İncildən gözəl sözlər

17 / 21 · 7 dəq oxu

isanın bəşəri xüsusiyyətləri və Allahın qulu olması

…. O [İsa Peyğəmbər] İnsanoğludur. Buna təəccüblənməyin. Məzarda olanların hamısının Onun [Allahın] səsini eşidəcəkləri saat gəlir. Və onlar məzarlarından çıxacaqlar. Yaxşılıq etmiş olanlar yaşamaq, pislik etmiş olanlar mühakimə olunmaq üçün diriləcəklər. (Yəhya, 5:27-29)

Ey İsraillilər, bu sözləri dinləyin: Bildiyiniz kimi Nazaretli İsa, Allahın, onun vasitəsilə aranızda göstərdiyi möcüzələr, xariqələr və əlamətlərlə şəxsiyyəti sübut edilmiş bir insandır. (Həvarilərin İşləri, 2:22)

İsa Peyğəmbərin doğumu, soyu, yaxınları

Məryəm bir oğul doğacaq. Adını İsa qoyacaqsan… (Matta, 1:21) Evə girib uşağı anası Məryəmlə birlikdə görüncə yerə qapanaraq Ona [Allaha] tapındılar… (Matta, 2:11)

Onlar oradaykən, Məryəmin doğum vaxtı gəldi və ilk oğlunu doğurdu. Onu qundağa bürüyüb bir yemliyə yatırtdı. Çünki mehmanxanada yer yox idi. (Luka, 2:6-7)

Daha sonra İsanın anasıyla qardaşları gəldi. Çöldə dayandılar, xəbər göndərib onu çağırdılar. (Mark, 3:31)

Öndən gedən və arxadan gələn izdihamlar belə qışqırırdılar: “Davud oğluna şükür hosanna (indi qurtar)! Rəbbin adıyla gələnə təriflər olsun, ən ucalarda hosanna!” İsa Qüdsə girdiyi zaman bütün şəhər, “Bu kimdir?” deyərək çalxalandı. İzdihamlar, “Bu, Qalileyanın Nazaret şəhərindən İsa Peyğəmbər” deyirdi. (Matta, 21:9-11)

Məryəmin oğlu, Yaqub, Yuisf, Yəhuda və Şimonun qardaşı olan dülgər deyilmi bu? Bacıları burada, aramızda yaşamırmı?… (Mark, 6:3)

İbrahim oğlu, Davud oğlu İsa Məsihin soyuyla əlaqədar qeyd belədir… (Matta, 1:1-2)

Şimon onları müqəddəs hesab edib uşağın anası Məryəmə belə dedi: “Bu uşaq, İsraildə bir çox adamın düşməsinə ya da yüksəlməsinə yol açmaq… [və] bir əlamət olmaq üzrə təyin olunmuşdur.” (Luka, 2:34)

Uşaq [İsa Peyğəmbər] böyüyür, güclənir və elmdə yetkinləşirdi. Allahın lütfü onun üzərində idi. (Luka, 2:40)

İsa elmdə və boyda inkişaf edir, Allahın və insanların məmnuniyyətini qazanırdı. (Luka, 2:52)

Bayramdan sonra evə dönəkən kiçik İsa Yerusəlimdə qaldı…. Sonra onu qohumlar və dostlar arasında axtarmağa başladılar. Tapa bilməyincə onu axtara-axtara Yerusəlimə döndülər.

Üç gün sonra onu məsciddə tapdılar. Din müəllimləri arasında oturmuş, onları dinləyir, suallar soruşurdu. Onu dinləyən hər kəs, zəkasına və verdiyi cavablara heyran qalırdı. (Luka, 2:43-47)

İsa Peyğəmbərin acması və yemək yeməsi

Sevincdən hələ inana bilməyən, təəccüb içindəki şagirdlərinə, “Sizdə yeməyə bir şey varmı?” deyə soruşdu. Ona bir parça qızarmış balıq verdilər. İsa onu alıb gözlərinin qarşısında yedi. (Luka, 24:41-43)

Daha sonra İsa, Levinin evində yemək yeyərkən… (Mark, 2:15)

Axşam olunca İsa on iki şagirdiylə yeməyə oturdu. Yemək yeyərkən, “Sizə doğrusunu söyləyim, sizdən biri mənə xəyanət edəcək” dedi. (Matta, 26:20-21)

İsa… sonra acdı. (Matta, 4:2)

… İordan çayından dönən İsa… o günlərdə heç bir şey yemədi. Bu səbəbdən bu müddətin sonunda acdı. (Luka, 4:1-2)

… İsa, səfərdən yorulduğu üçün quyunun yanında oturmuşdu. Saat on iki radələri idi. Samariyalı bir qadın su çəkməyə gəldi. İsa ona, “Mənə su ver, içim” dedi. (Yəhya, 4:6-7)

O da, “Mənə xəyanət edəcək olan” dedi, “əlindəki çörəyi mənimlə birlikdə boşqaba batırandır.” (Matta, 26:23)

Sonra İsa, Levinin evində yemək yeyərkən, bir çox vergi vəzifəlisiylə günahkar onunla və şagirdləriylə birlikdə süfrəyə oturmuşdu. Onu izləyən belə bir çox adam vardı. (Mark, 2:15)

Fariseylərdən biri İsanı yeməyə çağırdı. O da Fariseyin evinə gedib süfrəyə oturdu. (Luka, 7:36)

İsa Bet-Anyada cüzamlı Şimonun evində süfrədə oturarkən yanına bir qadın gəldi… (Mark, 14:3)

Süfrəyə oturmuş yemək yeyərlərkən İsa, “Sizə doğrusunu söyləyim” dedi, “Sizdən İsa onlara, “On ikilərdən biridir, çörəyini mənimlə birlikdə boşqaba batırandır”

Sonra Levi, evində İsanın qüruruna böyük bir mərasim verdi. Vergi vəzifəliləriylə başqa kəslərdən ibarət olan böyük bir izdiham onlarla birlikdə yeməyə oturmuşdu. (Luka, 5:29)

Mayasız Çörək bayramının ilk günü şagirdlər İsanın yanına gələrək, “Pasxa yeməyini yemək üçün harada hazırlıq etməyimizi istəyirsən?” deyə soruşdular. (Matta, 26:17)

İsa bundan sonra evə getdi. Yenə elə böyük bir izdiham toplandı ki, İsayla şagirdləri yemək yeyə bilmədilər. (Mark, 3:20)

İsa onlara, “Gəlin, tək başımıza tənha bir yerə gedək və bir az istirahət edin” dedi. Gələn gedən elə çox idi ki, yemək yeməyə belə vaxt tapa bilmirdilər. (Mark, 6:31)

İsa Peyğəmbərin yorulub istirahət etməsi, yatması

… İsa, səfərdən yorulduğu üçün quyunun yanında oturmuşdu… (Yəhya, 4:6) İsa, qayığın uc tərəfində bir yastığa söykənmiş yatırdı… (Mark, 4:38)

İsa Peyğəmbərin digər insani xüsusiyyətlərinə bir nümunə İsa, izdihamın arasında sıxışıb qalmamaq üçün şagirdlərinə bir qayıq hazır etmələrini söylədi. (Mark, 3:9)

İsa Peyğəmbər Allahın quludur

Allah, sizləri pis yollarınızdan çevirib müqəddəs hesab etmək üçün qulunu [İsa Peyğəmbər- ı] ortaya çıxarıb əvvəl sizə göndərdi. (Həvarilərin İşləri, 3:26)

İsa ona belə cavab verdi: “… Allahın Rəbbə tapacaq, yalnız Ona qulluq edəcəksən” deyə yazılmışdır.” (Matta, 4:10)

İsa belə cavab verdi: “Ən əhəmiyyətlisi budur: “Dinlə, ey İsrail! Allahımız Rəbb tək Rəbdir. Allahın Rəbbi bütün ürəyinlə, bütün canınla, bütün ağlınla və bütün gücünlə sevəcəksən.” (Mark, 12:29-30)

Din alimi İsaya, “Yaxşı söylədin, müəllimim” dedi. “’Allah təkdir və Ondan başqası yoxdur” deməklə doğrunu söylədin… İsa onun ağıllı cavab verdiyini görüncə, “Sən Allahın Hökmranlığından uzaq deyilsən” dedi… (Mark, 12:32-34)

İsa ona bu qarşılığı verdi: “Allahın Rəbbə tapacaq, yalnız Ona qulluq edəcəksən” deyə yazılmışdır.” (Luka, 4:8)

İsa Peyğəmbər Allahın göndərdiyi peyğəmbərdir

[İsa Peyğəmbər:] “Mən özlüyümdən heç bir şey edə bilmərəm. Eşitdiyim kimi mühakimə edirəm və mənim mühakiməm ədalətlidir. Çünki məqsədim öz istədiyimi deyil, məni Məni Göndərən [Allah]… mənim üçün şahiddir. (Yəhya, 5:37)… Məni Sənin göndərdiyinə iman etdilər. (Yəhya, 17:8) [İsa Peyğəmbər:] “… Mən özümdən gəlmədim. Amma məni Göndərən gerçəkdir. Nə var ki, Onu [Allahı] tanımırsınız. Halbuki mən Onu [Allahı] tanıyıram. Çünki Ondanam və məni O göndərdi.” (Yəhya, 7:28-29)

İsa, “Allah tərəfindən təsdiqlənən iş, Onun [Allahın] göndərdiyi adama iman etmənizdir” deyə cavab verdi. (Yəhya, 6:29)

Allahın göndərdiyi adam Allahın sözlərini danışar… (Yəhya, 3:34) Xalq, İsanın göstərdiyi möcüzəni görüncə, “Həqiqətən, dünyaya gələcək Peyğəmbər budur” dedi. (Yəhya, 6:14)

… İzdihamlar, “Bu, Qalileyanın Nazaret şəhərindən İsa Peyğəmbər” deyirdi. (Matta, 21:11)

… “O adam, Allahın və bütün xalqın qarşısında istər söz, istər hərəkətdə güclü bir Peyğəmbər idi.” (Luka, 24:19)

İsa, “Başqa yerə gedək” dedi, “Yaxın qəsəbələrə. Oralarda da sözü yaymalıyam.

Çünki bunun üçün gəldim.” (Mark, 1:38)

… Onu [İsa Peyğəmbəri] rədd etdilər. Amma İsa onlara belə dedi: “Bir Peyğəmbər, öz məmləkətindən və evindən başqa yerdə xor görülməz.” (Matta, 13:57)

Onu həbs etmək istədilərsə də, xalqın reaksiyasından qorxdular. Çünki xalq, onu [hz.

İsanı] Peyğəmbər sayırdı. (Matta, 21:46)

İsa da onlara, “Bir Peyğəmbər, öz məmləkətindən, qohum ətrafından və öz evindən başqa yerdə xor görülməz” dedi. (Mark, 6:4)

… Çünki məni Göndərəni [Allahı] tanımırlar. [Allahı tənzih edirik.] (Yəhya, 15:21) Allah, sizləri pis yollarınızdan çevirib müqəddəs hesab etmək üçün qulunu [İsa Peyğəmbər- ı] ortaya çıxarıb əvvəl sizə göndərdi. (Həvarilərin İşləri, 3:26)

… İsa, “Mənim, sizin bilmədiyiniz bir yeməyim var” dedi. Şagirdlər bir-birlərinə, “Görəsən biri ona yeməkmi gətirdi?” deyə soruşdular. İsa, “Mənim yeməyim, məni Göndərənin [Allahın] istəyini yerinə yetirmək və Onun işini tamamlamaqdır” dedi. (Yəhya, 4:31-34)

Hər kəsi bir qorxu bürümüşdü. “Aramızda böyük bir peyğəmbər ortaya çıxdı!”… deyərək Allahı ucaltmağa başladılar. İsayla əlaqədar bu xəbər bütün Yəhudeyaya və ətraf bölgələrə yaildı. (Luka, 7:16-17)

İsa Peyğəmbərin Allahın verdiyi buyruqları yerinə yetirməsi

… Allahın mənə verdiyi buyruğa uyğun olaraq iş görürəm… (Yəhya, 14:31)

… Sizə əhəmiyyətlə söyləyirəm ki, elçi özbaşına heç bir şey edə bilməz… (Yəhya,… Mən hər zaman Onun [Allahın] bəyəndiyi işləri edirəm. (Yəhya, 8:29) [İsa Peyğəmbər:] “Mən özlüyümdən heç bir şey edə bilmərəm… Məqsədim öz istədiyimi deyil, məni Göndərənin [Allahın] istədiyini etməkdir.” (Yəhya, 5:30)

[İsa Peyğəmbər:] “… öz istəyimi deyil, məni Göndərənin [Allahın] istəyini yerinə yetirmək üçün gəldim.” (Yəhya, 6:38)

İsa Peyğəmbəri danışdıran Allahdır

… Sizə söylədiyim sözləri özlüyümdən söyləmirəm… (Yəhya, 14:10)

… Mənim öyrətməyim özümdən deyil, məni Göndərəndən [Allahdan] ilhamlanır. (Yəhya, 7:16)

Çünki mən özümdən danışmadım. Nə deyəcəyimi, nə danışacağımı məni göndərən Allah buyurdu. Onun buyruğunun isə sonsuz həyat olduğunu bilirəm. Bunun üçün danışdığım hər sözü Allahın mənə bildirdiyi kimi söyləyirəm. (Yəhya, 12:49-50)

Məni sevməyən, sözlərimi tutmaz. Eşitdiyiniz söz mənim deyil, məni göndərən Allahındır. (Yəhya, 14:24)

… Amma məni Göndərən [Allah] gerçəkdir və mən Ondan [Allahdan] eşitdiklərimi dünyaya bildirirəm. (Yəhya, 8:26)

Allahın göndərdiyi adam Allahın sözlərini danışar… (Yəhya, 3:34)

İsa Peyğəmbərə hər şeyi verən Allahdır

… İsa, Rəbbin gücü sayəsində xəstələri yaxşılaşdırırdı. (Luka, 5:17) Hər şey mənə Rəbbim tərəfindən verildi… (Matta, 11:27)

İsa Allahın hər şeyi öz əllərinə verdiyini və Allahdan gəlmiş olub yenə Allaha getdiyini bilirdi. (Yəhya, 13:3)

Onları mənə verən Rəbbim hər varlıqdan üstündür… (Yəhya, 10:29)

Özünə Rəbbimdən imkan verilmədikcə, kimsə mənə gələ bilməz… (Yəhya, 6:65)

…Təəccübləndilər. “Bu adam heç təhsil görmədiyi halda, necə bu qədər məlumatlı ola bilər?” dedilər. İsa onlara, “Mənim təhsilim mənim deyil, məni Göndərənindir [Allahındır]” deyə cavab verdi. “Əgər bir kimsə Allahın istəyini yerinə yetirmək istəyirsə, bu təlimin Allahdanmı olduğunu, yoxsa özlüyümdənmi danışdığımı biləcək. Özündən danışan özünü ucaltmaq istəyər, amma özünü Göndərəni [Allahı] ucaltmaq istəyən doğrudur…” (Yəhya, 7:15-18)

İsa Peyğəmbərin Allaha ibadət və dua etməsi

Bir az irəliyə gedərək üzüstə yerə qapandı, duaya üz tutdu… (Matta, 26:39)

Xalqı yolladıqdan sonra dua etmək üçün tək başına dağa çıxdı… (Matta, 14:23) Səhər çox erkəndən, dan yeri hələ ağarmadan İsa qalxdı, evdən çıxıb kimsəsiz bir yerə getdi, orada dua etməyə başladı. (Mark, 1:35)

Onları yola saldıqdan sonra, dua etmək üçün dağa çıxdı. (Mark, 6:46) İsa şagirdlərinə, “Mən dua edərkən siz burada oturun” dedi. (Mark, 14:32)

O günlərdə İsa, dua etmək üçün dağa çıxdı və bütün gecəni Allaha dua edərək keçirdi. (Luka, 6:12)

Bir gün İsa tək başına dua edirdi, şagirdləri də yanında idi… (Luka, 9:18)

İsa bir yerdə dua edirdi… (Luka, 11:1)

… Mən, imanını itirməyəsən deyə sənin üçün [Allaha] dua etdim… (Luka, 22:32) Sonra İsa şagirdləriylə birlikdə Getsemani deyilən yerə gəldi. Şagirdlərinə, “Mən buraya gedib dua edəcəyəm, siz burada oturun” dedi. (Matta, 26:36)

Məsih, yer üzündə olduğu günlərdə özünü ölümdən qurtaracaq gücdə olan Allaha böyük fəryad və gözyaşlarıyla dua etdi, yalvardı və Allah qorxusu səbəbiylə eşidildi. (İbranilərə, 5:7)

İsa, “Onları bura, mənə gətirin” dedi. Xalqa otluğun üstündə oturmalarını buyurduqdan sonra, beş çörəklə iki balığı götürdü… şükür etdi; sonra çörəkləri bölüb şagirdlərinə verdi, onlar da xalqa payladılar. (Matta, 14:18-19)

Onlarla süfrədə oturarkən İsa çörək götürdü, şükür etdi və çörəyi bölüb onlara verdi. (Luka, 24:30)

İsa Peyğəmbərin imtahan olması

[İsa Peyğəmbər:] “Sınandığım zamanlar mənimlə birlikdə səbir etmiş olanlar sizlərsiniz.” (Luka, 22:28)

Sonra şeytan İsanı yüksəklərə çıxararaq bir anda ona dünyanın bütün ölkələrini göstərdi. Ona, “Bütün bunların rəhbərliyini və zənginliyini sənə verəcəyəm” dedi. “Bunlar mənə təslim edildi, mən də dilədiyim adama verərəm. Mənə tapınsan, hamısı sənin olacaq.” İsa ona bu qarşılığı verdi: ““Allahın Rəbbə tapacaq, yalnız Ona qulluq edəcəksən” deyə yazılmışdır.” (Luka, 4:5-8)

Bundan sonra İsa, şeytan tərəfindən sınanmaq üzrə… səhraya aparıldı. (Matta, 4:1)… İordan Çayından dönən İsa… qırx gün şeytan tərəfindən sınandı. (Luka, 4:1) İsa səhrada qaldığı qırx gün boyunca şeytan tərəfindən sınandı… (Mark, 1:13)

Şeytan, İsanı hər baxımdan sınadıqdan sonra… (Luka, 4:13)