Dünya tarixi boyunca bir çox qövmə peyğəmbərlər və elçilər göndərilmişdir. Ancaq Rəbbimizin fərqli dövrlərdə fərqli qövmlərə göndərdiyi elçilərin hamısı, eyni dini təbliğ etmişlər. Onlar göndərildikləri qövmləri bir və tək olaraq Allaha iman etməyə, bütlərin qarşısında səcdə etməkdən imtina etməyə, yalnız Allahı məmnun etmək üçün yaşamağa, Allaha güvənib yalnız Allahdan kömək diləməyə, Allah rizası üçün saleh əməllər görməyə və gözəl əxlaqlı olmağa çağırmışlar. Peyğəmbərlərin izah etdikləri haqq dinin inanc əsasları həmişə eyni olmuş, ancaq dövrün və mühitin şərtlərinə görə tətbiqlərdə bəzi fərqlər olmuşdur. Məsələn, İsa Peyğəmbər, fərqli bir din gətirməmişdir. Keçmiş peyğəmbərlərə göndərilən də, Musa Peyğəmbərə, İsa Peyğəmbərə vəhy edilən də, son peyğəmbər olan Məhəmməd Peyğəmbərə endirilən də eyni dindir. (Bu bənzərliklə, Tövrat və İncilin Musa Peyğəmbər və İsa Peyğəmbərə ilk göndərildikləri halları nəzərdə tutulur. Çünki Rəbbimizin insanlara hidayət rəhbəri olaraq göndərdiyi bu iki İlahi Kitab vəhy edilmələrindən sonra təhrif edilmiş, orijinal hallarından uzaqlaşmışlar.) Necə ki, Allah möminlərin bu dinlər arasında heç bir ayrılıq güdməmələrini bir ayədə belə bildirmişdir:
De: “Biz Allaha, bizə nazil edilənə, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil edilənlərə, Musaya, İsaya və peyğəmbərlərə öz Rəbbi tərəfindən verilənlərə iman gətirdik. Biz onların heç birinin arasında fərq qoymuruq. Biz təkcə Ona təslim olanlarıq!” (Ali İmran surəsi, 84)
Bir başqa ayədə isə bu şəkildə bildirilir:
Allah Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi: “Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!” Sənin dəvət etdiyin tövhid müşriklərə ağır gəldi. Allah istədiyi kəsi Özü üçün seçər və Ona üz tutanı Özünə tərəf yönəldər. (Şura surəsi, 13)
peyğəmbərlik mövqeyi ilə şərəfləndirdiyi elçiləri vasitəsilə onları xəbərdar etmişdir. Haqq dinin təbliğ edildiyi hər insan, Allahın elçiləri vasitəsilə dəvət etdiyi bu dinə tabe olmaqla mükəlləf tutulmuşdur.
Allahın aləmlər üzərinə seçib, nümunə etdiyi elçilərin həyatları, yaşadıqları hadisələr, qarşılaşdıqları çətinliklər, girdikləri böyük mübarizələr bütün insanlar üçün əhəmiyyətli mesajlar və dərslər ehtiva edir. Quranda, həyatıyla, mübarizəsiylə, əxlaqıyla insanlara nümunə göstərilən peyğəmbərlərdən biri də İsa Peyğəmbərdir.
İsa Peyğəmbərin doğumu, həyatı və Allah qatına alınması həmişə möcüzəvi şəkillərdə reallaşmış, bu mübarək insanın həyatı Quranda təfərrüatlı olaraq xəbər verilmişdir. Allah Quranda bir çox peyğəmbərin hekayələrini bizlərə bildirir. Ancaq İsa Peyğəmbər müxtəlif istiqamətləriylə digər peyğəmbərlərdən fərqli bir mövqeyə malikdir. Allahın üstün elmlərlə dəstəklədiyi bu dəyərli qulu hələ beşikdə ikən danışmış, dünyada qaldığı müddətdə ətrafındakı insanlara böyük möcüzələr göstərmişdir. Onun bu xüsusi vəziyyətinin digər bir dəlili də, Allah Qatına alınması və təkrar dünyaya göndəriləcəyinə dair Quranda əhəmiyyətli işarələrin olmasıdır.
… sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar. (Bəqərə surəsi, 4)
Bu kitabın məqsədi İsa Peyğəmbərin həyatını və mübarizəsini, sahib olduğu üstün əxlaq və xarakteri yaxından tanımaq, əlaqədar Quran ayələri və Peyğəmbərimizin hədisləri işığında bu müqəddəs insanın yenidən dünyaya gəlişinin müjdəsini verməkdir. Rəbbimiz Quranda, İsa Peyğəmbər haqqında gələcək zamana (Quranın endirilməsindən qiyamətə qədər ki dövr) istiqamətli bəzi əhəmiyyətli işarələr vermiş, peyğəmbərimiz Məhəmməd isə hədislərində İsa Peyğəmbər haqqında çox əhəmiyyətli müjdələr bildirmişdir. Böyük İslam alimi Səid Nursinin İsa Peyğəmbərin ikinci dəfə dünyaya gəlişinin ardından edəcəyi böyük mübarizə haqqında verdiyi qiymətli məlumatlar isə, bütün oxuyanlara çox böyük müjdə olub, şövq və həyəcanlarını artıracaq. Bütün bunlar bir əvvəlki səhifədə də ifadə etdiyimiz kimi, İsa Peyğəmbərin çox fövqəladə yaradılışla yaradıldığını, həyatının da möcüzəvi şəkildə inkişaf etdiyini bizlərə göstərir. Bu kitabı oxuyarkən bir tərəfdən İsa Peyğəmbərin Quran ayələrində və hədislərdə bizlərə deyilən, Rəbbimizin lütfü olan möcüzələrlə dolu həyatı haqqında məlumat sahibi olarkən, bir tərəfdən də çox xüsusi zaman dilimində yaşadığımızı fərq edəcəyik. Bu işin məqsədlərindən biri isə, Quran ayələrində yer alan əhəmiyyətli möcüzəyə diqqət çəkilməsiylə yanaşı Quranda bir çox vəsiləylə təriflənmiş mübarək elçisinin, Məryəm oğlu İsa Peyğəmbərin yer üzünə ikinci dəfə göndərilməsinə yetişənlərdən ola bilmənin feli duasını etməkdir. Unutmamaq lazımdır ki, İsa Peyğəmbərin gəlişi bütün dünyaya təsir edəcək fövqəladəliklər daşıyan, möcüzəvi və metafizik hadisədir. Məhz bu səbəblə bütün iman sahiblərinin bir an əvvəl hərəkətə keçmələri və birlik içində İsa Peyğəmbəri ən gözəl şəkildə qarşılamaq üçün əllərindəki bütün imkanları səfərbər etməlidirlər. Həyəcanla, məhəbbətlə, şövqlə ediləcək bu böyük hazırlıq feli dua olacaq, bu hazırlığı etməyənlər isə İsa Peyğəmbər yer üzünə döndüyü zaman şübhəsiz çox böyük peşmanlıq yaşayacaqlar. Bütün əlamətlər bizə göstərir ki: İsa Peyğəmbərin gəlişi çox yaxındır və hazırlıq etmək üçün itiriləcək zaman yoxdur.

