Kitab boyunca İsa Peyğəmbərin yer üzünə ikinci dəfə gələcəyini və bu gəlişin yaxın olduğunun əlamətlərini, Quran ayələri, Peyğəmbərimizin hədisləri, İslam alimlərinin açıqlamaları, həmçinin İncildən müxtəlif izahlarla təfsilatlı şəkildə açıqladıq.
Quran ayələrində İsa Peyğəmbərin Allah qatına alınması xəbər verilir və yer üzünə ikinci dəfə gəlişi müxtəlif əlamətlərlə bizə bildirilir. Peyğəmbərimizin də; “…vallah mütləq və mütləq Məryəm oğlu İsa enəcək, həm ədalətli bir hakim, ədalətli bir hökmdar olaraq enəcək…” (Sahih-i Müslim bi Şerhin-Nevevi, 2-ci cild, səh. 192) kimi bir çox hədisində İsa Peyğəmbərin gəldiyi zaman görəcəyi işlər və o dövrün xüsusiyyətləri müxtəlif nümunələrlə izah edilir. Bu açıqlamalar heç bir şübhəyə yer verməyəcək qədər açıq, ətraflı və yaşadığımız dövrdə baş verən hadisələrlə uyğundur. Necə ki, əsrlər boyunca İslam alimləri də əsərlərində İsa Peyğəmbərin yer üzünə ikinci dəfə gəlişi ilə əlaqədar çox önəmli şərhlər vermiş, Axırzamanda necə bir mühit yaranacağını insanlara çatdırmışlar. İncildə də İsa Peyğəmbərin yer üzünə gəlişinə dair çox açıq izahlar var.
Məhz kitab boyunca təfsilatlı şəkildə araşdırdığımız bütün bu dəlillər və dünyada yaşanan hadisələr diqqətlə cəm edildikdə İsa Peyğəmbərin gəlişinə ən çox 15-20 il qaldığı, bəlkə də, İsa Peyğəmbərin gəlmiş belə ola biləcəyi ortaya çıxır. Bu, yer üzündəki bütün insanlar üçün çox böyük müjdədir, sevinc və şövq mənbəyidir.
Unudulmamalıdır ki, İsa Peyğəmbər, Allahın, dünyaya gəlməsindən etibarən möcüzəvi həyatla nemət bəxş etdiyi və peyğəmbərlik məqamı ilə şərəfləndirdiyi mübarək bir elçisidir. Allah bu mübarək peyğəmbərin; “dünyada və axirətdə “seçilən, şərəfli və hörmətli” və (Allaha) yaxın edilənlərdən” (Ali İmran surəsi, 45) olduğunu bildirərək onu cənnətlə müjdələmişdir. Məhz buna görə də, yer üzünə ikinci dəfə gələcək bu mübarək peyğəmbəri, bütün insanlar mümkün qədər ən gözəl şəkildə qarşılamalıdırlar. Məhdud imkanlı bir insan belə, evinə adi bir qonaq gələcəyi zaman, neçə gün əvvəldən hazırlıq görər, bu qonağı ən təmiz və ən gözəl şəkildə qonaq qəbul etməyə, qulluqda qüsur etməməyə diqqət göstərər. Halbuki İsa Peyğəmbər bütün dünya insanları üçün, heç bir qonaqla müqayisə edilməyəcək qədər üstün xüsusiyyətlərə sahib, çox qiymətli bir qonaqdır. Buna görə də, bütün insanlar yaxın zamanda yer üzünü şərəfləndirəcək bu ulul-əzm peyğəmbəri ən gözəl şəkildə qarşılamalıdırlar.
İsa Peyğəmbərin gəlişi bütün insanlar üçün çox böyük bir nemət, Allahdan çox böyük bir lütfdür. Bu qiymətli peyğəmbərlə qarşılaşmaq Rəbbimizdən gələn çox böyük nemətdir. İsa Peyğəmbər gəldiyi zaman məsum, tərtəmiz və nurlu üzü, hikmətli, ağıllı və məqsədəuyğun danışıqları ilə dərhal diqqəti çəkəcək, dünyadakı bütün insanlar həyatlarında ilk dəfə ən yüksək insani xüsusiyyətlərə sahib mübarək bir peyğəmbər görəcəklər. Onun doğumu, həyatı, Allah qatına alınması və yer üzünə ikinci dəfə gəlişi kimi, bu gəlişdən sonrakı həyatı da Allahın icazəsi ilə möcüzələrlə dolu olacaq. Bütün insanlar onun üstün əxlaqına və bənzərsiz ağlına heyran olacaqlar. Onun söylədiyi hər söz, etdiyi hər hərəkət hikmətli, aldığı hər qərar məqsədəuyğun və Allahın ilhamı ilə olacaq.
Bütün insanların, xüsusilə də İncilə iman gətirən isəvilərin və Quran ayələrinə iman gətirən müsəlmanların İsa Peyğəmbərin gəlişi üçün həyəcanla, şövqlə və çox böyük coşğuyla hazırlıq görmələri lazımdır. Bu insanların arasında, Allahın cənnətlə müjdələdiyi bu qiymətli peyğəmbərin gəlişi üçün hazırlıq görməyənlər isə çox böyük səhv edirlər.
Çünki gəlişi İlahi kitablar və elçilərin sözləri ilə xəbər verilmiş bu cür mühüm bir qonağı qarşılama məsələsində ediləcək zəiflik və tənbəllik çox böyük vicdansızlıqdır. Allahın ayələrinə iman gətirən, dünyada baş verən hadisələri və Axırzamanın əlamətlərini ağlı və vicdanı ilə qiymətləndirən heç bir insan bu mübarək qonaq üçün hazırlıq görmədən gözləyə bilməz. Yaxud; “İsa Peyğəmbərin yer üzünə ikinci dəfə gələcəyinə iman edirəm” dedikdən sonra; “lakin indi hazırlıq görməyim, daha sonra əvəzini verərəm” deyə bir düşüncəsi də ola ilməz. Hansı vicdan sahibi, səmimi bir insan bu müjdəli dövr gəldiyi zaman; “biz İsa Peyğəmbəri gözləyirdik, lakin bunun üçün hazırlıq görməyi lazım bilmədik” deyə bir açıqlama verə biləcək? Əgər bu insanlar hələ də hazırlıq görməmələrini, 15-20 ili uzun müddət kimi görmələriylə açıqlayırlarsa bu çox yanlış düşüncədir. Çünki onlar da 15-20 ilin, 15-20 gün kimi sürətlə keçib gedəcəyini görəcək, İsa Peyğəmbərin gəlişinə biganə qaldıqları üçün çox böyük peşmançılıq yaşayacaqlar. Heç kim unutmamalıdır ki, 1970-ci illərdə yaşayan insanlar da 1980-ci illəri, 90-cı illəri çox uzaq görürdülər. Lakin zaman sürətlə gəlib keçdi və 2000-ci illər bir anda gəldi. Eynilə bu şəkildə, İsa Peyğəmbər ilə qarşılaşacağımız gün də Allahın icazəsi ilə çox sürətlə gələcək.
İsa Peyğəmbər gəlmədən əvvəl görülməsi lazım hazırlığın necə olmasının lazım olduğunu həm Quran ayələrindən, həm Peyğəmbərimizin hədislərindən, həm də Səid Nursi kimi böyük İslam alimlərinin hikmətli şərhlərindən anlayırıq. Bu hazırlığın ən mühüm mərhələsi isə, yer üzündəki din əleyhdarı sistemlərlə aparılacaq fikri mübarizədir.
Bədiüzzamanın da diqqət çəkdiyi kimi, bütün iman sahibləri darvinizm və materializm kimi insanları din əxlaqından uzaqlaşdıran ateist ideologiyalarla fikri mübarizədə ittifaq yaratmalı; bu kimi cərəyanların dünyadan silinmələrində birlik olmalıdırlar. Bunun üçün bütün imkanlarıyla, İsa Peyğəmbərin dinsizliklə aparacağı mübarizədən əvvəl dünya səviyyəsində böyük hazırlıq görməlidirlər. Necə ki, hədislərdə bildirildiyi kimi, İsa Peyğəmbər gəldiyi zaman bəhs olunan dinsiz cərəyanlarla mübarizə aparacaq. Səid Nursinin də bir sözündə ifadə etdiyi kimi, əlində “səmavi qılınc” ilə, yəni Allahın vəhyi ilə hərəkət edəcək, bu sayədə hər qərarı məqsədəuyğun olacaq və bütün dinsiz sistemləri ortadan qaldıracaq. (Mektubat, səh. 6)
Qəti unutmamaq lazımdır ki, İsa Peyğəmbərin gəlişi dünyanın yalnız müəyyən bölgələrinə təsir edəcək bir hadisə deyil. Onun gəlişi bütün dünyaya təsir edəcək gücdə, möcüzəvi və metafizik hadisədir. Bu mübarək peyğəmbərin gəlişi ilə dünya səviyyəsində ictimai və siyasi sahələrdə köklü dəyişiklər olacaq, bütün dünya İsa Peyğəmbərin ətrafında toplanıb birləşəcək. Məhz buna görə də, bütün xristianlar və müsəlmanlar tezliklə hərəkətə keçməli və birlik içində İsa Peyğəmbəri ən gözəl şəkildə qarşılamaq üçün əllərindəki bütün imkanları səfərbər etməlidirlər. Tək bir Allaha iman gətirən, Onun rəğbətini qazanmağa çalışan, Ona tam təslim olmuş, Ona qəlbən bağlı olan, Onu ucaldan, təməldə eyni dəyərləri müdafiə edən xristian və müsəlmanların ortaq hərəkət etmələri ən doğrusudur. Həm xristianların, həm də müsəlmanların bir-birlərinə tolerantlıq, sevgi, anlayış və sülhlə yaxınlaşmalarının lazım olduğu aydındır. Əsrlərdir davam edən çəkişmələrə, ön mühakimələrə, yanlış anlaşılmalara artıq son qoyulmalıdır. Çünki itiriləcək vaxt yoxdur.
İsa Peyğəmbəri necə tanıya bilərik?
Səmimi iman sahiblərinin İsa Peyğəmbəri tanıması olduqca asan olacaq. Daha əvvəl də ifadə etdiyimiz kimi, İsa Peyğəmbər, peyğəmbər əlamətlərindən dərhal tanınacaq. Sahib olduğu üstün ağıl və hikmətlə digər insanlardan fərqlənəcək.
Həmçinin yer üzünə ilk gəlişində olduğu kimi, ikinci dəfə gəlişində də Allahın icazəsi ilə bir çox möcüzəsi olacaq. Bütün insanlara Allahın dininin haqq olduğunu göstərəcək, üstün gələcək olanların həmişə Allahın tərəfdarları olduğunu sübut edəcək. Rəbbimizin; “kim Allahı, Rəsulunu və iman gətirənləri dost (vəli) tutsa, şübhəsiz ki, qalib gələcək olanlar, Allahın tərəfdarlarıdır” (Maidə surəsi, 56) ayəsinin təcəlli etməsinə vəsilə olacaq.
Həmçinin İsa Peyğəmbər, yer üzündə heç bir qohumu və tanıyanı olmamasıyla tanınacaq. Onu, Məsih olduğunu iddia edən saxta insanlardan fərqləndirən ən mühüm fərqlərdən biri dünyada anası, atası, hər hansı qohumu, dostu, tanıyanı olmaması olacaq.
Kitabın əvvəlki hissələrində də açıqladığımız kimi, İsa Peyğəmbər Allahın “ol” əmri ilə atasız dünyaya gəlmişdir. Allah, İsa Peyğəmbərin bu vəziyyətini Quranda Adəm Peyğəmbərin yaradılışına bənzədir və belə buyurur:
Şübhəsiz ki, Allah qatında İsanın vəziyyəti Adəmin vəziyyəti kimidir. Onu torpaqdan yaratdı, sonra ona “ol” deməsiylə o da dərhal oldu. (Ali İmran surəsi, 59)
Ayədə də bildirildiyi kimi, Allah Adəm Peyğəmbərə “ol” demişdir və Adəm Peyğəmbər yaradılmışdır. Məhz İsa Peyğəmbərin ilk yaradılışı da Allahın “ol” deməsi ilə gerçəkləşmişdir. Adəm Peyğəmbərin ana və atası yoxdur, İsa Peyğəmbərin ilk dünyaya gəlişində isə təkcə anası Məryəm vardır; lakin yer üzünə yenidən gələcəyi ikinci dəfə də onun anası da həyatda olmayacaq. Aradan əsrlər keçdikdən sonra tanınan heç bir Şübhəsiz ki, bu sayədə İsa Peyğəmbərin yer üzünə yenidən gəlişində, onun İsa Peyğəmbər olduğundan şübhə edilə biləcək vəziyyət yaranmayacaq. Buna görə də, İsa Peyğəmbəri saxta məsihlik iddia edənlərdən fərqləndirmək olduqca asan olacaq. Çünki bütün uşaqlığı insanlar arasında keçmiş, çox sayda uşaqlıq şəklinə sahib, özünü kiçikliyindən etibarən tanıyan çoxsaylı insanı sahib bir insanın İsa Peyğəmbər olduğunu iddia etməsi olduqca məntiqsizdir.
Qızıl əsr müjdəsi
Peyğəmbərimizdən nəql edilən bir çox hədisdə, yer üzündə İslam əxlaqının hakim olacağı bir dövrün yaşanacağına diqqət çəkilir. Məhz bu dövr İsa Peyğəmbər və Mehdinin yer üzündə olacağı, Quran əxlaqının hakim olacağı dövrdür. “Qızıl əsr” adıyla da bilinən bu dövr, hədislərdən də aydın olacağı kimi “əsri-səadət” dövrünə bənzər bir dövr olacaq. Peyğəmbərimizin bu dövrü təsvir edərkən cənnətə bənzər xüsusiyyətlərlə bəhs etməsindən ötrü bu dövrə “Qızıl əsr” adı verilmişdir.
Kitabın əvvəlki hissələrində Axırzamanın ilk mərhələsində insanların yaşayacağı sıxıntı və çətinliklərdən təfsilatlı şəkildə danışdıq. İsa Peyğəmbərin gəlişinin də əlamətləri olan bu hadisələrin dərhal ardından insanları Qızıl əsr kimi bənzərsiz bir dövr gözləyir. Bu, insanlar üçün böyük müjdədir. Hər növ məhsul və mal bolluğu, təhlükəsizlik, güvən və ədalətin təmini, dinclik və səadət, hər cür texnoloji yenilikdən insanların rahatlığı, komfortu, sevinci və xoşbəxtliyi üçün istifadə edilməsi, ehtiyac içində olan kimsənin qalmaması, istəyənə istədiyindən sayılmadan, qat-qat çox verilməsi, Qızıl əsrin müəyyən xüsusiyyətlərindəndir. Hədislərdə bu dövrdə “silahların susacağı”nın bildirilməsi, bu dövrdə yer üzünün sülhlə dolacağının da müjdəsidir. Qızıl əsrdə, əvvəllər aralarında düşmənçilik olan xalqlar arasında çox böyük qardaşlıq yaşanacaq, hər cür döyüşün yerini sülh, dostluq və sevgi tutacaq.
Texnoloji yeniliklər Axırzamanın bu mərhələsində yüksək həddə çatacaq, insanlar texnologiyanın bütün nemətlərindən mümkün qədər istifadə edə biləcəklər. Təbabətdə, kənd təsərrüfatında, rabitədə, sənaye texnologiyasında və nəqliyyatda çox böyük inkişaflar yaşanacaq, davamlı yeni ixtiralar ediləcək. Hər yeni ixtira başqasına liderlik edəcək, inkişaflar çox böyük sürət qazanacaq.
Sənətdə çox böyük irəliləyişlər olacaq, bir-birindən gözəl əsərlər ortaya çıxacaq, Allaha olan imanın insanlara qazandırdığı geniş üfüq və dərin düşüncə bütün sənət sahələrinə öncülük edəcək. İnsanlar Qızıl əsrdə həyatlarından o qədər məmnun olacaqlar ki; bir hədisin ifadəsinə görə “zamanın necə keçdiyini bilməyəcək, bu gözəlliklərdən daha çox istifadə etmək üçün Allahdan ömürlərinin uzadılmasını istəyəcəklər”. Peyğəmbərimizin digər bir sözündə Axırzamandakı mühit belə təsvir edilir:
…Kiçiklər; kaş ki, mən böyük olsaydım, böyüklər də; kaş ki mən kiçik olsaydım deyə təmənni edərlər… Yaxşı insanların yaxşılığı artar, pislərə qarşı belə yaxşılıq edilər”.
İsa Peyğəmbərin yer üzündə olacağı Qızıl əsr ilə əlaqədar Peyğəmbərimizin
Qızıl əsrdə görünməmiş bolluq olacaq
“Ümmətimin sonunda elə bir dövlət rəisi olacaq ki, ovuc-ovuc mal və pul toplayacaq və bu malı adəti üzrə tək-tək saymayacaq”. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 433)
Mehdi insanlara malı və əşyanı paylayarkən, saymadan bol-bol verəcək. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 24)
…Yer üzü içindəki xəzinələri çölə atacaq. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyyil Muntazar, səh. 45)
…Yer, içərisində gizlətdiyi bütün zənginliklərini, qızıldan və gümüşdən sütunlar halında çölə atacaq. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 464)
Məryəm oğlu (İsa) enər və Dəccalı yox edər. Ondan sonra qırx il bol nemət içində yaşayarsınız. (Kitab-ul Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 90)
Hər tərəfdə yemək qazanları qaynayacaq, misli görünməmiş bolluq yaşanacaq, mala rəğbət olmayacaq. (El-Kavlul Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 66)
İsa Peyğəmbərin zəkatı tərk etməsi də, malın bolluğu və zəkata möhtac olan kasıbın qalmamasından ötrüdür. (Sünen-i İbn-i Mace, 10/339)
İnsan bir qab buğdanı öküzsüz və sapandsız əkəcək, qarşılığında yeddi yüz qab buğda götürəcək. (Suyuti, Kıyamet Alametleri, Ölüm ve Diriliş, səh. 184)
Artıq o gün (elə bolluq olar ki, 10-la 40 insan arasında) bir camaat tək bir nar meyvəsindən yeyib doyarlar və o nar qabığı ilə də kölgələnər. Südlərə də Allah tərəfindən o qədər bərəkət verilər ki, təkcə bir süd verən dəvənin südü böyük bir insan cəmiyyətinə mütləq kifayət edər. Bir süd verən inəyin südü insanlardan bir qəbiləyə mütləq kifayət edər. Bir süd verən qoyunun südü qohumlardan ibarət bir nəslə mütləq kifayət edər. (Ölüm-Kıyamet-Ahiret, səh. 493)
Həyat bahalılığı və darlıq illəri bitəcək
…Mal da o qədər çoxalacaq ki, heç kim mal qəbul etməyəcək. (Sünen-i İbn-i Mace, 10/340)
…Elə bir zaman gələcək ki, o zamanda insan (ayırdığı) qızıl sədəqəsiylə (tərəf-tərəf) gəzəcək, sonra əlindən sədəqəsini alacaq heç bir (kasıb) kimsə tapa bilməyəcək. (Ölüm-…O zaman ümmətimə nemət veriləcək, heyvanlar bolluq içində olacaq və yerin nəbatatı həddən çox olacaq… (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 26)
…Şübhəsiz ki, o zamanda mal çoxalıb su kimi axacaq ki, onu heç kim (tənəzzül edib) qəbul etməyəcək. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 464)
Yer üzü sülhlə dolacaq, qarğaşalıq və çətinliklər aradan qalxacaq
Qab su ilə dolduğu kimi yer üzü sülhlə dolacaq. Heç bir insan arasında düşmənçilik qalmayacaq. Həmçinin bütün düşmənçiliklər, boğuşmalar, həsədləşmələr mütləq bitəcək. (Sahih-i Müslim, 1/136)
Döyüş (ərbabı) da ağırlıqlarını (silah və vəsaitlərini) yerə qoyacaq. (Sünen-i İbn-i Mace, 10/334)
Döyüş (ərbabı) ağırlıqlarını (yəni silah və sairəni) yerə qoyar. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 496)
Düşmənçilik, küsüşmə və qısqanclıq ortadan qalxacaq. (Ebu Hureyre r.a, Büyük Hadis Külliyatı, Rudani, 5-ci cild, səh. 379)
İslamdan başqa (heç bir dini) qəbul etməyəcək… Din müttəhid (birləşmiş) olacaq… Allahdan başqa heç kimə və heç nəyə ibadət edilməyəcək… Zəkat qəbul edəcək heç kim olmayacağından zəkat və sədəqəni tərk edəcək… Zamanında xəzinələr və dəfinələr meydana çıxacaq. Qiyamətin yaxınlaşdığını bildiyi üçün, çox mal qazanmağa rəğbət etməyəcək… İnsanlar arasında səbəbləri ortadan qalxdığı üçün kin və düşmənçiliyə yer verməyəcək…
Zəhərli həşərat və heyvanlardan zəhəri aradan qaldıracaq, uşaqlar ilan və əqrəblərlə oynayacaq… Onların uşaqlara zərəri toxunmayacaq. Qurd qoyunla otlayacaq da qoyuna zərəri toxunmayacaq… Yer üzü sülh və salamatlıqla dolacaq, mübarizə və döyüşlər, müharibə və hücumlar aradan qalxacaq… yer üzü nəbatatını eynilə Adəm zamanında olduğu kimi bitirəcək. Bir salxım üzümlə bir güruh (dəstə) insan doyacaq. Atlar sərbəst buraxılacaq, öküzlərə ehtiyac görüləməyəcək… Çünki yer üzü öz-özünə əkiləcək… (Kıyamet Alametleri, səh. 242-243)
İsa ümmətim içində, ədalətli bir hakim, tam ədalətli bir imam (hökmdar) kimi mövcud olar. (Xristianların) xaçını sındırar (xristianlıqdakı İsa Peyğəmbərin öldürüldüyünə dair inancı dəyişdirər), donuzu öldürər (donuzun zərərli bir yemək olduğu mövzusunda insanları xəbərdar edərək insanlardakı donuza olan marağı yox edər), cizyə vergisini ləğv edər, sədəqəni tərk edər də, nə qoyuna, nə də dəvəyə qarşı etibar edilməz. Bütün düşmənçiliklər, nifrətlənmələr zail olar, yox olar… Yer üzü gümüş qab kimi olar və həzrəti Adəm zamanındakı kimi (bol) bitkilərini bitirər… (Ölüm-Kıyamet-Ahiret, səh. 496)
Sonra İsa, ümmətimin içində ədalətlə hökm edəcək; xaçı sındıracaq (xristianlıqdakı İsa Peyğəmbərin öldürüldüyünə dair inancı dəyişdirəcək), donuzu öldürəcək (donuzun zərərli yemək olduğu mövzusunda insanları xəbərdar edərək insanlardakı donuza olan marağı yox edəcək), cizyəni ləğv edəcək, zəkatı tərk edəcək. Nə qoyuna, nə də dəvəyə zəkat məmuru göndərilməyəcək. İnsanlar arasındakı düşmənçiliklər və kin yox olacaq. Əqrəb və ilanların zəhərləri olmayacaq, hətta bir uşaq əliylə ilanla oynayacaq, lakin ilan onu sancmayacaq. Qız uşağı şiri qaçmağa məcbur edəcək, lakin aslan ona dəyməyəcək. Qurd, qoyunlar arasında sanki bir çoban iti imiş kimi gəzəcək. Qabın su ilə dolduğu kimi, yer üzü din birliyi ilə dolacaq. Allahdan başqa heç kimə sitayiş edilməyəcək. Müharibə, döyüş adlı heç nə qalmayacaq. Qureyş qəbiləsindən hökmdarlığı alınacaq. Yer üzü gümüş süfrəsi kimi olacaq. Bitkisini Adəmin zamanındakı kimi bitirəcək. Bir salxım üzümlə bir nəfər doyacaq. Bir qrup insan tək narla doyacaq. Bir öküzün qiyməti bu qədər olacaq, bir neçə dirhəmlə bir at satın alınacaq”. Deyildi ki; “Ey Allahın Rəsulu! Niyə at bu qədər ucuz olacaq?” “Müharibə olmayacağı üçün ona lüzum qalmayacaq”. “Niyə öküz bu qədər bahalı olacaq?” “Yer üzünün hər yeri əkiləcəyi üçün o, çox lazım olacaq. (İbn Macə bənzərini Əbu Ümamədən nəql etdi, Büyük Hadis Külliyatı, Rudani, 5-ci cild, səh. 370-371-372)
Sonra qırx il ömür sürəcək. Onun zamanında heç kim ölməyəcək. İnsan, qoyun və heyvanlarına (haydi gedin, otlayın) deyəcək; onlar gedəcəklər, əkinin ortasından keçdikləri halda bir sünbül belə ağızlarına almayacaqlar. İlan və əqrəblər heç kimə əziyyət verməyəcəklər. Yırtıcı heyvanlar qapılarının qarşısında dayanacaq, lakin heç kimə zərərləri toxunmayacaq. (Suyuti, Kıyamet Alametleri, Ölüm ve Diriliş, səh. 184)
İsa Peyğəmbər zamanında Dəccal həlak olacaq. Yer üzünə güvən gələcək. Belə ki, şirlər dəvələrlə, pələnglər inəklərlə, qurdlar qoyunlarla birlikdə yayılacaq. Uşaqlar ilanlarla oynayacaq və ilanlar uşaqlara zərər verməyəcək. (Risaletül Meşreb elverdi fi mezhebil Mehdi)
İsa Peyğəmbər yeni bir din gətirməyəcək
Qırx (40) il Allahın kitabı və mənim sünnəmlə hökm edər, vəfat edər. (Kitab-ul Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 92)
İsa Peyğəmbər ümməti-Məhəmmədə (Məhəmməd ümmətinə) peyğəmbər kimi deyil; şəriəti-Məhəmmədiyəyi (Məhəmmədin şəriətini) tətbiq etmək üçün gələcəkdir, deyir. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 68)
İsa Peyğəmbər enəcək və Rəsulullahın şəriətinə tabe olacaq. (Mektubat-ı Rabbani, 2/1309)
Məhəmməd Peyğəmbərin şəriəti əsasında hökm verəcək, özü Peyğəmbər olduğu halda, Peyğəmbərə tabe olacaq və Məhəmmədin ümmətindən olacaq.
Peyğəmbərin ümməti və səhabəsi olacaq… Elə isə o, səhabələrin ən üstünü olacaq…
Onunla (İsa ilə) mənim aramda heç bir peyğəmbər yoxdur. O, şübhəsiz ki, enəcək. Onu gördüyünüz zaman tanıyın! O, ortaboylu, ağaçalar qırmızı rəngdədir. Sarıya boyanmış iki paltar içində olacaq. Yağış yağmasa da saçından su damlayacaq. İnsanlarla İslam üçün vuruşacaq. Məsih-Dəccalı yox edəcək, sonra yer üzündə tam qırx il qalacaq. Sonra öləcək və namazını müsəlmanlar qılacaq. (Buhari, Müslim, Ebu Davud ve Tırmizi, Büyük Hadis Külliyatı, Rudani, 5-ci cild, səh. 380)
Qeydlər
- The Messianic Legacy (Mesihsel Miras), Michael Baigent, Richard Leigh ve Henry Lincoln, Gorgi Books, London: 1991, səh. 171-172 2) The Messianic Legacy (Mesihsel Miras), Michael Baigent, Richard Leigh ve Henry Lincoln, səh. 172 3) The Messianic Legacy (Mesihsel Miras), Michael Baigent, Richard Leigh ve Henry Lincoln, səh. 451 4) Yüce Kur’an’ın Çağdaş Tefsiri, Prof. Dr. Süleyman Ateş, 2-ci cild, səh. 49-50 5) Elmalılı Hamdi Yazır, http://www.kuranikerim.com/telmalili/zuhruf.htm 6) Faslu’l-Makal fi Ref’I İsa Hayyen ve Nüzulihi ve Katlihi’d-Deccal, Muhammed Halil Herras, Mektebetü’s Sünne, Kahire, 1990, səh. 20 7) Taberi Tefsiri, Taberi, 2-ci cild, səh. 528; 1-ci cild, səh. 247 8) Osmanlıca-Türkçe Ansiklopedik Büyük Lügat, Türdav, İstanbul, 2000, səh. 997 9) Muhtasar-ı Seyyid-i Şerif, səh. 46; Nüzul-i Mesih Risalesi, Ahmed Mahmud Ünlü, Ekmel nəşriyyatı, İstanbul, 1998, səh. 167 10) Fıkh-ı Ekber, Ebu Hanife, Nu’man b. Sabit (150/767), tərcüməçi: H. Basri Çantay, Ankara, 1982 11) Levamiu’l Envaril Behiyye, es-Seffarini, 2/94-95; Nüzul-i Mesih Risalesi, Ahmet Mahmut Ünlü, Ekmel nəşriyyatı, İstanbul, 1998, səh. 169 12) Ruhu’l Meani, Seyyid Alusi, 7/60; Nüzul-i Mesih Risalesi, Ahmet Mahmut Ünlü, Ekmel nəşriyyatı, İstanbul, 1998, səh. 168 13) Kevseri, Nazratün Abira, səh. 44-49; Nüzul-i Mesih Risalesi, Ahmet Mahmut Ünlü, Ekmel nəşriyyatı, İstanbul, 1998, səh. 167-168 14) İbn-i Kesir, 1/578-582; Avnü’l Mabud, 11/457-464; Nüzul-i Mesih Risalesi, Ahmed Mahmud Ünlü, Ekmel nəşriyyatı, İstanbul, 1998, səh. 166 15) Sünen-i İbn-i Mace, 10/338 16) Mukaddime, İbni Haldun, MEB Şark Islam Klasikleri, 2-ci cild, səh. 137-139 17) http://www.ahl-ul-bayt.org/Turkish/Books/04_adlet/002.htm 18) Said Havva, A.g.e., 9: 445 19) Nazmü’l-mütenasir fi’l-hadisi’l-mütevatir, el-Kettani Ebu’l-Fayd Muhammed b. Ca’fer el-Hasani, Halep, səh. 147; İslam İnancı Açısından Nüzul-i İsa Meselesi, Dr. Zeki Sarıtoprak, Çağlayan nəşriyyatı, İzmir, 1997, səh. 108 20) İlmü’l-Kelam, İbn Hazm, səh. 56-57; İslam İnancı Açısından Nüzul-i İsa Meselesi, Dr. Zeki Sarıtoprak, Çağlayan nəşriyyatı, İzmir, 1997, səh. 53 21) Suyuti, el-Havi, el-Arful Verdi fi Ahbaril Mehdi risalesi, 2/161; Nüzul-i Mesih Risalesi, Ahmed Mahmud Ünlü, Ekmel nəşriyyatı, İstanbul, 1998, səh. 120 22) Osmanlıca-Türkçe Ansiklopedik Büyük Lügat, Türdav, İstanbul, 2000, səh. 274 23) Osmanlıca-Türkçe Ansiklopedik Büyük Lügat, Türdav, İstanbul, 2000, səh. 896 24) http://www.shrc.org/books/hr.20year/ hr6.htm 25) Britannica Encyclopedia 2000, “The blast of World War II” 26) Restless Earth, H.J.de Blij, M.H.Glantz, S.L.Harris, The National Geographic Society, 1997, səh. 8 27) Chronicle of 20th Century, Dorling Kindsey Publishing, New York, 1995, səh. 1214 28) http://www.ihh.org/multeciler.php 29) http://users.erols.com/mwhite28/war-1900.htm 30) Bilim ve Teknik Dergisi, dekabr 2001, səh. 34 31) http://www.oxfam.org.hk/english/resource/document/millennium.shtml 32)
UNICEF, “Children and Poverty:
Key Facts”, 2000, http://www.unicef.org/copenhagen5/factsheets.htm 33) Manufacturing Dissent, “World Statistics – The Rich and the Poor”, 1999, http://www.reagan.com/HotTopics.main/HotMike/document-8.13.1999.6.html 34)
UNICEF, “Children and Poverty:
Key Facts”, 2000, http://www.unicef.org/copenhagen5/factsheets.htm 35)
FAO, “The state of food insecurity in the world”, 2000, http://www.fao.org/FOCUS/E/SOFI00/sofi001-e.htm 36) Human Development Report 1998, United Nations Development Programme, New York, Eylül 1998- www.oneworld.org/ni/issue310/facts.htm 37) Manufacturing Dissent, “World Statistics – The Rich and the Poor”, 1999, http://www.reagan.com/HotTopics.main/HotMike/document-8.13.1999.6.html 38) ntvmsnbc, iyun 2003; http://www.gezegenimiz.com/NewsTopic.asp?KategoriAdi=A%C3%A7l%E2%80%BAk&idKa tegori=2 39)
Radikal qəzeti, sentyabr 2003; http://www.radikal.com.tr/2000/09/23/ekonomi/01tur.shtml html 41) Time, 6 fevral 1995, “Economic Aftershock” 42) US Geological Survey National Earthquake Information Center, “Earthquake Facts and Statistics”, 2000, http://wwwneic.cr.usgs.gov/neis/eqlists/eqstats.html http://wwwneic.cr.usgs.gov/neis/bulletin/1999_stats.html 43)
U.S.
Geological Survey (ABŞ Geoloji Araşdırma Təşkilatı) http://neic.cr.usgs.gov:1711/neis/eqlists/ 44) National Climatic Data Center, “Billion Dollar U.S. Weather Disasters”, oktyabr 2000, http://www.ncdc.noaa.gov/ol/reports/billionz.html 45) M. Encarta Encyclopedia 2000, “Central America” 46) http://www.stvincent.ac.uk/Resources/Weather/Severe/index.html 47) http://www.stvincent.ac.uk/Resources/Weather/Severe/oct87.html 48) http://www.stvincent.ac.uk/Resources/Weather/Severe/index.html 49) 2003 Dünya Almanak, Dünya nəşriyyatı, səh. 395 50) United Nations Office for Drug Control and Crime Prevention, Global Report on Crime and Justice, 1999, http://www.uncjin.org/Special/GlobalReport.html 51) WHO, “Young People and Sexually Transmitted Diseases”, Fact sheet no: 186, dekabr 1997; http://www.who.int/inf-fs/en/fact186.html 52)
WHO, “Report on the Global HIV/AIDS Epidemic”, iyun 2000, http://www.unaids.org/epidemic_update/report/Epi_report.htm#aids 53)
WHO, “Report on the Global HIV/AIDS Epidemic”, iyun 2000, http://www.unaids.org/epidemic_update/report/Epi_report.htm#aids 54)
UNESCO
Statistical Yearbook, 1997- http://www.education.nic.in/htmlweb/arhrne.htm 55) 21. Yüzyıla Girerken Dünyaya Yeni Bir Bakış, Erol Yarar, Müsiad nəşriyyatı, İstanbul 1996, səh.
24; http://www.basarm.com.tr/yayin/malihukuk/bilgitoplumu/01.htm 56) 2003 Dünya Almanak, Dünya nəşriyyatı, səh. 263 57) M. Encarta Encyclopedia 2000, “Aging” 58) United Nations Population Division, Department of Economic and Social Affairs, The Ageing of the World’s Population, 2000, 62) The Guardian, 29 mart 2000, “Grim evidence of worst cult slaughter” 63)
CNN, “Jonestown, 1978”, http://www.cnn.com/SPECIALS/1999/century/episodes/08/timelines/headlines/infobox
es/jonestown.html
Biblioqrafiya
-
Ahir Zaman Mehdisinin Alametleri (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman), Ali Bin Hüsameddin El Muttaki, tərcüməçi: Müşerref Gözcü, Kahraman Neşriyyat kitab evi, İstanbul
-
Beklenen Mehdi Hakkında Tüm İslam Alimlerinin Görüşleri, Hayrettin Gümüşel, genişləndirilmiş 3-cü nəşr, Köprü nəşriyyatı, İstanbul
-Beklenen Mehdi’nin Alametleri (El Kavlul Muhtasar Fi Alamatil Mehdiyyil Muntazar), Ahmed İbn-i Hacer-i Mekki (Heytemi), tərcüməçi: Müşerref Gözcü, Kahraman Neşriyat kitab evi, İstanbul -Büyük Hadis Külliyatı (Cem’ul-fevaid min Cami’il-usul ve Mecma’iz-zevaid), Muhammed bin Muhammed bin Süleyman er-Rudani, tərcüməçi: Naim Erdoğan, İz nəşriyyatı, İstanbul -Chronicle of 20th Century, Dorling Kindsey Publishing, New York, 1995 -Dünya Almanak 2003, Dünya nəşriyyatı, İstanbul -El-Esas Fi’s-Sünne, İslam Akaidi, Said Havva, Aksa nəşriyyat marketinq, İstanbul, 1992 -El-Müstedrek ale’s-Sahihayn, en-Nisaburi, Muhammed b. Muhammed el-Hakim, I-IV, Haydarabad 1334-1341/1916-1923 -El-Müsned, Ahmed b. Muhammed b. Hanbel, IVI, Kahire, 1313 -Et-Tac Hadis Kitabı, Mansur Ali Nâsıf el-Hüseyni -Esme-l Mesalik Lieyyam-il Mehdiyy-il Meliki Li Küll-id Dünya Biemrillah-il Malik, Kelde bin Zeyd (Esrarname’den, www.hamim.sayfasi.com)
-En-Necmu’s-sakıb fi Beyanı Enne’l Mehdi min Evladı Ali b. Ebi Talib Ale’t-Temam ve’l kamal, Ukayli, əl yazması, bu əsəri Süleymaniye kitabxanasında tapmaq olar. (Yeri: Laleli 679/29)
-Faslu’l-Makal fi Ref’I İsa Hayyen ve Nüzulihi ve Katlihi’d-Deccal, Muhammed Halil Herras, Mektebetü’s Sünne, Kahire, 1990 -Fera İdu Fevaidi’l Fikr Fi’,l İmam El-Mehdi El-Muntazar, Mer’iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdisi, əl yazması, bu əsəri Süleymaniye kitabxanasında tapmaq olar. (Yeri: Esad Efendi 1446/92-114)
-Fıkh-ı Ekber, Ebu Hanife, Nu’man b. Sabit (150/767), tərcüməçi: H. Basri Çantay, Ankara, 1982 -Fi Zılal’il-Kur’an’da Kıyamet Alametleri, Ahmed Faiz, tərcüməçi: Dos. Dr. Veli -Hadislerle Kur’an-ı Kerim Tefsiri, İbn Kesir, tərcüməçilər: Dr. Bekir Karlığa, Dr.
-İkdud-Durer fi Ahbaril-Muntazar, Yusuf b. Yahya b. Ali el Makdisi eş-Şafii, əl yazması, bu əsəri Süleymaniye kitabxanasında tapmaq olar. (Yeri: Laleli ktp.623)
-İsafur Ragibin, Muhammed Bin Ali Es-Sabban El- Mısri El-Şafi, Süleymaniye kitabxanası -Kenzul Ummal fi Süneni’l-Akval ve’l-Ef’al, Ali Bin Muttaki, Süleymaniye kitabxanası -Kıyamet Alametleri, Muhammed B. Resul Al-Hüseyni El Berzenci, tərcüməçi: Naim Erdoğan, Pamuk nəşriyyatı, genişləndirilmiş 7-ci nəşr, İstanbul, 1991 -Kıyamet Alametleri, İsmail Mutlu, Mutlu nəşriyyatı, İstanbul, 1996 -Kitabul Fiten, Nuaym b.
Hammad, əl yazması, bu əsəri Süleymaniye kitabxanasında tapmaq olar. (Yeri: Atıf efendi kitabxanası no. 602)
-Kurtlar Sofrasında Ortadoğu, M. Necati Özfatura, Adım nəşriyyatı, İstanbul -Küçük ve Büyük Alametleriyle Kıyamet Yaklaşıyor!, Dr. İzzeddin Hüseyin, tərcüməçi: Ömer Dönmez, Pamuk nəşriyyatı, İstanbul, 2001 -Kütüb-i Sitte Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, Akçağ çap nəşriyyat marketinq MMC, Ankara -Mehdi ve Deccal, Şaban Döğen, Gençlik nəşriyyatı, İstanbul, 1996 -Mektubat-ı Rabbani, Rabbani, tərcüməçi: Abdulkadir Akçiçek, Erhan Yayım-dağıtım, İstanbul -Mukaddime, İbni Haldun, MEB Şark İslam Klasikleri -Nazmu’l Mutenasir mine’l-Hadisi’l-Mütevatir, El-Kettani, Muhammed b. Ebi’l-Feyz Ca’fer el-Haseni el-idrisi, Daru’l-Kütübi’l-ilmiyye, Beyrut 1983 -Nüzul-i Mesih Risalesi, Ahmet Mahmut Ünlü, Ekmel nəşriyyatı, İstanbul, 1998 -Osmanlıca-Türkçe Ansiklopedik Büyük Lügat, Türdav, İstanbul, 1997 -Ölüm Kıyamet ve Ahiret, Sıddık Naci Eren, Demir kitab evi, İstanbul, 1995 -Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, Şarani, Bedir nəşriyyatı, İstanbul Ölüm, Kıyamet ve Diriliş, Şarani, tərcüməçi: Naim Erdoğan, Pamuk nəşriyyatı, İstanbul, 1990 -Peygamberimizin Dilinden Geleceğin Tarihi 1-2-3-4, Orhan Baytan, Mevsim nəşriyyatı, 5-ci nəşr, İstanbul, 2001 -Ramuz-El Ehadis, Ahmed Ziyaüddin Gümüşhanevi, tərcüməçi: Abdülaziz Bekkine, -Restless Earth, H.J.de Blij, M. H. Glantz, S. L. Harris, The National Geographic -Risale-i Nur Külliyatı, Said Nursi, Nesil çap və nəşriyyat, İstanbul,1986 -Risalet-ül Huruc-ül Mehdi, Mustafa Reşid Filizi (mikrofilmlərdən tərcümə edilmişdir)
-Risaletül-meşreb el-verdi fi mezhebil-Mehdi, Ali b. Sultan Mupammed el-Kari elhanefi, əl yazması, bu əsəri Süleymaniye kitabxanasında tapmaq olar. (Yeri: Esad Efendi 1446/71-96)
-Riyaz’üs Salihin, Nevevi, tərcüməçi: İhsan Özkes, Kahraman nəşriyyatı, İstanbul -Ruhu’l-Meani fi Tefsiri’l-Kur’ani’l-Azim ve’s-Seb’il-Mesani, Alusi, Şuhabuddin es- Seyyid Mahmud, Daru ihyai’t-Turasi’l-Arabi, Beyrut 1985 -Sahih-i Buhari, tərcüməçi: Konyalı Mehmed Vehbi, Üçdal nəşriyyatı, İstanbul, 1993 -Sahih-i Müslim Tercüme ve Şerhi, tərcüməçi: Ahmed Davudoğlu, Sönmez nəşriyyatı, İstanbul, 1980 -Sahih-i Müslim ve Tercemesi, tərcüməçi: Mehmed Sofuoğlu, İrfan nəşriyyatı, İstanbul, 1972 -Son Zamanlarla İlgili Hadisler, Muhammet Sevgili, Hasan Akdağ, Tekin kitab evi, Konya -Sünen-i İbni Mace Tercemesi ve Şerhi, tərcüməçi: Haydar Hatipoğlu, Kahraman nəşriyyatı, İstanbul, 1983 -Taberi Tefsiri, Taberi, İhtisar ve Tahkik: Prof. Dr. Muhammed Ali es-Sabuni, Prof. Dr. Salih Ahmed Rıza, tərcüməçi: Mehmet Keskin, Akide nəşriyyatı, İstanbul -Yüce Kur’an’ın Çağdaş Tefsiri, Prof. Dr. Süleyman Ateş, Yeni Ufuklar nəşriyyatı, İstanbul, 1991

