Gəlin birləşək

5 / 5 · 1 dəq oxu

Son söz

Ötən əsrdə materialist fəlsəfələrin müsibətdən başqa bir şey gətirmədiyini görən dünya insanları artıq Allaha yönəlir. Xüsusilə 20-ci əsrin son dövrlərində başlayan dinə və mənəviyyata geri qayıtma, sürətli bir axınla bütün dünyanı əhatə etdi. Allaha inanan, dua edən, yaradılış dəlillərini görən, ailə, dövlət, millət, əxlaq kimi anlayışlara layiq olduqları həqiqi dəyəri verən cəmiyyətlər meydana gəlməyə başladı.

Bilindiyi kimi, həm İslamda, həm də Xristianlıq və Yəhudilikdə insanlığın qiyamətə yaxın zamanda hüzur və güvən içində yaşaya biləcəkləri, hər cür çətinliyin yerini bolluq, bərəkət və ədalətin alacağı müqəddəs dövrdən bəhs edilər. Bu dövrdə əxlaqsızlıqlar, saxtakarlıqlar və degenerasiyanın hər cürü ləğv olacaq. Əsrlərdir gözlənilən bu müqəddəs dövrdə tək Allah inancı bütün dünyaya yayılacaq, Allahın bəyəndiyi gözəl əxlaqın yaşanmasıyla insanlar qurtuluşa qovuşacaq, texnologiyanın bütün nemətləri insanların xidmətinə təqdim ediləcək, elmdə, tibdə çox böyük irəliləmələr yazılacaq və hər yerdə çox böyük bolluq və bərəkət hasil olacaq. Və bizlər bu gün bu müqəddəs dövrdə yaşamaqdayıq.

İsa Peyğəmbərin yer üzünə dönüşü, bütün dünyaya təsir edəcək fövqəladəliklər daşıyan, möcüzəvi və metafizik hadisədir. Məhz bu səbəblə bütün iman sahiblərinin tezliklə hərəkətə keçmələri və birlik içində İsa Peyğəmbəri ən gözəl şəkildə qarşılamaq üçün əllərindəki bütün imkanları səfərbər etmələri lazımdır. Həyəcanla, eşqlə, şövqlə ediləcək olan bu böyük hazırlıq feli dua olacaq, bu hazırlığı etməyənlər isə İsa Peyğəmbər yer üzünə döndüyü zaman heç şübhəsiz çox böyük utanc yaşayacaqlar.

Bütün əlamətlər bizə göstərməkdədir ki, İsa Peyğəmbərin dünyaya gəlişi çox yaxındır və hazırlıq etmək üçün itiriləcək zaman yoxdur. Bu nöqtədə bütün inananların əməkdaşlıq etmələri və yer üzündə qarışıqlığa və təxribatlara səbəb olan ateist və materialist düşüncələrə qarşı birlikdə fikri mübarizə vermələri lazımdır.