Siz dostlarıma söyləyirəm, bədəni öldürən, amma ondan sonra başqa bir şey edə bilməyənlərdən qorxmayın. Kimdən qorxmanız lazım olduğunu sizə açıqlayım: Birini öldürdükdən sonra cəhənnəmə atmağa qadir olan Allahdan qorxun. Bəli, sizə söyləyirəm, Ondan qorxun. (Luka, 12:4-5)
… Qürbəti xatırladan bu dünyadakı zamanınızı Allah qorxusunda keçirin. (1 Peter, 1:17)
… Hər xalqa, hər soya, hər dilə, hər millətə yüksək səslə, “Allahdan qorxun, Onu ucaldın” deyirdi… (Vəhy, 14:6-7)
[İsa Peyğəmbər:] “Bədəni öldürən, amma canı öldürə bilməyənlərdən qorxmayın. Canı da, bədəni də cəhənnəmdə məhvə uğrada bilən Allahdan qorxun.” (Matta, 10:28)
Hər kəsə hörmət göstərin. İmanlı qardaşlarınızı sevin, Allahdan qorxun… (1 Peter, 2:17) Çünki güclü olan [Allah], mənim üçün böyük işlər etdi. Onun adı müqəddəsdir. Nəsillər boyunca Ondan qorxanlara mərhəmət edər. (Luka, 1:49-50)
Dindar bir adam idi. Həm özü, həm də bütün ev xalqı Allahdan qorxardı. Xalqa çox kömək edər, Allaha həmişə dua edərdi. (Həvarilərin İşləri, 10:2)
Rəbdən qorxmağın nə demək olduğunu bildiyimizdən insanları razı salmağa çalışırıq. Nə olduğumuzu Allah bilir; ümid edirəm siz də vicdanınızda bilirsiniz. (2 Korinflilərə, 5:11)
Yüksək səslə belə deyirdi: “Allahdan qorxun! Onu ucaldın! Çünki Onun mühakimə etmə saatı gəldi. Göyü, yeri, dənizi, su çeşmələrini Yaradana qulluq edin!” (Vəhy, 14:7)
O zaman Peter söz alıb belə dedi: “Allahın insanlar arasında ayrı-seçkilik etmədiyini, amma Özündən qorxan və doğru olanı edən insanı, xalqına baxmadan qəbul etdiyini, həqiqətən anlayıram. (Həvarilərin İşləri, 10:34-35)
“Doğru və Allahdan qorxan, bütün yəhudi xalqı tərəfindən yaxşılığıyla tanınan… bir kapitan var” dedilər. (Həvarilərin İşləri, 10:22)
Qardaşlar, İbrahimin soyundan gələnlər və Allahdan qorxan əcnəbilər, bu qurtuluş məlumatı bizə göndərildi. (Həvarilərin İşləri, 13:26)
… Sənin qəzəbin üzərlərinə gəldi. Ölüləri mühakimə etmək, qulların olan peyğəmbərləri, müqəddəsləri, kiçik və ya böyük olsun Sənin adından qorxanları mükafatlandırmaq və yer üzünü məhv edənləri məhv etmək zamanı da gəldi. (Vəhy, 11:18)
Allah qulu Musanın və Quzunun [İsa Peyğəmbərin] nəğməsini söyləyirdilər: “Hər şeyə gücü yetən, Rəbb Allah, Sənin işlərin böyük işlərdir. Ey xalqların hökmdarı, Sənin yolların doğru və ədalətlidir. Ya Rəbb, Səndən kim qorxmaz, Adını kim ucaltmaz? Çünki müqəddəs olan tək Sənsən. Bütün xalqlar gəlib Sənə qulluq edəcəklər. Çünki ədalətli işlərin açıqca görüldü”. (Vəhy, 15:3-4)
Sonra taxtdan bir səs yüksəldi: “Ey Allahın bütün qulları! Kiçik böyük, Ondan qorxan… Onu danladı. “Səndə Allah qorxusu da yoxdur?” deyə cavab verdi… (Luka, Belə ki, Allahı məmnun edəcək şəkildə hörmət və qorxuyla ibadət edək. (İbranilərə, 12:28)

