Xristianlıq dini barədə kifayət qədər məlumatı olmayan insanlar, İncil mətnlərinin İsa Peyğəmbər ilə eyni dövrdə yazıldığını və tamamilə İsa Peyğəmbərin sözlərinə əsaslandığını düşünürlər. Halbuki bu doğru deyil. İncil İsa Peyğəmbərdən xeyli sonra yazılı mətn halına gətirilmişdir. Markos İncilinin 70-ci ildə, Matta İncilinin 80-ci ildə, Luka İncilinin 90-cı ildə, Yuhanna İncilinin isə 90-100-cü illərdə yazıldığı təxmin edilir. Digər İncil mətnləri də eyni dövrlərdə yazılmışdır. O dövrdə mövcud olan bir çox İncil arasında ortaq bir kitab yaradılması isə Birinci İznik Kilsə Məclisi vaxtı gerçəkləşdirilmişdir.
İsa Peyğəmbərin həyatı haqqında müraciət edə biləcəyimiz təməl xristian mənbələri, bu mübarək insanın Allah Qatına alınmasından təxminən 30-35 il sonra yazılmağa başlanan və Əhdi-Cədidin ilk dörd kitabını meydana gətirən 4 İncillə digər Əhdi-Cədid mətnləridir.
Tarixi mənbələrdən və İncildəki izahatlardan aydın olduğu kimi ilk xristianlar İsa Peyğəmbərin Allah Qatına alınmasından sonra İsa Peyğəmbərin sözlərini və etdiklərini şifahi şəkildə insanlara nəql etməyə başlamışdırlar. Tədqiqatçılara görə, ilk xristianların içində olduqları şərtlərə görə İsa Peyğəmbərin sözlərinə yeni mənalar əlavə etmələri, İsa Peyğəmbəri rədd edən yəhudi din xadimləriylə və ya Romalılarla mübahisələrə girdiklərində şifahi şəkildə ötürülən məlumatları müxtəlif dəyişikliklərə uğratmış olmaları da mümkün ehtimaldır. Buna görə də, ilk xristianlar Məsih inancını davam etdirmək, İsa Peyğəmbərə olan imanı gücləndirmək, xristianlığı sürətlə yaymaq və təzyiqlərdən ötrü xalqda yaranan ümidsizliyi ortadan qaldırmaq istəyirdilər. Bundan ötrü də, İsa Peyğəmbərin sözlərini və hərəkətlərini şərh edərək, yeni şövq və həyəcan mənbəyi meydana gətirməyi qarşılarına məqsəd qoyurdular. Halbuki bunu yalnız Allahın sözlərini və İsa Peyğəmbərin hikmətli təbliğini insanlara çatdıraraq edə bilərdilər. Lakin bu belə olmamış, Allahın vəhyi sonradan dəyişikliyə uğradılmış və İsa Peyğəmbərin sözləri çox yanlış şəkillərdə şərh olunmuş, əslindən uzaqlaşdırılmışdır. Elə bu müddətdə İsa Peyğəmbərə göstərilən hörmətin yanlış şərh olunması və nəticədə onun ilahlaşdırılmasına səbəb olan yanılmanın ortaya çıxması mümkündür (Allahı tənzih edirik). Bu fikir əsasən hazırda Qərbli tədqiqatçılar tərəfindən də qəbul edilir.(17) Aradan müəyyən zaman keçdikdən həvarilər də bir-bir vəfat etməyə başladıqdan sonra, bəzi xristianlar İsa Peyğəmbərin təbliğinin yox olmasının qarşısını almaq üçün, İsa Peyğəmbərin sözlərini və etdiklərini, hafizələrində qaldığı qədər bir-birlərinə əlavə edərək İncil mətnlərini meydana gətirməyə başlamış ola bilərlər.(18)
Rudolf Bultman (Rudolf Bultmann)
20-ci əsrin əhəmiyyətli
Əhdi-Cədid mütəxəssislərindən biridir. Bultman (Bultmann), əsərlərində İncillərin yazılması barəsində çox müxtəlif açıqlamalar vermişdir. Bultman (Bultmann): “Sinoptik İncillərin (Matta, Markos və Luka İncillərinin) İsa Peyğəmbərin həyatının bir-birini təqib edən rəvayətlərini göstərmək üçün İncil müəllifləri tərəfindən bir-birinə əlavə olunan, sistemsiz qısa hekayələri bir yerə toplamaq surətiylə ortaya çıxarıldıqlarını” söyləyir. Lakin Bultmana (Bultmann) görə “müxtəlif cəmiyyətlərdə, həmin cəmiyyətləri meydana gətirən fərdlərin ehtiyaclarına görə təkrarlanan bu sözlər müxtəlif formalara düşdüklərindən, bir cəmiyyətdən digər cəmiyyətə, hətta bir cəmiyyətin öz daxilində belə bir-birlərindən fərqlənirdilər” və “İsa Peyğəmbərin sözləri və hərəkətləri, insanlar tərəfindən fərqli məqsədlər üçün istifadə edildiklərindən müxtəlif formalar almışdı”. Məsələn, ilk dövrdə, bəzən insanlara nəsihət və ya öyüd vermək üçün, bəzən də cəmiyyətdə fərdlərin itaət etməli olduqları əxlaqi qanunlar kimi istifadə edilmişdilər. Bultman (Bultmann) şifahi ənənənin bir nəticəsi olaraq İsa Peyğəmbərin sözlərinin və hərəkətlərinin ilk xristianlar tərəfindən qismən dəyişdirildiyini bu yolla göstərir. Həmçinin İncil mətnlərində bilavasitə ilk xristianlar tərəfindən ortaya çıxarılmış və İsa Peyğəmbərə isnad edilmiş sözlərin də olduğunu irəli sürür.(19) İsa Peyğəmbərin özünü “Allahın oğlu” olaraq adlandırdığını düşünmür. Ona görə bu sifət, İsa Peyğəmbərdən sonra “tanrıların oğulları kimi təqdim edilən ilahi kəslər, sirr dinlərində ibadət edilən oğul ilahlar və qnostik mifologiyada mövcud olan xilasedici fiqur” motivlərindən təsirlənilərək meydana gətirilmiş və böyük yanılma olaraq İsa Peyğəmbərə isnad edilmişdir (Allahı tənzih edirik).(20)
Dolayısilə, bu gün Qərbli tədqiqatçıların böyük hissəsi tərəfindən qəbul edilən həqiqət, İncillərin İsa Peyğəmbərin sözlərinin tam şəkildə bir yerə toplanmasıyla meydana gəlmiş bir kitab olmamalarıdır. Onlara görə İncillər, İsa Peyğəmbərdən sonra onun sözlərinin, etdiklərinin, özündən sonra yaranan şərtlər altında bir yerə toplanmasından yaranan mətnlərdir.
İncil mətnlərinin müəllifləri
İncillər dövrümüzdə Markos, Matta, Luka və Yuhanna kimi müəlliflərin adlarıyla tanınmalarına baxmayaraq, adsız şəkildə qələmə alınıblar. Bu insanların həqiqətən İncilləri yazıb yazmadıqları məlum deyil. İncillər ancaq 2-ci əsrin ikinci yarısından sonra bugünkü adlarıyla xatırlanmağa başlanmışdır. Matta və Yuhanna, İsa Peyğəmbərin həqiqi həvariləri kimi qəbul edildiyi halda, Markos Pavelin (Pavlus) ardıcılı və Luka da Pavelin (Pavlus) tələbələrindən biri hesab edilir. Yəni İncil müəllifləri əslində yaşamış şəxsiyyətlərdir, lakin İncilləri onların yazdıqlarına dair əlimizdə bir dəlil belə yoxdur.(21) Tanınmış Bibliya tədqiqatçılarından E. P. Sanders, “The historical figure of Jesus” (“İsanın tarixi şəxsiyyəti”) adlı kitabında İncillərin yazılmasını belə açıqlayır:
Mövcud dəlillər göstərir ki, İncillər ikinci əsrin ikinci yarısına qədər adsız qalıblar… Əlimizdəki İncillərin adı ikinci əsrin ilk yarısında çəkilməyə başlandı. Lakin həmişə anonim şəkildə. Təxminən 180-ci ildə birdən-birə adlar meydana çıxdı. O vaxt bir çox İncil vardı, sayları bizim əlimizdəkilər kimi kimi dörd deyildi və xristianlar hansının qüvvədə olduğunu müəyyənləşdirmək məcburiyyətindəydilər. Bu əhəmiyyətli məsələ idi, fikri cəhətdən çox mühüm fərqlər vardı. Kimin qazandığını isə bilirik: bu dörd İncilin (nə daha az, nə də daha çox) İsa Peyğəmbərin etibarlı qeydləri olduğunu düşünən xristianlar qazanmışdılar.(22)
Sanders, digər bir məqaləsində “adsız” yazılan İncillərin adlandırılma prosesini belə qeyd edir:
2-ci əsrin ortalarında saysız İncil nüsxəsi vardı. Səlahiyyət sahibi xristianlar bunlardan hansılarının gerçək olduğu mövzusunda bir qərar vermək üçün onları adlandırmışdırlar. Beləliklə də, indiki vaxtda kilsə tərəfindən gerçək qəbul edilən dörd İncilə Markos, Matta, Luka və Yuhanna adları verilmişdir.(23)
From Jesus to Christ, the origins of the New Testament, images of Jesus (İsadan Məsihə, Əhdi-Cədidin kökləri, İsanın imicləri) kitabının müəllifi olan Paula Fredriksen bu vəziyyəti belə yekunlaşdırır:
İsa Peyğəmbərin yunan dilində olan bəzi sözləri toplanmış və hazırda itkin olan bir sənəd halına gətirilmişdi. Bu sənədə dövrümüzün tədqiqatçıları Q adını verirlər. Şifahi ənənələr isə (möcüzələr, məsəllər, əfsanələr və s.) müxtəlif xristian cəmiyyətlər tərəfindən bir yerə gətirilmiş, beləliklə də, böyümüş və əldən-ələ gəzmişdir. Bunların bir hissəsi adsız qeyriyəhudi xristianlar tərəfindən 70-ci illərdə kağıza köçürüldü. Bu insanlar yazıçı deyildi və bir əsər yaratmadılar. Bəhs edilən hekayələri mətnlər halına gətirdilər. Bunun nəticəsində Markos İncili meydana gəldi.(24)
Paula Fredriksenin diqqət çəkdiyi digər bir məsələ isə, İncillərdə işlədilən dillə əlaqədardı. Fredriksen xülasə şəklində bunları söyləyirdi:
İsa Peyğəmbər arami dilində danışırdı və təbliğini də arami dilində danışan yəhudilərə, fələstinlilərə və köçərilərə edirdi. Lakin İncillərin yayılmasında rol oynayan insanların dilləri yunan dili idi. İsa Peyğəmbərin şifahi təbliği və bütün etdikləri yunan dilinə yenə şifahi şəkildə tərcümə olundu. Bu tərcümələrin etibarlılığından əmin olmaqsa qeyri-mümkündür. Şifahi mənbələr üzərində aparılan psixoloji və antropoloji tədqiqatlar, bu mənbələrin tarixi baxımdan olduqca etibarsız olduğunu göstərmişdir. Köçürmə vaxtı səhvlik olmaması qeyrimümkündür. Çünki müşahidə edən və köçürən bir insandır. Əgər bu məlumatlar yazılı hala gəlmədən əvvəl bir çox insan tərəfindən köçürülərək yazan insan çatıbsa, bu təqdirdə hər köçürmədə fərqli əlavələr, düzəlişlər və dəyişikliklər edilmişdir. Nəticə etibarilə də, İsa Peyğəmbər ilə əlaqədar, şifahi şəkildə köçürülən məlumatlar bizə İncildə həqiqi deyilənlər və o dövrdə həqiqi mənada baş verənlər haqqında bir məlumat verir. Lakin eyni zamanda bu köçürmə vaxtı dəyişikliklər ola biləcəyini qəbul etməyimizi də zəruri edər.(25)
Digər bir Bibliya tədqiqatçısı Con Dominik Krossan (John Dominic Crossan), “The birth of Christianity, discovering what happened in the years immediately after the execution of Jesus” (xristianlığın doğuşu, İsa Peyğəmbərin fəaliyyətindən dərhal sonrakı illərdə yaşananları kəşf etmək) adlı əhəmiyyətli əsərində Markus C. Borq (Marcus J. Borg) və Barri Henautun (Barry İncilləri İsa Peyğəmbər haqqında həqiqi məlumat mənbəyi kimi necə istifadə edə bilərik? İncillər eynilə öz müəlliflərinin səsləridir. Onların arxasında da İsa Peyğəmbər haqqında danışan cəmiyyətdən adları naməlum olan insanlar var. Bu səslərin arasında da İsa Peyğəmbərin sözlərindən və etdiklərindən izlər var. İsa Peyğəmbər haqqında doğru məlumatları toplamaq üçün iki çətin mərhələ keçilməlidir. Bunlardan birincisi hansılarının İsa Peyğəmbərə aid olduğunu tapmaqdır. İkincisi isə, bu məlumatları 1-ci əsrdəki yəhudi aləminin tarixinə daxil etməkdir.(26)
İsa Peyğəmbərin söylədiklərinin şifahi halı artıq tamamilə yox oldu. Söylənilən cümlələr quruluşundan ötrü müvəqqətidir və çox qısa müddət yaşayar. Təkcə dinləyicilərin hafizəsində yaşayar və tamamilə geri qayıtması təkcə hafizədən asılıdır… Yazılı ənənə belə dəyişikliyə uğrayar və inkişaf edər. Bu bizi İncilləri bilavasitə surəti çıxarılmış şifahi izahat zənn etməkdən qoruyur: ənənə mətn halına gətirilərkən təhrif edilmiş ola bilər. Üstəlik, bu təhrif yalnız sinoptik müəllifləri ilə də məhdudlaşmamışdır…(27)
Nə İncil müəllifləri, nə də Əhdi-Cədidin digər hissələrini yazanlar, təsvir etdikləri hadisələrin bilavasitə canlı şahidləri olmayıblar. İncil müəllifləri, İsa Peyğəmbərdən sonra bir neçə on il ərzində nəsildən-nəslə ötürülən şifahi və yazılı ənənəni mətn halına gətirən insanlardır. Bundan ötrü də, əsrlərdir ki, bu mətnlər üzərində tədqiqat aparan müxtəlif mütəxəssislər, İncil mətnlərinin dövrümüzdəki halına gəlməsində çox müxtəlif təsirlərin rol oynadığına diqqət çəkiblər. Bir məqalədə bu təsir belə bildirilir:
İsa Peyğəmbərin ilk orijinal xatirələri, birincisi xristianların öz dini liderlərini ucaltmaq üçün onu universal xüsusiyyətli dini şəxsiyyət halına gətirmək səyləri, ikincisi qələmə alındıqları dövrün bütpərəst tanrı motivləri, üçüncüsü qeyri-yəhudi mənşəli xristianların meydana gətirdiyi ilk kilsənin, ayrıldığı mərkəzi yəhudiliyə qarşı çıxması, dördüncüsü bilavasitə xristian cəmiyyətinin fərqli cərəyanları içində ixtilaf çıxaran polemikalarla, nəhayət beşincisi isə, İsa Peyğəmbərin həyatında baş verən hadisələrin Əhdi-Ətiq peyğəmbərlərinin verdikləri sözlərin yerinə yetirilməsi və beləliklə də, onun Əhdi-Ətiq peyğəmbərliyinin tamamlayıcısı kimi təqdim edilməsiylə, müxtəlif şəkillərdə mühafizə edilmiş, ayırd edilmiş, inkişaf etdirilmiş, ucaldılmış və qismən də korlanmışdır… Həmçinin İncillər, həm yəhudilərin təzyiqlərinə, həm də Roma imperatorluğunun zülmlərinə qarşı mövcudluğunu davam etdirmə mübarizəsi aparan ilk kilsə tərəfindən qələmə alındığı və içində olduqları vəziyyətdən ötrü, məzmunları bilavasitə İsa Peyğəmbərin özü və etdikləri olmayıb, ilk kilsənin, müxalifləri ilə mübarizəsi konteksində İsa Peyğəmbərin sözlərinə və etdiklərinə gətirdiyi şərhdir. Bu həqiqətə əsaslanaraq, İncillərin təqdim etdiyi məlumatların İsa Peyğəmbərin bioqrafiyasını yazmaq üçün olduqca qeyri-kafi olduğu görülür. Məhz bundan ötrüdür ki, İsa Peyğəmbərin mövqeyini və statusunu araşdırarkən dörd İncilin şərh olunmasında, imanları, fikirləri, qənaətləri, ön mühakimələri və mübahisələri, həm İncillərdə, həm də Əhdi-Cədidin digər kitablarında əks olunan ilk xristian cəmiyyətlərinin mövcud həyatlarına diqqət yetirmək məcburiyyətindəyik… Eləcə də, İsa Peyğəmbərin mövqeyini araşdırarkən bunu da unutmamalıyıq ki, əsas mənbə olan İncillər, İsa Peyğəmbərdən 40-60 il sonra, onun həyatında baş verən gerçək hadisələrdən olduqca fərqli mühitdə, eləcə də, onun ana dili olan arami dilində deyil, yunan dilində qələmə alınmışdır… Bir sözlə, İncillər İsa Peyğəmbərin söylədiklərinə və etdiklərinə bilavasitə şahid olan İsa Peyğəmbərin öz həvariləri tərəfindən deyil, əksinə daha sonrakı dövrdə xristianlığı qəbul etmiş insanlar tərəfindən, zaman keçdikcə yaranan yeni vəziyyətlərə uyğun şəkildə seçilib toplanmış kitablardır. Yəni İncillər, İsa Peyğəmbərin sözləri və etdikləri ilə əlaqədar ilk rəvayətlərə deyil, ikinci hətta üçüncü şəxlərdən gələn rəvayətlərə əsaslanır.(28)
Yazıda diqqət çəkilən bu tarixi həqiqətlər çox əhəmiyyətlidir. İncil mətnlərini müqayisə apararaq araşdıran müstəqil tədqiqatçılar da eyni nöqtəyə diqqət çəkirlər: Dörd İncil birbirindən olduqca fərqlidir.
Dörd İncil arasındakı fərqlər
Matta, Markos, Luka və Yuhanna; ardıcıl şəkildə qeyd olunan bu dörd İncil, ortaq qənaətə görə, 65-100-cü illər arasında yazılmışdır (bəzi tədqiqatçılar, 75-115-ci illər kimi daha gec tarixlər də verirlər(29)). Bu isə, bu kitabların ilkinin İsa Peyğəmbərin Allah Qatına alınmasından təxminən 30 il sonra qələmə alındığı deməkdir.
Bir qədər əvvəl də ifadə etdiyimiz kimi, tədqiqatçılar bu qədər gec bir tarixdə qələmə alınan kitabların İsa Peyğəmbərin həyatını və təbliğini tam şəkildə əks etdirə biləcəyinə inanmırlar. Üzərində dayandıqları xüsus isə, İncil müəlliflərinin İsa Peyğəmbəri olduğu kimi deyil, öz zehinlərində xəyal etdikləri kimi təsvir etmiş olmaları ehtimalıdır.
Dörd İncilin ilk üçü (yəni, Matta, Markos və Luka) bir-birlərinə xeyli bənzəyir. Bundan ötrü də, xristian ənənəsində “sinoptik İncillər” kimi xarakterizə olunurlar (sinoptik, “eyni gözdən” deməkdir və üç İncilin ortaq dünyagörüşünü ifadə edir). Bunlar arasında tarixi baxımdan ən tez yazılanı, Əhdi-Cədiddə ikinci yerə qoyulmuş olmasına baxmayaraq, Markosun İncilidir. Matta və Lukanın öz İncillərini yazarkən Markosu qaynaq kimi istifadə etdikləri, lakin bəzi əlavələr etdikləri qəbul edilir.
Dördüncü İncil olan Yuhanna isə, sinoptiklərdən kəskin şəkildə fərqlənir. Yuhannada bildirilən bəzi hadisələr sinoptiklərdə əks olunmamışdır və ya tam əksi öz əksini tapmışdır. Üstəlik, Yuhannanın bildirdiyi bir hadisə, sinoptiklərdə tamamilə fərqli şəkildə bildirilir. Sinoptiklər də bəzi hallarda bir-birləriylə ziddiyyət təşkil edirlər.
Əhdi-Cədid tədqiqatçıları dörd İncilin bir-birlərindən fərqli mövzular üzərində dayandıqlarına, müəlliflərinin işlətdiyi üslublarının mətnlərə əks olunduğuna və dörd İncilin öz aralarında bir çox tarixi ziddiyyətlər əks etdirdiyinə işarə edərək, İncillərdəki hər ayənin bilavasitə İsa Peyğəmbərin sözü kimi qəbul edilməsinin mümkün olmadığını vurğulayırlar. Bu iddiaya görə Matta, Markos, Luka və Yuhanna tərəfindən yazılan 4 fərqli İncil, fərqli məqsədlərlə və fərqli cəmiyyətlər üçün yazılmışdır. Xristian tədqiqatçılar İncil mətnlərini üslublarına görə belə xarakterizə edirlər:
Matta; yəhudilər üçün yazılmışdır və bundan ötrü də, əsasən İsa Peyğəmbərdən “İbrahim və Davud oğlu Kral Məsih” kimi bəhs edir.
Markos; yunanlılar üçün yazılmışdır və bundan ötrü də, əsasən güc, hakimiyyət və xidmət üzərində dayanır. İsa Peyğəmbərdən “böyük işlər görən Tanrının qulu” kimi bəhs edilir.
Luka; yunanlılar və yəhudilər istisna olmaqla digərləri üçün yazılmışdır. Bundan ötrü də, İsa Peyğəmbərin üstün əxlaqı və insani cəhətləri üzərində dayanılmışdır. İsa Peyğəmbərdən “İnsanların dostu olan Adəmin oğlu” kimi bəhs edilir.
Yuhanna; digər 3 kitabdan xeyli sonra yazılmışdır. Bu dövr ərzində yaranan reaksiyaları və sual işarələrini cavablandırmaq məqsədiylə yazılmışdır. Bundan ötrü də, İsa Peyğəmbərin möcüzəvi cəhətləri üzərində dayanmışdır. “Allahın oğlu” (Allahı tənzih edirik) kimi ifadələr daha çox bu kitabda yer alır. İsa Peyğəmbərdən “göylərdən gələn” kimi bəhs edilir.(30)
Tarixi baxımdan İncillərin ən tez yazılanı Markos, ən gec yazılanı isə Yuhannadır və aralarında böyük fərqlər var. Əgər Markosun və Yuhannanın çatdırdıqları, tarixi məlumat kimi qəbul edilsə, bu fərqlər asanlıqla izah oluna bilər. Çünki ortada eyni hadisənin iki fərqli insan tərəfindən yazılmış iki ayrı təsviri var. Bu təsvirlərin biri hadisədən 40-45 il, digəri isə 60-65 il qədər sonra yazılmışdır.
İncillər arasındakı fərqlər qarşısında bəzi xristianlar; “kiçik fərqlərə baxmayaraq, nəticədə eyni hadisə bildirilir” kimi açıqlamalar verirlər. Onsuz da əhəmiyyətli olan da, məhz bu fərqlərdir. Çünki bu fərqlər, Əhdi-Cədidin müəlliflərinin yazdıqları mətnləri normal, insani yollarla yazdıqlarını göstərir: İsa Peyğəmbər haqqında bəzi şifahi məlumatlar eşitmiş, sonra da öz mədəniyyətlərinin, inanclarının, biliklərinin yaxud ön mühakimələrinin təsiri altında İncilləri yazmışdırlar. Dolayısilə bu mətnlər “insani”dirlər, “İlahi” deyildirlər. Bundan ötrü də, bunlar “içində haqq hissələrin olması mümkün olan tarixi mənbələr” kimi qəbul edilməlidir.
Xristian inancına görə, İncil mətnləri fərqli insanlar tərəfindən qələmə alınmışdır, lakin bu insanlar bunları “Tanrının verdiyi ilham”la yazmışdırlar. Buna görə də, Əhdi-Cədiddə yer alan mətnlərin hamısının hər sətrinin doğru olduğu qəbul edilir. Lakin İncillər arasındakı ziddiyyətlər, bunu qeyri-mümkün hala gətirir və bu kitabların tamamilə vəhyə əsaslandığını rədd edir. Eyni hadisənin fərqli şəkillərdə bildirilməsi isə, bunun insan hafizəsinin, zehninin, ön mühakimə və gözləntilərinin məhsulu olduğunu göstərir.
Xristian mənbələrinə baxdığınız vaxt, Əhdi-Cədidin dörd İncilindəki bu fərqli izahatın “bir-birlərini tamamlayan hissələr” kimi şərh olunmağa çalışıldığını görərsiniz. Bu məntiqə görə, hər İncil “İsa Peyğəmbərin fərqli bir cəhətinin” görülməsini təmin edir. Halbuki bu yanlışdır.
Ortada dörd fərqli mətn və dörd fərqli izahat vardır, çünki bu mətnləri yazan insanların İsa Peyğəmbər haqqındakı düşüncələri fərqlidir. Dövrümüzün Bibliya tədqiqatçılarına görə, İsa Peyğəmbər barəsindəki həqiqi məlumatları, hətta İsa Peyğəmbərə verilmiş olan əsil İncili bir mənbə olaraq istifadə etmişdirlər, lakin bu vəhyi öz inanclarına görə şərh etmiş, yenidən şəkilləndirmiş və ya əlavələrlə genişlətmişdirlər. Bu tədqiqatçılar arasında əhəmiyyətli yer tutan Con Dominik Krossan (John Dominic Crossan), Riçard Q. Uots (Richard G. Watts) ilə birlikdə yazdığı, “who is Jesus? Answers to your questions about the historical Jesus” (“İsa Peyğəmbər Kimdir? Tarixi İsa barəsindəki suallarınıza cavablar”) adlı əsərində, İncil mətnləri arasındakı fərqlər haqqında bu açıqlamanı verir:
Əslində problemin təməlini dörd İncilə sahib olmağımız meydana gətirir. Çünki bir neçə fərqli varinat arasındakı müəyyən məsəlləri yaxud aforizmləri yaxud da hekayələri oxuduğumuz vaxt, aralarındakı ziddiyyətlər gözümüzdən yayınmaz. Əvvəla bunu söyləmək ağlımızı qarışdırır; “şahidlər eyni şeyləri fərqli şəkillərdə xatırlayırlar”. Lakin çox açıqdır ki, Matta və Luka İncillərini yazdıqları vaxt, önlərində Markos İncilinin (Əhdi-Cədid İncillərinin ilki) surətləri dayanırdı. Yəni İsa Peyğəmbər barəsindəki hekayələr mövzusunda Matta və Luka müstəqil mənbələr deyildirlər, lakin Markosun varinatlarıdırlar. Bu, həmçinin variantların fərdi İncil müəlliflərinin dini fikirlərini (teologiyalarını) əks etdirdiyi deməkdir. Digər bir sözlə, hər bir İncil bioqrafiyadan çox İsa Peyğəmbərin qəsdli bir şərhidir… Matta, Markos, Luka və Yuhanna arasındakı bütün fərqlər və digər bir çox İncillə (Q İncili, Əziz Tomas İncili və s.) birlikdə nəzərə çarpan bir problemimiz var. Hər bir İncil İsa Peyğəmbəri anlamağın xüsusi yoludur. Görəsən tarixi həqiqətlərə nə qədər yaxındırlar?(31)
Sitatda da bildirildiyi kimi, digər bir əhəmiyyətli həqiqət, dörd İncilin, əslində daha çox saydakı İncil nüsxələri arasından seçilmiş kitablar olmasıdır. Tomas İncili, Məryəm İncili, Peter İncili, Yaqub və Tomasın uşaqlıq İncilləri, Yaqubun gizli İncili, Eaqerton İncili, Oksirink İncili kimi bu fərqli İncillər, İsa Peyğəmbər barəsində fərqli məlumatlar və şərhlər ehtiva edir. Tədqiqatçılar bütün bu İncillərin əslində tək bir orijinal (lakin itmiş) mətndən gəldiyini düşünürlər. Buna, alman dilindəki “quelle” (qaynaq) sözündən ilhamlanaraq “Q İncili” deyilir. İlk xristian cəmiyyəti və İncili ilk dəfə toplayanlar İsa Peyğəmbərin sözlərini bir yerə toplayarlarkən içində olduqları vəziyyətə, siyasi təzyiqlərə və mövcud şərtlərə görə yeni şərhlər etmiş, müxtəlif çıxarışlar və əlavələr edərək əsl mesajdan uzaqlaşmışdırlar. Hazırda İncil üzərində tədqiqat aparan tarixçilər bu mövzuda həmfikirdirlər. Paula Fredriksen Əhdi-Cədid yazılarının qələmə alındığı dövrü belə yekunlaşdırır:
Əhdi-Cədid yazılarının yazıldığı dövr, şifahi izahatdan yazılı izahata; arami dilindən yunan dilinə, zamanın sonundan zamanın ortasına; yəhudilərdən qeyri-yəhudilərə; Qalileyadan Yəhudaya və oradan da imperatorluğa keçidlərin yaşandığı bir dövr idi.(32)
İncil mətnlərinin meydana çıxması üzərində çoxlu tədqiqat aparılmış və çoxlu müxtəlif kitablar yazılmışdır. Bu tədqiqatçıların çox böyük hissəsi isə yuxarıda bildirdiyimiz fikirlərə qoşulurlar. Yəni İncil mətnlərinin kim tərəfindən yazıldığının qeyri-müəyyən olduğunu, bu mətnlərin İsa Peyğəmbərin sözləri olub-olmadığı mövzusunda qəti qənaətə sahib oluna bilməyəcəyini, İncil müəlliflərinin İsa Peyğəmbər ilə eyni dövrdə yaşamadıqlarını söyləyirlər. Məsələn, Prinston Universitetinin İlahiyyat fakültəsindən Eleyn Peycels (Elaine Pagels): “Matta, Markos, Luka və Yuhanna kimi adlandırdığımız İncilləri kimin yazdığı barədə demək olar ki, heç bir məlumata sahib deyilik”(33) deyir. Who wrote the Gospels? (İncilləri kim yazdı?) kitabının müəllifi Randel MakQrav Helms (Randel Mc Craw Helms): “Markosun İsa Peyğəmbəri görən heç kimi tanımadığını” söyləyir.(34)
“U. S. News & World Report” jurnalında 10 dekabr 1990-cu il tarixində Cefri L. Şeler (Jeffery L. Sheler) tərəfindən qələmə alınmış; “who wrote the Bible?” (İncili kim yazdı?) başlıqlı bir tədqiqat mətni dərc olunmuşdur. Bir çox Bibliya tədqiqatçısıyla görüşən Şelerə (Sheler) görə: “Mütəxəssislər Bibliyanın tamamilə insan əməyinin məhsulu olduğu, müəlliflərinin kimliyinin əbədiyyən itirildiyi və əsərlərin əsrlərdir ki, tərcümə və düzəlişlər nəticəsində yox olduğu nəticəsinə gəlmişdirlər”.(35) Şeler (Sheler) İncillərin yazılmasıyla əlaqədar bunları söyləmişdir:
İndiki vaxtda İncilləri əslində Matta, Markos, Luka, Yuhannanın yazdığına inanan çox az sayda Bibliya mütəxəssisi var (liberal skeptiklərdən mühafizəkar yevangelistlərə qədər). Mətnlərin müəllifləri heç bir yerdə öz kimliklərini əks etdirmirlər və ya açıq şəkildə İsa Peyğəmbəri tanıdıqlarını və ya onunla birlikdə səfərə çıxdıqlarını iddia etmirlər… Bəzi mütəxəssislər İsa Peyğəmbərin ölümündən sonrakı 100 il ərzində çox sayda dəyişiklik yaşandığını, buna görə də, heç kimin İncillərin doğruluğu və ya etibarlılığından (xüsusilə də müəlliflərin İsa Peyğəmbərə isnad etdikləri sözlərin) qəti şəkildə əmin ola bilməyəcəyini ifadə edirlər.(36)
Şeler (Sheler), yazısında bir çox teoloqun fikirlərinə yer verir. Məsələn, Veston İlahiyyat fakültəsindən Cerom Neyrey (Jerome Neyrey): “Üzərində dayanılmalı əsas mövzu, İncilləri kimin yazdığını əslində bilməməyimizdir”(37) deyir. 8 aprel 1996-cı il tarixli “Time” jurnalında da bu mövzu geniş şəkildə yer alır. Jurnala fikirlərini açıqlayan “The Gospel truth” (İncil həqiqəti) kitabının müəllifi Devid Van Biema (David Van Biema) bunları ifadə edir:
Bir çox mütəxəssisin doğruluğunu qəti şəkildə qəbul etdikləri şey, İncillərin; həvarilərin deyil, onların adı bilinməyən tərəfdarlarının (və ya onların tərəfdarlarının tərəfdarlarının) ortaya çıxartdıqları mətnlər olmasıdır. Hər biri İsa Peyğəmbərin həyatıyla əlaqədar fərqli mənzərə təqdim edir. İlki İsa Peyğəmbərdən təxminən 40 il sonra yazılmışdır.(38)
Prof. E. P. Sanders niyə İncillərin orijinal hallarından uzaqlaşdığını düşündüyünü belə yekunlaşdırır:
-
İlk xristianlar İsa Peyğəmbərin həyatının hekayəsini yazmayıblar, onlar daha çox bundan istifadə ediblər və buna görə də şəxsi hissələr qorundu (yəni onun sözləri və qəhrəmanlıqları barəsindəki qısa ayələr qorunmuş oldu). Bu hissələr daha sonra redaktorlar və müəlliflər tərəfindən təkmilləşdirildi və düzəldildi. Bu da, İsa Peyğəmbərin sözləri və etdikləri ilə əlaqədar ən yaxın məzmundan heç vaxt əmin ola bilməyəcəyimiz deməkdir.
-
Bəzi materiallar yenilənmiş, bəziləri də ilk xristianlar tərəfindən yaradılmışdır. - İncillər anonim şəkildə yazılmışdır.(39)
Dördüncü İncil
Yunanlıların xristian inancları üzərindəki təsiri ilə əlaqədar tədqiqat aparan insanlar üçün dördüncü İncil çox mühüm dəlildir. Akademiklərin əksəriyyəti Əhdi-Cədiddə dördüncü yeri tutan və xristianlar tərəfindən “Yuhanna İncili” kimi adı çəkilən kitabı yalnız “dördüncü İncil” kimi xarakterizə etməyi seçərlər. Çünki bu İncilin həvari Yuhanna tərəfindən yazıldığı iddiası bir çox tədqiqatçı tərəfindən qəbul edilmir.
Dördüncü İncilin müəllifinin, İsa Peyğəmbərin kimliyi barəsindəki açıqlamaları və üslubu çox fərqlidir, nəql etdiyi sözlər və ya hadisələr fərqlidir. Sinoptiklərə görə olduqca fəlsəfi, olduqca simvolik və olduqca mistikdir. Əhdi-Cədiddəki ziddiyyətlərin əksəriyyəti də, əslində sinoptiklərlə dördüncü İncil arasındakı ziddiyyətlərdir. Prof. E. P. Sanders də “The historical figure of Jesus” (“İsa Peyğəmbərin tarixi portreti”) adlı əsərində sinoptik İncillər və Yuhanna İncili arasındakı fərqlər üzərində dayanır. Sanders İsa Peyğəmbərin həyatından bəzi əhəmiyyətli hadisələri nümunə verərək, bu hadisələrin sinoptik İncillər ilə Yuhanna İncilində bir-birindən daha fərqli şəkillərdə bildirildiyinə diqqət çəkir. Sanders: “İkisindən birini qəbul etmək məcburiyyətindəyik” deyir və cümləsini belə tamamlayır:
“…Lakin digər bir ehtimal üzərində də dayanmalıyıq: bəlkə də, müəlliflərin heç biri nəyin nə vaxt yer alacağını bilmirdi. Əllərində böyük ehtimalla bir neçə dolaşıq məlumat vardı və onlar da bu məlumatlar əsasında inanılası hekayələr meydana gətirdilər. Özləri də bu hekayələrə yeni əlavələr etdilər”.(40)
Moris Keysi (Maurice Casey), “the origins and development of new testament christology”, (Əhdi-Cədid xristologiyasının kökləri və inkişafı) adlı mühüm əsərində bunları söyləyir:
Yuhannada İsa Peyğəmbərin, Tanrının Oğlu ifadəsini 23 dəfə işlətdiyi görülür. Markosda isə bir dəfə. Əgər İsa Peyğəmbər bu termini Yuhannanın söylədiyi qədər sıx işlətmiş olsaydı, dərin iman sahibi xristianlar da sinoptik İncillərdə bu ifadəni bir çox dəfə işlədərdilər… Halbuki sinoptiklərdə bu barədə dəlillər yoxdur. Əgər “oğul” ifadəsi İsa Peyğəmbərin öz müqəddəsliyini bildirmək üçün, işlətdiyi ən təməl ifadə olsaydı, həvarilər bu termini çox işlədərdilər, bu sözlər Lukaya sıx şəkildə ötürülərdi və Luka da hamısını kağıza tökərdi.(41)
Keysi (Casey), Yuhanna İncilində olan və təslis inancının təməlini meydana gətirən bəzi ifadələrin, niyə sinoptik İncillərdə olmadığını araşdırır. Gəldiyi nəticə isə budur: Əgər İsa Peyğəmbərin “Allahın oğlu” olduğu iddiası və ona əsaslanan təslis inancı həqiqətən xristianlığın təməli olsaydı, İsa Peyğəmbərin sözlərində, təbliğində bu mövzu haqqında çoxlu dəlil olmalıydı. Halbuki sinoptik İncillərdə təslis inancının təməllərini tapmaq qeyri-mümkündür. Buna baxmayaraq, “insan övladı” ifadəsi istər sinoptik İncillərdə, istərsə də Yuhannada o qədər çox işlədilir ki, bundan İsa Peyğəmbərin bu ifadəni işlətmiş ola biləcəyi aydın olur (doğrusunu Allah bilir). “Allahın oğlu” ifadəsinin İsa Peyğəmbər tərəfindən işlədilmədiyini bildirən İncil tədqiqatçıları, “insan övladı” ifadəsi üçün tam əksini düşünürlər.
Yuhanna İncilinin digər diqqətçəkici tərəfi, yunan fəlsəfəsiylə olan əlaqəsidir. İncil tədqiqatçısı Ceyms Stil (James Still), “the Gospel of john and the hellenization of Jesus” (Yuhanna İncili və İsanın yunanlaşdırılması) adlı əhəmiyyətli məqaləsində bu mövzuda bunları söyləyir:
Yuhanna İncili ikinci əsrin əvvəllərində yunanlı xristianlar üçün yazıldı. Bu yeni inananlar, daha təhsilli və daha zəngin insanlar idi. Şəhərlərində yaşayan yəhudi diasporunu kiçik hesab edir, bunun əvəzində, Roma rəhbərliyinin etibarını qazanırdılar. Bundan ötrü də, Yuhannanın müəllifi, sinoptik İncillərdə yer alan və İsa Peyğəmbəri yəhudilərin Məsihi kimi tanıdan ayələri çıxartdı… Fövqəlbəşər bir İsa fiquru ortaya çıxartdı. Əvvəlki sinoptik İncillər İsa Peyğəmbərin yəhudilərin Məsihi, Davud Peyğəmbərin nəslindən gələn və İsraili xilas edəcək insan olduğunu vurğulamışdılar. Yuhannanın müəllifi isə, yunanlı xristianları məmnun etməyən bütün bu yəhudi anlayışlarını yox etdi, İsa Peyğəmbərin Fələstin və Davud Peyğəmbər nəsli ilə əlaqədar olan əlaqələrini yox etdi.(42)
Ceyms Stilin (James Still) digər açıqlamaları belədir: Bu gün məlum olan İsa Peyğəmbəri, ortaya çıxartmış yunan fəlsəfəsinin təsirini Yuhannada çox açıq şəkildə görərik. Bu tam mənasıyla yunanlaşdırılmış və Tanrıya bərabər kimi göstərilmiş bir İsa Peyğəmbər portretidir. Yuhannanın mürəkkəb və mistik üslubunun tək məqsədi var; İsa Peyğəmbərin Tanrı olduğu mesajını verə bilmək(43) (Allahı tənzih edirik).
Sinoptik İncillərdə İsa Peyğəmbərə ilahlıq isnad edən ayələr çox az olub mübahisəlidir. Lakin Stilin (Still) söylədiyi kimi bu yanlış inanc Yuhannada bütün mətnə nəzərəçarpan şəkildə hakimdir. Ceyms Stil (James Still) eyni məqaləsində 4 İncildə İsa Peyğəmbəri ilahlaşdırmaq üçün aparılan tənzimləmələrdən belə danışır:
Burada (Yuhanna İncilində) İsa Peyğəmbərin doğumu yoxdur, bizə “hər şeyin başlanğıcında” İsa Peyğəmbərin Tanrı ilə birlikdə yarandığı bildirilir. Çünki bu İncilin müəllifi, İsa Peyğəmbərin doğumundan danışmağın, bu doğum hər nə qədər fövqəladə olsa da, əzəldən bəri mövcud olan Oğul Tanrı anlayışıyla uyğunlaşmayacağı qənaətindədir. İsa Peyğəmbərin Markos İncilində gördüyümüz insani acizlik və ehtiyacları Yuhannada qətiyyən yer almır… Çünki Yuhannanın yazıldığı dövr olan birinci əsrin sonunda, İsa Peyğəmbər barədə deyilənlər onu bir yunan tanrısı
Xristianlar bu əsassız iddianı niyə ortaya atmış ola bilərlər?
Təslis inancı, ortaya çıxdığı illərdən dövrümüzədək, demək olar ki, hər dövrdə böyük mübahisələrə səbəb olmuşdur və 18-ci əsrdən etibarən də bu mübahisələr daha geniş sahələrə yayılmışdır. Bu illərdə başlayan Bibliya tədqiqatları, insanları, əvvəlcə təslis inancının niyə İncildə açıq şəkildə yer almadığını, sonra isə, hansı şərtlər altında ortaya çıxdığını sorğu-sual etməyə yönəltmişdir. İndiki vaxtda da müxtəlif ilahiyyatçılar, elm adamları, tədqiqatçılar, yazıçılar və müstəqil xristian cərəyanları təslis və kəffarə inancı başda olmaqla, bir çox ənənəvi xristian inancını rədd edirlər. Növbəti hissədə nümunələrini nəzərdən keçirəcəyimiz bu insan və cərəyanların bir hissəsi təslis inancına qarşı çıxan arianların ideologiyasını müdafiə edirlər. Düşüncələrini isə Bibliya və ilk xristianlıqdan qalan əsərlərlə əlaqədar aparılmış tədqiqatlara əsaslandırırlar.
İsa Peyğəmbərdən bir neçə əsr sonra, İznik və Kalkedon kilsə məclislərində alınan qərarlardan sonra, təslis inancı xristianlığın təməli halına gətirilmiş, bu böyük yanılmaya inanmamaq isə, imansızlıq kimi qəbul edilmişdir. Bundan ötrü də, təslis inancının Allaha, Onu tək ilah qəbul edərək iman etməklə ziddiyyət təşkil edən bir təlim olduğuna inanan, İncillərdə təslis inancının qeyd olunmadığını müdafiə edən və ya bu mövzuda şübhələrə sahib insanlar ya susdurulmuş, ya da təzyiqlə razı salınmışdırlar. Teodor Tsan (Theodore Zahn), “articles of apostolic creed” (“həvvari inanclarının maddələri”) adlı əsərində “180-210-cu illər arasında “Allaha, Onu tək ilah qəbul edərək iman etmək” sözünün əvvəlinə “ata” sözünün əlavə olunduğunu” söyləyir. Tsan (Zahn), bunun əvvəlcə bir çox kilsə liderinin reaksiyasına səbəb olduğunu və bu liderlərin “edilən şeyin müqəddəs mətnlərdə olmayan inanclar meydana gətirmək olduğunu” söylədiklərini ifadə edir. Apardığı İncil tədqiqatlarıyla tanınan Dunkan Hister (Duncan Heaster) isə 1988-ci ildə təslis inancı mövzusunda aparılan bir müzakirədə fikirlərini belə dilə gətirmişdir:
Təslis inancı bizə qavramağın qeyri-mümkün olduğu Tanrı inancı təqdim edir və bu inanc Tanrının açıq və aydın sözləriylə tamamilə ziddiyyət təşkil edir. Hər hansı biriniz, Allahın eyni zamanda “həm üç, həm də bir” olduğu iddiasını anlaya bilirsinizmi? Və ya “doğulmadan əvvəl də mövcud olan bir oğul” inancını qavraya bilirsinizmi? Mən təslis inancının Allahın sözündə qətiyyən qeyd olunmadığını söyləyirəm. İncildə “təslis” ifadəsi bir dəfə belə işlənmir. Hamımız çox yaxşı bilirik ki, bu inanc xristianlığa 3-cü əsrdə əlavə olunmuşdur… “Tanrı” sözü İncildə 1300 dəfə işlənir və bu İncil ayələrinin heç birində “Tanrı” ifadəsi ilə birdən çox şəxsiyyət və ya üçləmə nəzərdə tutulmur, eyham belə edilmir. Lakin Allahın bir olduğu ifadə edilir… Təslis inancı müdafiəçilərinin bəhs etdikləri inanc Əhdi- Ətiqin mətnlərində də bilinmir.(46)
Histerin (Heaster) sözləri çox açıqdır və dövrümüzdə onunla eyni fikirləri dilə gətirən bir çox tədqiqatçı var. Məsələn, Con Hik (John Hick), “the rainbow of faiths (inancların göy qurşağı) adlı əsərində bu nəticəyə gəlir (Allahı aşağıdakı sitatda qeyd olunan ifadələrdən 1) Son illərdə aparılan tədqiqatlara baxdığımız vaxt, İsa Peyğəmbərin, “Tanrı və ya müqəddəs üçləmənin ikinci şəxsi olan Tanrının oğlu” olduğunu öyrətmədiyini görərik. O bu inancın tam əksinə, həmişə özünün bir “insan övladı” olduğunu insanlara öyrətmişdir.
-
Səlahiyyət sahibi xristianlar və teoloqlar, İsa Peyğəmbərin həm tam bir Tanrı, həm də tam bir bəşər olduğu şəklindəki ənənəvi xristian inancını aydın şəkildə izah edə bilmirlər.
-
Təcəssüm inancı xristianların digər dini ənənələrlə və onların mənsubları ilə olan əlaqələrinə bərpa edilməz zərərlər verir. Çünki bu inanc, xristianlığın digər dinlərdən üstün olduğunu eyham edir.(47)
Burada bir xüsus da vurğulanmalıdır. Bizim bu kitabdakı məqsədimiz nə təslis inancını ilk dəfə ortaya atan insanları, nə də təslis inancına sahib olan səmimi xristianları mühakimə etmək deyil, təslis inancı barəsindəki həqiqətləri Quran ayələri əsasında göstərmək və bu inancın ortaya atılmasındakı mümkün səbəbləri bildirməkdir. Unutmamaq lazımdır ki, əsİl müsəlmanlar Allahın göndərdiyi bütün elçilərə və kitablara iman edər, xristianların inanclarına və dəyərlərinə hörmət edərlər. Allaha qəlbən iman edən, Allahdan qorxan, Allaha səmimi sevgiylə bağlanan və Onun mübarək elçisi İsa Peyğəmbərə dərin hörmət bəsləyən bütün xristianlara qarşı müsəlmanlar da böyük məhəbbət bəsləyər, onlara dostluq və tolerantlıqla yaxınlaşarlar.
Təslis inancının ortaya atılmasında da, pis niyyətli və mənfəətpərəst insanlar ola biləcəyi kimi, təmiz niyyətli olub, zaman içində xəbəri olmadan doğru yoldan uzaqlaşan insanların olması da mümkündür. Əvvəlcə müxtəlif formalarda ifadə edilən həmin bu inanc, zaman içində təhrif edilmiş ola bilər. Təslis bənzəri iddiaları dəstəkləyən və qəbul edilməsində rol oynayan insan və cəmiyyətlərin də mütləq bir-birlərindən fərqli düşüncələri olmuşdur. Bəziləri İsa Peyğəmbərin üstün əxlaqını daha da vurğulamaq məqsədiylə, bəzi məcazi ifadələri yanlış şərh edərək, bəziləri mövcud siyasi və mədəni mühitdən təsirlənərək, bəziləri də xristianlığın daha da böyük sürətlə yayılmasını təmin etmək məqsədiylə bu kimi iddiaları öz ağıllarınca səmimi niyyətlə dəstəkləmiş ola bilər. Bundan ötrü də, təslis iddiasını rədd edərkən, ilk xristianların o dövrün tarixi, siyasi və mədəni şəraitinin təsiri altında qalaraq və ya üzləşdikləri çətinlik və təzyiqlərdən mənfi istiqamətdə təsirlənərək səhvə yol vermiş ola biləcəkləri də nəzərə alınmalıdır. Bu hissədə təslis iddiasının ortaya atılmasında rol oynamış ola biləcək mümkün səbəblər göstəriləcək (bu hissədə xristianların yanlış inanclarını ifadə etmək məqsədiylə işlədilmiş hər cür batil ifadədən Allahı tənzih edirik. Mübarək peyğəmbər İsanın da bütün bu yaraşdırmalardan uzaq olduğunu yenidən bildirmək istəyirik).
Təslis inancında İsa Peyğəmbərin “Allahın oğlu” olduğuna dair yanlış inanc hakimdir (Allahı tənzih edirik). Halbuki xristianlığın yarandığı ilk illərdə və daha əvvəlki dövrlərdə “oğul” ifadəsinin necə və nə məqsədlə işlədildiyi araşdırıldıqda ortaya daha fərqli vəziyyət çıxır.
Oğul sözü İncildə İsa Peyğəmbər üçün 4 fərqli şəkildə işlədilir: Məryəm oğlu, Davud oğlu, İnsan övladı, Allahın oğlu.
“Məryəm oğlu” ifadəsi İsa Peyğəmbərin Məryəm tərəfindən dünyaya gətirildiyini, “Davud oğlu” isə İsa Peyğəmbərin İncilə görə Davud Peyğəmbərin nəslindən gəldiyini ifadə edir.
“İnsan övladı” ifadəsi həm İsa Peyğəmbərin özünü necə tanıtdığının, həm də ətrafındakı insanların özünə necə baxdıqlarının başa düşülməsi baxımından çox əhəmiyyətlidir. Çünki bu ifadə İncil mətnlərində Məsih və Allahın oğlu ifadələrindən daha çox işlədilir. “İnsan övladı” yəhudi ilahiyyatına məxsus bir ifadədir və Əhdi-Ətiqdə (xüsusilə də məzmurlarda) tez-tez işlədilir. Bilavasitə insanları ifadə edər və çox alışılmış bir ifadədir. Məsələn, Yezekel peyğəmbərdən bəhs edilərkən 90 dəfə “insan övladı” ifadəsi işlədilmişdir və o, insanlara ölümlü bəşər kimi tanıdılmışdır.
Bu ifadənin arami dilindəki qarşılığı olan “bar nash(a)”, İsa Peyğəmbərin dövründə də hamı üçün işlədilirdi, lakin İncildə işlədilən “insan övladı” ifadəsi, yəhudilərin müqəddəs kitablarındakı kimi, hamı üçün işlədilməmiş, yalnız İsa Peyğəmbərə işarə edən bir ünvan kimi bir çox dəfə işlədilmişdir.(48) İnsan övladı ifadəsi Matta, Markos və Lukada 69 dəfə, Yuhanna İncilində 13 dəfə işlədilir. Yalnız bir yerdə bütün insanları ifadə etmək üçün işlədilir (İbranilere Mektup, 2/6-8). Bu tərif həm İsa Peyğəmbər üçün, həm də İsa Peyğəmbər tərəfindən bir çox dəfə “mən” mənasında işlədilmişdir. Bu İncil ayələrindən bəziləri belədir:
Hər kəs Tanrının böyük gücünə heyran qaldı… Hər kəs İsanın bütün etdikləri qarşısında heyrət içində olarkən, İsa tələbələrinə: “Siz bu sözlərimə yaxşıca qulaq asın” dedi. “İnsan övladı, insanların əlinə təslim ediləcək”. (Luka, 9/44)
…Yunis necə Nineviya xalqı üçün bir əlamət oldusa, insan övladı da bu nəsil üçün belə olacaq. (Luka, 11/30)
…İndi Qüdsə gedirik. Peyğəmbərlərin insan övladıyla əlaqədar yazdıqları hər şey gerçəkləşəcəkdir. O, digər xalqlara təslim ediləcək…” (Luka, 18/31-32)
İnsan övladı, müəyyənləşdirilmiş yolla gedir. Lakin onu satan insanın vay halına!” (Luka, 22/22)
İsa hələ danışarkən bir kütlə çıxıb gəldi. On ikilərdən biri, Yəhuda adında bir insan, kütləyə liderlik edirdi. İsanı öpmək üçün yaxınlaşdıqda İsa ona: “Yəhuda, İnsan övladını bir öpüşə görə mi ələ verirsən?” dedi. (Luka, 22/47-48) Yuxarıda da ifadə etdiyimiz kimi “insan övladı” ifadəsi ilk xristianlar tərəfindən “insan” mənasında işlədilirdi. Çünki böyük hissəsi yəhudi olan ilk xristianlar bu ifadəni həmişə bu mənada işlətmişdilər və bu ifadəyə təkcə “bəşər” mənasını verirdilər. Əhdi-Ətiqdəki istifadələr də bu fikri dəstəkləyir, İsa Peyğəmbərin Allahın yaratdığı, Allahın rəhmətinə möhtac bir bəşər olduğunu göstərirdi.
İncildə keçən “Allahın oğlu” ifadələri isə, təslis inancını müdafiə edənlərin dayaqlarından birini meydana gətirir. Lakin bu şərh, xristian aləmində əsrlərdir ki, özü ilə böyük mübahisələr gətirmişdir. Çünki yəhudi mədəniyyətini yaxından tanıyan, İsa Peyğəmbərin yaşadığı dövrdə xalqın işlətdiyi dilin xüsusiyyətlərini araşdıran hər tədqiqatçı bu istifadənin məcazi məna daşıdığını ifadə etmişdir. Geniş yayılmış fikir budur: “Allahın oğlu” ifadəsi, yəhudi cəmiyyətində onsuz da geniş yayılmış olan və cəmiyyətdəki mühüm şəxsiyyətlər üçün tez-tez işlədilən məcazi bir ifadə forması idi.
1977-ci ildə, aralarında anqlikan teoloqların da olduğu 7 İncil mütəxəssisi “the myth of God incarnate” (“Tanrı insan şəklini aldı” əfsanəsi) adlı bir kitab nəşr etdilər. Bu kitab çox böyük təsir oyatdı. Ön sözdə redaktor John Hick bunları yazırdı:
Bu kitabın müəllifləri 20-ci əsrin bu son dövründə böyük dini inkişafın gerçəkləşməli olduğu mövzusunda həmfikirdirlər. Bu ehtiyac əvvəlcə xristianlığın kökləriylə əlaqədar məlumatın artmasından qaynaqlanır. Həmçinin İsa Peyğəmbərin Allah tərəfindən xüsusi bir vəzifə və mübarək bir məqsədlə göndərilmiş bir insan olduğunu qəbul etməyə əsaslanır. Eləcə də, İsa Peyğəmbərin Allahın təcəssümü (insan şəklini alması) və üçləmənin ikinci insanı olduğu istiqamətindəki inancın, İsa Peyğəmbərin bizim üçün ifadə etdiklərinin poetik və mifoloji ifadə forması olduğunu qəbul etməyə əsaslanır.(49)
Con Hikin (John Hick) kitabı boyunca müxtəlif dəlillərlə üzərində dayandığı həqiqət “Tanrının oğlu” ifadəsinin tamamilə İsa Peyğəmbərdən sonra ortaya atılan bir inanc olması və İsa Peyğəmbərin qətiyyən belə bir inancı təbliğ etməməsidir.(50)
İsa Peyğəmbər, daha sonra yaşayan xristianların düşündükləri kimi, özü barəsində ilahlıq iddiasıyla çıxış etməmişdir. Özünü Tanrı, Tanrının oğlu və ya Tanrının təcəssümü olaraq görmürdü… İsa Peyğəmbərin özünü bu cür gördüyünü düşünmək qətiyyən mümkün deyil. Üstəlik, o bu istiqamətdəki bir fikri inkar hesab etmişdir, ona aid olduğu deyilən bu söz bunu açıq şəkildə göstərir: “Niyə mənə Tanrı deyirsiniz? Yaxşı olan tək biri var, O da Tanrıdır”. (Markos, 10/18) Əlbəttə ki, İsa Peyğəmbərin nə söyləyib, nə söyləmədiyi ilə əlaqədar qəti danışmaq qeyrimümkündür. Lakin əldəki dəlillər, tarixçilərin fikir birliyi ilə İsa Peyğəmbərin belə bir iddia etmədiyini qəbul etmələrini təmin etmişdir.(51)
Yəhudilər arasında çox sıx şəkildə işlədilən “Allahın oğlu” ifadəsi məcazi olaraq “Allaha məxsus” mənasını verirdi. Buna görə də, bir insana Allahın oğlu deyildikdə, o insanın Allaha yaxın olduğu, Allaha qəlbən xidmət etdiyi və Allahın razı olacağı bir həyat tərzi yaşadığı ifadə edilmək istənilirdi. Qətiyyən həmin insanın Allahla eyni və ya Ona bərabər xüsusiyyətlərə sahib olduğu, yaxud ilahlıq daşıdığı qəsd edilmirdi (Allahı tənzih edirik). Necə Dolayısilə ilk xristianların da bu ifadəylə, İsa Peyğəmbərə bəslədikləri hörməti və onun Allaha yaxınlaşdırılan mübarək bir qulu olduğuna dair güclü inanclarını bildirmək istəmiş olmaları mümkündür. Necə ki, bir çox xristian ilahiyyatçı da: “İsa Peyğəmbər üçün işlədilən “Allahın oğlu” ifadəsinin, İsa Peyğəmbərin tərəfdarları tərəfindən özünü şərəfləndirmək və ucaltmaq üçün işlətdiyini söyləyərək, məcazi məna daşıdığını” vurğulayır.
Əslində “oğul” ismi ivrit dilində xüsusi ifadə forması idi və başqa anlayışlarla birlikdə də işlədilirdi. Bir insanın bir şeyin “oğlu” olaraq xatırlanması, onunla yaxın əlaqəsi olduğu mənasını verirdi. “The Catholic Encyclopedia”, bu mövzuda bunları yazır:
“Oğul” sözü samilər (yəhudilər və ərəblər) arasında, yaxın və ya xüsusi bir əlaqəni bildirmək üçün işlədilirdi. Məsələn, “qüvvətin oğlu” qəhrəman döyüşçü deməkdi; “pisliyin oğlu” pis insan, “qürurun oğlu” qürurlu insan, “malın oğlu” çox zəngin bir insan, “fidyənin oğlu” bir girov, “ildırımın oğlu” çox sürətli uçan bir quş, “ölümün oğlu” öləcəyi gözlənilən bir insan, “yayın oğlu” ox, “şeytanın oğlu” lənətli bir insan mənasını verirdi. “Peyğəmbərlərin oğlu” ifadəsi, həmin peyğəmbərlərə itaət edən tələbələri ifadə etmək üçün işlədilərdi. “Tanrının oğlu” ifadəsi isə, Əhdi-Ətiqdə, Allahla yaxın əlaqəsi olan varlıqlar üçün işlədilərdi. Mələklər və ya yalnız dindar insanlar “Tanrının oğlu” kimi xatırlanırdılar.(52)
19 May Universiteti İlahiyyat fakültəsindən Dos. Dr. Mahmud Aydın, John Hickin bu mövzudakı fikirlərini belə nəql edir:
…Bu cür bir ifadə forması, İsa Peyğəmbərin gəldiyi dövrdə onsuz da geniş şəkildə mövcud olan və cəmiyyətdəki mühüm şəxsiyyətlər üçün tez-tez işlədilən bir ifadə forması idi. Dolayısilə, İsa Peyğəmbərin həvariləri də bu ifadəni (yəni “Allahın oğlu” ifadəsini) mənimsəyərək, onu asanlıqla öz liderləri, yəni İsa Peyğəmbər üçün işlədiblər. Buna görə də, İsa Peyğəmbər eynilə Davud nəslindən gələn krallar və yəhudi cəmiyyətində yaşayan dini və əxlaqi baxımdan çox mühüm şəxsiyyətlər kimi Allahın oğlu olaraq təsvir edilmişdir. Hikə görə yəhudi düşüncəsində özlərinə “Allahın oğlu” sifəti verilən krallar və mühüm şəxsiyyətlər qətiyyən söz mənası etibarilə Allahın oğulları kimi başa düşülməyiblər.
Lakin onlar sahib olduqları xüsusiyyətlərdən ötrü yalnız şərəfləndirilmək və ucaldılmaq üçün Allahın oğulları kimi görülərək şərəfləndiriliblər. Yəni həmin bu ifadə yəhudi düşüncəsində qətiyyən həqiqi mənada işlədilməmişdir. Yəhudi tarixi boyunca “Allahın oğlu” ifadəsi insanlar üçün işlədilmişdir. Məsələn, Məsih, sülalə krallarının Allahın oğlu kimi qəbul edildiyi Davud Peyğəmbərin sülaləsindən gəlməli olan dünyəvi bir kral kimi qəbul edilirdi… İsa Peyğəmbərin tərəfdarları da mövcud olan bu ifadələri çox asan şəkildə onun üçün işlədiblər. İsa Peyğəmbərin ilahi xüsusiyyətə sahib varlıq hesab edilməsi ilk növbədə onun yaşadığı mədəniyyətin bir nəticəsidir. Buna görə də, İsa Peyğəmbərin gəldiyi dövrdə bəzi mühüm xüsusiyyətlərə sahib insanlar, məcazi mənada ilahi xüsusiyyətə sahib “Allahın oğlu” kimi adlandırılırdılar.(53)
Mahmud Aydın (Mahmut Aydın), Con Hikin (John Hick) bu mövzudakı fikirlərinə geniş müəyyənləşdirmişdir:
Nə İsa Peyğəmbərin şəxsən özü ilahi xüsusiyyətə sahib olduğunu irəli sürüb, nə də onun həvariləri onun ilahiliyini vurğulayacaq hər hansı isnad ediblər. Əksinə İsa Peyğəmbərin ilahlığı düşüncəsi ilk xristian cəmiyyətində ortaya çıxmış və zaman keçdikcə inkişaf edib doktrina halını almış və ehkam halına gətirilmişdir. Çünki, bu, ilahi oğulluq ifadələrinin zaman keçdikcə yəhudi konteksindən çıxıb ellinist Roma mədəniyyətinin konteksinə daxil olması nəticəsində baş vermişdir.(54)
Əhdi-Cədid tədqiqatçılarından və ilk xristianlığın kökləriylə əlaqədar müxtəlif kitabları olan P. M. Keysi (P. M. Casey) isə: “İsa Peyğəmbər, özünün xüsusi və olduqca dindar bir insan olduğunu düşünənlər tərəfindən Tanrının oğlu kimi adlandırılmış ola bilər” deyir.(55) Keysinin (Casey) diqqət çəkdiyi digər bir məsələ isə, yəhudi ənənəsində fərdi və ya ictimai cəhətdən əhəmiyyətli insan və hadisələrin, mifoloji və məcazi ifadələrlə ifadə edilməsidir.(56)
Yəhudi inanclarında yer alan “Məsih” anlayışına görə bir kral olan Məsih, Davud Peyğəmbərin nəslindən gələcəkdi. Davud Peyğəmbərin nəslindən gələn krallar da, “krallıq mövqeyinə təyin edilmiş olmaq mənasında Tanrının oğulları olaraq” qəbul edilirdilər…(57) İsa Peyğəmbərə “Məsih” olaraq iman edənlər də bu inancın davamı olaraq onu bu ifadəylə yada salmaqda bir problem görməmiş ola bilərlər.
Prof. E. P. Sanders də “the historical figure of Jesus” (“İsa Peyğəmbərin tarixi portreti”) adlı əsərində Allahın oğlu ifadəsinin yəhudi cəmiyyətində heç vaxt həqiqi mənasıyla işlədilmədiyinə diqqət çəkir. Sanders, yəhudilər arasında işlədilən “Allahın oğulları” ifadəsinin kişi və qadınlara aid olan mənəvi məna ifadə etdiyini söyləyir. Bu yəhudilər üçün məcazi məna ifadə edir və Allaha bağlılığı bildirir.(58) E. P. Sanders ilk xristianlar tərəfindən “Allahın oğlu” ifadəsinin işlədilməsini belə açıqlayır:
…İlk xristianlar İsa Peyğəmbər üçün “Allahın oğlu” sözünü işlətdilər, lakin onlar onun yarı Tanrı-yarı insan olduğunu düşünməmişdilər. Onlar “Allahın oğlu” sözünü yüksək vəzifə hesab etmişdilər… İsa Peyğəmbərin ilk tərəfdarları onu “Allahın oğlu” olaraq çağırdıqlarında daha mücərrəd vəziyyəti ifadə etmək istəmiş ola bilərlər: çox əhəmiyyətli bir işi bacarması üçün özünü seçən Allahla xüsusi əlaqəsinin olması kimi. Qeyri-yəhudi xristianlar isə, bu dini ilk qəbul etdikləri vaxt, Allahın oğlu ifadəsini, Makedoniyalı İsgəndərlə əlaqədar hekayələr və ya öz mifologiyaları əsasında anlamış ola bilərlər…(59)
Sandersin də qeyd etdiyi kimi, İsa Peyğəmbərin təbliğinin yəhudilərdən qeyri-yəhudilərə, yəni bütpərəst romalılara keçməsiylə birlikdə, məcazi olaraq işlədilən bu ifadənin mənası dəyişməyə başlamış və İsa Peyğəmbərin ilahlığını ifadə edən bir mənada işlədilməyə başlanmışdır. Beləliklə də, ilk xristianlar tərəfindən Məsih olaraq tanınan və tamamilə bəşəri xüsusiyyətə sahib bir şəxsiyyət kimi qəbul edilən İsa Peyğəmbər, ilah olaraq xatırlanmışdır (Allahı tənzih edirik).
Uilyam C. Varner (William C. Varner), bir məqaləsində bu terminin xristianlar tərəfindən necə İncildə İsa Peyğəmbərə inanan hər kəsin “Allahın oğlu” kimi tanıdıldığı danılmaz həqiqətdir. (Yuhanna, 1/12) O zaman mənim Allahın oğlu olmağımla İsa Peyğəmbərin Allahın oğlu olması arasında necə bir fərq var? Allahın oğlu ifadəsi həqiqətən də İsa Peyğəmbərin ilahlığının bir ifadəsidir mi, yoxsa xristianlar İncilin nəzərdə tutduğundan daha çoxunumu oxuyurlar? Bu sualın cavablandırılması üçün xristianlıq mesajını ilk dinləyən və ilk oxuyanların bu ifadəni necə anladıqları araşdırılmalıdır. Bəs bu insanlar kimdi? Bu insanlar bir qayda olaraq yəhudilər və qeyri-yəhudilərdi. Bu iki qrup da “Allahın oğlu” terminini 1-ci əsrin dilçiliyi və mədəni mühitində həmişə işlədirdilər.(60)
Təslis inancını müdafiə edənlər, İncildə işlənən “oğul” anlayışını şərəfləndirmə və hörmət göstərmə ifadəsi kimi şərh etməyi qəbul etməzlər. Halbuki İncilin bir çox yerində, həmin bu anlayış, açıq şəkildə bu mənada işlədilmişdir. Məsələn, “Tanrının oğulları” ifadəsi Allaha iman edən və İsa Peyğəmbərin izindən gedən bütün səmimi iman sahibləri üçün işlədilir:
“Lakin mən sizə deyirəm: Düşmənlərinizi sevin və sizə əziyyət verənlər üçün dua edin ki, siz göylərdə olan Rəbbinizin oğulları olasınız, çünki o, günəşini pislərin və yaxşıların üzərində doğdurar və saleh olanlarla olmayanların üzərinə yağışını yağdırar. Çünki sizi sevənləri sevsəniz nə qazanarsınız? (Romalıların) Vergi toplayanları da belə etmirlərmi? Eləcə də, ancaq qardaşlarınıza salam versəniz, bundan artıq nə etmiş olarsınız? Bütpərəstlər də belə etmirlərmi? Bundan ötrü də, səmavi Rəbbiniz kamil olduğu kimi siz də kamil olun”. (Matta, 5/44-48)
Allahın ruhuyla idarə olunanların hamısı Allahın oğullarıdır. (Pavlus’un Romalılara Mektubu, 8/ 14)
Hər şeyə qadir olan Rəbb: “Sizin Allahınız olacağam, siz də oğullarım və qızlarım olacaqsınız” deyir. (Pavlus’un Korintlilere İkinci Mektubu, 6/18)
Ziddiyyətiniz böyük olacaq və sizə Uca olanın oğulları deyiləcək. Çünki o yaxşılıq bilməzlərə və pislərə qarşı da yumşaqürəklidir. (Luka, 6/35)
Yuxarıdakı nümunələrdə də görüldüyü kimi “Allahın oğulları” ifadəsi İncil ayələrində bir çox dəfə işlədilir. Bu məna isə, eynilə yəhudi mədəniyyətindəki kimi istifadə edilir: Allahı dost tutmuş, Allaha yaxınlaşmaq üçün səy göstərən, Allahın qanunlarına görə yaşayan insanlar… Necə ki, Luka İncilində Adəm Peyğəmbərdən də “Allahın oğlu idi” (Luka, 3/38) kimi bəhs edilir. İncildə olduğu kimi Əhdi-Ətiqdə də “Allahın oğlu” ifadəsi bir çox dəfə işlədilir. Məsələn, Əhdi-Ətiqdə İsrail milləti üçün “oğul” ifadəsi işlədilir:
İsrail, uşaq olarkən onu sevdim və oğlumu Misirdən çağırdım. (Hoşea, 11/1) Digər bir Tövrat ayəsində eyni ifadə, mələkləri təsvir etmək üçün işlədilmişdir:
Nəhayət Allahın oğulları Rəbbin qarşısında özlərini təqdim etməyə gəldikləri gün Çıxış fəslinin 6-cı babının başlanğıcında “Allahın oğulları” ifadəsiylə yer üzündə çoxalan insanlar təsvir edilir. Bu istiqamətdəki digər ayələr belədir (Allahı ayələrdəki ifadələrdən tənzih edirik):
Firona deyəcəksən: Rəbb belə deyir: İsrail oğlumdur, ilkimdir. (Çıkış, 4/22) Ağlayaraq gələcəklər, yalvardıqca onlara yol göstərəcəyəm, onları sulu vadilər yanında büdrəməyəcəkləri doğru yolda yeridəcəyəm, çünki Mən İsrailin Rəbbiyəm, Efrem də ilk oğlumdur. (Yeremya, 31/9)
Fərmanı elan edəcəyəm, Rəbb mənə (Davud) dedi: Sən Mənim oğlumsan, Mən səni bu gün dünyaya gətirtdim. (Mezmurlar, 2/7)
Tövratda Süleyman Peyğəmbər üçün də “Allahın oğlu” ifadəsi işlədilir. Əlaqədar hissə belədir: Eləcə də, gerçəkləşəcək ki, günlərini başa vurub atalarınla birlikdə olmaq üçün getdiyin vaxt, səndən sonra oğullarından gələcək nəslini dayandıracağam və onun krallığını gücləndirəcəyəm. O Mənə ev tikəcək və onun taxtını əbədiyyən möhkəmləndirəcəyəm. Mən onun Rəbbi olacağam və o Mənim oğlum olacaq, eləcə də, səndən əvvəl olana kömək etməkdən imtina etdiyim kimi ona kömək etməkdən imtina etməyəcəyəm və onu həmişə Öz evimdə və Öz krallığımda saxlayacağam və onun taxtı əbədiyyən möhkəmlənəcək. (1. Tarihler, 17/11-14)
“Allahın oğlu” sifətiylə xatırlanan bu mübarək insan Davud Peyğəmbərin oğullarından biri olan Süleyman Peyğəmbərdir.
(Davud oğlu Süleymana) dedi:…budur, sənin üçün bir oğul doğacaq, o sülhsevər olacaq və və onu ətrafındakı bütün düşmənlərindən uzaqlaşdıracağam, çünki onun adı Süleyman olacaq və onun günlərində İsrailə salamatlıq və sakitlik verəcəyəm. O Mənim adıma ev tikəcək, Mənim oğlum olacaq, Mənsə onun Rəbbi olacağam və İsrail üzərində krallığın taxtını əbədiyyən gücləndirəcəm. Oğlum indi Rəbb səninlə birlikdə olsun və işin avand olsun və Allahın olan Rəbbin evini, sənin haqqında söylədiyi kimi hazırla. (1. Tarihler, 22/9-11)
Yenə eyni hissədə belə davam edilir: Bütün oğullarımdan (çünki Rəbb mənə çoxlu oğul verdi), Rəbbin İsrail üzərində krallığın taxtına oturmaq üçün oğlum Süleymanı seçdi və mənə belə dedi: Oğlun Süleyman, evimi və həyətlərimi o düzəldəcək, çünki onu Özümə oğul götürdüm və Mən onun Rəbbi olacağam. Eləcə də, bu gün olduğu kimi, əmrlərimi və hökmlərimi yerinə yetirmək üçün təmkinli olsa, onun krallığını əbədiyyən gücləndirəcəm. (1. Tarihler, 28/5-7)
Yuxarıda qeyd olunanların hamısı yəhudi ənənələrində “Allahın oğlu” ifadəsinin “Allahı dost tutan, səmimi və təqva sahibi” qullar üçün işlədildiyini tam açıq şəkildə göstərir. Dolayısilə bu ifadənin İsa Peyğəmbər üçün istifadə olunma məqsədi də eynidir. Bu ifadə, eynilə Süleyman Peyğəmbər və Adəm Peyğəmbərlə əlaqədar açıqlamalarda da olduğu kimi, yəhudi ənənələrindən qaynaqlanan məcazi izahatdır. Bu termin yəhudi mədəniyyətiylə yetişən, Tövratı bilən və İsa Peyğəmbərə tabe olana qədər yəhudiliyin tələblərini yerinə yetirən ilk xristianlar tərəfindən də hörmət, təqva və Allaha yaxınlığı ifadə etmək üçün seçilmişdir.
“Allahın oğlu” ifadəsinin təslis inancına dayaq meydana gətirə bilməyəcəyini göstərən digər bir dəlilsə, İncildə Allahın adının istifadə olunması formasıyla əlaqədardır. Antoni Bazard (Anthony Buzzard), İncildə Allahın adının hansı formada işlədildiyini, “who his Jesus? Do the creeds tell us the truth about him?” (“İsa Peyğəmbər kimdir? Etiqadlar bizə onunla əlaqədar həqiqəti söyləyirmi?”) başlıqlı məqaləsində bu sözlərlə təsvir edir:
Tanrı sözü Bibliyada minlərlə dəfə tək şəxs əvəzlikləriylə ifadə edilir: Mən, Mənə, Məni, Sən, Sənə, Səni, O, Ona, Onu və s. Biri bu əvəzliklərin 11 000 dəfə işlədildiyini hesablamışdır. Bütün dillərdəki bu əvəzliklər 3 insanı deyil, tək şəxsləri ifadə edir. Allahın üç deyil, bir varlıq olduğunu bizə bildirən minlərlə ayə var. Əhdi-Cədiddəki Allah adının “Allahın üç kimlikdə olduğu” mənasını verdiyini sübut edə biləcək heç bir hissə yoxdur. Buna görə də, Bibliyadakı Allah ismi qətiyyən təslis prinsipindəki Allah mənasına gəlmir.(61)
Bu başlıq boyunca vurğuladığımız kimi “oğul” ifadəsi yəhudi mədəniyyətində çox geniş şəkildə işlədilən və ilahlıq mənası daşımayan bir ifadədir. Dolayısilə bu ifadəni İsa Peyğəmbərin Allahın oğlu olduğunu düşünərək işlədənlər, bu mübarək peyğəmbərin Allahla bərabər güclərə sahib olduğunu iddia edənlər (Allahı tənzih edirik), yəhudi inanclarına görə böyük səhv edirlər. İslam dinində də bu ifadəni İsa Peyğəmbərə ilahlıq isnad edərək işlədənlər Quran ayələrində bir çox dəfə xəbərdar edilirlər. Bu hərəkətləri Allah Qatında çox böyük günahdır. Rəbbimiz Maidə surəsində belə bildiriir:
“Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir!” deyənlər artıq küfrə sapdılar. De: “Əgər Allah Məryəm oğlu Məsihi, onun anasını və yer üzündə olanlarını hamısını məhv etmək istəsə, kim Ona bir şeylə mane ola bilər?” Göylərin, yerin və onların arasında olanların mülkü Allaha məxsusdur. Allah istədiyini yaradır. Allah hər şeyə qadirdir. (Maidə surəsi, 17)
İncildə “Ata” sözünün işlədilməsi
İncildə tez-tez işlədilən və təslis inancını müdafiə edən xristian ilahiyyatçılar tərəfindən mühüm bir dəlil kimi qəbul edilən ifadələrdən biri də “ata” sözüdür (xristianların yanlış inanclarını əks etdirmək məqsədiylə bu başlıqda işlədilən hər cür ifadədən Allahı tənzih edirik). Halbuki bu ifadə də yenə “oğul” ifadəsi kimi məcazi məna daşıyır. Üstəlik, İncildə bu sözün yalnız İsa Peyğəmbər tərəfindən deyil, iman sahibi, Allahdan qorxan, Allaha dua edib, Ondan kömək istəyən bütün insanlar tərəfindən də işlədildiyi görülür. “Ata” ifadəsiylə Allahın bu insanların tək sahibi, tək dostu və vəlisi olduğu ifadə edilir və bu ifadə təslis inancını dəstəkləyən məna vermir.
Bu istifadələrdən bəziləri belədir (Allahı aşağıdakı bütün ifadələrdən tənzih edirik):…Ata məndən üstündür. (Yuhanna, 14/28) Siz göylərdə olan Atanızın oğulları olasınız. Çünki O, günəşini pislərin və yaxşıların üzərində doğdurar və saleh olanlarla olmayanların üzərinə yağış yağdırar. (Matta, 5/45)
…Qardaşlarımın yanına get və onlara söylə, mənim Atamın və sizin Atanızın, mənim Tanrımın və sizin Tanrınızın yanına çıxıram”. (Yuhanna, 20/17)
O vaxt doğru insanlar Atalarının hökmranlığında günəş kimi parlayacaqlar… (Matta, 13/43)
Amma sən dua edərkən “daxili otağına çəkil, qapını örtüb” qeybdə olan Atana dua et. Qeybdə görən Atan da sənə layiq olanı verəcək. (Matta, 6/6)
Atanız sizə lazım olanı, siz hələ ondan istəmədən əvvəl bilir. (Matta, 6/8)…Səmavi Atanız bütün bunlara ehtiyac duyduğunuzu bilir. Siz hər şeydən əvvəl Tanrının hökmranlığını və doğruluğunu axtarın, bunların hamısı sizin üçün təmin ediləcək. (Matta, 6/32-33)
“Sizin işığınız insanların qarşısında belə parıldasın, sizin yaxşı işlərinizi görsünlər və göylərdə olan Atanıza həmd etsinlər”. (Matta, 5/16)
“Çəkinin, insanlara yaxşılığı onların gözü qarşısında özünüzü göstərmək üçün etməyin, yoxsa göylərdə olan Atanızdan qarşılıq almazsınız” (Matta, 6/1)
İndi siz belə dua edin: Ey göylərdə olan Atamız, Adın müqəddəs olsun”. (Matta, 6/9) “Çünki insanların günahlarını bağışlasanız, səmavi Atanız da sizə bağışlayar”. (Matta, 6/14)
“Atanız necə mərhəmətlidirsə, siz də mərhəmətli olun”. (Luka, 6/36.) İncildən götürülən yuxarıdakı ayələr diqqətlə araşdırıldıqda, Allahı yada salmaq məqsədiylə işlədilən “Ata” sözünün hörmət mənası daşıdığı, bunu işlədən insana fövqəlbəşər mövqe vermədiyi və bütün insanlar üçün etibarlı olduğu aydın olur. Bu ifadəylə yalnız İsa Peyğəmbər ilə Allah arasındakı xüsusi əlaqə ifadə edilməmiş, Allaha təslim olub, Allahın razı olacağı şəkildə yaşayan bütün insanlara xitab edilmişdir. Necə ki, bu gün də xristianlar dualarına bir çox dəfə “Ata” deyə başlayarlar. İsa Peyğəmbərin İncildə keçən bənzər duaları da müxtəlif şəkildə şərh olunmamalıdır. Lakin təkrar vurğulamaq lazımdır ki, bu şərhlər, İsa Peyğəmbərə ilahlıq isnad etmək məqsədiylə “Ata” ifadəsini işlədənlərin səhvini silib aparmır. Bu hərəkətləri Allah Qatında çox böyük xətadır və Quran ayələrində bu insanların vəziyyəti belə “Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir” deyənlər artıq küfrə sapdılar. Məsih isə demişdir: “Ey İsrail oğulları! Rəbbim və Rəbbiniz olan Allaha ibadət edin! Həqiqətən də, Allaha şərik qoşan kimsəyə, Allah Cənnəti haram etmiş və onun sığınacağı yer Oddur. Zalımlara kömək edən olmayacaqdır”. (Maidə surəsi, 72)
Bibliyada qeyd olunan müxtəlif açıqlamalarda Rəbbimizin sonsuz güc və qüdrəti, bütün çatışmazlıq və nöqsanlardan uzaq olduğu tam açıq şəkildə vurğulanır. Con Hik (John Hick) bu mövzunu verdiyi bir müsahibədə belə ifadə edir:
Klassik xristian teologiyası İsa Peyğəmbərin vəfatından uzun müddət sonra meydana gətirildi. Müasir tarixi, tənqidi Əhdi-Cədid tədqiqatları, bizə, əlimizdə olan Əhdi-Cədid mətnlərində İsa Peyğəmbərə isnad edilən sözlərin hansılarını həqiqətən İsa Peyğəmbərin söyləmiş ola biləcəyi mövzusunda aydınlıq gətirməyə çalışır… (İncillərdə işlənən) “Ata” ifadəsinin həqiqi məna verdiyi hesab edilməsi qeyri-mümkündür. Eynilə İsa Peyğəmbərin “Tanrının oğlu” olması ifadəsinin də həqiqi mənada işlədilmiş olduğunu qəbul edə bilmərik. Əhdi-Ətiqdə “Tanrının oğlu” ifadəsi çox keçir. Məsələn, Adəm Tanrının oğludur, mələklər Tanrının oğullarıdır, İsrail kralları Tanrının oğullarıdır və nəhayət İsrail milləti bütöv şəkildə Tanrının oğullarıdır. Açıq şəkildə bu ifadələrdəki “Ata” və “oğul” anlayışları, həqiqi bir əlaqəni ifadə etmir, təkcə Tanrıinsan əlaqəsinin metaforik bir ifadəsini simvolizə edir. Dərhal bunu əlavə edim ki, bu ifadələri həqiqi mənada işlədilmiş ifadələrmiş kimi anlamağa çalışmaq, yəhudilikdə böyük günah kimi sayılır. İsa Peyğəmbər dövründə bu cür metaforik ifadələr onsuz da mövcud idi. Özünü hər hansı bir Tanrıya həsr etmiş hər hansı bir insanın metaforik olaraq “Tanrının oğlu” kimi ifadə edilməsi, o dövrdəki ümumi dini xəyal gücünün bir hissəsi kimi qəbul edilə bilər. Bir sözlə, “oğul” ifadəsi Tanrıya yaxınlığın simvolik ifadəsi olmuş olur. Anladığıma görə, müsəlmanları narahat edən bu ifadənin həqiqi məna verdiyi hesab edilməsidir. Eynilə, bir xristian olaraq mənim də belə bir kəlmədən narahat olacağımı ifadə etməliyəm.(62)
İncildə məcazi mənalarıyla başa düşülməli olan daha bir çox açıqlama var. “Allahın övladları” ifadəsi də bunlardan biridir (aşağıdakı ayələrdə işlədilən bütün ifadələrdən Allahı tənzih edirik):
…Dirilişin övladları olaraq Tanrının övladlarıdırlar. (Luka, 20/36)
Təkcə özünü qəbul edib, adına iman edənlərin hamısına Tanrının övladları olma haqqını verdi. (Yuhanna, 1/12)
Bunu özündən söyləmirdi. O, ilin baş kahini olaraq İsanın, xalqın uğruna və yalnız xalqın uğruna deyil, Tanrının bir-birindən ayrı düşmüş övladlarını bir yerə toplamaq üçün də öləcəyinə dair peyğəmbərlik edirdi. (Yuhanna, 11/51-52)
Ruh bizim ruhumuzla birlikdə, Tanrının övladları olduğumuza şahidlik edər. Əgər Tanrının övladlarıysaq, eyni zamanda varisik. Məsihlə birlikdə ucaldılmaq üçün Məsihlə birlikdə əzab çəkiriksə, Tanrının varisləriyik, Məsihlə ortaq varislərik. (Pavlus’un Romalılara Mektubu, 8/16-17)
Yaradılış, Tanrı övladlarının ortaya çıxmasını böyük həsrətlə gözləyir. (Pavlus’un Romalılara Mektubu, 8/19)
Hər şeyi deyinmədən və mübahisə etmədən edin ki, həyat sözünə möhkəm sarılaraq aralarında kainatdakı ulduzlar kimi parladığınız bu əyri və pozğun nəslin ortasında mükəmməl və saf, Tanrının ləkəsiz övladları olasınız… (Pavlus’un Filipelilere Mektubu, 2/14- 16)
Baxın Rəbb bizi o qədər çox sevir ki, bizə “Tanrının övladları” deyilir! Həqiqətən də beləyik. Dünya Rəbbi tanımadığı üçün bizi də tanımır. Əziz qardaşlarım, hələ indidən Tanrının övladlarıyıq, lakin nə olacağımız hələ bizə göstərilmədi… (Yuhanna’nın Birinci Mektubu, 3/1-2)
Doğru olanı etməyən və qardaşını sevməyən Tanrıdan deyil. Məhz Tanrının övladları ilə İblisin övladları belə fərqləndirilir. (Yuhanna’nın Birinci Mektubu, 3/10)
Tanrını sevib buyruqlarını yerinə yetirməklə, Tanrının övladlarını sevdiyimizi anlayarıq. (Yuhanna’nın Birinci Mektubu, 5/2)
Nə ata ifadəsiylə, nə də uşaq ifadəsiylə insanlara ilahlıq isnad edilmədiyi aydındır (Allahı tənzih edirik). Allaha itaətkar, Allaha sadiq, Allahı dost seçmiş və yalnız Allahı razı salmaq üçün yaşayan insanlar İncil ayələrində “Allahın övladları” kimi ifadə edilmişdir. Yəhudi mədəniyyətindən qaynaqlanan bu istifadənin bir nəticəsi olaraq da hörmət və sevginin əlaməti olaraq insanlar Allaha “Ata” deyərək yalvarıblar. Bu məcazi mənalı terminlər, yəhudiliyin təməli olan: “Dinlə ey İsrail, Rəbb bizim Allahımızdır və Rəbb təkdir” (Tesniye, 6/4) hökmünün gətirdiyi tövhid inancı içində başa düşülmüşdür.
“Allah bütün insanların sahibidir” mənasında işlətmiş ola bilərlər
İsa Peyğəmbərin həvariləri və ilk xristianlar, İsa Peyğəmbərin təlimindən keçmiş, dərin iman sahibi, çox böyük əxlaqlı və İsa Peyğəmbərin Allah yolundakı köməkçiləriydilər. Bundan ötrü də, başlarına gələn hər hadisəni, İsa Peyğəmbərin təbliğini, dərin imanlarıyla açıqlayırdılar. Onlar Allahın sonsuz güc və qüdrət sahibi olduğunu, bütün kainatın tək sahibi olduğunu, Allah istəmədikcə heç nəyin mövcud ola bilməyəcəyini, heç kimin heç nəyə gücünün çatmayacağını çox yaxşı bilirdilər. Bundan ötrü də, sahib olduqları dərin iman nəticəsində, İsa Peyğəmbər üçün “Allahın oğlu” ifadəsini işlədərkən eyni şəkildə düşünmüş ola bilərlər. Bütün ataları, bütün anaları və bütün oğulları Rəbbimizin yaratdığını və hamısının tək sahibinin Allah olduğunu ifadə etmək istəmiş ola bilərlər. Bu heç vaxt unudulmamalıdır ki, ana və ata bir övladın yaradılması üçün Allahın vəsilə etdiyi səbəblərdir. Həqiqətdə isə kainatdakı bütün varlıqları yaradan aləmlərin Rəbbi olan Allahdır. Bu mənada bütün analar, bütün atalar, bütün oğullar Allaha məxsusdur. Ətrafımızda gördüyümüz bütün canlı və cansız varlıqlar Allaha məxsusdur. Hal-hazırda üzərində oturduğunuz kreslo, içində olduğunuz bina, şəhərlər, ölkələr, millətlər Allaha məxsusdur. Bir çay varsa, o Allahın çayıdır. Allahın dənizi, Allahın məscidi, Allahın kilsəsi, Allahın bulağıdır. Dolayısilə bütün oğullar da Allaha məxsusdur. Rəbbimizin bir insan yaratmaq üçün bir anaya, bir ataya və ya digər bir səbəbə ehtiyacı yoxdur. Onun təkcə bir dəfə “ol” deməsi kifayətdir. Bütün fiziki, bioloji, kimyəvi qanunları yaradan Rəbbimizdir. Dolayısilə bir insanın yaranması üçün, “olmalı olduğu düşünülən” bütün qanunları və səbəbləri də Rəbbimiz yaratmışdır. Məryəmi də, kainatda gəlib-keçmiş bütün anaları da, bütün anaların uşaq dünyaya gətirmə sistemlərini yaradan da sonsuz güc və qüdrət sabihi olan Allahdır. Hər doğum hadisəsini meydana gətirən Allahdır. Ananı yaradan, atanı yaradan Allahdır. Rəbbimiz hər cür nöqsan, çatışmazlıq və ehtiyacdan uzaqdır. Ayələrdə belə bildirilir:
Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur. Siz çox az şükür edirsiniz. Sizi yer üzündə yaradıb çoxaldan Odur. Siz Onun hüzuruna toplanılacaqsınız. Dirildən də, öldürən də Odur. Gecə ilə gündüzün bir-birini əvəz etməsi Ona aiddir (Onun qanunudur). Yenə də ağlınızı işlətməyəcəksiniz? (Muminun surəsi, 78-80)
Sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra sizi, böyüyüb yetkinlik yaşına çatasınız, daha sonra da qocalasınız deyə uşaq olaraq ana bətnindən çıxardan Odur. Hərçənd ki, içərinizdə qocalmamışdan əvvəl öldürülənlər də var. Bu ona görədir ki, müəyyən olunmuş vaxta yetişəsiniz və bəlkə, ağlınızı işlədəsiniz. Dirildən də, Öldürən də Odur. O, bir şeyin olmasını istədikdə ona ancaq: “Ol” deyir, o da dərhal olur. (Mömin surəsi, 67-68)
Güldürən də, ağladan da Odur! Öldürən də, dirildən də Odur! O, biri erkək və bir də dişi olmaqla iki cüt yaratdı axıdılan bir nütfədən. Təkrar diriltmək də Ona aiddir. (Nəcm surəsi, 43-47)
O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir. O Rəbb ki, məni yedirdir və içirdir. O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir. O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir. O Rəbb ki, Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram. (Şuəra surəsi, 78-82)
Əgər yuxarıdakı ayələr əsasında düşünülsə xristian anlayışları da məna qazanar. İsa Peyğəmbər, Musa Peyğəmbər, Saleh Peyğəmbər, Nuh Peyğəmbər, Hud Peyğəmbər və Məhəmməd Peyğəmbər Allaha aid qullardır. Çünki bütün peyğəmbərlər Allahındır. Ayələrdə yəhudilərin Üzeyir üçün “Allahın oğludur” dedikləri bildirilir. Yəhudilər də, Üzeyir də Allaha aid qullardır. Rəbbimiz anası və atası olmadan, Adəm Peyğəmbəri torpaqdan yaratmışdır. Mələkləri yaradan da aləmlərin Rəbbi olan Allahdır. Yəhya Peyğəmbəri möcüzəvi şəkildə yaradan Allahdır. Bunun əksini söyləmək çox böyük aldanış olar. Təkcə İsa Peyğəmbər deyil, hər ana, hər ata, hər oğul Allahındır. Xristianlar da əvvəllər “Allahın oğlu” ifadəsini bu mənada işlətmiş ola bilərlər. Xristianlara məxsus bir internet saytında da bu barədə bir açıqlama yer alır:
“İsa Peyğəmbər Allahın oğludur” deyərkən qətiyyən fiziki mənadakı oğulluqdan bəhs etmirik. Biz yalnız İsa Peyğəmbərin Allahdan gəldiyini söyləyirik… “Oğul” gündəlik dildə də çox sıx işlədilir. Bir çox dildə bu söz fiziki əlaqəni bildirmək üçün işlədilməz. Məsələn, tələbələr üçün “biliyin övladları” deyimi var. Vətəndaşlar “ölkələrinin övladları”dırlar. Misir “Nilin oğlu” kimi xatırlanılır. Bir ərəb “səhra oğlu” kimi təsvir edilir. Quranın Bəqərə surəsində də “yol oğlu” ifadəsi işlədilir. Təfsirçilər bu ifadənin səyyah mənasında işlədildiyini söyləyirlər. Görüldüyü kimi “Allahın oğlu” ifadəsi insanın başa düşdüyü mənada bir qohumluğu ifadə etmir.(63)
Bəzi xristianlar “Allahın oğlu” ifadəsinin (Allahı tənzih edirik) bir təcəlli olaraq qəbul edilməli olduğunu da söyləyirlər. Bu aydın bir açıqlamadır və Rəbbimizin Quran ayələriylə bildirdiyi həqiqətlərə də uyğun gəlir.
Allah bütün kainatı yoxdan yaradandır və bütün kainat üzərində mütləq hakimiyyət sahibidir. Göylərin və yerin sahibidir. Allah hər yerdədir. Bütün analar və atalar Allahın təcəlliləridirlər. Bütün oğullar və uşaqlar Allahın təcəlliləridirlər. Allah bir çox yerdə və bir çox şəkildə təcəlli edə bilər. Necə ki, Quran ayələrində də bunun müxtəlif nümunələri var. Əraf surəsində belə bildirilir:
Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı. Musa dedi: “Ey Rəbbim! Özünü mənə göstər, Sənə baxım”. O dedi: “Sən məni görə bilməzsən. Lakin bu dağa bax. Əgər o, öz yerində qala bilsə, sən də Məni görəcəksən”. Rəbbi dağa təcəlli etdikdə (göründükdə) onu parça-parça etdi. Musa da bayılaraq yerə sərildi. Özünə gəldikdə isə dedi:
“Sən pak və müqəddəssən! Sənə tövbə etdim və mən iman gətirənlərin birincisiyəm!” (Əraf Ayədə keçən təcəlli etdi ifadəsi; “zahir olmaq, özünü büruzə vermək, ortaya çıxmaq, ifadə edilmək…” kimi mənalarda işlədilir. Elmalılı Həmdi Yazır, Quran təfsirində bu ayəni belə açıqlayır:
Rəbbi ona: “Məni qətiyyən görə bilməyəcəksən, amma və lakin dağa bax, əgər o yerində dayansa sən də Məni görəcəksən” dedi. Bundan sonra Rəbbi dağa təcəlli etdikdə (belə ki, bu nisbi təcəllidir, yəni bütün əzəməti və mütləq qüdrəti ilə deyil, əzəmət və qüdrətiylə baxması, əmr və iradəsindən bir hissənin dağa dəyməsi) onu darmadağın etdi. Həmzə, Kisai, Xələf-i Aşir qiraətlərində oxunduğuna görə, “dümdüz elədi”, yəni, dağ yox olub, yeri dümdüz oldu, hörgücsüz bir dəvə kimi oldu… Bu təcəlli nəticəsində, iki hadisə baş verdi: Biri dağın parçalanması, digəri də Musa Peyğəmbərin özündən gedib yerə yıxılması. Deməli, Musa Peyğəmbər, dağdan ötrü yaranan nisbi təcəlliyə belə tab gətirə bilməyib özündən getdi, tam və mütləq təcəlli olsaydı, bütün dünya və ehtimal ki, bütün kainat bir anda yox olacaqdı. “Sən Məni qətiyyən görə bilməyəcəksən” deyilməsinin əsas hikməti də bu idi…(64)
Digər bir ayədə isə belə buyurulur:
Biz Musanı Turun sağ tərəfindən çağırdıq və onunla gizlicə danışmaq üçün onu özümüzə yaxın etdik. (Məryəm surəsi, 52)
Oda yaxınlaşdıqda bir səda gəldi: “Ey Musa! (Taha surəsi, 11)
Musa oraya gəlib çatdıqda, mübarək yerdəki vadinin sağındakı bir ağac tərəfdən ona nida gəldi: “Ey Musa! Aləmlərin Rəbbi olan Allah Mənəm! (Qəsas surəsi, 30)
Ayələrdə də bildirildiyi kimi Allah istədiyi yerdə, istədiyi şəkildə təcəlli edə bilər və bütün varlıqlar da Allahın təcəlliləridirlər. İnsanlar Rəbbimizin Musa Peyğəmbərə da bildirdiyi kimi, Allahı görə bilməzlər. Amma təcəlliləri ilə təmasda olarlar. Məsələn, ayələrdə Rəbbimizin ağacda təcəlli etdiyi bildirilir. Bu heç gözlənilməz vəziyyətdir. Eynilə Musa Peyğəmbərin əsasında təcəlli edən də Allahdır. Allah Şəxsi olaraq təcəlli etməz, lakin istədiyi varlıqda istədiyi şəkildə təcəlli edə bilər. Allahın varlığı hər yeri əhatə etmişdir. Bu həqiqəti Rəbbimiz bir ayədə belə bildirir:
Allah, Ondan başqa İlah yoxdur, əbədi Yaşayandır, Qaimdir. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, onların gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, çox Ucadır, Uludur. (Bəqərə surəsi, 255)
İncil açıqlamalarında da görüldüyü kimi, İsa Peyğəmbər danışdığı bütün insanları təkcə Allaha iman etməyə dəvət edirdi. Müşriklərin bütün suallarını çox gözəl nümunələr və açıqlamalarla cavablandırırdı. Bu baxımdan baxıldıqda, “Allahın oğlu” ifadəsinin, o dövrün xalqı arasında geniş yayılmış bütpərəst üslub qarşısında işlədilmiş xüsusi bir açıqlama olması da mümkündür. İnsanlara hər şeyin sahibinin, bütün insanların yeganə dostu və vəlisinin Allah olduğunu başa salmaq istəyən iman sahibi biri: “Mən atamın deyil, Allahın oğluyam” kimi bir ifadə işlətmiş ola bilər. Bu ifadə, qarşıdakı insanın inkarçı üslubunu, bütlərinə dəyər verib mədət ümid edən yanaşma tərzini ortadan qaldırmaq üçün işlədilmiş ola bilər. Doğrusunu Allah bilər.
Təşbehli ifadələrin və məcazi izahatların yanlış şərh olunması
İncil üzərində tədqiqatlar aparanların, üzərində əhəmiyyətlə dayandıqları məsələlərdən biri də, İncildə işlənən ifadələrin həqiqi mənalarıyla deyil, məcazi mənalarıyla şərh olunmalarının lazım olduğu məsələsidir. Bu baxımdan baxıldıqda bəhs olunan ifadələrin fərqli mənalar ehtiva etdikləri görülər. Quranda da bir çox təşbehli (açıq mənası nəzərdə tutulmayan və təşbeh və təmsil yoluyla həqiqətlərin bəyan olunmasında işlədilən ifadə) ayə var. Necə ki, bir çox xristian tədqiqatçı bu açıqlamaları verərkən Quran ayələrində işlənən ifadələrlə İncildə işlənən bəzi ifadələr arasında əlaqə yaratmağa çalışırlar. Karlos Madriqal (Carlos Madrigal), “üç Tanrımı, tək Tanrımı? Tövhiddə təslis” adlı kitabında bunları söyləyir:
Tanrı Özünü təqdim edərkən insan övladının asan anlayacağı simvolik ifadələr işlədir. Buna “insan oxşarlığı” (antropomorfik) terminləri deyilir. Bibliyada da, Quranda da Tanrıdan danışmaq üçün üz, əllər və s. fiziki isimlərdən istifadə edilir. “Ona bənzər heç nə yoxdur” (Şura surəsi, 11) ifadəsi bir həqiqəti dilə gətirir. Lakin bunu, Tanrının, Onu anlamağımız üçün işlətdiyi bənzətmələrlə qarışdırmamalıyıq. Quranda da Allahın əli, Allahın ovucu, Allahın üzü, Allahın gözləri kimi ifadələrə rast gəlinir… Bu ifadələri məcaz kimi başa düşməkdə heç kəs çətinlik çəkməz. Bəs ata və ya oğul ifadələrini məcaz kimi qəbul etməyəcəyik? Tanrıya isnad edilən insana məxsus terminlər bizə həqiqi bir təsvir deyil, lakin təkcə eyhamlar və təlqinlər verir. Buna görə də, bunlar təsvir edici bənzətmələr deyil, xatırladıcıdırlar. Heç kəsin Tanrını, fiziki məna verərək bir şeyə bənzətməyə haqqı yoxdur (bu bütpərəstlik olar)… Lakin buna baxmayaraq, O özünü, uyğun hesab etdiyi hər simvola bənzədə bilər. Tanrı hər şeyi sevgiylə yaratdı. O hər şeyin mənbəyidir. Hər şeyin Onun sevgisiylə yaradıldığını dilə gətirmək üçün “ata” sözü çox gözəl bir tərifdir.(66)
Bu açıqlama İncildə işlədilən məcazi ifadələrin başa düşülməsi üçün əhəmiyyətlidir. Rəbbimiz Quran barədə: “…Biz Kitabı sənə, hər şeyin açıqlayıcısı, müsəlmanlara hidayət, rəhmət və müjdə olaraq endirdik” (Nəhl surəsi, 89) deyə buyurur. Ənam surəsində isə: “…Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna toplanılacaqlar” (Ənam surəsi, 38) deyə bildirilmişdir. Quranda hər şey ən mükəmməl, ən hikmətli və ən əsaslı şəkildə açıqlanmışdır. Rəbbimiz bəzi ayələrdə bizə müxtəlif təşbehli və məcazi izahatlarla da yol göstərir. Ayələrdə belə buyurulur:
“Allahın əli”
Sənə beyət edənlər Allaha beyət etmiş olurlar. Allahın Əli onların əllərinin üstündədir. Kim əhdini pozsa, ancaq öz əleyhinə pozmuş olar… (Fəth surəsi, 10)
…De: “Şübhəsiz ki, lütf Allahın Əlindədir və onu istədiyinə verir! Allah (rəhməti) geniş olandır, Biləndir” (Ali İmran surəsi, 73)
Yəhudilər dedilər: “Allahın Əli bağlıdır!” Onların öz əlləri bağlandı və dedikləri sözə görə lənətə gəldilər. Əksinə, Onun hər iki Əli açıqdır və O, Öz lütfündən istədiyi kimi sərf edir… (Maidə surəsi, 64)
Beləcə, Kitab əhli bilsin ki, onlar Allahın lütfündən heç bir şey əldə edə bilməyəcəklər. Şübhəsiz ki, lütf Allahın Əlindədir, onu istədiyinə bəxş edər. Allah böyük lütf sahibidir. (Hədid surəsi, 29)
“Allahın ovucu”
Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göylər isə Onun sağ Əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların Ona qoşduqları şəriklərdən ucadır. (Zumər surəsi, 67)
“Allahın üzü”
Allahla yanaşı başqa bir məbuda tapınma! Ondan başqa heç bir məbud yoxdur. Onun Üzündən başqa hər şey məhv olacaqdır. Hökm Onundur və siz Ona qaytarılacaqsınız. (Qəsas surəsi, 88)
Yer üzündə olan hər kəs ölümə məhkumdur. Ancaq Rəbbinin əzəmətli və kəramətli Üzü əbədidir. (Rəhman surəsi, 26-27)
Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah hər şeyi Əhatəedəndir, Biləndir. (Bəqərə surəsi, 115)
Ənfal surəsində isə belə buyurulur:
Onları siz öldürmədiniz, Allah onları öldürdü. Atdığın zaman sən atmadın, Allah atdı ki, möminləri Öz tərəfindən yaxşı bir sınaqdan keçirtsin. Həqiqətən, Allah Eşidəndir, Biləndir. (Ənfal surəsi, 17)
Bu ayə ilə, sonsuz güc və qüdrət sahibi olan Rəbbimizin, bütün hərəkətləri, bütün hadisələri meydana gətirən yeganə güc olduğu ifadə edilmişdir. Allah istəmədikcə insanın heç nəyə gücü çatmaz, heç nə edə bilməz, hətta ağzını belə açıb danışa bilməz. İnsanların etdikləri, söylədikləri və düşündükləri hər şey Allaha məxsusdur. Heç bir insan özünü yaradan Rəbbimizdən müstəqil güc və iradəyə sahib ola bilməz. Allah İnsan surəsində: “Allah istəmədikcə siz istəyə bilməzsiniz…” (İnsan surəsi, 30) deyə buyurur.
Yuxarıdakı ayələrdə işlənən ifadələrin hər biri insanlara Allahın sonsuz güc və qüdrətini ən gözəl nümunələrlə xəbər verən ayələrdir. Təşbehli ifadələr ehtiva edən bu ayələrdə dərin düşünən insanlara çox gözəl və hikmətli nəsihətlər var.
İsa Peyğəmbərin çox üstün qul olduğunu, Allaha yaxınlığını vurğulamaq məqsədi ilə işlədilmiş ola bilər
Həvarilər və ilk xristianlar, İsa Peyğəmbərin Allaha olan bağlılığına, səmimiyyətinə, dərin imanına, səbrinə, cəsarətinə, Allahın vəhyini tətbiq etməsindəki qətiyyətliliyinə, Allahın lütfü sayəsində gerçəkləşdirdiyi möcüzələrə və üstün əxlaqına şahid olublar. İsa Peyğəmbərin doğumundan Allah Qatına alınmasına qədər həyatının hər mərhələsi çox böyük möcüzələrlə dolu olmuşdur. Məryəmin hamilə qalması və İsa Peyğəmbərin doğumu, körpə olarkən danışıb təbliğ etməsi, xəstələri sağaltması, ölüləri diriltməsi, Allah Qatına alınması onun nə qədər fövqəladə mövqeyə sahib olduğunu açıq şəkildə göstərir. İncildə çox ətraflı şəkildə verilən bu cür məlumatlar Quran ayələriylə də təsvir edilir. Rəbbimiz, İsa Peyğəmbərin, anası Məryəmin və İmran ailəsinin seçilmiş insanlar olduqlarını vurğulayır.
İlk xristianların İsa Peyğəmbərdən bəhs edərkən işlətdikləri coşğulu üslub bir çox xristian ilahiyyatçı tərəfindən dilə gətirilmişdir. Əhdi-Cədid mütəxəssislərindən Con Marş (John Marsh), “Jesus in his lifetime” (İsa Peyğəmbərin həyatı) adlı əsərində, “İsa Peyğəmbərin ilk ardıcıllarının “Allahın oğlu” sifətini, onun Allah tərəfindən çox xüsusi bir vəzifə üçün seçildiyini və bundan ötrü də Allahla çox xüsusi bir əlaqəsi olduğunu bildirmək üçün işlətdiklərini” vurğulayır. E. P. Sanders isə İsa Peyğəmbərin “Allahın oğullarının meydana gətirdiyi bir millətin içində, xüsusi bir vəzifə üçün seçilmiş olan bir Allah oğlu” olduğunu ifadə edir.(68)
Pol Knitter (Paul Knitter), “no other name” (başqa adı yoxdur) adlı əsərində bu üslubdan belə bəhs edir:
Əhdi-Cədid müəllifləri İsa Peyğəmbərdən bəhs edərkən analitik fəlsəfəçilərin deyil, coşğun iman sahiblərinin, elm adamlarının deyil, sevgi dolu insanların dilini işlədərlər. Krister Stendalın (Krister Stendahl) israrla üzərində dayandığı nöqtə, bunun “dini dil” (yəni “sevgi dili, şəfqət dili” olmasıdır. Xristianlar İsa Peyğəmbəri “tək” şəkildə təsvir edərkən metafizik bir qanunu nəzərdə tutmur, İsa Peyğəmbər ilə fərdi bir əlaqə yaratmağa və ona bağlılıqlarını detallaşdırmağa çalışırdılar. Xristian ifadələri, aydın olduğu və işlədildiyi şəkildə təkcə kilsənin sevgi dilidir. Ürəyin və beynin dilləri, şübhəsiz ki, bir-birinə zidd deyil, lakin hər ikisi də fərqlidirlər və bu fərqlərə hörmət göstərilməlidir.
Eyni zamanda İsa Peyğəmbərin “Allahın oğlu” hətta tək oğlu (Yuhanna 1:14) olduğunu ifadə edən bir çox mətn də fərqli məna ifadə edəcək. Onların əsas niyyəti… İsa Peyğəmbərin adını eşidənlərin ona nüfuz sahibi biri olaraq diqqət yetirmələrini təmin edirdi. Bu mətnlərdəki ifadələr… İsa Peyğəmbərin da Allahın etibarlı vəhyi olduğunu ifadə etmək üçündü. Yunanca “Uios tou Theou” (Allahın oğlu) ifadəsi tərcümə edildikdə ingiliscədəki “the” sözü üzərində israrla dayanmarıq. “The” orijinal yunan dilində yoxdur və dolayısilə ifadə eyni zamanda “Allahın bir oğlu” kimi tərcümə edilə bilər. “Allahın götürdüyü tək övlad” ifadəsinin səciyyələndiricisi, ivrit dilindəki istifadə formasına görə “ilk doğan” və ya sevimli kimi tərcümə edilə bilər. Burada Allahın vasitəçisi olaraq imtiyazlılıq deyil, etibarlılığın nəzərdə tutulduğu aydın ola bilər.(69)
Təslis inancının müdafiə edilməsindəki bu israrın altında, İsa Peyğəmbərə isnad edilən üstün mövqeyə kölgə salma narahatlığının yatması mümkündür. Halbuki təslis inancı olmadan da İsa Peyğəmbərin nə qədər üstün və xeyirxah bir insan olduğu vurğulana bilər. Necə ki, Quran ayələrində İsa Peyğəmbərin möcüzəvi cəhətləri, Allah Qatına alınması ətraflı şəkildə təsvir edilir, onun və ailəsinin aləmlərdən üstün edildiyi bildirilir. İsa Peyğəmbərin adı Quranda “seçilmiş, şərəfli O zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə ilə müjdələyir. O bu dünyada və axirətdə seçilmiş, şərəfli, hörmətli və (Allaha) yaxınlaşdırılanlardan (Ali İmran surəsi, 45)
Xristianlığın daha tez yayılmasını təmin etmək məqsədiylə istifadə edilmiş ola bilər
İsa Peyğəmbər din əxlaqını yaymağa başladığı mühitdə çox böyük çətinliklərlə üz-üzə idi. Yəhudi cəmiyyəti arasında dini müxtəlif şəkillərdə izah edən saduqilər, fəriseylər, zelotlar, essenilər kimi bir çox məzhəb vardı və bunlar, xüsusilə də ilk üçü, fərqli yanılmalar içindəydilər. Musa Peyğəmbərin gətirdiyi haqq dindən uzaqlaşılmış, batil ənənələr və müxtəlif yanlış inanclar yaradılmışdı. Bunlarla yanaşı, bütpərəst ellinizm mədəniyyəti də insanlar arasında yayılmışdı. Bu mədəniyyətin təsiri altındakı bəzi yəhudilərsə sahib olduqları tövhid inancından imtina edərək bəzi bütpərəst inancları mənimsəməyə başlamışdılar.
İsa Peyğəmbər bütün bu xurafatları arxasında qoyaraq, İsrailoğullarını saf və səmimi imana dəvət etdi. Daxili nizamlarını qorumağa çalışan bütün din xadimləri İsa Peyğəmbərin təbliğ etdiyi haqq dindən kəskin şəkildə narahat oldular. Çünki İsa Peyğəmbər insanlara Allah qorxusunu, Allahı sevməyi nəsihət edir, dinə sonradan əlavə olunan batil qanunları və fanatik tətbiqləri tərk etmələrini söyləyirdi.
İsa Peyğəmbərin Allah Qatına alınmasından sonra da bu mübarək insanın tələbələri, onun mesajının yayılması üçün bütün imkanlarından istifadə etdilər. Kəndbəkənd, qəsəbə-qəsəbə gəzən xristianlar hər cür çətinliyə, yoxluğa qarşı çox böyük səbir göstərir və insanlara Allahın varlığını və İsa Peyğəmbərin Allahın elçisi olduğunu bildirirdilər. Bundan ötrü də, xristianlıq qısa müddətdə çox geniş əraziyə yayıldı. Bütpərəst Roma imperatorluğunun bütün təzyiq və işgəncələrinə qarşı insanlar axın-axın İsa Peyğəmbərin gətirdiyi haqq dini qəbul edirdilər. Lakin bu yeni dini qəbul edənlərin bir hissəsi, kök salmış bütpərəst inanclarından tam mənada xilas ola bilmirdilər. Məhz batil “Allahın oğlu” anlayışı bu mühitdə meydana çıxdı və ya ilk mənasından fərqli bir məna qazandı.
E. P. Sanders, “the historical figure of Jesus” (İsa Peyğəmbərin tarixi portreti) adlı əsərində ilk xristianların İsa Peyğəmbərin təbliğini yayma üsullarını belə bildirir:
Başqalarını razı salmağa çalışarkən, həvarilər bəzən İsa Peyğəmbərin söylədiyi və etdiyi şeylərlə əlaqədar hekayələr danışmış ola bilərlər. İlk illərdə bu materiallar böyük ehtimalla yazılmamışdı, lakin şifahi şəkildə ötürülmüşdü. Həvarilər, İsa Peyğəmbərin həyatındakı hadisələrdən istifadə edərkən, o zaman əhəmiyyətli olan nöqtələri nümunələrlə açıqlamaq istəmişdilər… Yeni tərəfdarlar qazanmaqla yanaşı həvarilər həm bir-birlərinə, həm də getdikcə artan din dəyişdirən yeni tərəfdarlarına İsa Peyğəmbərin həyatında meydana gələn hadisələri xatırlayaraq öyrədiblər. Bəzi hallarda İsa Peyğəmbəri qəbul etməyən yəhudi müəllimlərlə də mübahisələr ediblər. Bu mübahisələr də İsa Peyğəmbər ilə əlaqədar materialın istifadə edildiyi üçüncü bir məzmunu meydana gətirmişdir.(70)
İsa Peyğəmbərin yaşadığı dövrdə olduğu kimi İsa Peyğəmbərdən sonra da xristianlığa qarşı reaksiya verən bir çox insan və qrup olmuşdur. İsa Peyğəmbərin Allah Qatına alınmasından sonra həvarilərin səyləriylə xristianlığın böyük sürətlə yayılması onlarda böyük reaksiya meydana gətirmiş, bundan ötrü də, müxtəlif əsassız iddialar ortaya atmış və xristianlığın yüksəlişinin qarşısını almaq üçün müxtəlif cəhdlər etmiş ola bilərlər. Pol Knitter (Paul Knitter), kitabında ilk xristianların hansı şərtlər altında yaşadıqları üzərində dayanır. Knitter, onların “həyatda qalmaq” və “cəmiyyətlərini davam etdirə bilmək” üçün fərqli üslub meydana gətirdiklərini vurğulayır:
Ənənəvi kilsə anlayışının ortaya çıxdığı tarixi kontekslə əlaqədar diqqətə alınmalı digər bir nöqtə də, xristianların həm böyük yəhudi cəmiyyəti, həm də hədələyən Roma imperatorluğu tərkibində azlıq təşkil etmələriydi.
Mədəni və dini plüralizm dövrümüzdəkindən daha fərqli şəkildə başa düşülürdü. O dövrdə xristianlar iki böyük təhlükəylə üz-üzəydilər; ya çoxluğu meydana gətirən cəmiyyətlər tərəfindən yox ediləcək, ya da dini ənənələri onlarınkıyla qarışacaq, beləliklə də, fərqli struktur qazanacaqdılar. Xristianlar özlərini bu təhlükələrdən qorumaq üçün çox açıq kimlik müəyyənləşdirməli və tamamilə inanclarına bağlanmalıydılar. Bunu da inanclarıyla, xüsusilə də İsa Peyğəmbər üzərində cəmlənən inanclarıyla etdilər. Bu doktrinal ifadələr, “həyatda qalma ifadələri” kimi xarakterizə oluna bilər və cəmiyyətin mövcudluğunu təmin edə bilmək üçün meydana gətirilmişdir. İlk xristianlar İsa Peyğəmbəri mütləq terminlərlə xarakterizə edərək, onu tək və yeganə xilaskar kimi elan edərək bütün rəqiblərindən və müxaliflərindən fərqli şəxsiyyət qazandılar. Bu dilin yaratdığı güclü bağlılıq, zülmlərə və lağ edənlərə qarşı onlara böyük güc qazandırmışdı… Bu dil metafizik mənadan çox əxlaqi bir dil idi. İsa Peyğəmbərin bütün əsrlər üçün qüvvədə olan kimliyini təyin etməkdən çox, cəmiyyət içindəki kimliyini təyin etmə məqsədini daşıyırdı.(71)
Mövcud siyasi və mədəni mühitin təsiri
Təslis inancının yaranması mövzusunda aparılan tədqiqatlarda, üzərində dayanılan başqa bir mövzu o dövrün siyasi və mədəni mühitidir. Daha əvvəl də vurğuladığımız kimi, İsa Peyğəmbər dövründə cəmiyyət həm yəhudi, həm də yunan mədəniyyətinin təsiri altında idi. Aralıq dənizi tamamilə Roma imperatorluğunun hakimiyyəti altında idi. Böyük Roma əsgərləri fəthlər hesabına torpaqlarını genişləndirmiş, Aralıq dənizini daxili dəniz halına gətirmişdi. İmperiya hərbi sahədə olduğu qədər, mədəni sahədə də ən güclü dövrlərindən birini yaşayırdı. Qədim Yunan mədəniyyətinin mədəni mirasını götürmüş və onu yeni əlavələrlə genişlətmişdi. Ellinizm adlandırılan bu cərəyan, din də daxil olmaqla həyatın bütün sahələrinə hakim idi. Romalılar özlərini digər cəmiyyətlərdən çox üstün görür və öz həyat tərzlərini işğal etdikləri torpaqlar üzərində də yaymağa çalışırdılar.
Romanın dini, Aralıq dənizi ətrafında yaşayan bütün cəmiyyətlərdə olduğu kimi, çoxallahlı idi.
Yunan mifologiyasının xəyali tanrıları, fərqli adlar altında, Roma mifologiyasında da istifadə edilirdi. Ən böyükləri Yupiter adlandırılan və heykəllərlə simvolizə edilən bir çox bütə tapınılırdı. Bəzi Roma imperatorları isə özlərini də bu saxta ilahlar arasına daxil edən qanunlar çıxartmışdılar. Eləcə də, yunan dini və bu inanca məxsus saxta ilahlar da geniş yayılmışdı: Zevs, Hermes, Venera kimi yunan bütlərinin heykəlləri böyük şəhərlərin meydanlarında yerləşirdi. Tapınılan bütlər bunlarla məhdudlaşmırdı. Hər şəhərdə, hər məhəllədə hətta hər evdə böyüklü-kiçikli fərqli bütlər, onlara məxsus heykəllər, şəkillər, xüsusi tapınma və adaq yerləri vardı. Romalı rəhbərlər bu çoxallahlı dinlərdən, öz hakimiyyətlərini yaymaq məsələsində bir vasitə kimi istifadə edirdilər. Roma, hakimiyyətini təhdid etmədiyi müddətcə heç kəsin dininə qarışmır, əksinə bu azğın inancları təşviq edir, hər tərəfə məbədlər, qurbangahlar, heykəllər yerləşdirərək bütpərəst inancları qızışdırırdı. Onlar üçün din, dırnaqarası kütlələrə sədaqəti təlqin etməyin və onlara nəzarət etməyin bir yolu idi, mücərrəd və bu dünyayla əlaqəsi olmayan bir sahəyə aid idi.
Romalılar başqa bir mədəniyyətlə qarşılaşdıqlarında, o cəmiyyətdə öz saxta ilahlarının bənzərlərini axtarar və beləliklə də, üstünlük təmin edəcək bir əlaqə qurmağa çalışardılar. Buna görə də, xüsusilə IV Antiyokus Epifanesin vaxtında, Allaha, Onu tək ilah olaraq qəbul edib iman edən yəhudilərə, Zevs adlı baş tanrılarını azğın şəkildə mənimsətməyə çalışıblar, lakin bu vəziyyət aralarında böyük mübarizələrə gətirib çıxartmışdır. Dindar yəhudilər, müqəddəs torpaqları mənəvi cəhətdən çirklədən bu roma bütlərinə qarşı sərt reaksiyalar veriblər və romalıların bütpərəst inanclarını yayma işlərinə şiddətlə müqavimət göstəriblər. Lakin yenə də yunan mədəniyyəti yəhudi cəmiyyəti üzərində çox böyük təsir yaratmışdır.
İsa Peyğəmbər da ellinizm mədəniyyətinin təsiri altındakı bu yəhudi cəmiyyətinə təbliğ etmişdi. Həvarilər və ilk xristianlar eyni cəmiyyətdə böyümüş və ellinizm mədəniyyəti ilə həyatlarının hər anında iç-içə olmuşdular. E. P. Sanders, “Jesus in historical context” (tarixi konteksdə İsa Peyğəmbər) başlıqlı məqaləsində, ellinizm mədəniyyətinin İsa Peyğəmbərin yaşadığı Qalileya bölgəsi üzərindəki təsirlərini araşdırır. Məqaləsində bir çox fərqli akademikin fikirlərinə də yer verən Sanders bu açıqlamanı verir:
Mövcud açıqlamalara görə, Qalileya şəhərə çevrilmiş, kosmopolit və rifah içində bir yer idi. Berton Makın (Burton Mack) fikrinə görə Qalileya əslində ellinizm mədəniyyətin bir simvolu idi… Qalileya xalqı qonşu bir qəsəbəyə getdikləri vaxt yunan oyunlarını və fəlsəfəçilərini seyr edib dinləyə bilirdilər. Tətillərdə Suriyadakı böyük şəhərlərə gedir və yunan mədəniyyəti ilə iç-içə ola bilirdilər. Roma da bu qarşılıqlı təsirdə çox böyük rol oynayırdı. Qalileyada çox sayda Romalı əsgər vardı. Rəhbərlər, rəsmi vəzifəli şəxslər vardı… Yalnız teatrlar deyil, Sepforisdə Oktavian Avqust məbədi və Roma üçün tikilmiş bütpərəst bir məbəd yerləşirdi. Cütçülər bütpərəst mərasimlərdə qurban kəsilmələri üçün heyvanlar yetişdirirdilər.(72)
Yunan mədəniyyəti mifoloji bir mədəniyyət idi. Danışıqlarda, işlədilən ifadələrdə məcazi ifadələrə, mifoloji izahatlara tez-tez rast gəlinirdi. Sanki mifologiya ilə həqiqi həyat bir-birinə qarışmış kimiydi. Məhz İsa Peyğəmbər üçün işlədilən “Allahın oğlu” terminini araşdıran Bibliya mütəxəssisləri də yunan mədəniyyətinin bu terminin yerləşməsindəki təsirinə diqqət çəkirlər. Yunan mifologiyası, saxta tanrıları insanlarla yoldaşlıq edən, sonunda isə birlikdə yeni nəsillər meydana gətirən varlıqlar kimi təsvir edirdi. Məsələn, Makedoniyalı İsgəndər, Zevsin oğlu kimi qəbul edilirdi. Sanders, yunan ənənəsinin o dövrdə imperiya torpaqlarında olduqca geniş yayıldığını ifadə edir və bundan ötrü də, İsa Peyğəmbər üçün işlədilən “Allahın oğlu” ifadəsinin (Allahı tənzih edirik) bu təsir nəticəsində daha da yayıldığını ifadə edir.(73) Necə ki, tədqiqatçılar tərəfindən, qədim Yunanistandakı Zevs-Hera-Apollon üçlüsü ilə təslis inancı arasında bir çox bənzərliklər ortaya qoyulur. “Təslis” inancı bütpərəst cəmiyyətlərdə olduqca geniş yayılmışdı. Xüsusilə də yunan mədəniyyətində çox sayda saxta “ata tanrı” və “oğul tanrı” vardı. Platon, bu təslis inancını formalaşdırmış və guya tanrılarının “loqos” (söz) adlı bir oğlu və “sofiya” (müdriklik) adlı bir qızı olduğu fikrini müdafiə etmişdi. Platona görə saxta tanrılar olan loqos və sofiya, bir “üçləmə” meydana gətirirdilər. Xristianlıq təslis inancını və bu gün sahib olduğu daha bir çox inanc və tətbiqi, həmin bu yunan mədəniyyətindən və ya digər bütpərəst mədəniyyətlərdən götürdü. Bundan ötrü də, getdikcə İsa Peyğəmbərin gətirdiyi xalis dini tərk etdi, Musa Peyğəmbər şəriətinin təməli olan “Tək Tanrı” inancından uzaqlaşdı.
“From Jesus to Christ, The Origins of the New Testament, images of Jesus” (“İsadan Məsihə, Əhdi-Cədidin kökləri, İsanın surətləri”) kitabının müəllifi Paula Fredriksen, İncillərin və İncillərin yazıldığı cəmiyyətlərin yunan olduqlarını vurğuladıqdan sonra bunu qeyd edir:
Xristianlıq ellin aləmində yaranmışdı… İncillərdə işlədilən dil də onları yazanların bələd olduqları dil idi. Bu dil bütpərəst ənənələrini, ellin inanclarını əks etdirirdi. Bundan ötrü də, İsa Peyğəmbər üçün “Tanrı”, “Xilaskar”, “Tanrının Oğlu” və “Loqos” kimi ifadələr işlədirdilər. İşlədilən “Davudun Oğlu”, “insan övladı”, “Tanrının Krallığı” və “Məsih” kimi ifadələrsə İncil müəlliflərinə elə də tanış deyildi. Bu ifadələr İncilləri qələmə alan insanlar tərəfindən, İsa Peyğəmbərin yaşadığı Fələstin torpaqlarındakı mövcud mədəniyyətdən götürülmüşdü.(74)
Dr. Pol R. Eddi (Paul R. Eddy) isə; “Was Early Christianity Corrupted by Hellenism?” (ilkin xristianlıq ellinizm tərəfindən korlandı mı?) başlıqlı məqaləsində bunları söyləyir:
Babilin vaxtınadək gedib çıxan qədim dünya tarixi boyu, üçlüklər meydana gətirərək, həmin bu bütpərəst tanrılara tapınmaq geniş yayılmışdı. Bu təsir özünü, İsa Peyğəmbərdən əvvəlki və sonrakı əsrlərdə Misirdə, Yunanistanda və Romada da çox göstərirdi. Həvarilərin ölümündən sonra bu cür bütpərəst inanclar xristianlıqda kök salmağa başladı… Platon, üçləməni hazırkı şəklində öyrətməmiş olsa da, onun fəlsəfələri bu doktrina üçün ilkin hazırlıq mahiyyətində idi.(75)
Oskar Kulman (Oscar Cullmann) da “The Christology of the New Testament” (Əhdi- Cədidin İsa Peyğəmbər teologiyası) adlı mühüm əsərində, “Allahın oğlu” ifadəsinin İncil dövründə Şərqdə və ellin mədəniyyətində hansı şəkildə işlədildiyini ətraflı şəkildə araşdırır. Xüsusilə də, Misirdə, Babildə və Assuriyalılarda kralların müqəddəs insanlar hesab edildiklərini və “Allahın oğlu” kimi adlandırıldıqlarını ifadə edir. Yunan dinlərində isə, müqəddəs gücləri olduğuna inanılan hər insan üçün “Allahın oğlu” ifadəsinin işlədildiyinə diqqət çəkir.(76) İsa Peyğəmbərin göstərdiyi möcüzələr isə onun xalq tərəfindən bu cür adlandırılması üçün kifayət hesab edilir. Varner, İsa Peyğəmbərin təbliğini alan gentilelərin (Bibliyada qeyri-yəhudilər üçün işlədilən ifadədir. İsa Peyğəmbər dövründəki Romalılar üçün işlədilir) dünyagörüşlərinin bu görüşlər çərçivəsində formalaşdığını söyləyir və sözünə belə davam edir (Allahı sitatdakı ifadələrdən tənzih edirik):
Onların Allahın oğlu fikirləri çox tanrılı düşüncə üzərində qurulmuşdu. Bundan ötrü də, bu fikirlərini İsa Peyğəmbər və həvarilərinin Tək Tanrılı inanclarına çevirmələri olduqca çətindi. Şərq və ellin düşüncələrinin hakim olduğu, dolayısilə kralların və digər müqəddəs insanların Allahın oğlu kimi adlandırıldığı bu bölgədə İsa Peyğəmbər da Allahın oğlu elan edildi.(77)

