına inanır və bu qaydaya da tabe olurdular. Ancaq bunu bir ibadətdən daha çox ənənə halına gətirmişdilər. Luka İncilinə görə, İsa Peyğəmbər onlara belə xəbərdarlıq etmişdi:

“Amma vay halınıza, fəriseylər! Çünki nanə, sədəfotu və hər cür göyərtinin onda birini verirsiniz, amma ədalətə və Allahın məhəbbətinə qayğısızlıq göstərirsiniz. Onda bir hissəni verməyi ehmal etmədən əsas bunları tətbiq etməli idiniz. Vay halınıza, fəriseylər! Çünki sinaqoqlarda baş kürsüdə oturmağı və bazar meydanlarında salam almağı sevirsiniz. Vay halınıza! Çünki itmiş qəbirlər kimisiniz ki, insanlar bilmədən üstünüzdən keçərlər” (“Luka” İncili, 11/42- 44). “Vay sizin də halınıza, Qanun alimləri! Çünki siz adamların boynuna çətin daşına bilən yüklər qoyur, özünüz isə bir barmağınız ilə də olsa, o yüklərə toxunmursunuz” (“Luka” İncili, 11/46). “Vay halınıza, Qanun alimləri! Çünki elm qapısının açarını siz götürdünüz; nə özünüz girdiniz, nə də girmək istəyənlərə imkan verdiniz” (“Luka” İncili, 11/52).

Bu cür xəbərdarlıqlar və etdikləri əxlaqsızlıqların birbir ortaya çıxarılması din adamlarının İsa Peyğəmbərə olan düşmənçiliklərini daha da artırmışdı. Həmçinin Luka İncilinə görə, İsa Peyğəmbərin yuxarıdakı sözlərindən sonra saxta din alimləri ilə fəriseylər onu tələyə salmaq üçün fürsət axtarmağa başlamışdılar (“Luka” İncili, 11/53-54).

Qur’anda bildirildiyi kimi, İsa Peyğəmbər İsrail oğullarını Allaha könüldən iman gətirməyə və Musa Peyğəmbərin gətirdiyi şəriətə geri qayıtmağa dəvət etmişdi. İsa Peyğəmbərin yəhudilər haqqında Tövratın “İşaya” kitabından götürərək dediyi aşağıdakı sözlər də Qur’anda inkarçılar üçün bildirdiyi “…Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər…” (“Əraf” surəsi, 7/179) ayəsi ilə böyük bir bənzərlik göstərir: “Qulaqlarınızla eşidəcəksiniz, amma başa düşməyəcəksiniz. Gözlərinizlə baxacaqsınız, lakin görməyəcəksiniz. Çünki bu xalqın ürəyi kobudlaşıb, qulaqları ilə ağır eşidirlər. Gözlərini yummuşlar ki, gözləri ilə görməsinlər, qulaqları ilə eşitməsinlər. Ürəkləri ilə anlamasınlar və müraciət etməsinlər ki, onlara şəfa verim” (“Matta” İncili, 13/14-15).

Peyğəmbərlər Allahın onlara verdiyi vəzifələri ən gözəl şəkildə yerinə yetirmiş, insanları hidayət yoluna dəvət etmək üçün əllərindəki imkanlardan və bütün güclərindən axıra kimi istifadə etmişdilər. İsa Peyğəmbər da ona qurulan bütün tələləri, atılan böhtanları və təşkil edilən hücumları çox böyük bir səbrlə qarşılamış və Allaha təvəkkül edib təbliğat aparmaqda davam etmişdi. O, yanında köməkçilərinin sayının az olmasına baxmayaraq həmişə qalib gələn tərəf olmuşdu. Bu təbliğ zamanı dini əslinə qaytara bilmək, onu xurafatlardan və batil qaydalardan təmizləmək üçün müxtəlif üsullardan istifadə etmişdi. Rəbbimizin ona bəxş etdiyi üstün qavrayış və hikmət sayəsində İsrail oğullarına qarşı çox təsirli çıxışlar etmiş, hikmətli nümunələr vermişdi.

Nəticə olaraq deyə bilərik ki, İsa Peyğəmbər insanları ancaq Allaha iman gətirməyə dəvət etmiş, din əxlaqının hakim olacağını müYdələmiş, batil inanclarla, xurafatlarla və bütpərəstlərlə mübarizə aparmış, dünyanın bir imtahan yeri olduğunu misallarla açıqlamış, xalqın yanlış əxlaq anlayışını düzəltmək üçün böyük səy göstərmiş, üstün əxlaqı ilə də ətrafındakı insanlara ən gözəl nümunə olmuşdu. Ancaq bütün bu fəaliyyəti düşmənlərinin daha qəti hərəkətlərə əl atmasına, onu öldürmək üçün böyük tələ qumasına səbəb olmuşdu.

İsa Peyğəmbərin üstün əxlaqi xüsusiyyətləri

Peyğəmbərimizin hədislərində İsa Peyğəmbər ilə bağlı çox mühüm xəbərlər verilmişdir. Hədislərdə bu mübarək insanın zahiri görünüşü haqqında da bəzi məlumatlar var. Hədislərə görə, İsa Peyğəmbər orta boylu, qırmızıya çalan ağ bədənli, düz saçlı, fövqəladə gözəlliyə malik bir insan idi. Uzatdığı saçları kürəklərinin arasına çatardı. Yun paltar və ağac qabığından hazırlanmış sandal geyinərdi. İsa Peyğəmbər dünyadan üz döndərər, axirəti istəyər və vaxtını Allaha ibadət etməklə keçirərdi (M.Asım Köksal, «Peyğəmbərlər Tarixi», səh. 334, 335).

Onu görən hər bir insanın heyran qalacağı gözəllikdə olan bu mübarək insan bəzi hədislərdə belə tərif edilir:

“Mən bu gecə yuxuda Kəbədə olduğumu gördüm. Qəfildən əsmər bir insan gördüm. Elə bil o əsmər insanlardan görünənlərin ən gözəli, başının saçı iki kürəyinin arasına tökülürdü. Daranmış və təmizlənmişdi, başından su axırdı. İki əlini iki insanın kürəyinə qoyaraq Beyti təvaf edirdi. “Bu kimdir” - deyə soruşdum. Onlar: “Bu, Məryəmin oğlu Məsihdir” - dedilər. “…Elə isə onu görəndə tanıyacaqsınız. O, orta boylu, ağ və pəmbə bədənli bir insan olub sarı rəngli paltarda olacaqdır…” (Məvdudi, «Tarix boyunca tövhid mübarizəsi və Peyğəmbər», I cild, səh. 377-383).

Allahın seçib göndərdiyi bir peyğəmbər olan İsa Peyğəmbərdə da bütün üstün əxlaqi xüsusiyyətlər ən gözəl şəkildə təzahür etmişdir. Onu başqa insanlardan fərqləndirən əsas xüsusiyyətlərdən biri insanların görən kimi təsirlənəcəyi yüksək əxlaqı və şəxsiyyətidir. İsa Peyğəmbər Allaha olan güvəni, təvəkkülü və imanı ilə çox iradəli, cəsarətli, cəmiyyətin təsirinə düşməyən, əksinə, başqalarına təsir edən güclü bir insandır. Həmçinin bütün peyğəmbərlərin malik olduğu bu üstünlük ayələrdə belə bildirilir:

“Bu, bizim İbrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi dərəcə-dərəcə yüksəldərik… Biz İshaqı və Yəqubu ona əta etdik. Onların hər birini hidayətə çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Zəkəriyyəni, Yəhyanı, İsanı, İlyası da hidayətə çatdırdıq. Onların hamısı əməlisalehlərdən idi. Biz həmçinin İsmaili, Əlyəsəi, Yunisi və Lutu da aləmlərdən üstün tutduq. Biz onların atalarından, nəsillərindən və qardaşlarından da onları seçdik və düz yola yönəltdik. Bu, Allahın haqq yoludur. Bəndələrindən istədiyini ona yönəldir…” (“Ənam” surəsi, 6/83- 88).

Bütün peyğəmbərlər kimi İsa Peyğəmbər da ədalətdən ayrılmayan, təvazökar, şəfqətli, səmimi, dürüst, fədakar bir insan kimi Allahın seçdiyi peyğəmbərlərdən idi. Bir ayədə Allah İsa Peyğəmbər üçün belə buyurur:

“Bu peyğəmbərlərin bəzisini digərindən üstün etdik. Allah bunlardan bəzisi ilə danışmış, bəzisinin isə dərəcələrini yüksəltmişdir. Məryəm oğlu İsaya açıq möcüzələr verdik və onu müqəddəs ruhla qüvvətləndirdik…” (“Bəqərə” surəsi, 2/253).

İsa Peyğəmbərin həyatına nəzər salanda onun bu üstün əxlaqi xüsusiyyətlərini görmək olar. İsa Peyğəmbər hər şeydən əvvəl dini insanlara çatdıran bir hidayət rəhbəri idi. O, həm Allahın bütün əmr və tövsiyələrinə ən çox riayət edən, həm də ən düzgününü anladaraq xalqı xurafatlardan uzaqlaşdıran bir yolgöstərəndir. İsa Peyğəmbərin Allahın göstərdiyi ibadətləri və digər əxlaqi xüsusiyyətləri həssaslıqla tətbiq etməsi Qur’anda belə bildirilir:

“Dedi: “Mən həqiqətən Allahın quluyam. O, mənə kitab verdi, özümü də peyğəmbər etdi. O, harada oluramsa olum, məni mübarək etdi və mənə diri olduqca - namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. Anama itaət etməyi də…” (“Məryəm” surəsi, 19/30- 32).

İsa Peyğəmbər yer üzündə olduğu müddət ərzində düzgünü səhvdən ayırmaq, hikmətli və təsirli söz söyləmək kimi xüsusiyyətləri ən gözəl nümunələrlə ortaya qoymuşdu. Düşmənlərinin onu alçaltmaq üçün mənfi məqsədlə soruşduqları suallara ən hikmətli və ən məntiqli cavablar vermiş, bir nümunə ilə düşmənlərinin bütün səylərini puça çıxarmışdı. İsa Peyğəmbər xalqının ona qarşı rəftarının müqabilində həmişə təvəkküllü olmuş, Allaha olan güclü imanı və səmimiyyəti ona güc vermiş, Allahın varlığını ən təsirli yollarla izah etmişdi.

İsa Peyğəmbər başqa peyğəmbərlər kimi təbliğində dini insanlara açıq, səlis və xalqın başa düşəcəyi şəkildə çatdırmışdı. Verdiyi hikmətli tövsiyə və nümunələr insanların vicdanına təsir etmiş, onları fikirləşməyə, Allahın razı olacağı kimi davranmağa təşviq etmişdi. İsa Peyğəmbərin təbliğindən onun Allaha olan sevgisi, coşğulu imanı və Allahın əmrlərini yerinə yetirmək işindəki təbliğ üsulu onun Allahın seçib bəyəndiyi və insanlardan üstün etdiyi müqəddəs bir insan olduğunu bizə ən gözəl şəkildə göstərir.

İsa Peyğəmbərin təbliği

Dünyaya gələndən Allahın yanına yüksəldilənə kimi bütün həyatı möcüzələrlə dolu olan İsa Peyğəmbərin yaşadığı və Allahın icazəsi ilə göstərdiyi möcüzələr Qur’anda belə xəbər verilir:

“Xatırla ki, o gün Allah belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənə və anana nemətimi yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən beşikdə olanda da, yetkin çağında da adamlarla danışdırdım. Sənə kitabı, hikməti, Tövratı və İncili öyrətdim…”” (“Maidə” surəsi, 5/110). “Və onu İsrail övladına peyğəmbər göndərəcək: “Mən həqiqətən Rəbbiniz tərəfindən möcüzə ilə sizə gəlmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzəldib ona üfürərəm, o da Allahın iznilə quş olar. Anadangəlmə korları, cüzam xəstəliyinə tutulanları sağaldar və Allahın iznilə ölüləri dirildərəm. Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər verərəm. Əgər möminsinizsə, bunda bir dəlil vardır” (“Ali-İmran” surəsi, 3/49).

Atasız anadan olması, beşikdə ikən danışması, Allahın müqəddəs kitablarını - Tövratı, İncili və Qur’anı bilməsi, palçıqdan quşa bənzər bir nəsnə hazırlayıb nəfəsi ilə canlandırıb uçurması, anadangəlmə koru, cüzamlı xəstələri sağaltması, ölünü diriltməsi, insanların yediklərini və gizləyib yığdıqlarını xəbər verməsi, özündən sonra gələcək müqəddəs insanı - Peyğəmbərimiz Muhəmmədi “Əhməd” adı ilə xəbər verməsi İsa Peyğəmbərin ayələrdə bildirilən möcüzələri sayıla bilər.

İsa Peyğəmbərin göstərdiyi bütün bu möcüzələrə və Allahın vəhyi ilə etdiyi təbliğə baxmayaraq xalqın böyük bir hissəsi inkar etməkdə davam etmişdi. Qur’anda nümunələri verilən digər xalqlar kimi həmin dövrün inkarçıları da İsa Peyğəmbərin əməllərinin sehrdən başqa bir şey olmadığını söyləyərək onu sehrbazlıqda ittiham etmişdilər.

“Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: “Ey İsrailoğulları! Həqiqətən mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə müYdə verən Allahın elçisiyəm!” Sonra onlara aşkar möcüzələrlə gəldikdə onlar: “Bu, açıq-aydın sehrdir!” - dedilər” (“Səff” surəsi, 6).

Yenə Qur’anda bildirildiyi kimi, İsa Peyğəmbər yəhudiliyi aradan qaldırmaq üçün deyil, bu şəriətin əslində düzgün olduğunu vurğulamaq və əlavə edilmiş xurafatları təmizləyərək dini əslinə qaytarmaq üçün göndərilmişdi. Bundan başqa, Allah onun üzərinə müxtəlif yəhudi məzhəbləri arasındakı ixtilafları yoluna qoymaq vəzifəsini qoymuşdu. Bu məsələ Qur’anda belə bildirilir:

“Məndən əvvəl göndərilmiş Tövratı təsdiq edərək sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün gəldim və sizə Rəbbiniz tərəfindən bir möcüzə gətirdim. İndi Allahdan qorxun və mənə itaət edin!” (“Ali-İmran” surəsi, 3/50). “İsa aşkar möcüzələrlə gəldiyi zaman dedi: “Həqiqətən mən sizə hikmətlə, həm də ixtilafda olduğunuz bəzi şeyləri izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin!” (“Zuxruf” surəsi, 63).

İsa Peyğəmbər Tövratda mövcud olan imani məsələləri təsdiq etmiş, ancaq Allahın insanlara bir yolgöstərən və nəsihət kimi göndərdiyi yeni kitabını - İncili gətirmişdi:

“Onların ardınca Məryəm oğlu İsanı özündən qabaqkı Tövratı təsdiq edən kimi göndərdik. Ona içində haqq yol və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən, müttəqilər üçün doğru yol və nəsihət olan İncili verdik. İncil əhli Allahın onda nazil etdiyi ilə hökm etsin. Allahın nazil etdiyi ilə hökm etməyənlər əlbəttə, günahkarlardır” (“Maidə” surəsi, 5/46-47).

İsa Peyğəmbərin dəvətinə qoşulanları sayı ilk əvvəl çox az olmuşdu. Çünki bu dəvət uzun illərdir ənənə halına gətirərək dinə qarışdırdıqları mövhumatlarla şəxsi mənfəətlərini təmin edən rahiblərin və Allahın hakimiyyətini qəbul etməyən idarəçi sinfin ayrı-seçkiliyini aradan qaldırırdı. Onların tətbiq etdiyi təzyiq və zülm xalqın təhdid altında yaşamasına və İsa Peyğəmbərdən uzaqlaşmasına səbəb olurdu. İsa Peyğəmbərin apardığı təbliğ yayılanda, onun ardınca gedənləri sayı artmağa başlayanda həmin qrupların hazırladığı xain tələlər və İsa Peyğəmbərə mane olmaq üçün qurduğu planlar da artmışdı. Tarix boyunca bütün peyğəmbərlər belə tələlərə məruz qalıblar. Müşriklərin elçilərə göstərdiyi bu qeyri-insani vəziyyət Qur’anda belə bildirilir:

“…Hər dəfə ürəyinizə yatmayan bir əmrlə gələn peyğəmbərə təkəbbürlük göstərmirdinizmi? Məhz buna görə də onların bir qismini təkzib etdiniz, bir qismini isə öldürdünüz” (“Bəqərə” surəsi, 2/87).

Xalq arasında İsa Peyğəmbərə qulaq asıb inananlarla inkarçılar ayrılmağa başlamış, iki qrup arasındakı fərq artıq aydın şəkildə görünməyə başlamışdı. Bir tərəfdə həqiqi dini anladan və insanları bir olan Allaha iman gətirməyə çağıran Allahın elçisi, digər tərəfdə isə hər hansı möcüzəni, dəlili görməyinə baxmayaraq inanmamağa qərar vermiş bir qrup var. İsa Peyğəmbərin qarşısındakı düşmənlər özlərini açıq şəkildə göstərməyə başlamışdılar. Ona qulaq asan, yanında olan insanlardan də sonradan onu inkar edənlərin çıxması ehtimalı da var. Həmçinin Allah “Amma onların içərisindən çıxan firqələr arasında ixtilaf düşdü…” (“Zuxruf” surəsi, 65) ayəsi ilə bunu bizə xəbər verir. Buna görə də İsa Peyğəmbər xalqın arasında iman gətirən, həqiqətən etimad göstərib güvənə biləcəyi insanları müəyyən etmişdi. Bu məsələ Qur’anda belə bildirilir:

“İsa onların küfrünü hiss etdikdə: “Allah yolunda kim mənim köməkçim olacaqdır?!” - deyə soruşdu. Həvarilər dedilər: “Bizik Allahın köməkçiləri! Biz Allaha inandıq. Sən də təslim olduğumuza şahid ol!”” (“Ali-İmran” surəsi, 3/52).

Qur’anda inkarçıların İsa Peyğəmbəri öldürmək məqsədi ilə bir tələ qurduqları xəbər verilir. Rəvayətlərə görə, İsa Peyğəmbərin yanındakılardan bir nəfəri xəyanət etməyə məcbur etmiş bir dəstə saxtakar din adamı Allahın elçisini tutub romalılara təslim etmək istəmişdi. Yenə rəvayətlərə görə, ölüm cəzasını tətbiq etmək səlahiyyəti olmayan rahiblər Roma idarəçilərini ayağa qaldırmaq üçün bir hiylə qurmuş və İsa Peyğəmbəri romalılara qarşı çıxan bir insan kimi təqdim etmişdilər. Çünki onlar romalıların bu məsələdə çox həssas və rəhmsiz olduqlarını yaxşı bilirdilər. Bu tələnin nəticəsi isə Qur’anda belə xəbər verilir:

“Onlar (inanmayanlar) hiyləyə əl atdılar. Allah da onların hiyləsinə əvəz verdi. Allah hiyləgərlərdən tədbirlidir (hiyləgərlərə ən yaxşı cəza verəndir)” (“Ali-İmran” surəsi, 3/54).

Ayələrdən də aydın olduğu kimi, İsa Peyğəmbəri öldürmək üçün hərəkətə başlanmış və ona tələ qurulmuşdu. Ancaq onlar İsa Peyğəmbəri öldürməyə nail ola bilməmiş, onun oxşarını İsa Peyğəmbər zənn edərək öldürmüşdülər. Allah İsa Peyğəmbəri Öz dərgahına yüksəldərək hazırlanan hiyləni puç etmişdi:

“Və:“Biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük”, - demələridir. Halbuki onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı. Bu haqlı ixtilafda olanlar onun barəsində əlbəttə, şəkk-şübhə içərisindədirlər.

Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onu öldürməmişlər. Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır. Şübhəsiz, Allah qüvvət, hikmət sahibidir!” (“Nisa” surəsi, 4/157-158).

Romalıların İsa Peyğəmbəri çarmıxa çəkərək öldürmələri iddiası dünyada çox geniş yayılmış bir səhvdir. Bu iddiaya görə, İsa Peyğəmbəri tutan romalılar və yəhudi din adamları onu çarmıxa çəkərək öldürmüşlər. Xristianların əksəriyyəti də hadisəni bu cür qəbul edir və onun öləndən sonra dirilərək göyə yüksəldiyinə inanır. Ancaq Qur’an ayələrinə nəzər yetirəndə hadisənin əslinin belə olmadığını görürük:

“Və: “Biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük” (qatəlnə), - demələridir. Halbuki onlar İsanı nə öldürdülər (ma qatələhu), nə də çarmıxa çəkdilər (ma saləbə). Onlarda yalnız belə bir təsəvvür yarandı (şubbihə). Bu haqlı ixtilafda olanlar onun barəsində əlbəttə, şəkk-şübhə içərisindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onu öldürməmişlər (ma qatələhu)” (“Nisa” surəsi, 157).

Eyni surənin yuxarıda qeyd edilən ayəsindən sonra gələn ayədə İsa Peyğəmbərin ölümü ilə bağlı belə buyrulur:

“Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır (rafaə). Şübhəsiz, Allah qüvvət, hikmət sahibidir!” (“Nisa” surəsi, 4/158).

Ayədə bildirilən məsələ çox aydındır. Yəhudilərin aldatmaları ilə İsa Peyğəmbəri öldürməyə çalışan romalılar buna nail ola bilməmişdilər. Ayədə qeyd edilən “…Onlarda yalnız belə bir təsəvvür yarandı…” ifadəsi bunu çox aşkar şəkildə göstərir.

Allah insanlara İsa Peyğəmbərin oxşarını göstərmiş və onu Öz dərgahına yüksəltmişdir. Bundan başqa, Allah bu iddiada olanların həqiqətlə bağlı bir məlumatlarının olmadığını da bildirir.

İsa Peyğəmbərin çarmıxa çəkilməsi ilə bağlı ilk dövrlərdə müxtəlif fikirlər səslənmişdi. Sonrakı əsrlərdə konsulluğun qərarı ilə xristianlığın dini əsasları (imanın şərtləri) müəyyən edilənə kimi bu fikir ayrılıqları davam etmiş və İsa Peyğəmbərin çarmıxa çəkilmədiyini iddia edən cərəyanlar yolunu azmış azğınlar elan edilmişdilər.