… Sizi bu boş şeylərdən imtina etməyə, yeri, göyü, dənizi və bunların içindəkilərin hamısını yaradan, diri [Hayy] olan Allaha dönməyə çağırırıq… [Allah] sizə yaxşılıq [lütfkarlıq] edir. Göydən yağış yağdırır, müxtəlif məhsullarıyla mövsümləri təşkil edir, sizi yeməklə doyurub ürəklərinizi sevinclə doldurur. (Həvarilərin İşləri, 14:15-17)
Dünyanı və içindəkilərin hamısını yaradan, yerin və göyün Rəbbi olan Allah… Hər kəsə həyat, nəfəs və hər şeyi verən Özüdür… Allah, bütün xalqları tək insandan yaratdı və onları yer üzünün hər tərəfinə yerləşdirdi. (Həvarilərin İşləri, 17:24-25)
Necə ki, belə yazılmışdır: “İlk insan Adəm yaşayan can oldu.”… İlk insan yerdən, yəni torpaqdandır… (1 Korinflilərə, 15:45-47)
Yenə deyir ki, “Ya Rəbb, başlanğıcda yerin təməllərini Sən atdın. Göylər də Sənin əllərinin əsəridir.” (İbranilərə, 1:10)
Hər varlığa həyat verən Allahın hüzurunda sənə buyururam. (1 Timoteyə, 6:13) Hər evin bir quruluşçusu vardır, halbuki hər şeyi edən Allahdır. (İbranilərə, 3:4)
Hər şeyin qaynağı Odur [Allahdır]; hər şey Onun tərəfindən və Onun üçün var oldu. Sonsuza qədər Ona ucalıq olsun. Amin. (Romalılara, 11:36)
İman yoluyla, lütflə xilas oldunuz. Bu sizin müvəffəqiyyətiniz deyil, Allahın hədiyyəsidir. Kimsənin öyünməməsi üçün yaxşı işlərin mükafatı deyil. Çünki biz Allahın əsəriyik, Onun əvvəldən hazırladığı yaxşı işləri etmək üzrə… yaradıldıq. (Efeslilərə, 2:8-10)
O [Allah]… bizi, Öz istəyinə uyğun olaraq… həyata qovuşdurdu. (Yaqub, 1:18) Nə var ki, göylərin lap əvvəldən Allahın sözüylə yarandığını, yerin sudan və su vasitəsilə yaradıldığını bilə-bilə unudurlar. (2 Peter, 3:5)
… Çünki O [Allah], Günəşini həm pislərin, həm yaxşıların üzərinə doğurar; yağışını həm doğruların, həm əyrilərin üzərinə yağdırar. (Matta, 5:45)
İki sərçə bir qara pula satılmırmı? Onlardan biri belə, Allahın izni olmadan yerə düşməz. Sizin başınızdakı saçlar belə, sailıb. (Matta, 10:29-30)
Yoldaşları bunu eşidincə birlikdə Allaha belə səsləndilər: “Ey Ağamız! Yeri göyü, dənizi və onların içindəkilərin hamısını yaradan Sənsən.” (Həvarilərin İşləri, 4:24)
Allah, yaradılışın başlanğıcından “İnsanları kişi və qadın olaraq yaratdı.” (Mark, 10:6)
İsa bu qarşılığı verdi: “Müqəddəs Yazıları [Allahın vəhyini] oxumadınızmı? Yaradan [Allah] başlanğıcdan “İnsanları kişi və qadın olaraq yaratdı.” (Matta, 19:4)
Bizim üçün tək bir Allah vardır. O hər şeyin qaynağıdır, bizlər Onun üçün yaşayırıq. Tək bir Rəbb var… Hər şey Onun vasitəsilə [Allahın əmriylə] yaradıldı, biz də Onun vasitəsilə yaşayırıq. (1 Korinflilərə, 8:5-6)
Necə ki, yerdə və göydə, görünən və görünməyən hər şey… Onun vasitəsilə [Allahın əmriylə] və Onun üçün yaradıldı. Hər şeydən əvvəl var olan Odur və hər şey Hər şey Onun [Allah] tərəfindən yaradıldı, Yaranan bir şey Onsuz olmadı. (Yəhya, 1:3)
… Yer üzü və içindəki hər şey Rəbbindir. (1 Korinflilərə, 1:26)
Çünki Allaha bağlı bilinən nə varsa, gözlərinin önündədir; Allah [varlığının dəlillərinin] hamısını gözlərinin önünə sərmişdir. Allahın görünməyən xüsusiyyətləri -sonsuz gücü və İlahlığı- dünya yaradılandan Onun etdikləriylə aydın olur açıqca görülür.
Bu səbəblə üzrləri yoxdur. Allahı bildikləri halda Onu Allah olaraq ucaltmadılar, Ona şükür etmədilər. Əksinə, düşüncələrində axmaqlığa düşdülər; anlayışsız ürəklərini qaranlıq bürüdü. Ağıllı olduqlarını irəli sürərkən ağılsız olub çıxdılar. Ölümsüz Allahın ucalığı yerinə ölümlü insana, quşlara, dörd ayaqlılara, sürünənlərə bənzəyən bütləri istədilər. (Romalılara, 1:19-26)
Üzərinə tez-tez yağan yağışı udan və kimlər üçün işlənirsə onlara faydalı bitkilər çıxaran torpağı Allah bərəkətli edər. (İbranilərə, 6:7)

